14-cü söhbət

11 avqust 2010-cu il, Samsun Aks tv

ADNAN OKTAR: Münafiq çox arsız varlıqdır. Müsəlmanın dinə görə hərəkət etməyinə inanmadığına görə hadisələri qan, mənfəət bağına görə qiymətləndirər. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə də, əvvəlki dövrlərdə də elə idi. Oğlu, övladı müsəlman olar, yaxud qardaşı müsəlman olar, dindar olar, amma özü münafiq, dinsiz olar. Məsələn, ona: "gəl birlikdə iş görək" deyir. "Niyə?" deyir. "Biz qan qardaşıyıq, qan asılılığı var" deyir. "Eyni anadan, eyni atadan doğulduq" deyir. İman qardaşlığı varmı? Xeyr, yoxdur. Onu vacib hesab etmir. Münafiq qan bağının hər şeyi həll edəcəyinə inanar. İman qohumluğunu heç vaxt başa düşməz. Halbuki, hz. Nuh (ə.s): "mənim oğlum" deyir, Allah isə: "Sənin oğlun deyil" deyir. Yəni artıq qohumluq bağı qırılır. Qohumluq bağı imanla olar. Münafiqin qohumluq bağı olmaz. Qohum münafiqdirsə qohumluğa da son qoyular. Qanla, ilik-sümüklə və s. qohumluq olmaz. Çünki onun qanını, sümüyünü onsuz da torpaq udacaq. Ruh bağı da imana görədir. İmanını itirdisə və ya münafiq oldusa, küfrə düşdüsə artıq heç bir bağı qalmaz, inşaAllah. Quranı diqqətlə araşdırsaq hz. Lut (ə.s)-ın xanımının da elə olduğunu görərik. Onlar isə  hələdə bağın davam etdiyini zənn edirlər. Halbuki, küfrünü elan etdikdən sonra artıq hər şey bitir, yəni qohumluq və s. Bununla da qohumluq bağları qırılır, inşaAllah.

OKTAR BABUNA: Siz daha yaxşı bilərsiniz, inşaAllah. Hz. İbrahim (ə.s)-ın atası da elə olub.

ADNAN OKTAR: Buna aid olduqca çoxlu sayda nümunələr var. Münafiq öz içində Allah tərəfindən çürüdülən şeytani bir məxluqdur. Münafiq olduqdan sonra Allah ondan hidayəti alır. Ayədə də Allah Allahın diləmədikcə: "Artıq onlar hidayət tapmazlar" deyir. Öz içində, öz sistemində o yavaş-yavaş çürüyər. Münafiqlər öz-özünə hücum etməyə başlayarlar. Əvvəl şeytanın təsiri ilə müsəlmanlara hücum edər. Müvəffəqiyyətli ola bilmədikdə müsəlmanların daha da gücləndiyini görəndə, daha da özünə qapılıb, yanmağa başlayar. Allahı Quranda ürəkləri daxildən yandırıb yaxan bir atəşdən bəhs edir. bu dünyada atəş məhz münafiqlərə aiddir. Onları içdən yandırar və çürüdər, münafiq təkliyin ağrısını çəkər. Münafiq 100.000 adamın içində olsa da tək olar. Çünki, haşa, özünü Allahdan, Peyğəmbərdən böyük saydığına görə o ağrını, eqoistliyin ağrısını şiddətli şəkildə hiss edərlər. Eqoistlik onu boğar. Bədiüzzaman: "(eqoistlik) onun bütün bədənini bürüyər" deyir və bunun təsiri altında bədəni getdikcə çökər və məhv olar. Bütün bədəni bürüyəndə də, vücudu bütövlüklə ruhən xərçəng olar. Artıq bədən özünə hücum edər. Həqiqətən, həm fiziki, həm ruhən çökər. Allah onu bir cür dəli edər. Dəli edənə qədər də əl çəkməz. Bütün münafiqlərin sonu belə nəticələnir. Yəni belə yavaş-yavaş həlak olarlar. Quranda ona işarə olaraq Allah: "heç gözləmədikləri tərəfdən yavaş-yavaş onları həlaka sürüyərik" deyir. Məsələn, münafiq heç bir şey olmayacağını fikirləşir. Çünki münafiq təhlükədən, riskdən qorxar, "aman mənə zərər gəlməsin, kefim pozulmasın, malıma, mülkümə zərər gəlməsin"―deyə düşünər. At ağcaqanadı kimi qaçdığını düşünər. Məsələn, donuzun çirkin yerlərinə ağcaqanad qonar və orada qanını sovurar. Münafiqlər də belə donuzun çirkin yerinə qonmuş ağcaqanad kimidir, at ağcaqanadı kimidir, orada qanını sovurar. Amma o pisliyi də onu çəkər. Eyni zamanda o murdar şəraitdə, o iyrənclikdə yaşayar. Qanı sovurar, amma iyrənc qanı, bu murdarlıq da onu çökdürər. Münafiqin özünə xas murdar qoxusu olar, murdar bir təəssürat bağışlayar, o onu yandırar. Allah Quranda buna işarə olaraq: "yavaş-yavaş onları həlaka sürüyərik" deyir. Əlbətdə, bunun da bir hikməti var. Yavaş-yavaş öz içində qovrular və çökər. Cəhənnəmdə də Allah, onlara əbədi əzab verəcəyini deyir. Guya təhlükədən xilas olmuş olur, amma ən böyük təhlükənin və bəlanın içinə girmişdir. Orada təhlükə var. Orada birbaşa hadisənin, bəlanın içinə girir. Münafiqlərin dünən xırdaçılığını izah etmişdik. Münafiq eyni zamanda öz təfərrüatında boğulan, amma müsəlmanları da təfərrüatda boğmağa çalışan bir varlıqdır. Yəni müsəlmanları da öz yanına çəkməyə çalışar. Onları da boğmağa çalışar, amma müsəlman Quranın fərasətiylə, İslamın sadə, dəqiq bir din olduğunu bilər. Quran öz içində özünü qoruyar. Qurana tabe olan da özünü çox yaxşı qorumağı bacarar, təsir altına düşməz. Yəni müsəlman qatı dinçiliyə, xurafatçılığa uymaz, münafiqliyə düşməz. Quran polad zireh kimidir. Qurana sarılan qorunmuş olar. Bütün ayələr Quranda açıqdır. Allahın hökmləri çox açıqdır. Münafiq öz ağlına görə ayələrə başqa məna verərək, dözülməz vəziyyətə salaraq müsəlmanları belə ziddiyyətlə, yeni hökmlərlə, yeni qadağalarla, şərhlərlə boğmağa çalışar. Lakin bunu bacarmayanda da yeni hücumlara keçər. Ən sonda da münafiq təkbaşına dəli olar. Ən son mərhələsi budur. Əlbəttə ki, bu mövzunu, daha da ətraflı izah edəcəyik, başa salacağıq. Amma Quran ayələri ilə izah etsək daha yaxşı, daha ətraflı olar.

OKTAR BABUNA: Şeytandan Allaha sığınaram:

"(Uhudda) iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud (heç olmasa) müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Evlərində) oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!" (Ali İmran surəsi, 166-168)

ADNAN OKTAR: İndi ayəni hissə-hissə oxu!

OKTAR BABUNA: "İki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu".

ADNAN OKTAR: İndi bunu Axırzamana aid edək. Allah iki birlikdən bəhs edir. Mehdiyyət və dəccaliyyət qarşı-qarşıya gəlir. Mehdiyyət bir çox hücuma məruz qalar. Əvvəldə iddia edilən Ərgənəkon təşkilatı olmaqla, ateist masonlar, münafiqlər, küfr, ateist və darvinistlər tərəfindən hücum və təzyiqlərə məruz qalacaqlar. Bunu Allah yaradır, əgər yaratmasa onda  mehdiyyət də olmaz. Yəni mehdiyyətin mütləq hücuma, təzyiqə, münafiqə, kafirə ehtiyacı vardır. İddia edilən Ərgənəkon təşkilatını yaradan Allahdır. Bunu mehdiyyət üçün yaradır. Hz. Mehdi (ə.s)-ın (fikirlə) məğlub etməyi üçün yaradır. Darvinizm hz. Mehdi (ə.s)-ın (fikirlə) onu məğlub etməyi üçün xüsusi olaraq yaradılır. Münafiq və ya münafiq camaatı, hz. Mehdi (ə.s)-ın onu məğlub etməyi üçün xüsusi olaraq yaradılar, Küfr də xüsusi olaraq həmişə cılız və gücsüz yaradılar.

OKTAR BABUNA: Peyğəmbərimiz (s.ə.v) hədislərinin birində belə buyurur: "Münafiqlərin və küfrün işləri hz. Mehdi (ə.s)-a zərər verə bilməyəcək, ayrılanlar da, müxaliflər də hz. Mehdi (ə.s)-a heç bir zərər toxundura bilməyəcək. O, ondan ayrılanlara baxmayaraq zəfərlə yoluna davam edəcək"(Ramuz el-Ehadis).

ADNAN OKTAR: Münafiq elmi inkişaf etdirər. Münafiq sayəsində sən biliyini artıra bilərsən. Münafiqə qarşı Quranın hökmlərini yaxşıca öyrənərsən və özünü necə müdafiə edəcəyini, müsəlmanları necə müdafiə edəcəyini Qurandan başa düşərsən. Kafir elmi inkişaf etdirər. Kafirə qarşı necə mübarizə aparacağını Quran oxuyaraq və ümumi mədəniyyətini artıraraq öyrənə bilərsən. Yəni çox böyük bir məlumata ehtiyac yaranar.

OKTAR BABUNA: Küfrün və münafiqlərin Axırzamandakı möminlərə qarşı bəslədikləri kinlərinə işarə edən bir ayə oxuyuram, inşaAllah. Şeytandan Allaha sığınıram: "Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz (nazil olan) kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!” deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah ürəkdə olanları bilir". (Ali İmran surəsi, 119)

ADNAN OKTAR: Allahın bu ayəsinə uyğun olaraq, Allah bütün münafiqləri kin və hirsiylə öldürsün, inşaAllah. Kin və hirsi ilə Allah onları həlak etsin, içlərini yandırsın Allah. Beyinlərini, ruhlarını yandırsın. Allah belə əmr etdiyinə görə mən də belə deyirəm. Sən indi ayəni mənə hissə-hissə oxusan, mən də onları şərh edərəm, inşaAllah.

OKTAR BABUNA: "Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər..."

ADNAN OKTAR: İndi müsəlmanların bir qismi münafiqi başa düşmədiyinə görə, qan bağına görə onlara şəfqət hissi duyur, onlarla maraqlanır, əlaqə qurmaq istəyir, onu qorumaq istəyir, yalnız qan bağı olduğuna görə, iman bağına görə deyil. Allah da ona lənət edir. "Amma onlar isə sizi sevməz" deyir. Çünki mənfəət kimi görər. Yəni yemək verən bir maşın kimi, ya da pul kəsən (çıxaran) bir maşın kimi baxarlar. Buna görə münafiq insanı insan kimi sevən bir məxluq deyil. Münafiq mənfəət üzərində qurulmuşdur, amma Quranı özü üçün, haşa istifadə etməyə çalışar. İndi isə davam edək.

OKTAR BABUNA: "... Siz nazil olan kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!” deyirlər..."

ADNAN OKTAR: İndi müsəlmanlar Quranın hamısına, möhkəm ayələrə, açıq hökmlərə itaət edir. Qarşılaşanda münafiq: "mən də itaət edirəm" deyər. Yəni bu münafiqin xüsusiyyətidir. Quranla özünü pərdələməyə, büruzə verməməyə çalışar. Özünü gizlədər.

OKTAR BABUNA: "... təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirərlər..."

ADNAN OKTAR: Onların nə ağıla qulluq etdiklərini görürsünüz. Münafiq onsuz da həmişə öz fikrinə uyğun yaşayan, öz daxilində özünü parçalayan bir varlıqdır. Quran ona diqqət çəkir. “Barmaq ucunu” deyərkən mənəvi cəhətdən özünü içindən yeməsi nəzərdə tutulur. Allah bunu Quranda çox qısa bir üslubla izah edir. Bir insanın öz-özünün barmaq ucunu gəmirməyi nə deməkdir? Yəni öz-özünü yeyib-tökməkdir, qəzəbindən, əsəbindən bir şey edə bilmir. Baxır ki, müsəlmanlar güclü, qüdrətli, şən, cəld, cürətlidir və onları da məğlub edir. Onları zəfər, nemət, bolluq, gözəllik içində bunu gördükcə münafiq yanar. Yəni daxilən yanıb-yaxılar. Daxilində yanan alov onu əhatə edər. Bu həmin izah etdiyim mövzudur. Allah bunu Quranda çox gözəl açıqlayır. Öz-özünü yeyən bir məxluqdur. Daxilən əriyər, əriyər və yanar. Axırda da münafiq həlak olar.

OKTAR BABUNA: "…De: “Qəzəbinizdən ölün!."

ADNAN OKTAR: Qəzəbindən və əsəbindən ölərlər. Bu dua, yəni Allahın bildirdiyi dua, sonda münafiqlərin, kindən və əsəbindən öldüklərini bildirir. Yəni kin və əsəb onun ruhunu xərçəng xəstəliyi kimi xəstələndirər. Ruh xəstəsi edər, əziyyət verər. Bütün bədən üzvləri pozular. Əsəb saçlarına, gözünə, sinir sisteminə, qara ciyərinə, mədəsinə, hər yerinə təsir edər və müxtəlif xəstəliklərə səbəb olar. O xəstəliklərə görə də ölər. Lakin əsl səbəbi kin və əsəbdir. Quran bu möcüzəyə diqqət çəkir. Yəni Allah yavaş-yavaş daxilən onları həlak edər. Məsələn, heç gözləmədiyi vaxtda xərçəng xəstəliyinə tutular. Heç ümid etmədiyi yerdə Allah bir şey edər. Mömində bir imtahandır, münafiqdə də bir bəladır. Amma Allah münafiqin xəstəliyə tutulmasına kini və əsəbi vəsilə edir. Mömində isə birbaşa xəstəlik olaraq yaradar.

OKTAR BABUNA: Şeytandan Allaha sığınıram:

"Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcək. Allah eşidəndir, biləndir". (Tövbə surəsi, 98)

ADNAN OKTAR: Münafiqlər müsəlmanlara bir verib əvəzində isə on almaq fikrində olarlar. Özünü çoxbilmiş, gözüaçıq zənn edib əvəzində qat-qat artıq almaq istəyər. Həqiqətən, verər və əvəzində 10 dəfə artıq almaq istəyər, amma ala bilməz, gözləyər, gözləyər heç bir dənə də ala bilməz. Çünki İslamda yığmaq yox, paylamaq vardır. Bu münafiqin başına bəla olar. Nəticədə də fitnəyə çevrilər. Olduqca pərişan olar. "Vaxtında bu qədər verdiyim mal-pul nə olacaq?" deyər. Bu bəladan heç cür xilas ola bilməz. Bu, münafiqin ürəyinə düşmüş yanğı olar. Bunu ziyan, zülm, bəla kimi görər.

OKTAR BABUNA: "... və sizə bir bədbəxtlik üz verməsini gözləyir..."

ADNAN OKTAR: Müsəlmanların yalnız pisliyini istəyər, elə həmişə onlara qarşı bir plan hazırlanmağını, tutulmaqlarını, həbsə atılmaqlarını, döyülməklərini, söyülməklərini, əzilməklərini, təhqir olunmaqlarını gözləyərlər, bu işlərə dəstək olarlar, müsəlmanları satarlar. Bunu etməyə can atan qruplara daxil olar. Onlara məlumat verər, onları təşviq edər, istiqamətləndirər. Halbuki, müsəlmanın elə buna ehtiyacı vardır. Çünki müsəlmana qarşı hücum olmasa qalib gələ bilməz. Bir qudurmuş it olmalıdır ki, sən də odunla onu qovasan. Odun isə elm, sevgi və qardaşlıq olmalıdır. Onlar hücum edəcəklər, mehdiyyət qovacaq, bizlər də qabaqcıl əsgər kimi qovacağıq.

OKTAR BABUNA: "Bədbəxtlik onların öz başlarına gələcək" deyir Allah.

ADNAN OKTAR: Bu ayə bədbəxtliyin qəti olaraq, mütləq baş verəcəyini bildirir. Münafiqlər mütləq pis fəlakətlərə düçar olarlar. Həmçinin, münafiq donuzun çirkin yerində yaşayan parazit kimidir. Orada yaşamağı onub üçün onsuz da bir zülmdür. O murdar qan onu onsuz da pərişan edər. O murdar qan onsuz da onun halını pisləşdirər, münafiq orada təkliyə qərq olar. Təkliyin əzabını çəkər. Ona görə əzab çəkdikcə daha da təcavüzkarlaşar, təcavüzkarlaşdıqca da daha çox məğlubiyyətə uğrayar. Məğlub olduqca təcavüzkarlaşar, beləliklə, tamamilə çıxılmaz bir vəziyyətə düşər və orada elə çırpına-çırpına qalıb həlak olar. Münafiqin xüsusiyyəti, möminlərin gücünü, sevincini, sağlamlığını, səhhətini gördükcə pərişan olmaqdır. Ona görə münafiqləri, kafirləri əsəbləşdirmək bir ibadətdir. Müsəlman güclü olmalıdır. Ən gözəl evlər, ən gözəl avtomobil, ən gözəl paltar, gözəl yemək, gözəl elm, gözəl sevgi, hər şeyin ən gözəlini axtarmalıdır. Qorxmaq, çəkinmək, əldən düşmək və s. bunu kimi hallar müsəlmanda yoxdur. Belə şeylər müsəlmana yaraşmaz. Müsəlman olduqca gümrah olmalıdır. Hətta Peyğəmbərimiz (s.ə.v) dövründə 70 yaşında kişilər saçlarını, saqqalını qapqara rəngləyirdilər. Mənim aslanlarım! Günəşdən rəngləri qıpqırmızı, qızarmış olardı. Münafiqlər isə onları görəndə "aman" deyirdilər. Pərişan olurdular. Səhabələrin sevinci, canlılığı və gücü onları daha da çökdürürdü. Tərtəmiz idilər. Atları baxımlı, bədənləri sağlam, qüvvətli idi, maşaAllah.

OKTAR BABUNA: Şeytandan Allaha sığınıram:

"Allah aranızdan (camaatı cihaddan) çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun!” deyənləri tanıyır. Onlar nadir hallarda döyüşə qatılırlar. (Çünki) sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən. Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır". (Əhzab surəsi, 18-19)

ADNAN OKTAR: Münafiqlərin əgər bir uşağı, övladı varsa və müsəlmanlara qonaq gedirsə uşağını aparmaz, mütləq evdə qoyar. Yaxud evdə saxlayır "müsəlmanların yanına getməyəcəksən" deyərlər. Səhabə dövründə də belə idi. Hal-hazırki dövrümüzdə də elədir. Hər dövrdə olmuşdur. Övladlarını buraxmaz, evdə saxlayar. Bu, münafiqlərə aid üsuludur, müsəlmanların yanına getməsin deyə zorakılıq tətbiq edər. Əllərini, ağzını bağlayar. "Müsəlmanlarla görüşməyəcəksən!" deyər.

OKTAR BABUNA: "...Onlar nadir hallarda döyüşə qatılırlar..."

ADNAN OKTAR: Əgər övladını əlində saxlaya bilməsə, müsəlman onlara gedibsə, münafiqin uşağı hicrət edib xilas olarsa münafiq yenidən ona: "Bizə qoşulun" deyərlər. Yəni ağzından qan axan gənə kimidir. Qanlı pəncəsi ilə "gəl-gəl"―deyə çağırar. Bilmirəm donuzun harasına yapışıb, elə qanını sovurur. Digərlərini də "gəl bura" deyə çağırır. "Bura çox yaxşı bir yerdir"deyir. "Axı mənim gəlməyim sizin nəyinizə lazımdır?"―deyə cavab verdikdə "qan bağı var" deyir. Müsəlman da: "mən iman bağına görə qardaş olaram. Sən mənim qardaşım deyilsən. Sən münafiqsən" deyir. Münafiq başqadır, qan bağına görə münafiqdən qohum olmaz. Qohumluq iman bağına görə olar. Allah ayədə: "bir-birinizlə qardaş oldunuz" deyir. İman qardaşlığı vardır. Qana görə qardaşlıq olmaz.

OKTAR BABUNA: "...Çünki sizə qarşı xəsislik edirlər..."
 ADNAN OKTAR: Pul vermək onlar üçün ən çətin məsələdir. Pul vermək münafiq üçün bir dərd olar. Verdikdən sonra çox peşman olar. Hələ bunun dərdini də çəkər. Ömrü boyu onun yanğısı ilə yanar. Allah onlara bəla olaraq bunu verir. Çox eqoist olurlar. Münafiq ac it kimi ancaq özünü düşünər. Yalnız öz yeməyini, öz qurtuluşunu düşünər. Tayfasını ancaq gəlir gətirəcək varlıqlar kimi gördüyünə görə özünə tərəf çağırar. "Gəlin, sizdən də nəsə əldə edim"―deyə fikirləşərək çağırar. Onların, özündən güclü olduğuna görə çağırar. Yoxsa iman bağına görə deyil. Onların imanı maraqlandırmaz. Əgər maraqlandırsaydı elə dini, İslamı, Quranı yayardı. Özünü Allaha özünü təslim edər, cihad edərdi.

OKTAR BABUNA: "...Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən..."

ADNAN OKTAR: Münafiqlər çox böyük qorxu içində olarlar. Hər şeydən qorxar. Xəstələnməkdən qorxar, həbs olunmaqdan qorxar, təhqirdən qorxar, birinin hücum etməsindən qorxar, bütün ömrü qorxu içində keçər. Ona görə müsəlmanların yanından qaçır. Əsl dərdi budur. Həmişə qorxunu yaşayar və qorxu içində də ölər. Cəhənnəmə gedər orada da qorxu içində yaşayar. Sonsuza qədər həmişə belədir. 

OKTAR BABUNA: "...Qorxu keçib getdikdə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar..."
ADNAN OKTAR: Münafiqlər çox qorxaq olarlar. Həmişə qorxu içində yaşayarlar. Hər şeydən qorxarlar. Xəstələnəndə qorxar, tutulanda qorxar, təhqirdən qorxar, hücumdan qorxar, həyatını ömrü boyu qorxu içində keçirər. Ona görə müsəlmanlardan uzaq olar. Əsl dərdi budur. Həmişə qorxu hissi keçirər, elə qorxu içində də ölərlər. Cəhənnəmə gedər orada da qorxu içində yaşayar. Sonsuza qədər həmişə belə olar. 

OKTAR BABUNA: Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar.

ADNAN OKTAR: Yalnız mənfəət güdərlər. Mənfəəti də əldə edə bilməyəndə təcavüzkarlaşar. Məsələn, təhqir edər, müsəlmanın başını qarışdırmağa çalışar, "bizə gəl" deyər. Tələ qurdurar. Münafiqin başı qarışıq olar, sanki havalanar. Nə edəcəyini bilməz. Müşriklərlə birlik qurarlar, bu, Quranda keçir. Kafirlərlə və müşriklər ittifaq qurarlar. Müşrik məntiqi ilə ortaya çıxar, bəzən haşa Quranı istifadə etməyə çalışar, nə edəcəyini bilməz. Ona görə  nə istədiyi də tam bəlli olmaz. Mənfəət güddüyünə görə dəli kimi olar. Möminlərin arxasınca sancan dilləri ilə təhqir edərlər, böhtan atarlar, təzyiq göstərərlər. Bunu müxtəlif formalarda edərlər. Öz düşüncəsi etibarı ilə əsrimizin bütün imkanlarını istifadə edərlər. Amma bu, müsəlmanları gücləndirər, dincəldər, canlandırar, hücum etməyə şövqləndirər. Müsəlmanlar üçün xeyirli, onlar üçün şərdir. Müsəlmanların belə bir xeyirə ehtiyacı vardır.

OKTAR BABUNA: "...Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır".

ADNAN OKTAR: Mənşəyində imansız olurlar. Amma özlərini imanlı kimi göstərdiklərinə görə, insanlar onları imanlı hesab edər. Lakin sonda həm dünyada məğlub olarlar, həm də axirətdə həlak olarlar. Bütün münafiqlər dünyada rəzil, rüsvay kimi məşhur olarlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri məşhurdur. Mehdiyyət dövrünün münafiqləri də məşhur olacaq, hamı tərəfindən tanınacaq, yəni pis mənada məşhur olacaqlar.

OKTAR BABUNA: Münafiqlər dost bildikləri insanlara əslində nifrət edərlər. Şeytandan Allaha sığınıram:

"Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır." (Həşr Surəsi, 14)

ADNAN OKTAR: Münafiqlər çox axmaqdırlar, amma hamısı özünü çox ağıllı sayır. Hamısı ayrı-ayrılıqda ağıl işlədərlər. Özlərindən razı və çox bilmiş olarlar. Amma çox axmaqdırlar və bir-birlərinə çox nifrət edərlər. Lakin it sürüsü kimi də bir-birlərindən ayrılmazlar, gənəli itlər də bir-birlərindən ayrılmazlar, onlar da bir-birlərindən ayrı yaşamazlar. Amma Allah bunu, onlara bir bəla olaraq verir. Yəni nifrət etdikləri ilə birlikdə olmağa məcbur olmaları onlar üçün çox böyük bir bəladır. Üzünə baxır, danışığından nifrət edir, yemək yeməyindən, içməyindən nifrət edir, hər şeyindən nifrət edir, lakin onunla yaşamağa məcburdur. Cəhənnəmdə də Allah onları ayırmır, orada da bir yerdə olarlar, heç ayrılmazlar.
OKTAR BABUNA: Siz bu barədə demişdiniz, iddiasını satan, xəyanətkar, etibarsız olduqlarını bildiklərinə görə bir-birlərinə nifrət edərlər.

ADNAN OKTAR: Hamısı bir-birinin xain olduğundan xəbərdardırlar. Üzünə baxan kimi ürəyində bu ona xain, o da buna xain deyər, ikisi də bir-birlərinə xain deyərlər. İkisi də bir-birlərinin əxlaqsız olduqlarından əmindirlər. Lakin bir-birlərinin üzünə gülər, canım, ciyərim, şən kimi görünməyə çalışarlar, amma bir-birlərinin münafiq olduqlarından 100% əmindirlər.