19-cu söhbət

18 avqust, 2010-cu il www.harunyahya.tv

ALTUĞ BERKER: Dünən çox əhəmiyyətli bir mövzudan bəhs etdiniz, bu barədə həmişə danışırsınız, yəni münafiqlərin elçilərə qurduğu hiyləgər taktikaları nəzərdə tuturam. Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirəm, Peyğəmbər (s.ə.v)-in dini mövzuları, Allahı, həyatın həqiqətlərini qavraya bilmədiyini düşünürlər. İnsanları yaxşı tanımadığını, dünyanı yaxşı tanımadığını düşünərək, hiyləgərcəsinə, açıq-aşkar tənqid etmirdilər, amma düşünə bilmədiyini hiss etdirərək “evimiz yiyəsiz qalıb, hava istidir” deyərək, belə hiyləgər, yorucu taktikalarından istifadə edirdilər. Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirəm.

ADNAN OKTAR: Hal-hazırda münafiqlər bir dinə baxır, bir hadisələrə baxır, yəni müsəlmanların ümumi işlərinə baxır və "burada mən mənfəətim, hədəflərim cəhətdən nələri qiymətləndirə bilərəm?"―deyə fikirləşir. Yəni istifadə etmək üçün həddindən artıq bir çox şey tapır. Məsələn, cihad etməli, təbliğ etməli olduğunu bilərək, Peyğəmbər (s.ə.v)-in sübh erkəndən "haydı, hazırlanın" dediyini görərək, "xeyr, mən getmirəm"―deyə bilməyəcəyini fikirləşir. Ona görə başqa, müqəddəs bir bəhanə tapmalı olacağını başa düşür. “Müqəddəs bir bəhanə nə ola bilər? İndi “getmək istəmirəm” deyə bilərəm, “döyüşməyi bilmirəm” deyə bilərəm" deyərək fikirləşir və daha da təsirli bir bəhanə nə ola bilər?" deyir. "Evdəki uşaq-muşağı bəhanə edim" deyir. Hətta dilənçilər belə, insanların ona daha çox yazığı gəlsin deyə yanında uşaq gəzdirər. Məsələn, ailəni, ananı, qadını diləndirərlər, daha sonra uşağı diləndirərlər. "Ən yaxşısı yenə mən ailəni bəhanə gətirim, yəqin ki, bu bəhanə bir nəticə verər" deyər. Amma Peyğəmbər (s.ə.v)-ə qarşı kinli və qəzəbli olarlar. Elə hiyləgər üsuldan istifadə edirlər ki, “evimiz yiyəsiz qalıb” deyəndə, Peyğəmbər (s.ə.v) də, əlbəttə ki, Quran çərçivəsində ona cavab verməli olacaq və "evin başsız qalır amma, müsəlmanlar da təhlükədədir, bilirsən” deyəcək, başa salmalı olacaq. Beləliklə, Peyğəmbər (s.ə.v)-ə keçici də olsa bir problem çıxaracaq, inşaAllah. Bu yolla qarışıqlıq, şübhə yaradacaq. Guya, Peyğəmbər (s.ə.v)-in ağlına gəlməyən şeyi bu fikirləşib, haşa.
Şeytanın üslubu da eynilə belədir. Qurana baxanda şeytanın da "mən daha əvvəl fikirləşdim" dediyini görərik. Amma çox ağılsızcasına fikirləşdiyini iddia edir. "Mən bir şeyin fərqinə vardım" deyir. Yəni onu demək istəyir ki: "Ya Rəsulullah (s.ə.v), siz bir şey hiss edə bilmədiniz, mən sizdən daha ağıllıyam, haşa". Burada iki cür təsir etmə var, həm bəhanə gətirək, həm də Peyğəmbər (s.ə.v)-i səhv çıxarmaq məqsədi var. O, bunu şeytanın hiyləsi i edir. Allah da vəhy edərək cavab verir. Çünki Peyğəmbərimiz (s.ə.v) çox nəzakətli, hörmətli, sadə bir insan idi. Elə şeylərdən utanardı, qızarardı, minnət edənlərə də bir şey etməzdi.  Peyğəmbər (s.ə.v) elə deyəndə, məsələn, "mən döyüşməyi bilmirəm, evim başsız qalıb" deyən adama, fikirləşir ki, orada ona yaxşı cavab verərdim, razılaşdırardım onu, inşaAllah. Məsələn, ətraflı başa salmaq olardı. O da yaxşı başa düşdüyünü deyərdi və geri qayıdardı, inşaAllah. Amma Peyğəmbərimiz (s.ə.v) sadə insan idi, inşaAllah. Ona görə Allah həmişə vəhylə ona kömək edirdi. Dərhal Cəbrayıl (ə.s) gəlib, cavabını verirdi.
İndi hz. Mehdi (ə.s)-ın dövrünün münafiqləri də çox qərarlı bir mübarizə aparırlar, yəni azğındırlar. Əsrin texnologiyasını, elmi imkanlarını istifadə edirlər. Məsələn, əlaqə qurmaq üçün interneti istifadə edər, telefondan istifadə edərlər. Axırzaman münafiqləri daha əhatəli və geniş imkanlara sahibdirlər. O dövrdə qulaqdan-qulağa danışaraq fitnə çıxarırdılar, amma hz. Mehdi (ə.s)-ın dövründə hadisələr sürətlə artır, yəni həcmi daha çox inkişaf edir, inşaAllah. Hətta Peyğəmbərimiz (s.ə.v) hədisdə: “Buğdaya dadanmış qurd kimidirlər" deyir. Yəni hz. Mehdi (ə.s)-ın dövrünün münafiqləri qurd kimi çox olacaqlar. Məsələn, "buğdaların içini bir-bir təmizləyər, amma buğda yenə də qurd salar, hz. Mehdi (ə.s) bir daha təmizləyər yenə qurd salar. Amma sonda tərtəmiz buğdalar qalar. Məhz onlar hz. Mehdi (ə.s)-ın tələbələridir" deyilir, inşaAllah. Mən dövrümüzün münafiqlərinin necə olacağını təxmin edirəm, yəni böyük ehtimalla onlar, küfrü hz. Mehdi (ə.s)-ın əleyhinə istifadə edəcəklər. Yalandan xəbərlər yayacaqlar, məhkəmələri, polisi hz. Mehdi (ə.s)-ın əleyhinə istifadə edəcəklər. Eləcə də küfrü, azğın fikirli dini qrupları, azğın məzhəbləri, azğın inancları istifadə edəcəklər. Günahsız, məzlum müsəlmanları aldadan bir təbliğat aparacaqlar. Müsəlmanların arasında onların səhv yolda olduğunu, buna görə də etiqadlarının səhv olduğuna aid təbliğatlar aparacaqlar. Amma Peyğəmbərimiz (s.ə.v), mehdiyyətin buna qarşı mütləq zəfərlə nəticələnəcəyini ifadə edir.

Lakin, Peyğəmbərimiz (s.ə.v)-in dövründəki münafiqlər çox azğın, murdar və axmaqdırlar, əslində bir az da manyakdılar. Məsələn, Peyğəmbər (s.ə.v) söhbət edəndə biri əngəl törətmək üçün durub çıxıb gedirdi. Bu tamamilə axmaqlıq əlamətidir. Anadangəlmə ağıldan kəm olmaq günah deyil, amma bu şeytani ağılsızlıqdır. Anadangəlmə olan günahsızdır, çünki Allah elə yaratmışdır. Amma bu, şeytanın təsirində olduğuna görə ağlını itirmişdir. Buna görə digər münafiqlər: "Nə ağıllı hərəkət etdi, bu böyük bir insandır" deyir. Münafiq münafiqin axmaqlığını başa düşməz. Yəni aralarında axmaq əlaqə vardır. Münafiqlərin bir çox liderləri var, yəni bir çox hissələrə ayrılarlar, Quran buna diqqət çəkmişdir. Yəni tək birlik halında olmurlar, amma ayrılmazlar. Məsələn, kiçik-kiçik hissələrdən ibarətdir, kimisi qurd kimidir və buna bənzər birliyə sahibdirlər, kimisi gənə birliyi kimi, kimisi murdar böcək birliyi kimi, bu cür xırda-xırda birliklər halında yaşayırlar. Amma öz aralarında da mübarizə apararlar, münafiqlər müharibə vəziyyətində olarlar. Lakin ən pis xüsusiyyətləri həddindən artıq eqoist olmalarıdır. Yəni özlərini çox bəyənirlər. Hamısı da təqvalı olduğunu iddia edər, çox mükəmməl təqva sahibləri olduqlarını iddia edərlər.