12-ci söhbət

10 avqust 2010-cu il, Qaziantep Olay tv və Çay tv

ADNAN OKTAR: Allah Quranda, Nəhl surəsinin 116-cı ayəsində: "Diliniz yalana vərdiş etdiyi üçün “Bu halaldır, o haramdır!”  deməyin...” deyir. Bu, münafiqlərin əsas xüsusiyyətlərindəndir. Özlərindən çoxlu halal, haramlar çıxararlar. Biri bir şey deyəndə: "bu haramdır, o halaldır" deyər. Hardan qaynaqlanır? Heç bir qaynağı yoxdur, öz başından, öz məntiqindən icad edir. "Mənim məntiqimə görə belə olmalıdır" deyər. Münafiqlərin bu xüsusiyyətinə qarşı insanları  xəbərdar etmək lazımdır. Allah "...çünki Allaha qarşı yalan uydurursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.." deyir. Allaha qarşı həmişə yalan uydurmaq münafiqin xüsusiyyətidir. Maidə surəsinin 87-ci ayəsində Allah belə buyurur: "Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu, gözəl şeyləri haram etməyin....". Buradakı “gözəl bir şey” ifadəsi məsələn, insana xoş gələn şeylərdir, həqiqətən də münafiqlər xoş, gözəl şeyləri haram hesab edir. Nəyə əsasən haram sayır? "Mənim düşüncəmə görə haramdır" deyir. Uydurmaya görə haramdır. Görün Allah nə deyir ayədə: "... Allahın sizin üçün halal etdiyi gözəl şeyləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz". Yəni Allah Quran əxlaqından kənar hərəkət etməməyi buyurur. Ənam surəsinin 119-cu ayəsində Allah belə buyurur:  “Sizə nə olur ki, məcburiyyət qarşısında yeməli olduğunuz şeylər istisna olmaqla, O, sizə haram buyrulanları təfərrüatı ilə bildirdiyi halda", yəni “haram olan şeylərin adını Quranda demişkən” "... üstündə Allahın adı çəkilmiş şeyləri yeməyəsiniz?...". Yeməklərdə də: "filan şeylər yeyilməz"deyir. "Niyə?" soruşursan. "Haramdır" deyir. "Yaxşı bu necə?", "o da haramdır, bu da haramdır" deyirlər. Ayədə Allah məhz buna diqqət çəkir. Allah "... Üstündə Allahın adı çəkilmiş şeyləri yeməyəsiniz?.." deyir. "... Həqiqətən, çoxları (elm, şəriəti) bilmədiklərindən...", yəni Allah bir elm, qaynaqları olmadan - "nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar..." deyir. Yəni elə həmişə özlərindən haram, qadağalar çıxardırlar. "... Şübhəsiz ki, Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!". Burada ayədə, münafiqlərin, müşriklərin halal, haram çıxartma üsullarından birini göstərir. Ənam surəsinin 138-ci ayəsində Allah belə buyurur:"Onlar öz (batil) iddialarına görə...", yəni öz ağlına görə zənn edir"... bu mal-qara...", yəni gördüyünüz bu-bu heyvanlar haramdır. "... Və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz deyirlər. (Müşriklər) mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də (kəsərkən) üstündə Allahın adını çəkmirlər. Onlar (bunu) Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır" deyir Allah. Münafiqlərin ən xoşladığı şeylərdən biri də özlərindən haramlar, qadağalar çıxartmaqdır. Həmişə: “bu haramdır, bu qadağandır” deyərək qadağalar və haramlar yaradarlar. Buradakı məqsəd İslamı çətinləşdirmək və yaşanmaz hala gətirməkdir, haşa. İnanan, səmimi müsəlmanları da özləri kimi etmək istəyirlər, dərdləri ancaq budur. Bəqərə surəsinin 246-cı ayəsində Allah belə buyurur: "Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının başına gələnləri görmədinmi? Yəni o dövrdəki başçıları bildirir Allah. “..Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki....", yəni idarəedici, bir Mehdi göndər:  "... Allah yolunda vuruşaq!” dedilər! O da (onlara): “Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?” dedi... ". Yəni: "birdən mübarizə aparmasalar, təbliğə getməsələr, İslamı yaymasalar, tənbəllik etsələr" deyir. “Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Yəni, şübhəsiz, mübarizə aparacaqlarını deyirlər."Lakin onlara vuruşmaq vacib olduğu vaxt”, yəni, təbliğ, dini yaymaq nəzərdə tutulduğu vaxt "içərilərindən az bir qismi istisna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır”. Bu da münafiqlərin xüsusiyyətlərindəndir. “Quran hökmlərini qadağan edəcəyik. Müsəlmanların sevincini, şövqünü qaçırmaq üçün bir şey etmək istəyirik. Nə deyirsən?" desən dərhal, qaça-qaça gələr. Amma belə şeylərdə əvvəl özlərini çox gözəl cihad edən kimi göstərər. "Ay belə edərəm, elə edərəm" deyər. Amma iş ciddiləşəndə dərhal gənəli donuzların arasına girir və gedir orada onlara gənə kimi yapışır. Məsələn, Bəqərə surəsinin 249-cu ayəsində, Allah belə bildirir: "Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir...". Yəni: “bir ovuc su içsəniz, mənimlə gəlin. Amma bunu etməyənlər mənimlə gəlməsinlər" deyir. Allah "lakin onların az bir qismi istisna olmaqla, (hamısı) o sudan içdi" deyr. İndi bir insanın ürəyində münafiqlik, xəstəlik olanda: "Allahın halal buyurduğu suyu sən mənə necə qadağan edə bilərsən?" deyir. Halbuki, komandir dediyini yerinə yetirməlidirlər. Əmr sahibinə: "sən mənə qarışa bilməzsən"-deyir. Şeytani ağlı ilə, dikbaşlıq edir, burnunun dikinə gedir.  "... (Hamısı) o sudan içdi. O, özüylə birlikdə iman edənlərlə... "-hansı ki, bunlar 313 adamdır. Hz. Mehdi (ə.s) tələbələrinin də sayları buna oxşar 313 nəfərdir. Hədislərdə də bildirilmişdir bu - "O (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: “Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur!" dedilər. Onsuz da qaçacaq yer axtarırdılar. Yəni: "Biz  təbliğə, mübarizəyə getmirik"- deyirlər. “...Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inananlar isə dedilər...”. Burada, Axırzamana, həqiqətən iman edən hz. Mehdi (ə.s) tələbələrinə işarə edir, Allahualəm.“...Neçə dəfə olub ki, az bir dəstə...” -yəni, 313 nəfər adam – “... Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbir edənlərlədir...". Bu birbaşa hz. Mehdi (ə.s) tələbələrinə işarə edən bir ayədir. Əbcəd hesabı da hz. Mehdi (ə.s) dövrünü verir. Allah burada da münafiqlərin o həyasız, dikbaş, itaətsiz rəftarının nə qədər anormal olduğunu Allah izah edir.

OKTAR BABUNA: Siz, "münafiqlərin heç xoşlamadığı şeylərdən biri “itaətdir" demişdiniz.

ADNAN OKTAR: Bir də münafiq, məntiqini inkişaf etdirər, çoxbilmiş olar, həmişə dikbaşlıq edərlər. Yəni özlərini hər şeyi ən yaxşı bilən hesab edirlər. Allah, Ali İmran surəsinin 168-ci ayəsində: "(Evlərində) oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər...." deyir. Yəni başı bəlaya girməzdi, çətinliyə düşməzdi. Bunu, əvvəlcədən ayrılmış münafiqlər deyir hansı ki, çoxbilmişlik edib öz qardaşlarından ayrılıblar. Çoxbilmiş olduqlarını hesab edirlər. Qudurmuş keçi kimi eqoistlik edirlər və şeytan kimi qıcıqlandırırlar. “Evdə, yanımda otursaydın başına bəla gələrdi, nə tutulmazdı, nə yaralanmazdı, heç bir şey olmazdı. Amma qulaq asmadılar, başa düşmədilər. Ətraflarına bunu deməli idilər. Başa düşməli idilər, getməməli idilər, yanımıza gəlməli idilər" -deyir."... De: Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!"-deyir Allah. Burada Allah: “O zaman münafiqləri gözləyən ölümün qarşısını alın, dayandırın"-deyir. Münafiqlərin ən çəkindiyi, qorxduğu şey nədir bilirsinizmii? Ölməkdən çox qorxarlar. Gecə-gündüz ən böyük dərdləri budur. Çünki əxlaqsız və alçaq olduqlarını bildikləri üçün hər şeydə ölüm qorxusu hiss edərlər. Ən kiçik bir şeydə belə. Hər an ölümün onları yaxalayacağından qorxurlar. Məsələn, Bəqərə surəsi 67-ci ayədə Allah belə buyurur: “Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir...", yəni hər hansı bir malı alın, qurban kəsin deyir. Onlar isə: "...Sən bizi ələ salırsan?" dedilər. Tamamilə lovğa çaqqal üslubu nümayiş etdirirlər. Amma bu, münafiqlərin klassik üslubudur. Onlar həmişə dikbaş, alçaq, pozğun xarakterli olublar. Onlar şeytanın ruhuna sahib olduqlarına, şeytanı bir xarakterə, şeytanın fəlsəfəsinə malik olduqlarına görə: "...Sən bizi ələ salırsan?" dedilər..."Əzm sahibi olan dövrün Peyğəmbəri vəhylə söz deyir, onlar isə: "ələ salırsan?" deyirlər. Verdikləri cavab əsl münafiq cavabıdır: "... (Musa):" Cahil olmaqdan Allaha sığınıram" dedi". Yəni: "Mən cahil bir insan deyiləm, Allaha sığınıram, vəhylə hərəkət edirəm" deyir. Bəqərə surəsi 68-ci ayədə Allah buyurur: "Rəbbinə dua et ki,..."―burada, münafiqlərin həyasız üslübunu görürük, həmişə gizli saxladıqları üslubdur. Çünki: “Rəbbimizə deyil, Rəbbinə de” deyirlər. "Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin". Burada münafiqlərin özlərini üstün tutduqlarını görürük, çünki özləri dua etmir, hz. Musanın Allaha dua etməyini istəyirlər, özlərini adam yerinə qoyurlar, yəni onların adından dua etməyi deyirlər. "Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin...", yəni demək istəyir ki, onların fikirləşdiyini Allah fikirləşməmişdir haşa, sanki Allah səhv hökm verib hətta peyğəmbər də başa düşmür, haşa, bəyənmədiklərinə görə təfərrüatlarını bilmək istəyirlər. Münafiqlər ən çox təfərrüatlara diqqət yetirərlər, yəni xırdaçılığa getməyi vacib bilərlər. Təfərrüatlara girdikləri üçün boğular, həm də buna əməl etməz, xaindir. Əsasən də müsəlmanları təfərrüat, xırdaçılığa yönəldər, həm də özü əməl etməz. Bu halaldır, o haramdır, bu qadağandır, sağa dönmək, sola dönmək, oturmaq qadağandır, qalxmaq qadağandır. Soruşanda ki “sən özün bunlara əməl edirsən?” "Mən əslində etmirəm" deyir. Amma aşkarda özünü əməl edən kimi göstərir. Öz-özlüyündə münafiq: “nümayiş olsun deyə, göstəriş üçün edərəm" deyir. "Amma gizlində etmirəm" deyir. "...Nə cür inək olduğunu bizə bildirsin..." dedilər. Bunu Allahdan istəyirlər. "Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin!” (Musa) dedi: “(Allah) buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, (onu da) yerinə yetirin!” dedi. Yəni “artıq məsələni bitirin” deyir. Xırdaçı olmaq, təfərrüatları vacib saymaq münafiqin xasiyyətidir, mütləq gərək təfərrüatlara girsin, xırdaçılıqdan doymur ki, doymur. "(Bu səfər) onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” (Musa) dedi: “(Allah) buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. (Ona) baxanları sevindirir...". Göründüyü kimi tamamilə münafiq ağlıdır. Yəni münafiq sadə, asan dini heç vaxt qəbul etməz. Çətin bir din istəyər. Nə qədər çətin, nə qədər dözülməz bir din olsa münafiq üçün bir o qədər yaxşıdır. Bu onun əməl edəcəyindən irəli gəlmir, sırf şeytanlıq olsun deyə belə istəyir "... “(Allah) buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. (Ona) baxanları sevindirən bir inəkdir”. “Sarı rəngli bir inəkdir” deyir, yəni Allah rəngini də deyir. "(Onlar yenə:)" Rəbbinə dua et ki..."―burada münafiqin inadkar, azğın, dikbaş olduğunu, müqavimət göstərdiyini görürük. Qarşısındakını mütləq yalançı çıxartmaq istəyər. Allahın hökmünü hec vaxt bəyənməz, haşa, mütləq Peyğəmbərin hökmünə qarşı çıxar, itaətsizlik göstərər. "...Bizə onun xüsusiyyətlərini bildirsin. Onun (inəyin) əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik...” deyirlər. Allah burada özlərini daha ağıllı, çoxbilmiş sandıqlarını bildirir. Bütün münafiqlər çoxbilmiş, dikbaş və qıcıqlandırıcıdırlar. Ayədə: "çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik...” deyirlər, sanki haşa, guya Allah bilmir, Peyğəmbər də bilmir, öz başlarına fikirləşib tapırlar, nəsə bilirlər. "... İnşaAllah (Allah diləsə) biz düz olanı taparıq" dedilər. Burada yenə də bir müsəlman üslubundan istifadə etdiklərini görürük. Peyğəmbər izah etdiyi, Allahın dediyi onların düzgün olanı tapmağı üçün kifayət etmir, çünki onların düşüncəsində bir din var və həmin dini tapmaq istəyirlər. Yəni Quranın izah etdiyi din ona kifayət etmir. Mütləq, elə bil başqa bir din tapmalıdırlar. Çox qərarlı olarlar. "...İnşaAllah (əgər Allah istəsə) biz düz olanı taparıq" dedilər. (Musa) dedi: “(Allah) buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmaq üçün ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda (heç bir) ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!” dedilər. Ayədən də görünür ki, artıq xırdaçılıq etmək üçün soruşmağa sözləri qalmamışdır. "... Beləliklə inəyi kəsdilər, amma az qala (bunu) yerinə yetirməyəcəkdilər". Burada Allah münafiqlərin xasiyyətinə diqqət çəkir. Yəni əsl niyyətləri inəyi kəsməmək və başqasına da elətdirməmək idi. Baxın indi eyni adamlara Allah deyir ki: “Peyğəmbər: “Biz indi təbliğ edəcəyik, İslamı, Quranı, Tövratı (o dövrdəki Quran hökmündə olan kitabı―Tövratı) yaymaq üçün, təbliğ etmək üçün hərəkətə keçəcəyik. Gəlin birlikdə gedək" deyir. Maidə surəsi, 22-ci ayədə Allah buyurur: "Onlar dedilər: “Ya Musa, orada nəhəng (qüvvətli) adamlar vardır", yəni yenə ağıl verməyə başlayırlar: "...onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”. Göründüyü kimi, əsl xain kimi hərəkət edirlər. Necə mühit istəyir? Cihad edilməyən, təbliğ olmayan, bir çətinliklə qarşılaşmayacaq bir mühit istəyir. Yəni tutulmaqdan, nəzarətə götürülməkdən, yaralanmaqdan, risk etməkdən qorxar, çəkinər, belə bir mühitin olmamasını, tamam rahat bir şərait istəyər. Bu ayə məhz münafiqin riskdən qorxmağının dəlilidir. Bunu heç vaxt istəməz. Halbuki, məsələn: bizim əsgərlərimiz Şərqə getməklə riskə gedir, Allah rizası üçün canını fəda edir. Haqqı müdafiə etmək üçün risk lazımdır. İnsan həbsə də düşə bilər, böhtana da uğraya bilər, hər şey ola bilər. Amma münafiqlər "belə şey olmaz" deyirlər. Maidə surəsi, 24-cü ayədə: "Onlar dedilər: "Ey Musa onlar oradan çıxmayınca biz ora girməyəcəyik..." dedilər. Yəni: "biz təhlükə, kiminsə bizə söz deməsini istəmirik, danışıqların olmağını, həbsə düşməyi, tutulmağı istəmirik. Döyülmək, söyülmək istəmirik" deyirlər. Rahat bir mühit istəyirlər. Bu lovğa insanların üslubuna diqqət edin, onlar: "... Sən və Rəbbin gedib onlarla vuruşun..." deyirlər. Münafiq xarakteri məhz burada üzə çıxır. Çünki oradakı insanlara və Peyğəmbərə: "mən təhlükə istəmirəm" deyir.  Bu, münafiqin əsas xüsusiyyətidir. "...Sən və Rəbbin gedib onlarla vuruşun” deyirlər-“biz isə burada qalacağıq”. Harada? O pis donuzların, ağlını itirmiş kaftar donuzların peyinlərinin içində. "Siz gedin, həbsə də düşün, mübarizə də aparın, amma biz küfrə sığınacağıq, əxlaqsızların içinə sığınacağıq və onlar da bizi qoruyacaqlar" deyirlər. "Biz təhlükənin içinə girə bilmərik" deyirlər. Nur surəsinin 53-cü ayəsində Allah: "...Allaha çox möhkəm and içdilər...." deyir. Münafiqlər elə danışarlar ki, həqiqətən dindar olduqlarını zənn edərsən. Yəni tam müsəlman üslubu ilə danışarlar. Allahdan çox bəhs edərlər. Çox təqvalı bir üslubdur. "Onlara əmr etdiyin zaman mütləq (cihada) çıxacaqları haqqında Allaha çox möhkəm and içdilər....". Haşa, "sən vəzifəni yerinə yetirmirsən. Əgər etsən bax gör biz nələr edəcəyik" deyir. "...Onlara de: “(Yalandan) and içməyin, itaətiniz məlumdur. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!...". Tövbə surəsinin 81-ci ayəsində Allah belə buyurur: "(Döyüşə getməyib) arxada qalanlar Allahın elçisinin əleyhinə çıxaraq (evdə) qalmalarına sevindilər....". Donuzların qanı ilə bəslənən bit kimi oturub qalmaqlarına sevinənlər, "necə də düzgün hərəkət etdim" deyir. "O donuz yuvasına girməklə necə də düzgün hərəkət etdiyini" deyir. Elə oturub-durub sevinir. "Aralarında olsaydım özümü təhlükəyə atardım, indi başım-beynim sakitdir, rahatam" deyir. Nə risk var, nə təhlükə var, sağında kafir, solunda fırıldaq, önündə münafiq, digər tərəfdə azğınlardır. Amma: "təhlükə yoxdur" deyir. Təhlükənin tam içinə girib. Allah bəlanı verib. Cəhənnəm qatarına minib, amma bundan xəbəri yoxdur. "...Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər...". Ayədə: “malları və canları ilə” deyir. Münafiq: "vaxtında malımı  vermişəm" deyir. Münafiqin ən böyük dərdi mal dərdidir, ondan mal-pul çıxınca canı çıxar. Münafiqlər canlarını əsla təhlükəyə atmazlar. “Canımı təhlükəyə ata bilmərəm, yaşlanaram, xəstələnə bilərəm, həbs edilə bilərəm, hər şey ola bilər" deyərlər. Canını da, malını da çox şirin sayar. Mal verdikdə də başa qaxaraq verərlər, verdiyi mala görə peşman olarlar, buna görə əziyyət çəkərlər. Allah “Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər..." deyir. Əylənməyə gedər, buna pis baxmaz, amma söhbət mal verməyə gələndə buna pis baxar. Əsl hədəfləri mal-pul olduğuna görə malı gedəndə sanki ətindən-canından gedər. Münafiiqin həm malı, həm də canı çox şirin olar. Malı çıxınca canı çıxar. Allah ayədə: "...De ki: "Cəhənnəm odu daha istidir..." deyir. Burada Allah verəcəyi bəlanın dərəcəsini bildirir. Tövbə surəsi, 81-ci ayədə Allah: "... Kaş ki, bir bilsəydilər” deyir. Tövbə surəsi, 86-cı ayədə isə belə buyrulur: "“Allaha iman gətirin və Onun elçisi ilə birlikdə cihad edin!”―deyə bir surə nazil edildikdə onların var-dövlətə malik olanları səndən icazə istəyib dedilər: “Bizi burax (evdə) oturanlarla birlikdə qalaq". Burada Allah vaxtı ilə mal-mülk, pul yığmış münafiqlərdən və onların ağılsız dostlarından, tərəfdaşlarından bəhs edir. Bu tərəfdaşları, dostları qotur itlər kimi, onların bitləriylə, qanıyla bəslənərlər. "... Onlardan sərvət sahibi olanlar səndən icazə istəyib: "Bizi burax evdə oturanlarla birlikdə qalaq" dedilər Münafiq məhz öz yuvasına girər və heç bir iş görmədən orada yaşayar. "Onlar arxada qalanlarla birgə qalmağı seçdilər...". Yəni, digər arxada qalan münafiqlərlə birlikdə qalmağa razı oldular. Əvvəl qaldıqlarına görə fəxr edərlər. "Bizi burax evdə oturanlarla birlikdə qalaq" dedilər. "Yəni: “o biri münafiqlər kimi arxada qalaq". Münafiqlərin ən sevdiyi şey bir küncə çəkilib qotur qaya porsuğu kimi uzaqdan hadisələri seyr etməkdir. Qotur qaya porsuğu necə təhlükədən qorxursa, həmişə yuvalarında necə gizlənirlərsə, bunlar da həyatda həmişə qorxu içində olar və müsəlmanlardan həmişə uzaq olarlar. Müsəlmanlardan qaçmalarının səbəbi təhlükə qorxusudur. Allah "...onların qəlblərinə möhür vuruldu..." deyir. Yəni ölü kimidirlər, artıq heç bir söz də başa düşməzlər. "...Buna görə də onlar (haqqı) başa düşməyəcəklər". Allah Tövbə surəsi, 86-87-ci ayəsində səbəbini belə açıqlayır. Tövbə surəsi 42-ci ayədə Allah buyurur: "Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər...". Məsələn, 6 aylıq, 1 illik asan nəticələnən bir şey olsaydı "...onlar mütləq sənin ardınca gedərdilər...". Çünki nəticədə dərhal qazancı əldə edəcəklər. "...Lakin əziyyətli yol onlara çətin gəldi...", yəni böhtana, təzyiqə, təhqirə uğramaqdan, həbs olunmaqdan qorxdular. "...Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”―deyə Allaha and içəcəklər...", yəni imkanlarının olmadığını və s. müxtəlif bəhanələr gətirərlər. Allah "...Onlar özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir" deyir. Münafiqin əsas xüsusiyyəti çox yalan danışmasıdır. Nisa surəsi, 72-ci ayədə Allah belə bildirir: "İçərinizdə elələri də var ki,...", yəni bu münafiqlər həddindən artıq tənbəl olarlar. Yəni açıq-aşkar, yavaş-yavaş, ağır tərpənərlər. Bütün münafiqlərə baxın, çox yavaş-yavaş tərpənərlər. Qotur itlər necə hərəkət edərlər, bunlar da elədirlər. "...Əgər, sizə bir müsibət üz versə...”, məsələn, mömin tutulsa, döyülüb söyülsə, malını-mülkünü itirsə: "...Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə (bəlaya düçar) olmadım” deyər. Məsələn, deyər ki: “vaxtında nə yaxşı etdim onlardan uzaq oldum". Ali İmran surəsinin 78-ci ayəsində: "Onlardan eləsi vardır ki, dillərini kitaba doğru əyib bükərlər..." deyir. İndi Quran var, dillərini Kitaba doğru əyib bükərlər, yəni Qurandakı hökmləri dəyişdirərlər. Tamamilə başqa mənalar çıxardarlar. Məsələn, Allah deyir: "məscidlərə gedərkən zinətlərinizi taxın gedin". Quran elə deyir, amma onlar: “o ayənin hökmünü bir fikirləş gör nə məna verir? İndi mən sənə mənasını başa salaram. Zinət nədir? Təmiz geyinəndə o zinət olur? Zinət oraya pərişan halda girməməkdir, zinətin mənası budur" deyir. Öz ağlına görə tamamilə başqa bir məna verir. "...Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər...". Yəni Quran hökmü kimi dilini əyib-bükərək dəlilləndirməyə çalışar, Allahın hökmü kimi qələmə verər. Allah "...Halbuki, bu, kitabdan deyil..." deyir. Yəni Quranın hökmü deyil, amma elə göstərmək istəyir. Zənnə qapılırlar, təxmin edərək yalan danışırlar. "Bu, Allah qatındandır!” deyərlər". Burada Allah münafiqlərin insanlara dini necə təlqin etdikləri, necə səhv izah etdiklərini bildirir. "...Halbuki, o, Allah qatından deyildir...". "Onlar bilə-bilə Allaha qarşı yalan danışarlar". Burada Allah münafiqlərin necə saxtakar olduqlarını bildirir. Özləri də bilərəkdən yalan danışırlar. Çünki dinin altından çıxılmaz hala gətirmək, çətinləşdirmək istəyirlər. Yəni bu əxlaqsızlığı qəsdən edərlər. Ənfal surəsi, 49-cu ayədə Allah belə buyurur: "münafiqlər və qəlbində xəstəlik olanlar belə deyirdilər: "Bunları (müsəlmanları) öz dinləri aldatdı...". Yəni öz səhv düşüncələrinə görə, müsəlmanlara: “bunlar səhv yola girdilər, aldandılar" deyərlər. "...Halbuki kim Allaha təvəkkül etsə, həqiqətən Allah yenilməz qüvvət sahibidir, hikmət sahibidir". Yəni: “Müsəlmanlar Allaha təvəkkül edərlər, Allah da hökm və hikmət sahibidir" deyir.  Ən düzgün hökmü hikmət sahibi verər. Allah qısa və ən düzgün olanı izah edər" deyir. Sad surəsi, 6-cı ayədə Allah belə buyurur: "Onların adlı-sanlı adamları çıxıb gedərək (dedilər) (yəni münafiqlərin böyük hesab etdikləri ağa babaları, aparıcı münafiqlər): Gedin tanrılarınıza qarşı (bağlılıqda) qərarlı davranın. Doğrusu, bu (sizdən) istənilən bir şeydir". Bunların ilahı nədir bilirsiniz? Allahın hökmünü dəyişdirən bəzi saxtakar alimlərdir. Məsələn, səbəbsiz yerə halalı haram edər. Nə Peyğəmbər (s.ə.v)-in sünnətini, nə hədis, nə də Quran tanıyar. Öz-özünə halallar, haramlar icad edər. Çünki "Doğrusu, bu (sizdən) istənilən bir şeydir” deyir. Yəni: "Allahın nəzərdə tutduğu əslində budur. Doğru olan budur, bunu etməliyik" deyir. Ətrafdakılara ağıl verir. Amma söhbət cihaddan, təbliğdən, dini yaymaqdan gedəndə: "Amandır, mənə belə şeylərdən bəhs etməyin" deyir. Dərhal gedib donuza yapışar, qanını sovurmağa başlayar. Ən böyük biti olan donuzla birlikdə yaşayırlar. Bu münafiqlərin xüsusiyyətidir. "...Gedin, tanrılarınıza qarşı..."―yəni ilahlaşdırdığı, Allah adına hökm verən hər kəs, Allah adına yeni bir hökm verən varlıqlar―bunları ilahlaşdırdıqlarını deyir. Alim deyirlər, amma onu ilahlaşdırmışlar. “Qərarlı olun” deyir, məsələn, filan müəllimin sözünə itaətdə qərarlı olun deyir. Çünki "Doğrusu, bu (sizdən) istənilən bir şeydir”―deyə Quranın hökmünə qarşı çıxırlar və dini dözülməz vəziyyətə gətirmək istəyirlər. Şeytani bir üsuldur. Allah ona görə Maidə surəsinin 101-ci ayəsində: "Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın..." deyir. Yəni “bu necə olacaq, filan şey hardandır” deyib xırdaçılığa getməyin. "Bunları soruşmayın" deyir. “...Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. Allah onları bağışladı. Allah bağışlayandır, həlimdir!". Yəni Allahın Qurandakı hökmü, Peyğəmbər (s.ə.v)-in sünnəti nədirsə hamı ona tabe olmalıdır, təfərrüatlara girilməməli, sual verilməməlidir. Maidə surəsinin 102-ci ayəsində Allah buyurur: "Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə kafir olmuşdu". Yəni belə olanda insanlar dindən çıxmış olur. Məsələn, izah edə-edə dini elə bir vəziyyətə gətirib çıxardır ki, insanlar bunun yerinə yetirilməsinin qeyri-mümkünlüyünü deyir. Yəni: "insanın yerinə yetirə biləcəyi bir şey deyil" deyir. Bu yolla insanları  dindən uzaqlaşdırırlar. Yunis surəsi, 59-cu ayədə Allah belə buyurur: "De: “Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız”. De: “Allahmı sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?”. Allah burada özbaşına Allahın nazil etdiklərinin bir qismini halal, bir qismini də haram qılan saxtakarlardan bəhs edir. "...De: “Allahmı sizə izn verdi?", yəni Allah “hansı dəlilləriniz var?” deyir. "...Yoxsa Allah haqqında yalan uydurub iftira yaxırsınız?". Yəni Allah haqqında yalan danışıb iftira atırlar, Allah ayədə məhz bunu bildirir.