18-ci söhbət

17 avqust, 2010-cu il www.harunyahya.tv

ADNAN OKTAR: Küfrə qarşı şəfqət duymamalıyıq, mərhəmətli davranmalıyıq. Çünki onlar fikirlərini açıq şəkildə bildirirlər. Yəni gizlində hiylə qurmurlar, əksinə fikirlərini açıq-aşkar bildirirlər və: "mən inanmıram" deyirlər. Yəni: “xəstəyəm, mənə kömək edin" deyirlər, biz də onlara kömək etməliyik. Münafiq isə: "Mən övliyayam, sən özünü düzəltməlisən” deyir. Çox təhlükəli məxluqdur ki, dinsiz olduğu halda özünü dindar, övliya kimi göstərir. Ona görə küfrə qarşı mütləq şəfqət duymalıyıq, məqsədimiz onları xilas etmək olmalıdır, inşaAllah. Gözəl nümunə olaraq izah etməliyik, inşaAllah.
14-cü surənin 22-ci ayəsində: "Həqiqətən"―deyə buyrulur. Bunu şeytan, yəni münafiqlərin başçısı deyir. "Həqiqətən də Allah sizə doğru vəd vermişdir". Yəni:sən düz danışmazsan, şeytana inanmarıq, etibar etmərik. Amma burada dediyi söz doğrudur" deyir.Həqiqətən də Allah sizə doğru vəd vermişdir. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım”. Yəni özünü dürüst kimi göstərir. Yəni etiraf edən və dürüst adam simasındadır. Bu bütünlüklə münafiqin xarakteridir. Bəzən belə manyaklığı, bəzən də hiyləgərliyi tutar. "Həqiqətən də, Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım" deyir. Məhz belə şeylərə görə bəzən insanlar münafiqin sözünə etibar edər. Məsələn, bəzən səmimi etirafları da ola bilər. Səmimi kimi görünə bilər, amma burada da onlara aldanmaq olmaz, diqqətli olmaq lazımdır. "Mənim üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim" deyir şeytan, fəlakətdən sonra adamı batırdıqdan sonra xaincəsinə: "Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz" deyir. "Siz də dəvətimi qəbul etdiniz", amma burada düz deyir, çünki insanı həqiətən də artıq məhv etmişdir. "Buna görə də məni yox, özünüzü qınayın" deyərək yenə də özünü təmizə çıxardır. "Məni qınamayın" deyir. Elə bil milləti bu vəziyyətə salan o deyil. Düzdür, insan da gərək ona qulaq asmayaydı, bu ayrı məsələ, amma: "məni qınamayın" deyir. Eqoistliyndən qınanmaq da istəmir. Halbuki: "Bəli, mən də eləyəm, sən də eləsən" deməlidir, amma demir. "Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənə kömək edə bilərsiniz." Elə bil ondan kömək istəyən var, hələ "sizi qurtaran deyiləm" də deyir. Bu da yenə manyaklığının bir əlamətidir. "Siz də məni qurtara bilməzsiniz". Əslində onların da yazıq olduğu bəllidir. "Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim)". Yəni münafiqdir düz deyir, elə bir şey tanımır, amma münafiq xarakterində bu vardır. Gizlədər, gizlədər, məhv etdikdən sonra ortaya çıxar. Yəni hədəfinə çatdıqdan sonra bəlli olar. Hədəfinə çatmamış münafiq əsla özünü büruzə verməz, görürsünüz. Özünü də, müsəlmanları da məhv etdikdən sonra dili açılar. Çünki artıq onun riyakarlığı başqa məsələdir. Çünki bu fikrində qəti qərarlı olar, sonsuza qədər də qərarından dönməz. Münafiq də elədir, sonsuza qədər qərarlıdır. Yəni dürüst olduğuna əmin olur. "Mən dürüstəm" deyir, "amma o səhv yoldadır, hərəkəti səhvdir" deyir, haşa. Yəni "insanların davranışı, rəftarları mənə səhv oldu" deyir. Allahın etdiyini də onsuz  bəyənmir, haşa.
 "Hörmətli müəllimim, siz Quranı gözəl oxuyur və gözəl şərhlər edirsiniz, inşaAllah. Bu ayəni də şərh etməyinizi istəyirik, təşəkkürlər. Bəqərə surəsi, 45-ci ayədə Allah belə buyurur: Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir". Səbirlə, yəni müsəlmanın gözəl əxlaqda qərarlı olmağına səbir deyilir. Həmişə gözəl xasiyyətli, comərd olacaq və namaz qılacaq. Səbir deyəndə insanlar: "Səbir, səbir, səbir kasam daşdı" deyir. Bu əslində səbir deyil, dözümdür, o fərqlidir. Səbir sabitlik göstərmək, davam etməkdir, inşaAllah. Səbir sevinclə edilən bir ibadətdir. Səbirlə gözəl xasiyyətli olarsan, səbirlə sevərsən. "Namazla kömək istəyin", yəni “namazı mütləq qılın” deyir Allah. Biz beş vaxt namazdan sonra dua edirik. O dua məqbuldur, inşaAllah. "Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir. Yəni münafiqlər Allaha dua etmək istəməz, çünki Allahdan daha böyük olduğuna inanır. Münafiqə ən ağır gələn şeylərdən biri də dua etməkdir. Münafiq dua etməz, özünü dua edən kimi göstərər. Münafiq özünü çox böyük sayar. Münafiq dünyada özündən başqa nə üstün bir insan, nə də üstün bir varlıq qəbul etməz. Ona görə hamısı fərqli-fərqli ağıldadırlar, manyakdırlar. Hamısı bir cür dəli, bir cür ağılsızdırlar. Onları təsəvvür etsəniz hamısının bir cür manyak olduğunu başa düşəcəksiniz və hər biri də öz ağlına görə özünü bir cür dövlət kimi görər. Hər şeydə, ən doğru qərarı verdiklərini fikirləşirlər. Ayədə də Allah: "Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir" deyir, yəni ibadət etmək məhz münafiqlərə ağır gəlir, onların nəfsinə ağır gəlir. Dua etmək də, namaz qılmaq da, münafiqə çox ağır gəlir. Ona görə Allah ayədə də onların istəməyərək namaz qılmaqlarını, səcdəyə qapanmaqlarını bildirir. Bu babaları şeytandan gələn bir ənənədir. Onların babaları da elə idi. Allah: "səcdə et" deyəndə şeytan havalandı. Ağır gəldiyinə görə çox hirsləndi. Sonra isə boş-boş danışmağa başladı: "Məni atəşdən yaratdın, onu torpaqdan yaratdın" deyir. Torpağı da, atəşi də yaradan Allahdır, elə deyilmi? Torpağı bəyənmir. Halbuki, hər şey xoş ətirli torpaqdan əmələ gəlir, elə deyilmi? Atəş də Allahın yaratdığı bir şeydir, torpaq da, inşaAllah.

ALTUĞ BERKER: Münafiqlərlə əlaqədar bir ayə oxuyuram. Şeytandan Allaha sığınıram: "Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” deyərək Peyğəmbərdən izn istəyirdi. Halbuki, evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər". (Əhzab surəsi, 13)
ADNAN OKTAR: Orada Peyğəmbər (s.ə.v)-i, ailəni qorumayan, insanların ictimai ehtiyaclarına, təbii ehtiyaclarına əhəmiyyət verməyən bir insan olaraq göstərməyə çalışırlar. Peyğəmbər (s.ə.v)-i bunu fikirləşməyən biri kimi göstərirlər. Amma bunu hiylə işlədərək günahsız, sakit, dürüst bir üslubla izah etməyə çalışırlar. Münafiq çox iblisdir, buna görə onlara qarşı çox diqqətli olmaq lazımdır.
Məsələn, Bəqərə surəsi, 204-cü ayədə belə buyrulur, şeytandan Allaha sığınıram: "İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Halbuki, o, ən qatı düşməndir". Məsələn, müşriklər haqqında: "onlar düşməndir" deyilir, amma münafiqlərə isə: "o, ən qatı düşməndir" deyilir. Yəni şeytan da elədir. Qatı nə deməkdir? Məsələn, "qatı qatil" deyilir. Yəni heç vaxt adam öldürməkdən çəkinməz. Həbsə düşər, çıxar yenə də cinayət edər. Yenə həbsə düşər, yenə çıxar, yenə də təkrar cinayət etməkdən əl çəkməz. Ən qatı (təhlükəli) qatil deyilir. Yəni ümid edilməyən dərəcədə. Münafiq də elə qatı düşməndir. Allah ayədə: "Halbuki, o ən qatı bir düşməndir" deyir. Yəni özünü ya yaxşı adam kimi göstərər, ya da pis adam kimi. Məsələn, müsəlmanların diqqətini özünə çəkmək üçün bəzən özünü günahsız, dürüst kimi göstərər. Yəni buqələmun kimidir. Buqələmun necə rəngini dəyişərək özünü büruzə vermək istəməz. O da özünü günahsız, dürüst kimi göstərərək əsl üzünü gizlədər. Oradan-buraya qaçar, buradan-oraya qaçar ki, tutulmasın.

OKTAR BABUNA: İnşaAllah, münafiqlər haqqında: "İslam üçün ən böyük təhlükələrdən biridir" demişdiniz.

ADNAN OKTAR: Ən böyük təhlükədir. Çünki şeytanın, dünyadakı insan olaraq fəaliyyət göstərdiyi qrupdur. Bu cin şəklində olmayan şeytandır. Bunlar şeytanın insan şəklində görünən qrupudur. Şeytanın ordusudur. Davranışları və üsulları çox xain və riyakardır. Bu cəhətdən çox təhlükəlidir. Yəni üzə çıxmamaq üçün çox diqqətli hərəkət edərlər.
Allah küfrün münafiqləri haqqında, hansı ki, küfrün ən azğın alçaqlarıdır, Maidə surəsi, 13-cü ayədə belə bəhs edir: "Ürəklərini sərtləşdirdik". Bunlar belə qurumuş kərtənkələ kimidir. Həddindən artıq daşürəklidirlər, odun kimidirlər.
"Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər". Məsələn, Quranda açıq bir hökmü müxtəlif formada şərh edər, möhkəm ayəni dinləməz, təşbehli (mütəşabeh) ayədən də müxtəlif mənalar, hökm çıxardar. Halbuki, Quranda haramlar, halallar açıq-aşkar bildirilib. Hədislərdə də əlavə olaraq ətraflı şəkildə izah edilir, inşaAllah.
"Onlar heç bir möminə qarşı nə qohumluq bağlarını saxlamaz, nə də müqavilə hökmlərini yerinə yetirməzlər". Bu həm küfrün, həm münafiqlərin xüsusiyyətidir. Münafiq üçün qohum nədir bilirsinizmi? Kimdən mənfəət gəlirsə, o onun üçün qohumudur. İstər böyük qardaşı olsun, istər əmisi, dayısı, babası, atası, anası kim olursa olsun, hamısı ilə yalnız mənfəətə görə əlaqə saxlayarlar. Məsələn, baxar, əgər anasından mənfəət gəlirsə ancaq onda anasına sahib çıxar. Yoxdursa artıq ana hesab etməz. Atasında mənfəət varsa, gedər donuzun çirkli yerinə yapışan at ağcaqanadı kimi yapışar. Məsələn, baxar qardaşlarına hansı işinə yarayırsa onunla qohumluq əlaqəsi saxlayar. Əgər mirasa şərik çıxacaqlarsa, o zaman onları istəməz və yaxud onun rahatlığını pozacaqsa: "aman, uzaq olsun, onu istəmirəm" deyər. Bəs kimi istəyirsən? soruşanda: "Onu, bunu, filankəsi və s." hansından mənfəət gəlirsə, işinə yarıyırsa onları sayar, yəni münafiq öz mənfəətinə uyğun olanları qohum qəbul edər. Yəni kimdən pul gələcəksə və yaxud kim rahatlığını pozmayacaqsa, kim ona kömək edəcəksə, o əxlaqsız dünyasında ona kim şərait düzəldəcəksə, onun tərəfini saxlayar.
Bəqərə surəsi, 27-ci ayədə Allah: "yer üzündə fitnə-fəsad törədirlər" deyir. Fitnə-fəsad törətmək münafiqin xüsusiyyətidir. Amma çox hiyləgərcəsinə və xaincəsinə törədər. Məsələn, küfr əhli işlərini açıq-aşkar edərlər. Ona görə onları təsirsizləşdirmək  asandır. Amma münafiq çox hiyləgərdir.
"Yanındaykən qəbul edərlər, amma yanından çıxandan sonra onlardan bir qrup qaranlıqlarda sənin dediyinin əksini qurarlar" deyir Allah. Yəni yanında ikən: "bəli, düz deyirsən, gözəl izah edirsən" deyərlər. Çölə çıxanda isə "o, tamamilə səhv danışır" deyərlər. Münafiq əsasən qaranlıqda iş görər, ruhu da, hazırladıqları üsul da, yaşadıqları yer də qaranlıqdır, inşaAllah.
Allah "Allah qaranlıqlarda qurduqlarını yazır" deyir. Amma bu, münafiqə təsir etməz. Çünki münafiq özünü çox üstün hesab edər.
Əraf surəsi 51-ci ayədə Allah belə buyurur: "O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq". Məsələn, münafiqlər ayələrin bir qismini qəbul edir, bir qismini isə qəbul etmir. Cihad etməyi, təbliğ etməyi, Allahın dinini yaymağı həqiqətən tətbiq etməyərək yox sayır. "Elə bir ayə ola bilər, amma mən tətbiq etmirəm" deyər. Birmənalı olaraq ayəni yox sayır, inşaAllah. Yəni həyata keçirmir, qəbul etmir. Hansı ayə maraqlarına uyğun gəlirsə yalnız onu qəbul edir.
Allah Tövbə surəsi, 24-cü ayədə belə buyurur: "De: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gələnə qədər gözləyin"
"De: “əgər atalarınız" deyir Allah. Nə üçün atası? Münafiq atasını yalnız pul gələn yer kimi görər. Pulu atası qazandığına görə əsl hakim də o olar, inşaAllah. Çünki malın, mülkün sahibi odur. Ona görə atanı çox əhəmiyyətli hesab edir. Miras alacağına görə, mirasın, pulun əsas mənbəyi ata olduğuna görə, ətrafdakılara da elə təsir edir, ona görə Allah: "atalarınız" deyir. Allah sonra: “oğullarınız (uşaqlarınız)” deyir. Çünki uşağı ilə mal sahibi olar. Uşaq nə qədər çox olsa, onları işə qoyacaq, onlar evlənəcəklər, tayfa kimi olacaqlar, hər yerdən pul gələcək və bununla imkanı da çoxalacaq. Bunun yeməyini, içməyini təmin edəcəklər. Həyat zəmanəti kimi, onları sosial sığorta təşkilatı hesab edir. Sonra: "Qardaşlarınız" deyir Allah. Çünki qardaş köməkçi olar, eyni zamanda onun miras payına şərik çıxacağına görə, münafiqlər qardaşlarına daha az əhəmiyyət verərlər.
"Zövcələriniz…" deyir Allah. Çünki zövcələriniz onun uşağını dünyaya gətirən mənbədir. Amma ümumiyyətlə münafiqlər zövcələrini çox sevməzlər. Çünki zövcələrini yalnız mühitinə qarşı silah kimi istifadə edərlər. Yəni onlara rahatlığını təmin edən, ona yemək hazırlayan, paltarlarını yuyan, onu uşaqla təmin edən bir maşın kimi baxarlar. Münafiqlərdə qadınlara qarşı dərin nifrət hissi vardır. Qadınlara nifrət edərlər. Məsələn, arvadının qoluna girər və arvadını çəlik hesab edər. Yəni getdiyi yerdə ona yemək hazırlayan, onun ehtiyaclarını ödəyən, xəstələnəndə ona baxan bir maşın hesab edərlər. Qadının axirəti münafiqi maraqlandırmaz. Əgər vəzifələrini yerinə yetirə bilməsə dərhal, vaxt itirmədən lazımi tədbir görər, yəni qadını tərk edər, boşanar. Amma yenə də, öz ağlına görə dinə uyğun bir bəhanə ilə edər. Məsələn: "zövcəni niyə boşadın?"-soruşanda" təqvalı deyildi, ona görə boşadım”―deyə cavab verər. Ya da: “Bir yuxu gördüm, onun şeytanla əlaqəsi olduğunu gördüm" deyər. Mütləq saxtakarcasına şərhlər edər və yaxud qadına durduğu yerdə böhtan atar. Məsələn: "namussuzluq etdi, mən bilirəm, amma deyə bilmirəm" deyər. Günahsız qadının adını bir anda namussuzluğa çıxarar və boşayar. Uzaq qohumlar axıra qalar. Yəni bunlar, əslində yaxınları olduğuna görə bunlara çox əhəmiyyət verər. Uzaq qohumları ikinci dərəcəli kəslərdir. Quranda da Allah qohumlardan bəhs edərkən geriyə doğru sıralamışdır. Yəni əhəmiyyətli olanların ardıcıllığı bildirilir. Ayənin davamında Allah: "qazandığınız mallar, iflasa uğramağından qorxduğunuz alış-verişiniz" deyir. Münafiq həmişə belə bir qorxu hiss edər. Az qazanc gəlməyindən qorxar. Nə qədər qazanırsa qazansın həmişə az qazandığını fikirləşər. "bəyəndiyiniz məskənlər" deyir Allah. Onlar porsuq kimi, bir yerə girib, orada qan sovurmaq üçün oranı uyğun bir yer olaraq görərlər. "Sizlərə Allahdan", yəni Allahın dinini İslam əxlaqını dünyaya hakim etməkdən, səy göstərməkdən "Onun Rəsulundan", məsələn, əsrimizə aid etsək hz. Mehdi (ə.s)-dan, imama tabe olmaqdan, İmam Mehdi (ə.s)-a tabe olmaqdan, ona əsgər olmaqdan deyir Allah. "Və Onun yolunda cihaddan"-buyurur Allah. Münafiqin ən qorxduğu şey onsuz da budur. Səy göstərmək, Allahın dinini yaymaqdır. Münafiq, "aman-aman, nə pul verim, nə cəhd edim, Allah yolunda nə səy göstərim"-deyər. Yəni malını-mülkünü də vermək istəməz. "Daha əzizdirsə, Allah Öz əmri ilə gələnə qədər gözləyin. Çünki münafiqin ən qorxduğu şey ölməkdir. Ölüm də ona çox sürətlə yaxınlaşar. Hər gün təqvim səhifələri kimi vərəqlənər. Hər il ona tərəf yaxınlaşar. Yəni ölüm çox böyük sürətlə gələn bir avtomobil kimi onun üstünə tərəf gələr. Münafiq də bundan çox qorxar. Allah da onu ölümlə təhdid edir. "Allah fasiqlər birliyinə hidayət verməz" deyir Allah. Allah onlara hidayət vermir. (Tövbə surəsi,  24)
Allah, Tur surəsi 30 və 32-ci ayələrdə münafiqlərə və kafirlərə belə buyurur: "Yoxsa bunu onlara axmaq ağılları əmr edir?" Allah onları çox ağılsız adlandırır. Amma onlar özlərini çox ağıllı hesab edirlər. "Yoxsa onlar azğın bir qövmdürlər?" Həqiqətən, belə manyaklara baxsanız, çox azğın və təcavüzkar olduqlarını görərsiniz. Yəni çox çətin zəbt edilərlər və münafiqlərdə də elədir, cinayət potensialı çox böyükdür. Cinayətə meyillidirlər. Yəni ruhlarında, gizlicə elə bir şey vardır. Münafiqlər qatil ruhludurlar. Maidə surəsi, 30-32-ci ayələrdə, Habil-Qabil hekayəsində də bunu görürük. Tur surəsi, 30-32-ci ayələrdə Allah: "Yoxsa onlar bir şairdir" deyir. Yəni bunu Peyğəmbərimiz (s.ə.v)-ə deyirlər, ona bu cür böhtan atırlar. "Biz ona zamanın (gətirəcəyi) fəlakətləri gözləyirik" deyirlər, münafiqlərin istəyi budur. Kənarda dayanıb müsəlmanlara fəlakət, bəla gəlməsini gözləyərlər. Yəni hücuma məruz qalmalarını, nəzarətə götürülmələrini, həbs edilməklərini, döyülməklərini, söyülməklərini gözləyərlər. Yəni əvvəl-axır bir şey olacağını gözləyirlər. "O zaman onda biz hücuma keçərik" deyirlər. Ona görə həmişə müsəlmanları güdərlər. "De: Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm". Yəni: "İstədiyiniz qədər gözləyin, mən də gözləyirəm" deyir. Çünki: “Biz qalib olacağıq" deyir Allah. Yəni Allah tərəfdarları, müsəlmanlar da: "Siz də məğlub olacaqsınız" deyirlər. "Mənim peyğəmbərlərim, Mehdilərim qalib gələcək", inşaAllah.

ALTUĞ BERKER: Əstəğfürullah, səhabələrin bu münafiqlərə qarşı olaraq, nə qədər mübarək, gözəl, mömin rəftarı göstərdiklərinə dair fədakarlıq nümunələri var. Məsələn, Talha İbn Ubeydullah Uhud döyüşündə Peyğəmbərimiz (s.ə.v)-in yanında olan bütün səhabələrin şəhid olmağının ardınca, Rəsulullah (s.ə.v)-i öz bədəni ilə qorumuşdur. Talha İbn Ubeydullah Malik İbn Zübeyr adlı mahir atıcı Peyğəmbərimiz (s.ə.v)-ə atdığı oxların qarşısına əlini tutmuş, əli yaralanmış və buna görə barmaqları şikəst qalmışdır. Uhud döyüşündə də səksən yerdən yaralandığına baxmayaraq, hər yeri qılınc, mizraq və ox zərbələri ilə yaralı olduğu halda Rəsulullah (s.ə.v)-in yanından ayrılmamış, onu qorumağa çalışmışdır.

ADNAN OKTAR: Bir sözlə igid olublar, elə deyilmi? maşAllah, inşaAllah.

ALTUĞ BERKER: Buna qarşı münafiqlər də: "…Biz döyüşməyi bilsəydik, əlbəttə, sizin ardınızca gedərdik…(Ali İmran surəsi, 167)" deyirlər.

ADNAN OKTAR: Diqqət yetirin, o, səksən yara aldığına baxmayaraq Allah rizası üçün döyüşməyə davam edir. Amma o (münafiq): "döyüşməyi bilsəydik sizin ardınızca gələrdik" deyir. Amma əgər "burada zövcələriniz olacaq, mənfəətiniz olacaq" deyilsəydi, qaça-qaça gələrdilər, inşaAllah.

OKTAR BABUNA: Musab İbn Umeyr var, onun  fədakarlığı haqqında oxuyum?

ADNAN OKTAR: Bəli, oxu.

OKTAR BABUNA: "Musab İbn Umeyr Uhud döyüşündə bir qılınc zərbəsindən sağ qolunu itirmişdir, buna baxmayaraq, bayrağı sol əlinə almışdır. İkinci bir qılınc yarası ilə sol qolunu da itirdikdən sonra, bu vəziyyətdə özünü Peyğəmbərimiz (s.ə.v)-in qarşısına atmış və onu qorumağa çalışmışdır. Peyğəmbərimiz (s.ə.v)-i qoruyarkən bədəninə batan bir nizə ilə şəhid olmuşdur".

ADNAN OKTAR: Mənim aslanım, maşAllah. O dövrlərdə də ortalıqda belə igidlər qaynaşırdı, inşaAllah.

OKTAR BABUNA: Hz. Mehdi (ə.s)-ın tələbələri də belə olacaq, inşaAllah.

ADNAN OKTAR: EvelAllah, EvelAllah, maşAllah.

Bacımız "Salam aleykum" deyir, əleykumsalam. "Dəfələrlə sizə yazdım, amma heç soruşulmadı. Münafiqlərdən bu qədər bəhs edildiyi halda, mənim sualım niyə cavablandırılmır?" Yəni münafiqlər çox vacib bir mövzudur. Bacımız niyə bizə hirslənir ki? Neslihan xanım, burada əsəbləşəcək nə var ki? Nə gözəl. "münafiqlər Qızıl dövrdə də bu hərəkətlərinə davam edəcəklər? İman etməyəcək bir adam qalmayacaqsa, indiki münafiqlərin vəziyyəti Qızıl dövrdə necə olacaq?" Allahdan qorxmayan, hz. Mehdi (ə.s)-dan qorxacaq. O dövrdə münafiqin nəfəsi kəsiləcək. Yəni münafiqlik edə bilməyəcək. Münafiqlik edə bilmədiklərinə görə də fəaliyyətləri dayanacaq. Güclüdürsə etsin. Amma edə bilməz. Hz. Mehdi (ə.s)-ın olduqca güclü xəbər almaq qabiliyyəti olacaq, qeyri-adi gücü olacaq. Həm fiziki, həm də metafizik (qeyri-təbii). Yəni imkan verməyəcək, bundan söhbət gedə bilməz. Ona görə o dövrdə (hz. Mehdi (ə.s)-ın dövründə) hamı əlini qolunu sallayaraq, istədiyi kimi gəzəcək. Heç kim heç kimə pislik edə bilməyəcək. Əlbəttə ki, zəif insanlar olacaq, amma vəziyyəti dəyişə bilməyəcək. Yəni hər hansı bir hərəkat təşkil edə bilməyəcəklər. Şeytan da olacaq, amma heç bir iş görə bilməyəcək. Edə biləcəyi bir şey qalmayacaq, inşaAllah. Nə haqqında danışacaq şeytan? Darvinizm, materializm, marksizm, satanizm haqqında danışa bilməz. Danışsa da heç kim qulaq asmayacaq. Ona görə bir yerdə oturacaq, inşaAllah. Cəhənnəmə getmək üçün öz növbəsini gözləyəcək, inşaAllah.