1-ci söhbət

20 iyul 2010-cu il www.harunyahya.tv

ADNAN OKTAR: Keçən dəfə münafiqlərdən danışdım, münafiqlər turşu tökülmüş soxulcan kimi qıvrılmağa başladılar. O saxtakarları çox yaxşı təsvir etdik, maşaAllah... Münafiqin yemək yemək, yatmaq, evdə oturmaq, mənfəətini güdməkdən başqa istəyi olmaz. Yalnız, öz düşüncəsinə görə Allahın varlığını ehtimal edərək - (haşa) Ondan qorxar. Belələri müsəlmanların imani təzyiqlərindən xilas olmaq üçün müsəlmanların da dinsiz olmalarını istəyərlər, çünki əks halda vicdanları rahat olmur. Həmişə, özlüyündə "ya Allah varsa" düşünərək qorxar. Müsəlmanları da dağıdıb belə vəsvəsəyə salmaq üçün çalışarlar. Necə ki, it öz damını düşünürsə, münafiq də elə bir hiss duyur. Qoyasan ancaq getsin quyruğunu evə soxsun, yesin-içsin. Anasını, atasını, ailəsini sevdiyinə görə deyil, onları bir mənfəət maşını hesab edir. Çünki anası yemək bişirər, atası onu bəsləyər, digər ehtiyaclarını təmin edər. Onları mənfəətinə uyğun hesab edər, yəni sevdiyindən deyil. Münafiq əslində nifrət edər. Sən münafiqlərə aid ayələri aç, bir az da Qurandan izah edək. Oxu bir ayə, mən də şərh edim, inşaAllah.
OKTAR BABUNA: İnşaAllah. Şeytandan Allaha sığınıram.

Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? (Mücadilə surəsi, 8)

ADNAN OKTAR: “Yaxşı,  indi orada dayan. Nə anladın ayədən?”

OKTAR BABUNA: “Qadağan edilən şeyə dönənləri, yəni günaha, düşmənliyə və Peyğəmbər (s.ə.v)-ə qarşı üsyana dönənləri”.

ADNAN OKTAR: “Bunlar məhz münafiqlərin xüsusiyyətidir, xaincəsinə, gizli şəkildə yığıncaqlar təşkil edərlər. Özlərini ələ vermədən, xəbərsiz, müsəlmanların xəbəri olmadan, quduz itlər kimi divarın dibi ilə sürünər digər münafiqləri tapar və onlara müsəlmanlar haqqında xəbər verər, müsəlmanların əleyhinə danışar. "Nə edək, necə məğlub edək, qarşılarını necə alaq, necə dayandıraq?" kimi fikirlərini bölüşərlər. Quran buna işarə edir, elə izah etdiyi də budur, inşaAllah”.

OKTAR BABUNA:

"... Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır...'' (Mücadilə surəsi, 8)

ADNAN OKTAR: “Çox xain olarlar. Məsələn, "mən kitab paylayıram, İslamı yayıram" deyər. İslamdan, dindən bəhs edər ki, sən şübhə etməyəsən, rahat olasan, bax bu cür insanlardır, yəqin ki, sizə izah edə bildim. Bu bir maskalanmadır. Məsələn, özünü ələ verməmək üçün "Əssəlamünaleyküm, mən müsəlmanam əlhəmdülillah" deyər. Artıq orada kim varsa hamısı hörmət etməyə başlayar. Rəsulullah (s.ə.v)-in yanına gələrkən də hörmətlə baş əyərlər, amma çox xaindirlər. Rəsulullah (s.ə.v), səhabələr haqqında məlumat əldə etmək və onları küfrə xəbərləmək məqsədilə gələrlər”.
OKTAR BABUNA:

"Və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” deyərlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir...''.  (Mücadilə surəsi, 8)

ADNAN OKTAR:“Münafiqlərin ölçüsü belədir. Yəni əgər münafiqlik edirsə və “həqiqətən (haşa) Allah varsa” deyərsə bu sözü sadəcə başa düşmək üçün deyər. Lakin onun məntiqinə görə, (haşa) əgər Allah varsa dərhal onun bəlasını verməlidir. Bəla da gəlmədiyinə görə, onun məntiqinə görə, deməli "Allah yoxdur" deyər (haşa). Çünki, "dərhal bəlamı verməlidir" deyə fikirləşər. Halbuki, Allah onu gözlətdirir. O axmağa təsəvvür edilməyəcək dərəcədə şiddətli və sonsuza qədər davam edən bəla veriləcək. O axmaq kiçik bir şey gözləyir, çox kiçik bir şey. Ya başına bir odun düşəcək, ya xərçəng olacaq. Xərçəng onun üçün nədir ki, onun üçün sürünmək nədir ki? Cəhənnəmdəki əzabla müqayisədə bunlar heç nədir. Diqqət edin, əbədi cəhənnəm quyusunun ən dərinliyindədir, ən şiddətli əzab ilə əbədi olaraq orada qalır və oradan çıxa bilmir. Allah ona görə "xüsusi möhlət verirəm" deyir. "Əsla təəccüblənməyin" deyir, Allah müsəlmanlara bunu deyir. "Mənim onlara möhlət, imkan verməyimə görə əsla təəccüblənməyin" deyir. O axmaq orada murdar qarnını doyurar, murdar kimi oralara gedər sığınar, yeyər, içər, yatar, müsəlmanların xəbərlərini uzaqdan izləyər. Bir də müsəlmana nə pislik edə bilər ki? Münafiq tək olanda müsəlmanlardan çox qorxar, belə bir xüsusiyyəti vardır. Çünki müsəlmanların axirətdəki intiqamı Allahın diləməsi ilə  əziyyətli deyilmi? Çünki Allaha şikayət edəcəklər və buna görə də alınan intiqam da çox əziyyətli olacaq. Ona görə çox qorxarlar”.
OKTAR BABUNA:

"Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir.." (Mücadilə surəsi, 8)

ADNAN OKTAR: “MaşaAllah. Bax dediyimin açıqlamasıdır. Nə vaxt olacaq bilirsiniz? Məsələn, sığınıb deyər ki: "Məni filankəs qurtarar, atam, babam xilas edər". Sənin münafiqlik edən atan, baban iyirmi il sonra ölməyəcəkmi? Ayağını titrədən kimi quyunun içərisinə atacaqlar. Sən yenə ortada qalacaqsan. Sən də onlardan sonra öləcəksən, ayağını titrədəcəksən. Səni də 2 metrlik quyunun içinə atacaqlar, sonra münafiq sırası ilə birlikdə Allahın hüzuruna gələcəksən. Allah: "Orada yedin, içdin, qısa bir müddət ərzində imkan qazandın, indi nə edəcəksən?"  deyəcək. Təbii ki, Allah Təalanın sorğu-sual edəcəyəni mən bilmirəm. Təsəvvür edin ki, heç bir şey edə bilməyəcək. Sonsuz əzabın nə olduğunu bilmirlər, onu görəcəklər. Məsələn, yüz milyon il keçəcək, əzab bitməyəcək. Dörd trilyon il keçəcək yenə bitməyəcək. Yüz trilyon il keçsə də yenə də bitməyəcək. Min dəfə, milyon dəfələrlə peşman olacaqlar. Allah burada: "peşman olsunlar deyə acı çəkəcəklər" deyir. Allahı dərk etmirlər. Allahı (haşa) yaşlı bir baba kimi zənn edirlər, sanki onlar ağlayıb-zarıldayacaqlar, Allah da onları bağışlayacaq. Allahın bağışlamağı başqa, əlbəttə ki, Allah bağışlayandır. Amma bu, münafiqlərə aid deyil. Münafiq olaraq öldüsə, o adam yandı. Elə ağlamaqla, zarıldamaqla, saxtakarlıqla və s. heç bir şəkildə xilas ola bilməz. Allah etməyəcəyini deyir. Edib-etməyəcəyini isə görəcəksiniz, inşaAllah. Allahın intiqam sahibi olduğunu görəcəksiniz. Bütün insanların canını bir dəfə alar. Almırmı? Alır. Möminin isə canı rahatlıq və sevinc içində alınar. Peyğəmbərimiz (s.ə.v) nurlu üzü ilə göyə baxır və: "Cənabı Haqqa" deyir. Yəni Uca Dostu üçün eşqlə ölər, eşqlə ruhunu təslim edir. Əbu Cəhl it kimi gəbərərək, böyürə-böyürə öldü. Pis canını cəhənnəmə təslim etdi, inşaAllah”.
OKTAR BABUNA: İnşaAllah. Şeytandan Allaha sığınıram

"Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, sizə ancaq ziyan verərdilər... '' (Tövbə surəsi, 47)

ADNAN OKTAR: “Bunlar sadəcə murdardırlar. Bir dəfə də olsun qorxaq və alçaq olduqlarına görə işə yaramazlar. Din əxlaqını yaymazlar, gözəl əxlaq göstərməzlər, oyun oynayarlar, yalnız müsəlmanlardan mənfəət qazanmağa çalışarlar. O da onun üçün xeyli ağır gələr. Münafiqlər həmişə ölüm qorxusu içindədirlər, heç vaxt rahat yaşaya bilməzlər. Əsl baş bəlasıdır, gedərkən müsəlmanlar rahatlaşarlar. Amma gedəndə də quduz it kimi orada hürər, sakit durmaz, mütləq bir problem çıxarar. Bir də axmaq kimi özlərinin azad olduqlarını zənn edərlər, halbuki, münafiq yalnız qədərində olanı edər, ondan başqasını bacarmaz. O azad şəkildə hər çür pislik edəcəyini düşünər. Halbuki, məsələn iki-üç, dörd-beş dəfə, neçə dəfə iş görəcəksə, ümumiyyətlə, nə edəcəksə artıq hər şey qədərində müəyyən edilib, taleyində nədirsə yalnız onu edə bilər, altıncını edə bilməz, istəsə də edə bilməz. O, yazılan üç-beş iş müsəlmanlara savab olaraq yazılanlardır. Münafiqlər olmasa, müsəlmanlar çox az savab qazanarlar. Münafiq savab maşını kimidir, yağış kimi müsəlmanlara savab qazandırar. Böyük savab qazandırar. Kafir də müsəlmana çox savab qazandırar, müsəlmana savab qazandırmaq onun vəzifəsidir. Məsələn, əgər müsəlmanın normal savabı bir millidirsə, münafiq o savabın hesabını kilometr qədər artırar. Yəni münafiqin qazandırdığı savab daha çoxdur. Aldığı günah kafirin etdiyi günahla müqayisə etmək olmaz, yəni kafirlə müqayisədə daha çoxdur. Çünki münafiq çox alçaq məxluqdur. Peyğəmbərimiz (s.ə.v)-in də dövründə münafiqlər vardır, onlar çox qorxunc və azğın idi”.
Hz. Mehdi (ə.s) dövründə də hz. Mehdi (ə.s) camaatının da münafiqləri vardır. Onlar mehdiyyətin bərəkətidir, mehdiyyəti ucaldarlar. Münafiqlər olmasaydı, mehdiyyət dar, məhdud qalardı. Böyük güc verir. Küfr, darvinizm, materializm mehdiyyəti ucaldır. Amma münafiqlik göyə ucaldar, münafiqliyin qeyri-adi gücü vardır. Yəni müsəlmanları savaba aparmaq, cənnətini parlaq etmək gücü vardır. Möminləri cənnətə sövq etdikcə, mütənasib olaraq özlərini cəhənnəmə daha da yaxınlaşdırarlar. Yəni onları nə qədər cənnətə itələsələr, o qədər də özlərini cəhənnəmə apararlar. Ona görə də münafiqlər müsəlmanlar üçün çox böyük xeyir və bərəkətdirlər, böyük ehtiyac mənbəyidir, yəni qan kimidir. Allah münafiqləri xüsusi olaraq yaradır, inşaAllah.
OKTAR BABUNA:

"...və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara xəbər aparıb gətirənlər də var. Allah zalımları tanıyır".
(Tövbə surəsi, 47)

ADNAN OKTAR: Münafiqlər xəbər aparıb gətirərlər, yəni söz gəzdirərlər, onların etdikləri iş budur. Ağılsız xəbər aparıb-gətirdikcə pislik etdiyini zənn edir. Halbuki, onunla müsəlmanları gücləndirir və gəzdirdiyi xəbər onların başına bəla olar. Söz aparıb gətirməklə başqalarına tələ qurarlar, amma o tələyə özləri düşərlər. Elə bir xüsusi sistem var ki, onlar onu bilməzlər. Münafiqin əsas xüsusiyyəti Allaha inana bilmədiyinə görə özünün azad hərəkət etdiyini zənn etməyidir. Elə ona görə də münafiq münafiqlik edər. Yəni müsəlmanların qədərdə nədirsə onunla hərəkət etdiyinə inanmazlar. Onların o inancına məəttəl qalarlar. Özünü yüksək səviyyədə hiss etməsinin səbəbi də budur. Münafiqlər özlərini böyük, daha yüksəkdə görərlər.
OKTAR BABUNA:

"...Allah zalımları tanıyır. (Tövbə surəsi, 47) İnsanların eləsi vardır ki, “Biz Allaha və axirət gününə iman gətirdik" deyərlər, halbuki, inanmış deyildirlər. (Guya) Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, onlar, yalnız özlərini aldadırlar və fərqində deyillər. Ürəklərində xəstəlik vardır. Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də onlar üçün şiddətli bir əzab vardır".
(Bəqərə surəsi, 8-10)

ADNAN OKTAR: “MaşaAllah. Ayəni bir daha oxu!”

OKTAR BABUNA: "İnsanların eləsi vardır ki, “Biz Allaha və axirət gününə iman gətirdik" deyərlər, halbuki, inanmış deyildirlər. (Guya) Allahı və iman gətirənləri aldatmağa çalışırlar."

ADNAN OKTAR: “Öz fikrinə görə elədir, yəni ağılsız başı ilə elə fikirləşir”.

OKTAR BABUNA: "Halbuki, yalnız özlərini aldadır və (bunu) anlamırlar. Ürəklərində xəstəlik vardır. Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də onlar üçün şiddətli bir əzab vardır".

ADNAN OKTAR: Ayədə "...ürəklərində xəstəlik vardır"deyilir. Onsuz da onlar ümumiyyətlə, ruhi xəstə olurlar, cinsləri elədir. Amma müsəlman üçün münafiqə olan ehtiyac, çörəyə, suya olan ehtiyacdan daha böyükdür. Allaha çox yaxınlaşdırır. Darvinizm, materializm olmasa, kafirlər də, münafiqlər də olmaz. Fərz edək ki, hz. Mehdi (ə.s) çıxdı, nə olacaq? Yüz trilyon savab alacaqdınızsa, on savab alardınız. Yüz trilyon hara, on hara? Buna ehtiyac varmı?”
OKTAR BABUNA: “Bəli, var inşaAllah”
ADNAN OKTAR:Davam et”.
OKTAR BABUNA:

"Halbuki, göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.." (Munafiqun surəsi, 8)

ADNAN OKTAR: “Niyə başa düşmürlər? Çünki ağılsızdırlar, ağılları işləmir. Onlar özlərini çox gözüaçıq zənn edirlər. Müsəlmanların boş işlə məşğul olduqlarını fikirləşirlər. Gecə-gündüz çalışarlar, təbliğ edərlər, infaq edərlər, bir yerdə olarlar. Münafiqlər isə: "Qardaşım gələcəyini düşün, evlən, işində-gücündə ol, iş yeri aç. Özünü belə oturub dinə niyə bağlıyırsan" deyərlər. "Bax, mən nə gözəl bağçalarda gəzirəm, əylənirəm”. Sən də gəz, əylən. İki metrlik quyunun dibinə düşəndə, üstün tamamilə örtüləndə sənə "gəl" deyəcəklər, elə deyilmi? Sən bunu görəndə baxarıq. Artıq orada çox şənlənəcəksən. Müsəlmanlar üçün olan şənliyə, Allah "mərasim" (ziyafət, yəni ürəkaçan mərasim) deyir, münafiqlərə aid olan mərasim isə bəla mərasimidir”.
OKTAR BABUNA: “İnşaAllah.

Döyüşə getməyib arxada qalanlar Allahın elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər". (Tövbə surəsi, 81)

ADNAN OKTAR: Məhz "oturub qalmalarına" deyir Allah. Bunlar evdə oturmağa çox sevinirlər. Yalnız evlə, yeyib-içməklə, yatmaqla, gəzməklə maraqlanarlar. Elə ancaq yeyib-içərlər, yatarlar, gəzərlər. Dərdi ancaq bunlar olar, ölmək də istəməz. Mümkün olduğu qədər çox yaşamaq istəyərlər. Təbii ki, müsəlman da uzun yaşayıb Allahın dinini yaymaq istəyər, amma bu dünya üçün deyil, axirətə bağlı olduğu üçün edər. Münafiqlər isə axirətə inanmadığına görə ölümü eşidəndə çox qorxarlar, heç vaxt ölmək istəməzlər. Amma münafiq üçün ev, sığınacaq, hər hansı bir sığınacaq çox əhəmiyyətlidir, təki müsəlmanlardan uzaq olsun. Müsəlmanları təhlükəli hesab edərlər. Uzaqdan xəbər almaq onun üçün çox əhəmiyyətlidir. Halbuki, ən böyük təhlükəyə özü girir, cəhənnəmə gedir, elə deyilmi? Addım-addım cəhənnəmə yaxınlaşır. Cəhənnəmin qapısında növbəyə durub xəbəri yoxdur. Çox ağıllı hərəkət etdiyini zənn edir. Hər münafiq gözüaçıq olduğunu zənn edir. Onları danışdırsan, onlarla söhbət etsən həddindən artıq çoxbilmiş olduqlarını görərsən.
“Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövrünün Drar məscidinin bütün münafiqlərinə baxsaq hamısının, axmaq, çoxbilmiş, hörmətsiz olduqlarını görərik. Onların axmaqlığı, hörmətsizliyi Peyğəmbər (s.ə.v)-dən ayrı məscid qurmaqlarından görünür. Bunların hörmətsizliyinə, cəsarətlərinə diqqət yetirin: "Peyğəmbər (s.ə.v)-in qurduğu məscidə ehtiyac yoxdur, gəlin bizim (Drar) məscidinə. Gəlin bizim məsciddə namaz qılın" deyirdilər. "(Peyğəmbər (s.ə.v)-in məscidi) o qədər də yaxşı deyil, oradakı danışıqlar, söhbətlər də yaxşı deyil. Biz peyğəmbərin izah etdiklərindən daha gözəl şeylər danışırıq, bizim yanımıza gəlin” deyirdilər. İndi bu adamlara nə deyəsən? Fərz edək ki, mən o dövrdə yaşayıram və mən o Drar məscidində olacaqdım... Cəsarətə bir baxın. Peyğəmbər (s.ə.v) söhbət edir. O gözəllər gözəli, dünyanın nuru söhbət edir, münafiq çıxır və hər çıxanı həyasızcasına, gizli şəkildə başını tovlayaraq yolunu azdırır. Münafiqin axmaqlığına bir bax. Özünü ələ vermədiyini zənn edir. Münafiq həmişə elə gizli işlər gördüyünü və heç kimin bilmədiyini zənn edər. Halbuki, müsəlman onsuz da onu görər. Səhv başa düşülməsin, münafiq gizli-gizli nə etsə də onsuz da üzə çıxar. Münafiq heç də gizli qalmır. Qəti diaqnoz qoya bilməsən də münafiqin əlamətləri vardır. Məsələn, qışqırar, qaynayar, bir yerdə durmaz. Qətran kimi qaynayarlar. “Onları müəyyən etmək olmaz” deyə bir anlayış yoxdur, əlbəttə ki, müəyyən etmək olur. Amma qəti olaraq diaqnoz qoymaq olmaz. Məsələn, birinə “sən münafiqsən” deyə bilmərik. Lakin onları, qorxaqlığından, xainliyindən, hiyləgər işlərindən, Allahı xatırlamamaqdan, hər şeydən çəkinməklərindən, müsəlmanlara qarşı comərd davranmamaqlarından və s. tanımaq olur. Münafiqliyi hər yerindən bəlli olur”.
OKTAR BABUNA:

"Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” dedilər" dedilər." (Tövbə surəsi, 81)

ADNAN OKTAR: "Bu istidə" deyirlər, bunların ağılsızlığını, axmaqlığını görürsünüz? “Bu istidə" deyərək, guya onların (möminlərin) halına yanır, sağlamlıqlarını qoruyurlar. Niyə belə edirsən soruşanda da, "sənin sağlamlığını düşünürəm, hava isti olacaq" deyə cavab verərlər. Sanki oradakılar bunu bilmir, haşa Peyğəmbər (s.ə.v) bilmir, (haşa) Allahı ağılsız bilirlər. Ya ailəni qorumağı, ya da sağlamlığı qorumağı, dini qorumağı bəhanə gətirərək belə əxlaqsızlıq edərlər. Aidiyyatı olmayan dəlillərdən istifadə edərlər. Guya Peyğəmbər (s.ə.v) havanın isti olduğunu bilmir. Düzdür, hava isti idi, amma uşaqları, qadınları, yaşlıları məhv edəcək bir sistem var idi. Şəhid edəcəkdilər, ismətinə, namusuna hücum edəcəkdilər. Belə bir vəziyətdə isti, onların canının təhlükəsizliyi əhəmiyyətli idi? Amma o ağılsızlara görə isti daha çox əhəmiyyət kəsb edir və bunu bir kəşf etmiş kimi, yeni bir şey tapmış kimi izah edirdilər. Guya bunu müsəlmanlar heç bilmirdilər. Münafiqə qarşı nifrət, iman əlamətidir. Müsəlmanın ürəyində münafiqlərə qatı nifrət olar. Bu nifrətimizi biz İslam əxlaqını yayaraq, Quran əxlaqını dünyaya hakim edərək, Türk-İslam Birliyini quraraq, elmi inkişaf etdirərək, sənəti inkişaf etdirərək bəsləyəcəyik ki, münafiqin ürəyi iztirab çəkməkdən parça-parça olsun. Müsəlmanın zəfəri münafiqi pərişan edər.