10–cu söhbət

9 avqust 2010-cu il, Adıyaman Asu TV

Altuğ Berker: MaşaAllah, münafiqlərdən bəhs etdiniz. Allah Nisa surəsi 141-ci ayədə belə buyurur, şeytandan Allaha sığınıram: "Onlar sizə göz qoyurlar, güdürlər..."

ADNAN OKTAR: Təbii ki, bu münafiqlərin xüsusiyyətidir. Uzaqdan müsəlmanlara baxarlar. Müsəlmanlar onların heç fikrindən çıxmaz. Küfr onlar üçün bir hədəf deyil. Dinsizlər, ateist, darvinist hədəf deyil. Birbaşa müsəlmanlar hədəfdir. Birbaşa müsəlmanları hədəfə alarlar. O quruluş daxilində də şeytani xasiyyətlərini dayanmadan inkişaf etdirərlər. Məsələn, şeytanın xarakterinə baxanda, münafiqlərlə eyni xüsusiyyətləri görürük. Peyğəmbərimiz (s.ə.v) dövründə də hz. Musa (ə.s)-ın dövründə də eyni xarakterləri göstərdiklərini görürük. Məsələn, hz. Musa (ə.s): "Rəbbiniz bir buzov kəsməyinizi əmr edir! deyir. "Necə bir buzov?" soruşurlar, "bizə xüsusiyyətlərini bildir"-deyirlər. Hz. Musa (ə.s) vəhylə təfərrüatlarını bildirir. Yenə də "olmaz" deyirlər.
OKTAR BABUNA: Şeytandan Allaha sığınıram:

"Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsməyinizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər. (Musa): “Cahil olmaqdan Allaha sığınıram!”–dedi. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin!” (Musa) dedi: “(Allah) buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, (onu da) yerinə yetirin! Onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” (Musa) dedi: “(Allah) buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. (Ona) baxanları sevindirir. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin! Çünki (bu) inək bizə (başqa inəklərə) bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq. (Musa) dedi: “(Allah) buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda (heç bir) ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!” dedilər və onu kəsdilər. Halbuki, az qala (bunu) yerinə yetirməyəcəkdilər”. (Bəqərə surəsi, 67-71)

ADNAN OKTAR: Görürsünüz o dövrün xəstələri, münafiqləri, nə qədər çürükçüdürlər. Ayələri yenidən hissə-hissə oxu, açıqlayım.

OKTAR BABUNA:"Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər. (Musa): “Cahil olmaqdan Allaha sığınıram!” dedi. Rəbbinə bizim adımızdan yalvar bizə təfərrüatlarını açıqlasın..."
ADNAN OKTAR: Bir mal kəsəcəklər, amma gör nə qədər təfərrüatlar istəyirlər. Tamamilə münafiq xarakteridir. Bütün münafiqlərdə bu vardır. Burada məqsədin nə olduğunu bilirsinizmi? Haşa, Allahın fikirləşmədiyini vurğulamaq və Peyğəmbər (s.ə.v)-in də bunu soruşmağı fikirləşmədiyini vurğulamaqdır. Haşa, nə Allahı bəyənirlər, nə də Peyğəmbəri bəyənirlər. Belə bir vəziyyətdədirlər. Amma niyə soruşduqlarının səbəbini soruşsan, təqva adına soruşuruq deyəcəklər.

OKTAR BABUNA: "... Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!”

ADNAN OKTAR: Artıq sizə nə əmr olundusa onu da yerinə yetirin. Yəni artıq sorğu-sual bitməli, əmr yerinə yetirilməlidir.

OKTAR BABUNA: "(Bu səfər) dedilər ki: “Rəbbinə dua et ki, bizə rəngini bildirsin..."

ADNAN OKTAR: Münafiqin necə xırdaçı olduğunu görürsünüzmü? Münafiq tam rahat olmaz. Məsələn, Quranda açıq hökmlər vardır. Peyğəmbər (s.ə.v) izah edərdi, amma yenə də rahatlanmırlar. İllah ki, təfərrüatlarını istəyəcəklər, bütün ayrıntılarını istəyəcəklər.

OKTAR BABUNA: "...(Musa) dedi: “(Allah) buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. (Ona) baxanları sevindirir. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin! Çünki (bu) inək bizə (başqa inəklərə) bənzər görünür. Əgər Allah istəsə (inşaAllah), biz düz olanı taparıq".
ADNAN OKTAR: Görürsünüz, malların bir-birinə bənzədiklərini deyirlər. Ayədə: "inşaAllah doğrunu taparıq" deyilir. Bu ifadə ilə, haşa nə Allaha etibar etdikləri, nə Peyğəmbərin gətirdiyi vəhyə inandıqları üzə çıxır, onlar yalnız öz ağıllarına güvənirlər. Münafiqlər belədir. Yalnız öz ağlına etibar edər. Ona görə Peyğəmbərimiz (s.ə.v) dövründə də münafiqlər Quranı özlərinə görə şərh etdilər. Quranı qeyri-kafi gördülər. Peyğəmbərimiz (s.ə.v)-in şərhlərini, izahlarını qeyri-kafi gördülər. Özlərindən ağlasığmaz cərəyanlar yaradıb bu cərəyanları inkişaf etdirirlər. Yüzlərlə məzhəb yaratdılar. Dörd haqq məzhəbdən kənarda ağlasığmaz azğın yollara üz tutdular. Şiə, cəfəri, vəhhabi istisna olmaqla dediklərimdir. Buradakı məqsəd nədir bəs? Əlbəttə ki, təqva deyil. Burada məqsəd xırdaçılıq etmək və müsəlmanları bu xırdaçılıqla boğmaqdır. Çünki bunlar heç cihad, təbliğ, dini yaymaq haqqında soruşmur, Allahın kitabını insanlara necə öyrətməyi soruşmur. Təkcə təfərrüatları soruşur. Hansı mövzudakı təfərrüatları? Bunlardan əlavə inək kəsmək kimi mövzuların təfərrüatlarını soruşurlar. Çünki cihad, təbliğ, dini yaymaq, İslam əxlaqını hakim etmək kimi mövzular ona sərf etmir, işinə yaramır. Amma öz düşüncələrinə görə bu təfərrüatlarla müsəlmanları boğmaq istəyərlər. Halbuki, Allahın hökmü də çox açıqdır. Amma o başqa mənaya yozur. Yəni Quranda başqa mənalar tapmağa çalışar. Halbuki, Qurandakı hökmlər möhkəmdir, çox açıqdır, aydın şəkildə izah edilmişdir və Peyğəmbərimiz (s.ə.v) də hədislərlə onu şərh etmişdir. Lakin münafiq Quranın özünü və əslini əsas götürməz. Təfərrüatları əsas tutar. Təfərrüatlarla müsəlmanlara hücum etməyə çalışar. Peyğəmbərimiz (s.ə.v) dövründə də belə idi. Məsələn, Peyğəmbərimiz (s.ə.v) nə deyir?: "Cəhd etməyə gedək, təbliğə çıxaq" deyir. Onlar isə: "Evim açıq qalıb” deyirdillər. Amma diqqət etsək görərik ki, bütün müsəlmanların da evi açıq qalmışdı, hər kəsin evi açıq qalmışdı. Cəhd etməyə gedən adamın evi açıq qalmazmı? Orada müsəlmanları öz düşüncəsinə görə çıxılmaz vəziyyətdə qoymaq istəyir. Müqəddəs bilinən ailəni bəhanə gətirərək istifadə edir. Ailəni əsas götürərək Peyğəmbərimiz (s.ə.v) və səhabələri çıxılmaz vəziyyətdə qoymaq istəyir, öz ağlına görə. Təbii ki, Allah elələrini mütləq məğlubiyyətə uğradır. Onların bəhanə gətirərək aradan çıxması müsəlmanların şövqünü daha da artırırdı. Bunlara deyən lazım idi ki, bəs niyə: "Ya Rəsulullah, daha çox cihad etmək lazımdır, daha çox təbliğ etmək üçün nələr etməliyəm?"―deyə soruşmurdular. Bunların soruşduqları suallara bir baxın. Hz. Musa (ə.s) mübarizə aparanda, cihad edəndə, İslamı yayanda münafiqlər: "Sən və Rəbbin onlarla gedib vuruşsun" deyirlər. Amma inək barəsində, sığırın kəsilməsi barəsində isə çoxlu təfərrüatlara girirlər. Bəs cihad edəndə, dini yaymaq istəyəndə niyə təfərrüatlarını istəmirlər? Bu zaman: "Sən və Rəbbin gedib vuruşun" deyirlər. Belə vaxtlarda müsəlmanları tək qoyurlar, münafiqlərlə birlikdə gedib it kimi yuvasına girib orada ac qarnını doyurmağa çalışırlar. Deməli, əsl məqsədləri, fikirləri tamamilə başqadır.

Altuğ Berker: Bir başqa ayədə Allah belə buyurur, şeytandan Allaha sığınıram:

"Onlardan eləsi vardır ki, dillərini kitaba doğru əyib bükərlər..." (Ali İmran surəsi, 78)

ADNAN OKTAR: Yəni Quranı, özündən uydurduğu mənalarla, şərhlərlə, açıq, möhkəm hökmləri dəyişdirməyə çalışarlar. Yaxud Tövratın hökmlərini, o dövrdəki hökmlərini dəyişdirməyə çalışdılar və həqiqətən də dəyişdirdilər. Eləcə də İncilin hökmlərini dəyişdirməyə çalışırdılar, həqiqətən də dəyişdirdilər. İndi də Quranın hökmlərini münafiqlər öz ağıllarına görə dillərini əyib bükərək özlərini anlamazlığa vuraraq dəyişdirməyə çalışacaqlar. Amma Peyğəmbərimiz (s.ə.v) münafiqlərə qarşı necə rəftarda olacağımızı bizə açıqlamışdır. Quranın açıq hökmləri ilə də bu müəyyən olunub. Biz onlara qarşı ağıllı, tam Peyğəmbərimiz (s.ə.v)-in izahlarına uyğun olaraq, əhli-sünnə etiqadı daxilində elmi mübarizə aparırıq və aparacayıq, inşaAllah.
OKTAR BABUNA: Əvvəl də qeyd etdiyiniz kimi Peyğəmbərimiz (s.ə.v) dövründə Quranın hökmlərini, haşa, səhv hesab etmək üçün müşriklərdən də dəlillər gətirirdilər.

ADNAN OKTAR: Bu hətta münafiqlərin əsl məqsədinə çevrilir, müşriklərlə ittifaq qurublar, onlardan öyrəndikləri dəlilləri, Əhli-Kitabdakı müşriklərdən öyrəndikləri dəlilləri müsəlmanlara dəlil olaraq göstərməyə çalışarlar, Peyğəmbər (s.ə.v)-ə təzyiq edirdilər. Peyğəmbərimiz (s.ə.v)-ə Allah "az da olsa onlara meyil edəcəkdin" deyir. Yəni Allah xəbərdarlıq edir. "Az da olsa meyil edəcəkdin" deyir. Yəni "Allahın lütfü ilə meyil etmədin" deyir.

 

OKTAR BABUNA:

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.. (Muminun surəsi, 71)

ADNAN OKTAR: Yəni Allah:

"Əgər Biz səni sağlamlaşdırmasaydıq, and olsun, onlara bir az da olsa meyl göstərəcəkdin. Bu zaman, Biz sənə həyatın da, ölümün də qat-qat artıq (ağrısını) daddırardıq, sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin". (İsra surəsi, 74-75)

Burada Allah sanki xəbərdalıq edir. "Az da olsa onlara meyil edəcəkdin, bu zaman da sənə çox şiddətli əzab daddırardıq" deyir. Allah əzabı da həm dünyada da, həm də axirətdə verəcəkdi. “Lakin Allahın lütfü ilə Allah səni qorudu" deyir. Münafiqlər və müşriklər Peyğəmbərimiz (s.ə.v)-i o dövrdə əlimizdən almaq istəyirdilər. Yəni Qurana yeni əlavələr, yeni hökm verməsi üçün: "bizə başqa bir Quran gətir" deyirdilər. Yəni düşüncəsində başqa bir inanc var və bu inanca uyğun olan hökmləri də Quranda axtarırdılar. Bunu tapa bilmələri üçün də Qurana yeni əlavələr edilməsini istəyirdilər. Bunu edə bilmədikdə də başqa məna verib, təfsir edib yeni mənalar ortaya çıxartmağa çalışırlar. Peyğəmbərimiz (s.ə.v) də o dövrdə onlara qarşı çox güclü tədbirlər görmüşdü, inşaAllah.

 

OKTAR BABUNA: İnşaAllah siz daha yaxşı bilirsiniz. Allah bir ayədə belə buyurur, şeytandan Allaha sığınıram:

Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar". (Nəhl surəsi, 116)

ADNAN OKTAR: Bu da münafiqlərin bir xüsusiyyətidir. Özlərindən halal, haramlar çıxardarlar. Məsələn, haramı halal, haramı da açıq-aşkar halal hesab edərlər, ona görə ayədə Allah haramı, halalı əksinə hesab etdiklərini bildirir. Məsələn, halaldır, dilini əyib bükərək bir də baxıb görərsən ki, haram etmişdir. Soruşsanki "niyə görə?" öz ağlına görə şərh edər. Bu da bir təhlükədir, bir anormallıqdır, qeyri-normal bir düşüncə tərzidir. Ona qarşı Axırzamanda müsəlmanlar çox güclü mübarizə aparacaqlar, inşaAllah.