20-ci söhbət

22 avqust, 2010-cu il www.harunyahya.tv

OKTAR BABUNA: Siz münafiqlərin cihad etmədiklərini demişdiniz. Onunla əlaqədar ayə oxuyuram, inşaAllah. Şeytandan Allaha sığınıram:

"Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar". (Tövbə surəsi 81)

ADNAN OKTAR: İndi ayənin son qismini izah etdik, əvvəlki hissəsini açıqlamadıq. O əvvəlki hissəsini oxu.

OKTAR BABUNA: Bəli, inşaAllah. "Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər".

ADNAN OKTAR: Allahın Rəsuluna, yəni imama və yaxud hz. Mehdi (ə.s)-a müxalif çıxarlar. İndi, münafiqin əsl xüsusiyyəti müxalif olmağıdır. Məsələn, ağ desən, qara deyər. Qara desən, ağ deyər. Mütıəq bir qüsur axtaracaq. Eqoist olduğuna görə itaətetməz, buna görə çatışmazlıq gördüyü üçün özünü daha üstün sayar. Bu, münafiqin əsas xüsusiyyətlərindən biridir. Məsələn, "burada oturaq" desən, "burada yox, orada otursaq daha yaxşı olar" deyər. Sən "qapı açıq qalsın” desən, “yox bağlansa daha yaxşı olar" deyər. Quranda əsas xəstəliklərinin “təbliğ və cihad” olduğu bildirilir. Bütün problemləri budur. Yəni əsasən, problemlərinin 90 %-i budur. Quranda Allah əsasən buna diqqət çəkmişdir. "Oturub qalmalarına sevinərlər" deyir Allah. Münafiqlər evdə oturub qalmaqlarını istəyərlər. Qaya porsuğu kimi bir deşiyə girib, orada yaşamaq istəyərlər və məqsədəuyğun hərəkət etdiklərini düşünərlər. "Müsəlmanların yanından gedərək çox yaxşı etdim. Mənim yerim buradır. İstədiyim kimi yeyib-içirəm, təhlükə yox, bir şey yox. Kimsə məni güdmür, həbs etmir. Böhtanla qarşılaşmıram, təhqir edilmirəm. Heç bir təhlükə yoxdur, çox yaxşı oldu ki, burada qaldım" deyərlər. Halbuki, təhlükənin düz ortasındadır. Münafiq cəhənnəmin ən dibinə gedəcək, inşaAllah. Amma bundan xəbəri yoxdur.
Quranda münafiqlərə aid təhdidləri xüsusilə müsəlmanlar çox yaxşı bilməlidirlər. Çünki münafiq onsuz da Quranın təhdidlərindən təsirlənməz. Biz bu münafiqə aid olan ayələri, münafiqlərin təsirlənməsi üçün, başa düşməsi üçün izah edirik, amma başa düşməzlər. Bunu əsl müsəlmanlar büşü düşər. Müsəlman qorxar, çəkinər, "aman münafiq kimi olmaqdan Allah əsirgəsin" deyər. Çünki heç kim üçün cənnətə getmək zəmanəti yoxdur, bilirsiniz. "Allah qorusun, birdən münafiqlərlə eyni yerə gedərəm" deyə müsəlman tir-tir titrəyər, Allahdan qorxar. Münafiqlərdən də çox iyrənər. Allah onlardan iyrənək deyə ayəni endirir. Müsəlmanlar iyrənsin, nə qədər alçaq olduqlarını görsünlər, qəzəblə, yəni imani bir hirslə, imani qərarla onlara ürəkdən nifrət etsinlər deyə Allah bildirir, inşaAllah.
"Salam əleyküm, hocam. Qurani-Kərimdə mömin qadınların mömin kişilərlə evlənəcəyi buyurulur. Hz. Lut (ə.s)-ın xanımının inanmayanlardan olması və Fironun xanımının inananlardan olmasının bu ayə ilə əlaqədar hikmətini açıqlayarsınızmı?".  Əleyküm salam və Rəhmətullahi və Bərəkətu.
Fironun xanımı peyindən iyrəndiyi kimi o alçaq məxluqdan da iyrənirdi. Burada evlilik qalmışdırmı? Amma o, hökmən davam edir. Qadın ən iyrənc peyindən də iyrənc, ən alçaq məxluq kimi baxırdı və heç bir şəkildə onunla birlikdə yaşamırdı. Amma kim bilə bilər, bəlkə də o it mübarək qadını təhdid edirdi, elə deyilmi? Bəlkə də o psixopat təzyiq altında da tuturdu. Ola bilsin ki, canının qorxusundan bir müddət elə evli qalmışdır. Yoxsa qadın onsuz da ürəkdən boşanmışdır. Yoxsa alçaq bir adamla, iyrəndiyi, alçaq bir məxluqla qadın necə evli qala bilər? Ürəkdən boşandıqdan sonra bir qadın, dilində qalsa nə olur? Onsuz da artıq bitmişdir. Ola bilsin ki, təhdid etdiyinə görə bir müddət qəbul etmişdir. Sonra hz. Musa (ə.s)-la getdi. Amma rəvayətdə o namərd Fironun onu sonra şəhid etdiyi deyilir. Hz. Musa (ə.s) ilə gedəndə onu tapmışdır, hər halda adamlarını göndərib tapdırmışdır və sui-qəsd nəticəsində anamızı şəhid etmişdir, inşaAllah. Məhz qorxduğu şeylə qarşılaşmışdır, görürsünüzmü? Firon ağılsız adam idi, ona görə orada nə qanun, nə də hüquq var idi.
Hz. Lut (ə.s)-ın da xanımı ola bilsin özünü büruzə verməmiş, əsl simasını gizlətmişdir. Münafiqlər özlərini ələ verməzlər, elə gizlədərlər ki, şərəfsiz, soysuz, namussuz olduğunu bilməzsən. Mütləq tanıyacaqsan deyə bir şey yoxdur. Münafiq gizli bir məxluqdur, bilinmir. Hz. Lut (ə.s)-ın da onun dinsiz, imansız, əxlaqsız, alçaq olduğunu bilsəydi onunla heç evlənərdi? Allah bilir necə bir münafiq üslubu ilə davranmışdır, özünü övliya kimi göstərmişdir. Allahdan, dindən bəhs edərək, namaz qılaraq "mən belə namusluyam, belə yaxşıyam, belə mədəniyyətliyəm, sənə belə sadiqəm, belə bağlıyam" deyə danışmışdır. O da Peyğəmbər olduğuna görə hüsni-zənn etmişdir, evlənmişdir, münafiq olduğunu haradan bilsin, elə deyilmi? Bunu bilmək üçün vəhy lazım idi, bu olmadan bilməz. Sonra qadının psixliyi üzə çıxdı, Allah da bəlasını verdi.

...Münafiq açıq şəkildə çox rahat hərəkət edə bilirlər. Məsələn, xaraktersiz insanlar da, əgər açıq şəkildə bilinməzsə çox rahat hərəkət edə bilirlər. O açıq şəkildə başa düşüləndən sonra çox utanarlar. Lakin münafiqlər utanmazlar. Münafiqin abır-həyası olmaz. Ürəyində xəstəlik olan utanır, yəni, həqiqətən, o utana bilir. Yenə xəstə olduğuna görə bir yol axtarar, davam edər, lakin münafiq utanmaz.