15-ci söhbət

12 avqust 2010-cu il www.harunyahya.tv

ALTUĞ BERKER: Allah münafiqlər haqqında, Maidə surəsi 13-cü ayədə belə buyurur, şeytandan Allaha sığınıram:"... Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər..."

ADNAN OKTAR: Münafiqlər nə edər? Məsələn, Allah: "Bu halaldır" deyir. Münafiqin xüsusiyyəti nədir? Halal olan onun düşmənidir, halalı haram edər. Ürəyi sıxılar, Allahın rəhmətini azaltmaq istər, Allahın verdiyi gözəllikləri yox etmək istər. Nə qədər gözəllik varsa, hamısını yox etmək istəyər. O axmaq, ağılsız düşüncəsi ilə bunu edər, özünü dünyanın ən ağıllı adamı sanaraq edər. Nə etsə də boşa çıxar. Rəzil, rüsvay olar, inşaAllah. Maidə surəsi, 13-cü ayədə Allah: "verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik..." deyir. Bu tamamilə münafiq əlamətidir, onlar xaindirlər. Müqaviləni, itaəti pozar, itaətdən qaçar. Allah: "...onları lənətlədik və qəlblərini sərtləşdirdik..." deyir ayədə. Allah onlara lənət etsin, bir daha lənət etsin. Allahın lənəti bütün münafiqlərin üzərinə olsun. "... və qəlblərini sərtləşdirdik..." deyir Allah. Məhz sərt və pis xarakteri bundan qaynaqlanır. Ürəyi daşlaşmışdır, sevgi, şəfqət, mərhəmət, hörmət, diqqət, itaət olmur. "...Onlar (münafiqlər), (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər...". Yəni tamamilə fərqli şərhlər edərlər, məsələn, Allahın möhkəm (açıq) ayəsi vardır, münafiq bu ayələri ağlagəlməz formada şərh edərlər. Münafiq münafiqə dəstək olar. Ya müşriklərdən, ya da münafiqlərdən məsləhət alarlar. Allahın ucsuz-bucaqsız rəhmətini daraltmağa çalışarlar. "...Onlar özlərinə öyrədilənlərin bir hissəsini unutdular..." deyir Allah. Məsələn: “Qurana itaət et, sünnəyə əməl et, gözəl əxlaqlı ol, mehriban ol, itaətli ol, hörmətli ol” deyirsən, tez-tez xatırladırsan, amma sanki başları sümükdəndir, beyni yoxdur, kötük kimidirlər, başına vursan taqqıldayar. "...İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən...." deyir Allah. Həmişə xəyanət edərlər. Onların ən əsas xüsusiyyəti, xain olmalarıdır. Vəfasız və xaindirlər. "...Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir". Yəni: “onlara fikir vermə” deyir Allah. Əlbəttə ki, bu ayə tək münafiqlərə aid deyil. Amma eyni zamanda münafiq xarakteridir, ona görə izah edirəm. Yoxsa Allah: "onları yetmiş dəfə bağışlasanda, onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə yenə Allah onları bağışlamaz" deyir. Münafiq çox alçaq varlıqdır. Allah Səba surəsi, 38-ci ayədə: "Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlərsə (qiyamət günü) gətirilib əzaba düçar ediləcəklər...." deyir. Necə cəhd göstərir? Məsələn, Quranı açırıq, açıq, möhkəm ayə var deyirik. Onlar isə: "Olmaz" deyir. "İndi mən sənə izah edəcəyəm, tamamilə zidd olduğunu görəcəksən" deyir. Adamın eşşək dili kimi dili var. Dilini bükərək, tam fərqli şəkildə şərh edir. Dini qarışıq, başa düşülməz və normal bir insanın heç vaxt yerinə yetirə bilməyəcəyi şəklə salar və dinə öz ağlına görə, haşa, zərbə vurduğunu düşünür. Ona bunu etməyə nə məcbur edir? Özü kimi dinsiz, imansız, münafiq adamlar yaratmaq istəyir, ona görə belə edir. Çünki bizim dinimiz tərtəmiz, sağlam, səhhətli, çox güclü, gözəl bir dindir. İnsanın beyninə şəfa verir. Dinimizdə sevinc, gözəllik, estetika, sənət, azadlıq var. Onlar isə sənəti, azadlığı, sevgini müsəlmanların əlindən almaq istəyir. Allah “Onların intiqam almağı yalnız Allahın və Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir" deyir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-dən intiqam almaq istəyirdilər. Allah "...Yalnız Allahın və Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir..." deyir. Rahatlıq münafiqlərin gözünə batır, qulaqlarına batır. Peyğəmbərimiz (s.ə.v)-ə düşmən olurlar. Allah deyir: "...Onların intiqam almağı yalnız Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir...". Yəni intiqam deyəndə əslində intiqam deyil, birbaşa öldürmək, şəhid etmək istəyirlər, elə bir intiqam almaq fikrində idilər. "...Allahın və Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir...". Allah onların buna görə etməsinə diqqət çəkir.
Həqiqətən, bu məxluqlar murdar suların yığıldığı dərədən də aşağı səviyyədədirlər. Dünyadakı ən murdar, ən pis mikrobdurlar, mikrob belə onlardan  təmizdir, mikrobdan da alçaqdırlar. İman təzahürüdür, münafiqlərə nifrət etməliyik. Bütün dövrlərdə dünyanın başına bəla olmuşlar. Yəni münafiq şeytandır. Şeytana bərabərdir. Xüsusiyyəti bunlardır. Yəni iblisdir.

OKTAR BABUNA: Peyğəmbərimiz (s.ə.v)-in buna aid hədislərini oxumaq istəyirəm. Əbu Hureyrədən rəvayət edildiyinə görə Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur: "Bunlar münafiqlərə aiddir. Söz danışarkən yalan danışar, söz verər əməl etməz. Ona bir şey əmanət edildiyi vaxt xəyanət edər ".

ADNAN OKTAR: Rəsulullah (s.ə.v) bu hədisi, əlbəttə, bir çox istiqamətdə izah edərək vermişdir. Cümlə-cümlə oxu, şərh edim.

OKTAR BABUNA: "Bunlar münafiqlərə aiddir. Söz danışarkən yalan danışar..."

ADNAN OKTAR: Yəni Quranı dəyişdirər, hədisi dəyişdirər, haqqı dəyişdirər, sevgini dəyişdirər, hər şeyi dəyişdirər, yalan danışar.

OKTAR BABUNA: "…söz verər əməl etməz..."

ADNAN OKTAR: Məsələn: "Allaha, Rəsuluna imama, yaxud hz. Mehdi (ə.s)-a tabe olacağam, ömrüm boyu düzələcəm” deyər. Bir də görərsən ki, xain, fırıldaqçı kimi sözünü tutmaz. Küfrün içinə girər, orada da fırıldaqlıq edər. Heç vaxt verdiyi sözü yerinə yetirməz, sözündən dönər. Münafiqin xüsusiyyətidir.

OKTAR BABUNA: "Ona  bir şey əmanət edildiyi zaman xəyanət edər".

ADNAN OKTAR: Mütləq xəyanət edər, bu onun xüsusiyyətidir. Çünki həm də şeytanın xüsusiyyətidir. Münafiqdə də bu çox görünər.