11-ci söhbət

9 avqust 2010-cu il www.harunyahya.tv

Altuğ Berker: Siz danışarkən ağılıma bir fikir gəldi, daha əvvəl izah etdiyim kimi, "hz. Mehdi (ə.s)-ın birinci vəzifəsi, iman vəzifəsi, 40 il davam edəcək" dediniz. Tövbə surəsi, 42-ci ayədə də münafiqlər haqqında Allah belə buyurur: "Əgər yaxın bir fayda və orta bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Amma yorucu məsafə onlara uzaq gəldi".

ADNAN OKTAR: Əlbəttə ki, münafiqlər, bir maddi imkan, bir asanlıq təmin edilmiş olan yerə dərhal qaçarlar. Amma münafiqin ən çox çəkindiyi şey təhlükədir. Məsələn, həbs olunmaqdan, döyülməkdən, söyülməkdən, sürgünə göndərilməkdən çox qorxarlar. Yenə elə aclığa və digər çətinliklərə bir müddət dözərlər, amma çox qısa bir müddət dözərlər. Lakin ən şirin şey canı olduğuna görə bu cür şeylərdən qorxar. Ona görə də həmişə belə şeylərdən qaçar. Gənəli it kimi qovarlar, heyvan uzaqdan geri dönüb baxar ki, nə var, nə yox kimi bir şeydir. Münafiqlər də belədir. Qaçar, uzaqdan müsəlmanları güdər ki, nə dəyişiklik olmuşdur. Münafiqlər dinin yayılması və mübarizə aparmaq haqqında heç vaxt bəhs etməzlər. Belə söhbətlər etməz ya da, çox dolaşıq, mürəkkəb, şeytani bir məntiqlə, Quranı şeytani bir düşüncə ilə araşdırıb, dilini əyib bükməyə başlayar. Allahın hökmlərini dəyişdirmək istəyər, halalı haram, haramı halal hesab etməyə başlayar və bununla da müsəlmanları günahlandırmağa çalışarlar. Halal olan bir şeyə, "niyə harama girirsiniz?" deyər, haram olan bir şeyə də "niyə halal etmirsiniz?" deyər. Münafiqlərin belə bir məntiqi vardır. Peyğəmbərimiz (s.ə.v) dövründə də belə idi. Hər dövrdə belədirlər.

OKTAR BABUNA: Bir də, bir az əvvəl hz. Musa (ə.s) hekayəsini nümunə vermişdiniz, inşaAllah. Orada da Allahın əmr etdiyini yerinə yetirmirlər, etsələr də xırdaçılığa vararaq yerinə yetirərlər, inşaAllah.

ADNAN OKTAR: Elə ki, mübarizə haqqında danışılır o zaman: "sən, Rəbbinlə birlikdə gedin, döyüşün" deyirlər. Amma malı inəyi kəsmək istəyəndə özlərini tam təqvalı kimi göstərərək: "Rəngi, forması necə olmalıdır, bir daha soruş"-deyirdilər. Ayədə Allah: "az qala əmri yerinə yetirməyəcəkdilər" deyir. Tam münafiq məntiqidir. Mübarizə haqqında bəs niyə elə təfərrüatlar soruşmursunuz? Allah mübarizə əmr etdiyində niyə soruşmursunuz? "Ya Rəsulullah, haradan gedim, dərhal gedək, digər yoldaşlarımı da çağırımmı?" deməzlər, elə deyilmi? Dolaşıq şeylərdə özlərini çoxbilmiş kimi göstərərlər, yersiz hərəkətlər edərlər, o da onların əleyhinə olar. Halbuki, ayədə də: "Peyğəmbərə sual verməyin. Lazım olsa elə özü sizə lazım olanları deyər" deyilir. "Üzən şeyləri soruşmayın" deyir. Münafiqlər həddindən artıq xırdaçıdırlar. Elə ancaq: "Bu necə oldu? Bu nədir? Bu hardan gəlir?" yersiz suallar verərlər. Allah ayədə: "Bir ruhanilik yaratdılar" deyir. "Heç ona da lazımınca əməl etməzlər” deyir. Yəhudilərdə də, xristianlarda da elədir. Həddindən artıq təfərrüata girərlər və bunu da yerinə yetirəcəyini zənn edərsən, amma ona da əməl etməzlər. Ayədə də Allah: "ona da lazımlı şəkildə əməl etmirlər" deyir.

OKTAR BABUNA: Siz Peyğəmbər (s.ə.v)-ə itaətdən bəhs edərkən bir dəfə demişdiniz ki, kim Peyğəmbər (s.ə.v)-in o vaxt dediyini başa düşməsə belə itaət etsə, savabı da elə daha çox olar, inşaAllah. Hikmətini anlamasa belə dediyini edər, çünki onsuz da hikmətini sonra başa düşəcəyini düşünər, inşaAllah.
ADNAN OKTAR: Hz. Xızır (ə.s) hekayəsində də var. Məsələn, Peyğəmbərimiz (s.ə.v): “dərhal iki adam gecə burdan aşağıdakı şəhərə getsin” deyir. Münafiq isə, haşa, Peyğəmbər (s.ə.v)-ə ağıl verməyə çalışır və: "yol təhlükəlidir, elə deyilmi?" deyir. Sanki Peyğəmbər təhlükəli yer olsaydı deməyəcəkdi? Məhz özünü çoxbilmiş göstərməlidir, bu münafiqlərin xüsusiyyətidir. Məsələn, mübarizəyə dəvət edirsən, o isə: "hava istidir" deyir. Sanki Peyğəmbər (s.ə.v) havanın isti olduğunu bilmir. Halbuki, Peyğəmbər (s.ə.v)-in də tərlədiyini, istiləndiyini görür. Peyğəmbər (s.ə.v)-ə, haşa, ağıl verməyə çalışırlar. Allahın hökmünü bəyənmirlər. Əslində onlar bu bəhanələri ilə Allaha qarşı çıxırlar. Haşa, Allaha qarşı kin bəslədiklərinə görə Peyğəmbər (s.ə.v)-i də bəyənmirlər. Peyğəmbər (s.ə.v)-ə qarşı düşmənçiliklərinin səbəbi əslində Allaha qarşı düşmən olmalarıdır.

OKTAR BABUNA: Sizin dediyiniz ayəni oxuyuram, inşaAllah, şeytandan Allaha sığınıram:

“Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah Bağışlayandır, Rəhmlidir”.
(Maidə surəsi, 101)

ADNAN OKTAR: Bir də müşriklər və münafiqlər Allaha şirk qoşarlar. Məsələn, İslamiyyəti əvvəl öz ağıllarına görə müəyyənləşdirər. Sanki qadağalarla dolu din anlayışı axtararlar. İlk öncə beyninə belə qəzəbli, qadağalarla dolu, qan tökən, təzyiq göstərən, xırdaçı bir din anlayışını qoyar. Qurana, hədisə baxanda ağlında tutduğu mənfi şeyləri görə bilməz. Ondan sonra dilini əyib bükməyə başlayar. Bu Quranda da belə bildirilir. Xüsusi şeylər çıxartmağa çalışır. Münafiq Quranda halal olan şeyləri görər, amma narahat olar. Halal bildirilmiş şeyləri halal olaraq qəbul etmək istəməz. Eləcə də haram bildirilmiş şeyləri görəndə narahat olar, bir sözlə haramı halala, halalı da harama qarışdırmaq istəyər. Amma xüsusilə halal olan şeylərdən narahat olar. Çünki nə qədər haram çox olsa münafiq üçün öz ağlına görə o qədər də yaxşı olar, haşa. Çünki haramlar çox olanda, insanları bezdirəcəyini düşünər şeytani ağlı ilə bu cür insanları dindən uzaqlaşdıracağını fikirləşər. Ona görə münafiqlər dini çox çətin və öhdəsindən gəlinməyəcək, qarışıq hala salar. Dini çətinləşdirər və bu cür insanları müsəlmançılıqdan döndərirlər. Bu şeytani bir üsuldur. Elə bir şərhlər edər ki, dini qeyri-mümkün, yaşanmayacaq hala salar. Onun fikrinə görə dini yaşamaq mümkün deyil. Nə geriyə çəkilə bilərsən, nə irəliyə gedə bilərsən, nə sağa, nə də sola dönə bilərsən. Hərəkət edə bilməyəcək hala salar. "Bu Allahın hökmüdür, bunu edəcəksən" deyər.

OKTAR BABUNA: Siz daha yaxşı bilirsiniz inşaAllah, bu halalı haram hesab etməkləri barədə danışmışdınız. Yəni Peyğəmbərimiz (s.ə.v) dövründən bəhs etmişdiniz. Münafiqlərin Peyğəmbər (s.ə.v)-in yoldaşlarına, paltarlarına, hz. Həsən (r.ə)-in paltarlarına həsəd apardıqlarını və bunlara  mane olmağa çalışdıqları haqqında bəhs etmişdiniz, inşaAllah.

Altuğ Berker: İnşaAllah, siz daha yaxşı bilirsiniz, Allah Quranda müsəlmanlara: "bir olun, dağılıb ayrılmayın" deyir. Bir olmalarını əmr edir. Münafiqlər də Munafiqun surəsi, 17-ci ayədə bildirildiyi kimi: "infaq etməyin, dağılıb getsinlər!" deyir.

ADNAN OKTAR: Münafiqin hər vəziyyətdə, bütünlüklə möminlərin dağılmağını istəməz. Çünki onlara həmişə ehtiyacı olur. Küfrlə, imansızlarla mübarizə aparmayacağına görə şeytani təcavüzkarlığı tətbiq etmək üçün mütləq müsəlmana ehtiyacı olur. Necə ki, bir qudurmuş it mütləq insanı dişləmək istəyər, münafiqlər də it kimi, heyvani davranarlar, mütləq müsəlmana hücum edərlər. Ona görə müsəlmanların tamamilə parçalanmağını istəməz, çünki belə olsa hücum etməyə adam qalmaz. Mütləq biri ilə başını qatmalı, birinə diqqət yetirməlidir. Uzaqdan öz ağlına görə baş qarışdırmağa, nəsə etməyə çalışarlar və bu münafiqlərdə çox əhəmiyyət kəsb edir. Öz başı (fikri, ağlı) qarışıq olar, eləcə də müsəlmanların da ağlını, fikrini qarışdıracağını zənn edər. Halbuki, müsəlmanların düşüncəsi möhkəm polad kimidir, heç vaxt qarışmaz. Amma öz axmaq başı qarışıq olduğuna görə öz ruhundakı qarışıq şəxsiyyəti onu həmişə bu hərəkətə vadar edir. Şeytan da belə bir cins varlıqdır, anormal bir məxluqdur. Buna görə "görəsən vəsvəsə verə bilərəm, görəsən qarışıqlıq çıxara bilərəm, görəsən diqqətlərini yayındıra bilərəm, görəsən halalı haram edə bilərəm, görəsən onları necə şübhəyə sala bilərəm?" kimi fikirlərlə özünü məşğul edər. Lakin ağılsız olduğuna görə həqiqətən zərər verə biləcəyini düşünər. Halbuki, hər münafiq eyni üsulu tətbiq edər və hamısı məğlub olar. Baxın münafiqlərə, tarix boyu eyni metodlarla gələrlər. Hamısının stili, üsulu, modeli eyni formadadır. Lakin bir-birlərindən xəbərsiz olduqlarına görə bu axmaqlar həmişə də eyni metodu tətbiq etmək istəyərlər. Bir sürü heyvan kimi eyni şeyi edərlər. Lakin müsəlmanların bunlara ehtiyacı olar. Yəni şeytana, münafiqə, müşrikə ehtiyacı vardır ki, mübarizə apara bilsin, təbliğ edə bilsin, savab qazana bilsin. Məsələn, bir çox münafiqlərə aid ayələr var. Münafiq olmayanda biz nəyi izah edəcəyik? Münafiq olmasa münafiqlərdənmi bəhs edəcəyik? Allah münafiqi yaradır ki, biz münafiqə aid Quran ayələrini izah edək. Münafiq həm də qadın düşmənidir, bu da onun xüsusiyyətlərindən biridir. Anti-qadındır və bunlar daim mənəvi cəhətdən pis olarlar. Allah bunların mənəvi gücünü qırmışdır. Bunlarda qısqanclıq olar, Allah ruhlarında güc yaratmır, xəstədirlər. Ona görə, ümumiyyətlə, münafiqlər həmişə pozğun olurlar. Qarışıq bir ruha sahibdirlər. Bir yerdə qərar tuta bilməyən insanlardır. Müsəlmanların gücü, qüdrəti, sevinci, sağlamlığı bunlara çox pis təsir edər, mənəvi cəhətdən sıxırlarlar, əzab-əziyyət çəkərlər.