13-cü söhbət

11 avqust 2010-cu il www.harunyahya.tv

ADNAN OKTAR: (Münafiqlər) Çox sarsaq, çoxbilmiş, özündən razı, axmaq bir ruha malikdirlər. Bütün münafiqlər özlərini dünyanın ən ağıllı insan olduqlarını zənn edərlər. Bu çox böyük bir möcüzədir. Bütün münafiqlər ayrı-ayrılıqda özünü ən ağıllı adam hesab edir və özündən daha ağıllı bir münafiq olacağını da qəbul etmir. Məsələn, qədim dövrlərdə də Drar məscidinin münafiqlərinin hər biri ayrı-ayrılıqda özünü dünyanın ən ağıllı adamı zənn edirdi. Münafiqlər həddindən artıq lovğa və çoxbilmiş olurlar. Öz daxilində yerləşmiş şeytani sistemdir. Öz-özünü yeyib-dağıdan şeytani hiylədir. Bədiüzzaman "hiyləli hissləri verən şeytandır" deyir. Şeytan hiyləgər, yalançıdır, bu ayədə də şeytanın dilindən deyilir: “insanların qəlblərinə vəsvəsə verəcəyəm”. Münafiq də buna görə daima şeytanın verdiyi bu vəsvəsə ilə məşğul olar. Öz düşüncəsinə əsasən müsəlmanların inancına təsir etməyə, müvəffəqiyyətini alt-üst etməyə çalışar. Münafiq də var qüvvəsilə, hərbi gücü ilə, həm atlı, həm piyada gücü ilə, əlindən nə gəlirsə onu müsəlmanlara qarşı istifadə edər. Bütün gücünü bu yolda səfərbər edər. Küfrdə şeytanın əmrində çox böyük birliklər olar. Məsələn, böyük sistemləri vardır. Çini təsəvvür edək və oradan nümunə verək. Çində bir münafiqi düşünək. Çin ordusu, münafiqin əmri altındadır. Eləcə də Çin polisi, Çin kəşfiyyatı da münafiqin əmrindədir. Çinin bütün manyakları, ağılsızları, əyyaşları, cinsi azğınları, əxlaqsızları, hamısı onların əmrindədir. Ona görə münafiqin gücü şeytanın gücü kimidir. Böyük bir gücə sahibdir. Amma eyni zamanda da şeytan kimi axmaq və gücsüzdür. Yəni eyni zamanda bu iki xüsusiyyətə sahib olar. Həm gücsüz olar, həm də şeytani gücü olar. Amma müsəlmanın bir üfürməsi ilə alt-üst olar. Münafiqlər möminlərə təsir edə bilmir. Qəlbi (mənəvi, iman cəhətdən zəif) zəif olana təsir edə bilər. Ona görə, münafiq zəif adam görən kimi onu narahat edər. Yəni öz fikri etibarilə onu axmaq bilər. Münafiqin fikrinə əsasən ilk növbədə qan qohumu olan yaxın insanları xilas etməlidir. Peyğəmbərimiz (s.ə.v) dövründə də elə idi. Münafiqi özgələri çox maraqlandırmazdı, qan bağını (qohumluğu) əsas götürdüyünə görə onları xilas etmək üçün, və ya çətin bir vəziyyətdən qurtarmaq üçün başqalarına ziyan vurarlar, hücum edərlər. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in yanına gedirdilər. Sonra isə ayrılırdılar "sən necə gedə bilərsən (ayrılarsan)" deyəndə, "niyə ki, sən mənim övladımsan"―deyə cavab verir. "Nəyə görə övladınam?” soruşanda "qan bağı var, mənim qanımdan gəlirsən" deyir. "Mən də Peyğəmbər (s.ə.v)-in dinindən gəlirəm" deyir. "Səninlə qan bağım varsa onunla da iman bağım var" deyir. Müsəlman: "bu iş qanla irinlə olmaz"-deyir. İman, əxlaq bağıyla, ruhla, dərinliklə olar. Qardaşlıq da elə bu şəkildə olar. Ona görə münafiqlərin maddi dünyagörüşləri çox ziddiyyətli xarakter daşıyır. İnsanlığın ruhuna çox zidd bir xarakterdir. Quran bunu çox ətraflı izah edir. Quran əxlaqı ilə ziddiyyət təşkil edir. Amma öz fikrinə əsasən Qurandan sui-istifadə etməyə çalışar. Amma bacarmaz, həll edə bilmədikdə də əl çəkməz, yenə də elə bu işə can atar. Məsələn, münafiqlər, Peyğəmbərimiz (s.ə.v)-in hədislərini Peyğəmbərin öz əleyhinə istifadə etmək istəyər. Drar məscidini quranlar: "biz Qurana tam tabeyik" deyirdilər. "MaşaAllah, əlhəmdülillah" deyirdilər. Amma əlbətdə ki, Peyğəmbər buna baxmayaraq onların münafiq olduğunu bilirdi. Onlar: “Peyğəmbərimiz özü məscidlər açın dedi" deyirdilər. “Burda qəbahətli nə var ki, biz də məscid açdıq" deyirdilər. “Onda Peyğəmbər (s.ə.v)-in məscidinə gəlin”―deyəndə “yox gəlmirik" deyirdilər. "Niyə gəlmirsiniz? Bizim məsciddə artiq biz daha təqvalıyq. Çünki bu məscidə qadınlar gəlmir. Orada bizi hz. Həsən, hz. Hüseynin evlilikləri haqqında söhbətlər narahat edir" deyirlər. "Hz. Əlinin zarafatçılığı, sevinci, də bizi narahat edir. Amma bu məsciddə elə bir şey yoxdur, biz zarafat etmirik, çox ciddi insanlarıq" deyirdilər. "Qadın da gəlmir" deyir. Dediyim kimi bütün münafiqlər həmişə anti-qadın, anormal olublar. Bunu gizlətməyə çalışsalar da həmişə bəlli olur. Öz düşüncəsinə görə gizlədər, amma onsuz da bilinər. Münafiqlər bu nifrəti, qadın nifrətini bir çox yerdə İslama da gətirməyə çalışmışdılar və bu məntiq günümüzə qədər davam etmişdir. Qadına qarşı qəzəb və nifrət bəsləyərlər. İndiyə kimi qadınlara qarşı etibarsızlıq, hörmətsizlik bəsləyərlər. Əlbəttə ki, Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə, Quran ayələri ilə bu vəziyyətin qarşısı alınmışdır. Lakin həmişə hücum etməyi gözləyər. Münafiqlərdən qadınlar haqqında soruşanda çox qeyri-adi bir şey təsvir edərlər. Ona görə Allah: "Münafiqun və münafıkat" deyir. Yəni münafiq kişilər və münafiq qadınlar ancaq bir-birləri ilə yola gedə bilərlər. Amma dava ilə, nifrətlə və kinlə davam edərlər. Bir-birlərinə nifrət edərlər. Eləcədə Allah Quranda: "Muminun və müminat" deyir. Yəni mömin kişilər və mömin qadınlar da bir-birlərini canı kimi çox sevərlər. Bir bədəndə iki can kimi çox sevərlər. Bir-birlərinə qeyri-adi sevgi bəsləyərlər.

Altuğ Berker: Bir ayə oxuyuram, inşaAllah. Şeytandan Allaha sığınıram: "Sən qəlbində xəstəlik olanların: “Qorxuruq ki, başımıza bir fəlakət gələ”―deyərək onların (Kitab əhli) arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə (bəxş etsin) və ya dərgahından bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar. "

ADNAN OKTAR: Yəni münafiqlər: “Əgər birdən bizi polis tutsa, ya həbs edilsək, ya təhqir edilsək, televiziyada, qəzetlərdə bizimlə əlaqədar bir şey çıxsa” deyərək qorxarlar. Quranda da açıq-aşkar bildirilir. Həmişə bu qorxu, çaxnaşma içində olduqlarına görə, etibarlı hesab etdikləri yerə gənə kimi yapışarlar.