2-ci söhbət

30 iyul 2010-cu il www.harunyahya.tv

OKTAR BABUNA: Şeytandan Allaha sığınıram:

"İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və axirət gününə inanırıq” deyərlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər".
(Bəqərə surəsi, 8-10)

ADNAN OKTAR: “Bax, hələ bunu dərk etmirlər, yəni qavrama qabiliyyətlərində pozğunluq var. "Amma bunu anlamırlar" deyir, yəni buradan da dəli olduğu aydın olur. Dəli deyərkən, beynində ölçü pozğunluğu nəzərdə tutulur, yəni qavrama pozğunluğu var, beyni xəstədir. Onsuz da Allah nə deyir?:"Onların qəlblərində xəstəlik vardır və Allah xəstəliklərini daha da artırmışdır". "Dərk etməsində pozğunluq var, mühakimə etməyində yəni, qiymətləndirməyində pozğunluq var. Quran buna işarə edir. Yəni açıq düşüncəyə, ağıla sahib deyildir. Şeytani, fitnəkar, xəstə ağıla sahibdirlər”.

OKTAR BABUNA: "Ürəklərində xəstəlik vardır. Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə onlar üçün şiddətli bir əzab vardır".

ADNAN OKTAR: “Yalan danışmaq onsuz da münafiqin xüsusiyyətidir”.

OKTAR BABUNA: "Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın elçisisən!” deyirlər. Allah da bilir ki, sən Onun elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar..."  (Munafiqun surəsi, 1)

ADNAN OKTAR: Yəni peyğəmbər olmadığına... Məsələn, hz. Mehdi (ə.s)-ın da qarşısına çıxıb, ona Mehdi olduğunu bildirəcəklər, lakin ürəyində nifrət bəslədiklərinə görə öz fikirləşdiklərinin tam əksini deyəcəklər. Onların müsəlmanların yanında verdikləri açıqlamalar, danışıqlarının hamısı planlı şəkildə olar. Həqiqətdə olduqca saxtakar və dəli olarlar, qərarsızdırlar.

OKTAR BABUNA: "Sizə Allahın ayələri oxunduğu və Onun elçisi sizinlə olduğu bir vaxtda, siz necə küfr edirsiniz?..." (Ali-İmran surəsi, 101) "...Cihada qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı". (Məhəmməd surəsi, 21)

ADNAN OKTAR: Münafiq çox qorxaq, alçaq olar. Harada asanlıq varsa, harada yemək varsa, peyin böcəyi kimi oraya qaçar. Məsələn, peyin böcəyi istini sevməz, istidən qaçar. Həmişə leşin yanına gedər. Amma o leş qoxusu və leş yeməyi onları məhv edər. Yavaş-yavaş çürüyərlər. Münafiqin münafiqlə birlikdə yaşaması, qədərdə Allahın yaratdığı bir xüsusiyyətdir. Lakin ikisi bir-birini yandıran bir sistemdir, münafiq münafiqi həmişə yandırıb yaxar. Münafiqin üzünə baxdıqca bir-birilərinə acıq verərlər. Münafiqlər bir-birilərini əzən, çökdürən, yaşlandıran məxluqatlardır. Amma bir-birindən də ayrıla bilməzlər, qövm olaraq bir yerdə yaşayarlar. Məsələn, peyin böcəyi peyindən ayrıla bilmədiyi kimi münafiqlər də bir-birindən ayrıla bilmir. Onu fırladıb-tovlayıb yuvasına aparar, birlikdə olar, ayrıla bilməz. Sanki üstlərinə yapışmış bit gəzdirərlər. Bit kimidir, gedər özü kimisinə yapışar və gənə kimi onu əmərək birlikdə yaşayar. Təmiz, gözəl yerdə yaşaya bilməzlər, ölərlər. Mütləq quduz it kimi, qotur qurd kimi olacaq. Üstəlik xəstə, həm quduz olacaq. Bir sözlə zibil kimi olacaqlar və ancaq zibilinin üstündə yaşaya bilərlər.

OKTAR BABUNA: "Allaha and içirlər ki, nalayiq sözlər deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar..." (Tövbə surəsi, 74)

ADNAN OKTAR: Haşa, münafiqlərdə həmişə Allahdan böyük olmaq istəyi vardır. Peyğəmbər (s.ə.v)-dən daha böyük olduqlarını, eyni zamanda hz. Mehdi (ə.s)-dan daha böyük olduqlarını, hətta (haşa) Allahdan da daha böyük olduqlarını fikirləşərlər. Münafiqlər öz gizli aləmlərində Allahdan haşa nifrət edərlər, Ona kin bəsləyərlər. Peyğəmbər (s.ə.v)-ə qarşı da içlərində nifrət və qəzəb hissi vardır, haşa. Amma bunu büruzə verməməyə çalışarlar. Çoxbilmiş, ağılsız, yuxarıdan aşağı baxmaq kimi hərəkətləri vardır. Allah ağıllarını almışdır. Ayənin son qismini oxu.

OKTAR BABUNA: "...Allaha and içirlər ki, nalayiq sözlər deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar..."

ADNAN OKTAR: Budur o təkəbbür hissi, Allahdan daha böyük olma arzusunda olarlar və küfrə düşərlər. Münafiqlərdə şirk, müşrik ruhu çox əhəmiyyətlidir. Məsələn, Quranı, Peyğəmbər (s.ə.v)-in şərhlərini qeyri-kafi hesab edərlər. O öz ağlına görə hərəkət etmək istəyər. Münafiqin içində Qurana qarşı nifrət vardır. Həmişə Qurandan kənar axtarar. Quran münafiqi yandırar. Qurandan uzaq olarlar. Baxar, əgər Quranda özünə sərf edən bir şey tapmadığı halda, dərhal müşriklərin izahlarında bir şey tapmağa çalışar. Ayədə də deyir: "Nə sizdəndirlər, nə onlardandırlar". Bir az müşriklərin fikrindən, bir az Qurandan yararlanır və qarışıq aləmləri yaranar. Qarışıq deyəndə Quranı tənzih edirəm, müşriklərdən alınan fikirlər qarışıqdır. Kabus kimi yaşayarlar. Rəsulullah (s.ə.v)-in sünnətinə qarşı da içlərində bir kin var.

OKTAR BABUNA: "...yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir...."  (Nur surəsi, 11)

ADNAN OKTAR: Münafiqlər daim müsəlmanların arasından çıxarlar və bütün işləri yalan-palan olar. Amma özünü dürüst insan kimi göstərməyə çalışar. Özünün dürüst hesab etdiyi təbliğatı aparar. Lakin bir nömrəli saxtakardır. Bu münafiqin xüsusiyyətlərindəndir.

OKTAR BABUNA: "Onlara: “Yer üzündə fəsad törətməyin!” – deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” deyirlər. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər".  (Bəqərə surəsi, 11-12)
ADNAN OKTAR: Münafiqlər müsəlmanları ara qarışdırmaqla, ixtişaşla, fitnə ilə günahlandırarlar. Amma Allah deyir ki, əsl ara qarışdıran, fitnəçi onlardır, sadəcə bunu dərk etmirlər. Quran buna işarə edir. Münafiqdən "nə edirsən belə?” soruşanda, “müsəlmanlar fitnə-fəsad törədiblər orada, mən onu düzəltməyə çalışıram" deyə cavab verər. "Fitnəni, fəsadı da düzəldə bilmədiyim üçün məcburən ayrı bir məscidə getməliyəm" deyər. Məscidi də quduz itlərlə, qurdlarla qurur. Onlara bit kimi yapışıb orada yaşayır. Məscid deyil o, şeytanın daxmasını qurmuş olur və şeytanın sığınacağına girmiş olur.

OKTAR BABUNA: "Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur.." (Nisa surəsi, 139)

ADNAN OKTAR: Münafiqlər kafirlərə, münafiqlərə sığınarlar. Məsələn, onların, bir ünvanı varsa, onlar üçün o çox əhəmiyyət kəsb edər. Hər hansı bir dünyəvi ünvan onlar üçün əhəmiyyətlidir. Onunla böyüyəcəyini, inkişaf edəcəyini zənn edər. Öz-özlərinə elə bir soy bağı qurarlar ki, onlarla öz-özünə öyünməyə başlayarlar. Amma ən çox onlardan qidalanmağa, yararlanmağa can atarlar, onların yanında bit kimi, bir yerə dadanmış bit kimi yapışar və dayanmadan qanını sovurar. Yaşadıqları budur. Amma özü kimi qurdların qanı da onlara zəhər kimi təsir edər, xəstələndirər, bərbadlaşdırar, çirkləndirər. Diqqət etsəniz, münafiqlərin üzünə bir zillət çökdüyünü, getdikcə çirkinləşdiklərini, pisləşdiklərini görərsiz və quduz it sürüsü kimi də bir-birlərindən ayrıla bilməzlər. Çox qəribədir. Münafiqin normal halda gedib kafirlərlə, müşriklərlə yaşaması lazımdır. Amma bunu edə bilmir, mütləq münafiq axtarır. Məsələn, it də elə gedib başqa bir varlıqla, canavarla və s. yaşamaz, mütləq itlə yaşayar. Bu qurdlar da mütləq özləri kimisi ilə yaşayar. Bir-birilərindən də ayrıla bilməzlər. Bu bir möcüzədir, Allahın hikmətidir. Hər biri fərqli bir eqoizm və əzəmətlə bir-birinin pisliyini, yandırıcı işığını seyr edib yaşayarlar və bir-birlərini mənəvi cəhətdən məhv edərlər. Bir-birlərinə zəncirlə bağlanmış bir qrup kimi cəhənnəmə doğru çəkərlər. Cəhənnəmə sövq edilməyə hazır olarlar. Dünyada da, cəhənnəmdə də bir yerdə olarlar.

OKTAR BABUNA: "Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görərsən..." (Maidə surəsi, 80)

ADNAN OKTAR: Müsəlmanlar baxan kimi bunu görərlər. Amma dostluğun mənbəyi xeyirdir. Təkrar deyirəm, quduz itlərə niyə bit düşər? Onu sevdiklərinə görəmi? Əlbəttə ki, xeyr. Sadəcə qanını sovurmaq üçün, pisliyini yemək üçün ona yapışar. Ona görə ayrıla bilməz. Amma oradan da hökm verər, bit hökmü. Quduz itin yaxşılığından, gözəlliyindən bəhs edər. "Niyə gəlmirsiniz? Müsəlmanlara burada quduz it var, gəlin qanını sovurun" deyər. Müsəlman isə onlara yanaşmaz, çünki onlardan iyrənər. Allah haram qıldığına görə onlara yaxın getməz. Müsəlman pislikdən iyrənər, ikrah hissi duyar, qanı-iliyi çəkilər, belə şeylərə baxa bilməz. Müsəlman nuru axtarar, gözəlliyi axtarar, estetikanı, təmizliyi axtarar. Orada ruhu rahatlayar. Pislik içində yaşaya bilməz.

OKTAR BABUNA: Şeytandan Allaha sığınıram. "Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər..."  (Tövbə surəsi, 10)

ADNAN OKTAR: Münafiq qohumluq bağlarını yalnız mənfəət əldə etdiyi halda qəbul edər. Məsələn, quduz iti qohumu olaraq qəbul edər, həqiqi mömini qohum olaraq qəbul etməz. Quran buna işarə edir. Münafiq imandan qaynaqlanan qohumluq bağını qəbul etməz. Yalnız mənfəətdən qaynaqlanan bağı qəbul edər. Ona görə harada mənfəət varsa, münafiq orada olar. Harada təhlükə yoxdur, orada olar. Çünki bit quduz itin dərisində təhlükə hiss etməz, özbaşına rahat yaşayar. Zəhərlənsə, cəhənnəmə addım-addım yaxınlaşsa da fərqinə varmaz. Qohumluq bağı onun üçün yalnız mənfəət xatirinə ola bilər. Mənfəətini təmin edən qohum onun üçün qohumdur. İmandan qaynaqlanan qohumluq bağı onu maraqlandırmaz. Amma Peyğəmbər (s.ə.v) ilə olan qohumluq bağını münafiqlər yalnız fürsət kimi istifadə edərlər. Peyğəmbər (s.ə.v)-in ailəyə qarşı olduğunu, qohumluğa qarşı olduğunu və ailəni qorumadığını iddia edərək, haşa, Peyğəmbər (s.ə.v)-ə ağıl verməyə başlayırdılar. "Evimiz açıq qalıb, uşağımız, anamız, atamız bizi gözləyir. Sən də bizi döyüşə təşviq edirsən, ailəmizdən ayrı düşməyə, cihad etməyə təşviq edirsən. Sənin yanında olmağımızı istəyirsən, amma ailəmiz orada başsız qalıb. Biz buna görə onların yanına gedirik, sən get müsəlmanlarla müharibə et. Sən cihad et, biz isə ailəmizlə yeyib-içib rahatlığımızı təmin edərək, yeyib-içib yataraq, elə yaşamaq istəyirik” deyirlər. Peyğəmbər (s.ə.v)-ə: "Sən ailəni qorumursan" deyirlər. "Amma bizim evimiz başsız qalıb" deyirlər. Buna aid Quranda ayə də var. "İndi biz ailəmizi qorumağa gedirik, bizə icazə ver, yəni ailə əldən gedir" deyirlər. "Sən isə dini qurtarmağa çalışırsan, İslamı yaşatmağa çalışırsan. Biz də ailəni qurtarmağa çalışırıq. Biz fərqli düşünürük. Sən isə bunu düşünə bilmirsən" deyirlər, Rəsulullah (s.ə.v)-ə, haşa. Münafiqlər belə ağılsızdırlar. Allahın dinini qurtarmaq əsasdır. Müsəlman aləminin ailəsini, dünya ailəsini xilas etmək əsasdır. Quduz itləri, qaşınan köpəkləri, münafiqləri xilas etmək əsas deyil. Biz küfrə təbliğ edərik. Amma münafiq müsəlmanlara, İslama qarşı döyüş elan etmişdisə, müsəlmanlar onların qanı, biti ilə qidalanmazlar. Onlara ikrahla yanaşarlar.

OKTAR BABUNA: "...Allah şahiddir ki, onlar yalançıdırlar.." (Tövbə surəsi, 107)

ADNAN OKTAR: “Təbii ki, yalan yalan danışıarlar”.

OKTAR BABUNA: " İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir.." (Bəqərə surəsi, 204)

ADNAN OKTAR: Münafiq çox xain, azğın düşməndir. Özünü büruzə verməməyə, çox dürüst, dindar göstərməyə çalışır. Təsir etməyə çalışar, başqasını da özü kimi münafiq etmək istəyir ki, gələcəkdə Allahın intiqamından qurtula bilsin. Ən qorxduğu şey münafiqin İslam əxlaqına hakim olmağıdır. Qısa müddətdə müsəlmanların dağılmasını istəyər. Hz. Mehdi (ə.s)-a qarşı olan kinin, nifrətin kökündə də elə bu dayanır. Halbuki, hz. Mehdi (ə.s) şəfqətli bir insandır. Əsl intiqamı Allah alacaqdır. Amma alçaldılmaqdan qorxduqları üçün hz. Mehdi (ə.s)-ı yalançı çıxartmağa və hz. Mehdi (ə.s)-ın camaatını dağıtmağa çalışacaqlar. Bu zaman bəzi ağılsız insanlar onlara inanacaq. Buna görə də hz. Mehdi (ə.s) camaatının sayı həmişə az olacaq, 300-313 nəfər, bunu Peyğəmbərimiz (s.ə.v) -deyir. İnanan zəiflər də olacaq. Münafiqlər həmişə "gəl bizə qoşul" deyə çağırırlar, buna aid ayə də var. Dayanmadan "bizə qoşul" deyə xəbər göndərərlər. Ağılsız olanlara təsir edə bilirlər, amma münafiq bit təmizləyicisidir. "Burada quduz bir it var" deyir, bəsləndiyini bildirir. "Bit varmı? it biti. Əgər varsa uçsun gəlsin qanını sovuraq" deyir. Bit vardır-yoxdur onun xəbərini alar, o da dərhal oraya uçar. Müsəlmanlar da bu yolla bir pislikdən xilas olmuş olarlar. Yəni münafiq bit təmizləyicidir, öz yanına çağırar. Müsəlmanlar da beləcə aralarındakı bitdən təmizlənmiş olarlar və müsəlmanların üzərində çirk qalmaz.

OKTAR BABUNA: "...Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görərsən..." (Əhzab surəsi, 19)

ADNAN OKTAR: Münafiqlərin baxışında bir anormallıq var. Şeyx Nazim münafiqlərin baxışını çox gözəl tanıyır. O bunu başa düşər, baxar-baxmaz baxışlarından tutar. Mürşidlər də dərhal bunu hiss edərlər, hz. Mehdi (ə.s) da başa düşər. Böyüklər münafiqin baxışındakı pozğunluğu başa düşər. Xəstə olarlar. Bir möcüzədir, baxışlarında pozğunluq olar. Sən ayəni bir daha başdan oxu.

OKTAR BABUNA: "... Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görərsən..."

ADNAN OKTAR: Quran buna xüsusi olaraq diqqət çəkir. Dəhşətli qorxu içərisində olarlar. Allah ayədə də həmişə mağara, sığınacaq axtardıqlarını deyir. Onlarda həmişə bir ölüm qorxusu və rahatlıqlarının əllərindən getmə qorxusu vardır. Birdən yemək olmasa, birdən ölüm gəlsə, birdən yaralansa, birdən bir şey olsa deyərək daima qorxu, narahatlıq hissi keçirdikləri üçün öz fikrinə görə daha güvənli sığınacaq axtararlar və vəhşi heyvanın yuvasına sığındığı kimi bir daxmaya sığınarlar. Orada özlərini əmin, təhlükəsiz hesab edər, elə orada da yeməyini, içməyini təmin etməyə çalışar. O pis xarakterinə görə də ətrafında da daim digər münafiqlərin çoxalmağını istəyər (özünü əmin-amanlıqda hiss etmək üçün). Çünki, münafiqin ən böyük qorxusu gələcək qorxusudur, yəni intiqam alınmasından çox qorxar, həmişə bundan çəkinər. Peyğəmbərimiz (s.ə.v) dövründə də ən böyük qorxuları o idi. Rəsulullah (s.ə.v)-in onlardan intiqam almağından çox qorxurdular. Həmişə insanlara: "bizə tərəf gəlin" deyirdilər, Drar məscidini qurmuşdular. Peyğəmbər (s.ə.v)-in əleyhinə danışırdılar, amma üz-üzə gələndə nəsə demirdilər. Lakin qiyabi olaraq, haşa, Rəsulullah (s.ə.v)-in səhv yolda olduğunu deyirdilər. "Gəlin bizim məscidimizə" deyirdilər. Amma Allah indi onların hamısını cəhənnəmin ortasına atıb. Münafiqlərin yeri cəhənnəmin dibindədir.

OKTAR BABUNA: Hz. Mehdi (ə.s)-ın münafiqlərə qarşı mübarizəsi, mücadiləsi ilə əlaqədar bir hədis var, inşaAllah.

"Ümmətimdən bir camaat dayanmadan Allahın əmri ilə düşməni öldürənədək mübarizə aparacaq. Müxalifləri onlara heç bir zərər verə bilməyəcək. Bu hal qiyamətə qədər belə davam edəcək".  (Qiyamət Əlamətləri)

ADNAN OKTAR: EvelAllah, evelAllah. Hz. Mehdi (ə.s)-ın ömrü uzundur inşaAllah. Tələbələrinin də ömrü uzun olacaq, inşaAllah. Qarşı-qarşıya bir mübarizə olacaq. Münafiqlər, müşrikləri kafirlərlə birlikdə, Axırzamanın o məşhur şəxsi və şəxsləri, hz. Mehdi (ə.s)-a qarşı var gücləri ilə mübarizə aparacaqlar. Hz. Mehdi (ə.s)-a qarşı İstanbulda bir xurafatçı, Mehdi əleyhdarı zühur edəcək. Bir topal vardır, o da Mehdi əleyhdarıdır, hz. Mehdi (ə.s)-a qarşı mübarizə aparacaq. Başqa insanlar da olacaq. Lakin qədərlərində olan vəzifəni yerinə yetirərlər və məğlubiyyət bunların hamısının qədərindədir, inşaAllah.