16-ci söhbət

13 avqust 2010-cu il www.harunyahya.tv

OKTAR BABUNA: “Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı." (Hədid surəsi, 14)

ADNAN OKTAR: Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?...”. Yəni münafiqlər axirətə gedəndə, məlumatın bir qismini unudarlar. Həqiqətən, müsəlmanlarla birlikdə olduqları bir dövr var. Amma müsəlmanlara qarşı apardıqları müharibəni, mübarizəni və küfrlə iş birliyini bir kənara qoyarlar. "Sizlərlə birlikdə deyildikmi?" deyərlər. Hər münafiqin müsəlmanlarla müəyyən bir əlaqə dövrü vardır. Yəni onlarla danışar, bir yerdə olar, yeyər. Münafiq olduğunu hiss etdirməz, əsl simasını gizlədər, səhifə arasına girmiş at ağcaqanadı kimidir. Onun fərqinə varılmaz.

OKTAR BABUNA: "...Deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız..."

ADNAN OKTAR: Belə olduqda möminlər deyərlər: "Siz özünüzü fitnəyə saldınız", çünki ortada bir şey yoxdur, lakin özü iblis ruhu ilə baxdığına görə, özünü şeytani bir rejimə  soxar, şeytani bir xarakterə salar.

OKTAR BABUNA: "... möminlərə bəla üz verməsini gözləyirdiniz..."

ADNAN OKTAR: Burada, möminlərə bəla üz verməsini gözləmələri çox əhəmiyyətlidir. Bunu kənardan gözləyər. İt kimi qaçmalarının səbəbi də budur. Məsələn, it də bir yerdə səs-küy olanda tez qaçar, qulaqlarını tıxayar, quyruğunu da qısaraq uzaqdan dəhşət içində hadisələri seyr edər, həm uzaqlaşar, həm də kənardan seyr edər. Münafiqlər də it kimidir. Quyruğunu qısaraq  uzaqdan baxaraq qaçar. Bəlaların, ağrı-acıların müsəlmanları əhatə etməyini gözləyər. Ağrı-acı yəni, həbs edilmək, döyülmək, söyülmək, təhqir olunmaq, iqtisadi cəhətdən çıxılmaz vəziyyətə düşmək deməkdir. Bunlara nə ehtiyac vardır? Münafiqin nəyə ehtiyacı vardır? Bir sözlə, münafiq ən üst təbəqəyə çox diqqət yetirər. Məsələn, imama, liderə və s. Başdakı adam kimdir, Axırzamanda hansı nöqtəyə diqqət edəcək və s. Axırzamanda birinci növbədə üst nöqtəyə, yəni hz. Mehdi (ə.s)-ı hədəfə alacaq. İkinci hədəfi isə hz. Mehdi (ə.s)-ın ətrafındakı xas tələbələri olacaq. Üçüncü hədəfi də, ən zəif gördükləri, yəni ən alt təbəqə olacaq. Burada iki nöqtəyə hücum ediləcək. Bir tərəfdən mehdiyyətə hücum edər, yəni üst təbəqəyə, digər tərəfdən də zəiflərə, yəni alt təbəqəyə hücum edər. Özlərinə tərəf çəkmək üçün altdan-altdan hücum edər. Hz. Mehdi (ə.s)-a da üstdən hücum etməyə çalışar. Ağrı-acıların və fəlakətlərin əhatə etməyini gözləməsinin səbəbi də budur. Hər cür pisliyin onları əhatə etdiyini düşünər. Özlərinin qorxmasının da səbəbi budur. Onlar həmişə bəla qorxusu içindədirlər və bir gün qorxduqları bu bəla baş verəcək. Ona görə də müsəlmanların yanından qaçar. Qaçandan sonra da, özünün xilas olduğunu fikirləşər. Müsəlmanlara da bəla və qorxu gəlməsə qaçmağının bir mənası olmaz. Ona görə də müsəlmanlara bəla, ağrı-acının baş verməsi üçün çalışar, cəhd göstərər. Xəbərçilik edər, yəni müsəlmanları satar, yalandan şahidlik, əxlaqsızlıq edər, müşriklərlə birlikdə olar. İddia edilən Ərgənakon təşkilatının üzvləri ilə olar, hamısıyla bir olar. Mətbuatdan bəzi şərəfsizləri tapar, onların vasitəsi ilə müsəlmanlara zərər vermək üçün iş görər. Fəlakət baş verməyəndə də depressiyaya düşər, dərd çəkər. Çünki müsəlmanlardan üz döndərib getməsinin mənasız olduğunu görər. Həm də, müsəlmanların sağ olduğu müddətdə onlardan intiqam alacaqlarından qorxarlar. Yəni alçaldılmaqdan, şərəfsiz vəziyyətinə düşməkdən qorxarlar. Çünki Allahın qarşısında özünə haqq qazandıra bilməyəcəyini bilər. Bir əsl müsəlmanlar var, bir də özü kimi qansız və vicdansızlar. Hamını öz vəziyyətinə salmaq üçün səy göstərər ki, Allah qarşısında özünə haqq qazandıra bilsin. Bununla haqq qazana biləcəyini fikirləşər. Yəni zəif də olsa bir inancı vardır. Çünki şeytan da elədir. Şeytan cəhənnəmdə: “Mən Allaha inanıram, mən sizi çağırmadım, mən Allahdan qorxaram" deyir.

OKTAR BABUNA: "...haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı..."

ADNAN OKTAR: Allaha və İslama qarşı çıxarlar. Əvvəlcə Allahdan şübhə edərlər. Allahdan şübhə etdiyinə görə Qurandan da şübhələnər. Ona görə münafiqlər Quranı çox təfərrüatlı şəkildə araşdırarlar. Bəlkə Quranda, haşa, bir əksiklik vardır deyə, müsəlmanlara qarşı istifadə edə biləcəkləri izah vardır deyə yaxşıca araşdırarlar. Münafiqlər çox mədəni və bilikli olarlar. Amma sırf İslama qarşı, müsəlmanlara qarşı mübarizə aparmaq üçün bundan istifadə edərlər. Gecə-gündüz oxuyarlar. Qurana inana bilmədiklərinə görə, həm də Qurana şübhə etdiklərinə görə yerləri araşdırarlar. Həm də müsəlmanları Quranla, hədislə haradan vura biləcəyini araşdırarlar. Çünki dindən başqa bir şeylə vura bilməyəcəyini fikirləşər. Oradan bir şeylər etməyə çalışar. Ona görə də dilini əyib bükməyi lazım olur. Halalları haram etməsi, haramları da halal etməsi lazım olur. Buna görə səy göstərər. Quran buna işarə edir.

OKTAR BABUNA: "... haqqa şübhə edirdiniz..."

ADNAN OKTAR: Həmişə tərəddüd içində olarlar. Bir az da əsəbi olarlar. Bunlar ən sonuncu mərhələdə, manyak bir şəxsiyyətə sahib olarlar. Eyni ilə iblis kimi, şeytan kimidir. Həmişə şübhələnərlər. Qurandan, Allahdan, Peyğəmbər (s.ə.v)-dən, özündən şübhələnərlər. Bu şeytanın xüsusiyyətidir. Eynilə şeytan kimidir. Yəni münafiq şeytanın insan formasıdır. Bir də şeytanın cin forması vardır. Cinin münafiqi şeytandır. İnsan da münafiq olanda insanlığı şeytanlaşmış olur.

OKTAR BABUNA: "...Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı".

ADNAN OKTAR: O hiyləgər şeytan həmişə münafiqlərin dostu olur. Bəs şeytan onları necə aldada bilir? Allah ilə aldadır. Bəs münafiq necə aldadır? O da Allah ilə aldadır. Müsəlmanlara qarşı nədən istifadə edir? Quranı, hədisi istifadə edir. Müsəlmanları parçalamaq, bölmək, təsirsizləşdirmək, şübhəyə salmaq, narahat etmək, məğlub etmək üçün var gücü isəy göstərər. Təsirli olurmu? Olmur. Onlar pələngin üstündə uçan at ağcaqanadı kimidir. Yaxınlaşa bilməzlər. Yalnız havada dövr edərlər.

OKTAR BABUNA: Bu ayə bu qədər idi. Başqa ayə oxuyuram. Şeytandan Allaha sığınıram:

"Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə əzaba düçar ediləcəklər". (Səba surəsi, 38)

ADNAN OKTAR: Bu Quranın hökmüdür. Məsələn, Quranda İslam əxlaqının dünya hakimiyyətindən bəhs olunur, elə deyilmi? Bunu necə təsirsizləşdirə bilərik? İslam Birliyini necə ortadan qaldıra bilərik? Hz. Mehdi (ə.s)-ın çıxışını necə dayandıra bilərik? Dəccalın varlığını insanların gözündən necə gizlədə bilərik? Dəccal yox deyəcək, dəccalı gizlədəcək. Əlbəttə ki, saflığından, cahilliyindən edənləri tənzih edirəm. Hz. Mehdi (ə.s) necə gizlədəcək? Müsəlmanların şövqünü və həyəcanını necə məhv edəcək? Münafiq bununla maraqlanar. Amma o vaxt da münafiq boş dayanmaz. Münafiqin əsas silahlarından biri də dürüst görünməyidir. Münafiq dürüst görünmək üçün əlindən gələni edər. Quranda diqqət yetirsəniz həmişə and içməklə başlayarlar. Həmişə and içərlər. Bu münafiqin xüsusiyyətidir. Dürüst görünmək onlar üçün çox vacib məsələdir. Özünə görə dürüst və səmimi görünmək üçün çox diqqət yetirər. Elə bil sinəsi örtülü, amma kürəyi açıqdır, ancaq xəbəri belə yoxdur. O formada da gəzər. Heç nədən xəbəri olmaz. Paltar qabağında olar, arxası isə açıq qalar. Müsəlmanlar da çox dəqiqliklə bu əxlaqsızlığın və qansızlığın fərqinə vararlar. Gördüyünüz kimi dürüst görünüşündə olarlar. Peyğəmbərimiz (s.ə.v): "təbliğə çıxaq, dini yayaq" deyər. O isə havaya baxar, meteorologiya mütəxəssisi kimi: "Hava çox istidir, belə istidə çölə çıxmazlar" deyirlər. Yəni tamamilə axmaq, şeytan və iblis xarakteridir. Guya Peyğəmbər (s.ə.v), səhabələr havanın isti olub-olmadığını bilmir. Münafiq bunu yeni bir şey tapmış kimi izah edər. Ona ağlın əlaməti kimi baxar. Çox axmaqdır. Halbuki, burada əsl məqsədi qaçmaqdır. Çünki canı şirindir, gəlməyəcək. Gəlməmək üçün də guya insani bir bəhanə tapır. Məsələn, Peyğəmbərimiz (s.ə.v): "İsti olsa da gəl"-desə-"mən xəstələnərəm, sən necə imamsan mənim xəstələnməyimi istəyirsən?" İmamı özünə görə xalqın gözündə, haşa, hörmətdən salmaq istəyəcək. Peyğəmbər (s.ə.v)-i insanları qorumayan insan kimi göstərəcək. Münafiq mövzuların çox şeytani tərzini seçər. Burada çox şeytani bir şey seçmişdir. Məsələn, Allahın dini üçün yenə cəhdə, təbliğə çıxmaq üçün Peyğəmbər (s.ə.v): "haydı, sabah erkən durun" deyir, ayədə də var təxminən tərcüməsi belədir: Allah: "Sübh vaxtından onları oyat, təşviq et" deyir. Onlar isə: "Ya Rəsulullah, mənim evdə uşaqlarım, xanımım var, babam, qohumlarım var, ev-eşik başsız qalır, mən getsəm onlara kim baxacaq?" deyirdilər. Elə bil Peyğəmbər (s.ə.v)-in uşağı, xanımları, qohumları, eləcə də səhabələrin yaxın qohum əqrəbaları yoxdur. Əlbəttə ki, hamısının var idi. Amma əgər Peyğəmbər (s.ə.v) onu aparsa, o: "bilə-bilə, haşa, Peyğəmbər məni uşaqlarımdan, babamdan, ailəmdən ayırdı, ailəmi parçaladı, onları başsız buraxdı” deyəcək. “Buna görə onun, haşa, peyğəmbərliyi şübhə doğurur" deyəcək. Elə bir məntiq yaradacaq, yəni onlar bu cür qansızdırlar. Məsələn, ailə, insanların sağlamlığı kimi, insanların gələcəyi, qohumluğu kimi insanların həssas yanaşdığı mövzuları əsrlərdən bəri, min illərdən bəri münafiqlər istifadə edərlər. Yəni Peyğəmbər (s.ə.v)-i ailəyə qarşı olan bir insan kimi göstərdilər. İnsanların sağlamlığına, səhhətinə əhəmiyyət verməyən biri kimi təqdim edirdilər. Peyğəmbər (s.ə.v)-i eqoist kimi göstərirdilər ki, qoy onun peyğəmbərliyinə şübhə etsinlər. Lakin fikirləşmirlər ki, əgər Peyğəmbər (s.ə.v) cəhd etməsə onlar ailələrini bütöv itirəcəklər. Təkcə o deyil, digərləri də ailələrini itirəcəklər. Bunun qarşısını almaq üçün Allahın Elçisi (s.ə.v) səy göstərir. Allah üçün və vəhylə hərəkət edirdi. Bunu Allah əmr edirdi. Sadəcə Allahın dediyini yerinə yetirirdi. Amma bu ağılsızlar bunu düşünməzlər. Özü kimi ağılsızlara da bunu təlqin etməyə çalışar. Buna görə münafiq özünü çox ağıllı zənn edir  və həmişə özünə görə bu cür həssas mövzulara toxunar. Məsələn, bir bəhanə tapmadıqda zəif, həssas nöqtələrə toxunar: "O zaman buna nə deyəcəksən?” deyərək sual verər. Ona cavab verdikdə isə digər həssas olan mövzuya toxunar: "Bəs buna nə deyəcəksən?"―deyə təkrar sual verər. Yəni həmişə həssas məqamlara toxunar və bu, əsrlərdən bəri heç dəyişməmişdir. Buna qarşı çox ağıllı, diqqətli olmaq lazımdır. Yəni öz ağlına görə müsəlmanların zəif olanlarını seçib özünə tərəfdar etməyə çalışar. Münafiqin dedektiv kimi seçmə qabiliyyəti vardır. Müsəlmanlar buna qarşı çox gözüaçıq, diqqətli olmalıdırlar.
İndi bəzi insanlar Quran oxuyarkən elə zənn edirlər ki, münafiqlər, kafirlər təkcə Peyğəmbər (s.ə.v)-in dövründə olmuşdur, belə hadisələrin o dövrdə olub bitdiyini düşünürlər, ona görə belə məqamlara toxunmazlar, maraqlanmazlar, mövzunu bağlanmış hesab edərək bağlayarlar. “Belə hadisələr keçmişdə qaldı, biz 2000-ci, artıq 2010-cu illərdəyik, indi tam fərqli aləmdəyik” kimi düşüncələrə düşərlər. Quran bütün dövrlərə aid olduğu kimi, hal-hazırda yaşadığımız dövrə də aiddir. Dövrümüzdə baş verən hadisələrə və bizim qarşılaşacağımız hadisələrə də işarə edir. Məsələn, Quranda hər hansı bir hadisənin  izah edilməsi, buna bənzər eyni hadisə ilə qarşılaşdığımız vaxt tədbirli davranmağımıza, ehtiyatlı olmağımıza işarə edir. Münafiqlərlə əlaqədar hadisələr də qarşılaşdığımız zaman ehtiyatlı olmaq və hücuma hazırlıq görmək üçündür. Quranda verilən hadisələr olmuş bitmiş, bizi maraqlandırmayan hadisə kimi olmamalıdır. Ona görə hal-hazırda baş verən bənzər hadisələrlə əlaqəsini quraraq izah edirəm mən, bu çox əhəmiyyətlidir.
.... Allah Peyğəmbərimiz (s.ə.v)-ə belə buyurur: "Kafirlərə və münafiqlərə itaət etmə". Bu ayəni hz. Mehdi (ə.s)-a aid edəndə, darvinistlərə, materialistlərə, kommunistlərə, faşistlərə, münafiqlərə və s. (səhərə kimi saymaq olar) itaət etməmək, onlara qarşı mübarizə aparmaq mənasını verir. Allah "Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə" deyir. Çünki səni həbs etdirə bilərlər, böhtan ata bilərlər, təhqir edə bilərlər, bir qismi riyakarlıq edər, bir qismi də xainlik edə bilər, tələ qura bilərlər. "Və Allaha təvəkkül et”, yəni bunlara qarşı mübarizə apararkən böyük güc, ordu qarşısında qorxma, “...və Allaha təvəkkül et” deyir Allah. Məsələn, hz. Mehdi (ə.s)-a milyardlarla insandan ibarət olan bir güc qarşı çıxacaq, bu ayə ilə Allah, onun tək başına tələbələri ilə mübarizə aparmalı olacağına işarə edir. İndi əvvəlki dini, Quranı unutmuş bir insan kimi baxsa, əziyyətlərinə baxıb təsirlənər. Allah isə: "Əziyyətlərinə qarşılıq vermə" deyir. Çünki əziyyətlərinə qarşılıq versə, Quran gözü ilə baxmasa ondan təsirlənər və zəifləyər. Əgər zəifləsə münafiqlərə və kafirlərə itaət edər. Yəni bir insan iman gözü ilə baxmasa, qurtulmaq üçün "mən bunlara itaət edim yaxamı qurtarım" deyər. Amma hz. Mehdi (ə.s) Quran gözü ilə baxdığına görə heç vaxt itaət etməz və əziyyətlərinə də qarşılıq verməz. Allah: "Əziyyətlərinə qarşılıq vermə" deyir. Allahın “əziyyətlərinə qarşılıq vermə” ifadəsini bir çoxları sadəcə Allahın insanlara tövsiyəsi kimi qəbul edirlər, amma belə deyil, bu, Allahın fərz qıldığı vacib hökmlərindəndir. Əziyyətlərə qarşılıq vermə, haramdır, ona görə əziyyətlərə qarşılıq verilməməlidir. "Allaha təvəkkül et" deyir Allah. Bu da Allahın bir tövsiyəsi deyil, fərz qıldığı hökmlərdəndir. Yəni təvəkkül etmək fərzdir, hər şeyin Allahdan olduğunu bilməli və qəlbimiz rahat olmalıdır. "Vəkil olaraq Allah yetər" deyir Allah.  Yəni hz. Mehdi (ə.s) Allaha təslim olacaq, bu onun xüsusiyyətidir, inşaAllah.

...Allah: "Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar" deyir. Peyğəmbər (s.ə.v)-in dövründə, onun əleyhinə münafiqlər və qəlblərində xəstəlik olanlar, yəni o dövrün  mətbuatı, televiziyaları, qəzetləri, qeybətcil qadınlar, uşaqlar, adamlar, dəllallar orada-burada şəhərdə şaiyələr yayırdılar. Peyğəmbər (s.ə.v) haqqında onun əleyhinə şaiyələr yayırdılar. "Əgər (öz yaramaz əməllərinə) son qoymasalar, səni onlara qarşı çıxardarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edər" deyir Allah. Yəni Allah: "Bəlalarını verərəm" deyir. Eynilə hz. Mehdi (ə.s)-ın əleyhinə çıxanların da Allah bəlasını verər. Quran buna işarə edir. "Onlar da orada çox az bir müddət qala bilərlər" deyilir. Yəni bir mövqeyi varsa, mövqeyindən gedər. Yəni Allahın istəyi ilə, işi varsa işindən gedər, sağlamlığı varsa, sağlamlığını itirər, canı varsa, canını itirər. "Və lənətlənmiş halda (qalarlar). Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər" deyir Allah. "...Öldürüldükcə (həmişə) öldürülərlər". O dövrdə Peyğəmbərimiz (s.ə.v)-ə qarşı döyüşmək istəyənlər, fitnə çıxardanlar, İslama, Qurana qarşı çıxanlara müsəlmanların özlərini müdafiə etmələrini bildirir və təhdid edir. Yəni: "Siz bir şey etsəniz onlar da özünü qoruyacaqlar" deyir. Allah "Əvvəllər olub-keçənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən"―deyə buyurur. Tövratda da, İncildə də, Zəburda da belədir. Hz. İbrahim (ə.s)-ın dövründə də, hz. Nuh (ə.s)-ın dövründə də belə idi. Allah bütün dövrlərdə belə olduğunu bildirir. "Elçilərimə qarşı çıxsanız, hz. Mehdi (ə.s)-a qarşı çıxsanız sizi bəlaya salaram, pərişan edərəm" deyir Allah. Bu Allahın sünnətidir (qanunudur), inşaAllah.