17-ci söhbət

14 avqust 2010-cu il Kocaeli tv

ADNAN OKTAR: Artıq 2010–cu ildir, biz bu ilə kimi münafiqlər haqqında iki kitab yazdıq. Əvvəl də bu haqda danışmışdım, amma bu qədər dərindən analiz etməmişdim. Allah həmişə insanlara bir cür ilham verir. Təfərrüatlı analizlər çox vacibdir. Çünki insanların canını yaxan, cəmiyyəti bu qədər iflic edən münafiqlərdir. Münafiq şeytan kimi çox hiyləgərdir. Münafiqlərin öhdəsindən gəlmək üçün çox böyük diqqət tələb edir. Həmişə Quranı və haşa, İslamı istifadə etmək istədiyi üçün, çox diqqətli olmaq və ruh halını müəyyən etmək lazımdır. Münafiqin ən qorxduğu şey aşkara çıxmasıdır (yəni münafiq olduğunun üzə çıxması, müəyyən edilməsidir). Çünki şeytanın da ən çox qorxduğu şey budur. Çünki gizli olduqda rahat hərəkət edə bilir, amma tanınanda rahat hərəkət edə bilmir. Sizə münafiqlərin bir xüsusiyyətini də deyim. Məsələn, münafiq evdə olanda, yəni təkbaşına olanda qətiyyən ibadət etməz. Çünki namaz qılanda ağlına Allah gəlir, Peyğəmbər (s.ə.v)-i və hz. Mehdi (ə.s)-ı xatırlayır. Bu zaman da çox əzab çəkər. Quranı o dövrdə Peyğəmbərimiz (s.ə.v)-ə qarşı mübarizə aparmaq üçün oxuyurdu, bu dövrdə də hz. Mehdi (ə.s)-a qarşı mübarizə aparmaq üçün oxuyar. Yəni hədislərdə də "hz. Mehdi (ə.s)-ın əleyhinə nə iş görə bilərəm" deyə keçər. İndi mehdiyyət ilə şeytanın dünyada çox şiddətli bir-birinə qarşı (elmi) mübarizəsi aparılır. Hz. Mehdi (ə.s)-ın tərəfdarları ilə şeytanın tərəfdarları arasında çox böyük (fikri) mübarizə gedir. Şeytan insanların diqqətini çəkmək üçün bütün imkanlarından hərtərəfli olaraq istifadə etməyə çalışır. Yəni mehdiyyətin qarşısını almaq üçün əlindən gələni edir. Mehdiyyət də onun bütün hiylələrini pozmaq üçün ona qarşı bütün gücü ilə mübarizə aparır. Əgər diqqətlə baxsanız, bütün dünyada bunun davam etdiyini görərsiniz.