21-ci söhbət

22 avqust, 2010-cu il, Kanal Avropa

ADNAN OKTAR: Hz. Mehdi (ə.s)-ın dövründə, hz. Mehdi (ə.s)-ın məşğul olacağı ancaq darvinizmdən, materializmdən, küfrdən və dəlalətdən ibarət deyil, eyni zamanda münafiqlərlə mübarizə aparacaq. Münafiqlərin hz. Mehdi (ə.s) barədə ən çox narahat olduğu mövzu nədir, bilirsinizmi? "Niyə hz. Mehdi (ə.s) İslam əxlaqını dünyaya hakim etmək istəyir? Öz işi ilə məşğul olsun, hakimiyyət nəyə lazımdır? Niyə İslam Birliyini istəyir? Niyə Türk-İslam Birliyini istəyirsən? Biz evdə otururuq, sən də otur. Get işinlə, gücünlə məşğul ol" deyəcəklər. Münafiqin ən həssas yanaşdığı mövzu cihaddır. Diqqət yetirin, cihad bir-birini vurmaq, öldürmək deyil, o ayrı məsələdir. Qətl deyil, adam öldürmək deyil. Cihad etmək - cəhd göstərmək, dini yaymaqdır. İslamı təbliğ etmək, dini yaymaq münafiqin ən narahat olduğu məsələdir. Bir az təzyiq göstərsən bir neçə kitab paylayar, bir qədər təbliğ edər. Amma digər mövzularda, məsələn, münafiqə “gəlin bir namaz qılaq” desən, gələr, çünki namaz qılmaqla bir şey itirməyəcəyini fikirləşər. “Oruc tut” desən, əgər başının üstündə dursan, yanında olsan oruc da tutar.Yanında heç kim olmasa gedər gizli-gizli yeyər, yenə orucuna davam edər. Bunlar münafiqin xüsusiyyətidir, görünmədiyi yerdə yeyər... Namazda da, yəni əgər göz qabağında olsa namazını mükəmməl şəkildə qılar. Təkkəsi ilə, hətta sarığı ilə belə sünnətlərə də əməl edər, tam itaətkarlıqla namazını qılar. Duanı tam mükəmməl formada edər, amma görməsən etməz. Münafiqin belə bir dünyası vardır. Ona görə ən zəif nöqtəsi də budur, müsəlmanlıqla əlaqədar digər mövzularda o qədər həssas yanaşmaz. Məsələn, “gəl bir iş gör, buranı təmizlə və s.” desən dərhal edər, yük də daşıyar.

OKTAR BABUNA: Hətta çox işgüzar da ola bilərlər, demişdiniz.

ADNAN OKTAR: İşləyər, hər işi görər. Ancaq cihaddan narahat olar, cihaddan, yəni dinin yayılmağından narahat olar. Dini istəmədiyinə görə, təməlli olaraq bir də dünyaya hakim olmağını heç istəməz. Onsuz da din içində yaşamaq istəməz, əslində dindən xilas olmaq istəyər. Cihad–İslam əxlaqının dünyaya, hər yerə hakim olmağı deməkdir. İslam əxlaqı dünyaya hakim olanda münafiq üçün cəhənnəm kimi olacaq. Bunu heç vaxt istəməz. Ona görə cihad etmək barəsində narahat olarlar. Əgər diqqət etsəniz Quranda münafiqlərin: "niyə yemək yemirik? Niyə məni işlədirsiniz?" dediyini görməzsiniz. Münafiqlər bu barədə heç danışmazlar. Münafiq qatır kimidir, onlara istədiyin işi gördürmək olar. Amma cihad etmək onları narahat edər, ən zəif nöqtəsi budur. Münafiqin yeganə edə bilmədiyi iş ömrünü Allaha həsr etmək, Allah yolunda mübarizə etmək, cihad etməkdir. Digər mövzularda nə istəsən edər. İllərlə Peyğəmbərimiz (s.ə.v)-in yanında qalırdılar. Diqqət edin, görün Quranda nə deyir: "Bu istidə yemək yeməzlər, bu istidə yük, zibil daşımazlar, ev silib təmizləməzlər, ticarət etməzlər, işə gedilməz"- demir. Nə deyir?: "Bu istidə cihad edilməz" deyir. Çünki münafiqin ən həssas nöqtəsi budur. Həmişə bundan xilas olmaq istəyər. Quran, bunların ən əsas xüsusiyyətlərini açıqlayır. Allah Quranda təfərrüata girmir, əsas qaynaqları bildirir. Məsələn, başqa bir münafiq: "Mən əgər cəhd etməyi bilsəydim, sizinlə gələrdim” deyir. Əgər onlardan: "sən ticarəti bilərsənmi?”-soruşsan-“çox yaxşı bilirəm" deyər. "İş görə bilərsənmi? Onu da edərəm" deyər. "Pul qazanmağı bilirsənmi? Daş daşıyarsanmı?"-desən- "pul qazanmağı bilirəm, daş daşımağı da bilirəm" deyər. Yəni ağlına gələn hər işi görə bildiyini deyər. "Yeganə bacarmadığın iş nədir?"-soruşanda-"cihad edə bilmərəm, yəni bu işi bacarmaram. Onu siz edin, mən də başqa nə iş istəyirsinizsə onu edim. Mən bu işə girişməyim, xahiş edirəm" deyər.

Ən zəif nöqtələri budur. Tarixdəki münafiqlərə baxanda, bir də hal-hazırda yaşayan münafiqlərə baxıram, məsələn, münafiq olduğundan şübhələndiyim tiplər var, onlara baxdım gördüm ki, facebookda özlərinə yer ayırmışlar. Dedim, qoy diqqətlə baxım, görüm bunlar nə edirlər burada. Gördüm ki, barda içki içərkən, əylənərkən şəkilləri var, cütləşib bir yerdə hoppanırlar və s. hamısı var. Xoşbəxt adamlar kimi, murdar-murdar dişlərini ağardıb şəkil çəkdiriblər, amma dişlərini ağartmaları xoş gəlmir, yəni gülməsəyərək dişini ağartmaq deyil. Elə bil, xoşbəxtlik əsəri çəkməyə çalışmışdır, alovlanıb yanaraq görünür. Dedim baxım görüm nə yazıblar görəsən, səhifələrinə baxdım, gördüm ki, bir dəfə də olsun Allahdan bəhs etmirlər, Allahın adını çəkmirlər. Vay zalımlar vay. Kafir belə Allahdan bəhs edər. Elə deyilmi? Məsələn, haşa: "Allaha inanmıram" deyir. Yəni heç olmazsa Allah sözünü dilinə gətirir, elə deyilmi? Bunlar isə heç bəhs etməzlər. Məsələn, o birilərinə baxıram görürəm ki, orada da Allahdan bəhs etməzlər. “İnşaAllah, MaşaAllah”―deyə bilmir. Allahın heç xatırlanmamasını istəyərlər, bu böyük məna kəsb edir. Amma əsl müsəlman olanlar edir. Məsələn, övliya kimi əzbərdən ayələr, şeyxlərdən bəhs olunan hekayələr, hədisi şəriflərdən rəvayətlər danışar. Qurana diqqətlə baxanda, yeganə bağlandıqları nöqtənin cəhd olduğunu görürük. Burada qorxunc bir əzab çəkərlər. Ona görə, məsələn, belə deyərlər: "Belə münafiq olar, baxın görün müsəlmanların yanında xidmət edir. Daş desən daşıyır, zibil desən daşıyır. İş görür, bütün gəncliyini işə həsr edir". Əlbəttə münafiq iş görər. Çalışar, başqa işləri də edər. Amma cihad etməz. Özünü göstərmək üçün yalandan bir iki dənə iş görər. Məsələn, gedər bir neçə dənə kitab paylayar, bir neçə söz deyər. Nəzəri cəlb etməsin deyə bir-iki kiçik işlər görər. Amma onda da əzab çəkər, yəni bir kitab hədiyyə etmək bir münafiq üçün nə deməkdir bilirsinizmi? Əlini, qolunu qopartsan o qədər əzab çəkməz. Çox əziyyət çəkər. Xoşlamadığı işdir. Fikirləşər ki, birdən o kitabı oxuyan dini yayar və onun yaşaya bilməyəcəyi bir vəziyyət yaranar. Haşa, münafiq bu ağıldadır. Ona görə münafiqi təyin etmək istəyən hadisəyə bu yöndən baxsın. Münafiqlər müsəlmanlara on il, iyirmi il xidmət edə bilər, köməkçi ola bilər. Amma cihad etməkdən şiddətlə qaçarlar. Müsəlmanların birləşməyindən və birlik olmasından çox narahat olarlar, həmişə müsəlmanların parçalanmağını istəyərlər. Amma ən əsas qorxduğu şey cihad etməkdir. Çünki Quranda Allah ayələrində bunu açıq-aşkar göstərir. Həmişə cihad etməkdən uzaq durarlar.
OKTAR BABUNA: Sizin açıqladığınız bir ayə var necə qaçdıqlarına aid, oxuyuram onu, inşaAllah. Şeytandan Allaha sığınıram:

"Onlar dedilər: “Ey Musa! Nə qədər ki, onlar oradadırlar, biz ora heç vaxt girməyəcəyik. Odur ki, sən və sənin Rəbbin gedin, onlarla vuruşun. Biz isə burada oturacağıq”". (Maidə surəsi, 24)

ADNAN OKTAR: Görürsünüzmü?. Məsələn, büt düzəldəndə, bütə xeyli pul lazım olur, münafiqlər qızıllarını, bilərziklərini hamısını çıxarır verir, baxmayaraq ki, qızıl münafiq üçün çox qiymətlidir. "Qardaşım, ərit, bizə belə bir büt düzəlt" deyirlər. Edəcəyi rüsvayçılığa tərəf yönələr. Gedib qarşısında əyilib-büzülər, amma: "mənə Allahdan, cihaddan bəhs etmə" deyər. "Gedin siz mübarizə aparın, amma məni heç vaxt bu cihada yaxın buraxmayın" deyir. Həm də müsəlmanların cihad edəcəyini bildiyinə görə, cihad etməyin təhlükəli olduğunu fikirləşir və it kimi uzaqdan seyr edər. Ara sakitləşəndə, it nə edər qulaqlarını yelləyərək qaçar yeməyə gələr, münafiq də elədir, amma bir səs-küy eşidən kimi ortadan itər. Münafiq səs-küyə heç vaxt gəlməz. Rahatlığını istəyər, aman kefi qaçmasın. Münafiq birdən həbs olunar, həbsə atılar, söz-söhbət, dedi-qodu olar, yəni adına-sanına bir xələl gələr, kefini qaçıran bir şey olar deyə cihad etməkdən qaçar. Ona görə həmişə özünə bir yer tapar, donuzun murdar yerində yaşayar, gənə kimi yapışar, orada onun qanını sovurar, orada yaşayar və uzaqdan da müsəlmanların xəbərlərini eşidər. Münafiq normal halda müsəlmanı izləməməlidir, elə deyilmi? Münafiq qaçandan sonra, gedib küfrlə bir yerdə olmalıdır. Məntiqlə elə olmalıdır, çünki Allaha qarşı düşməndir. Allaha qarşı olan adamlarla birlikdə olmalıdır. Küfrə də getmir. Müsəlmanlarla heç maraqlanmamalıdır. Uzaqdan müsəlmanların xəbərlərini izləyərlər. Allah bu hissi məhz ona məxsus olaraq vermiş, mütləq bunu etməlidir. Bundan heç cür xilas ola bilməz, mütləq güdməlidir. Bu çox heyrətləndiricidir. Qanındadır elə bil, mütləq ki, güdməlidir. Xəbərləri eşidər “görəsən nə var, işləri necə gedir”―deyə maraqlanarlar. Ömrü boyu güdərlər, amma heç vaxt bu xasiyyətlərindən əl çəkməzlər. "Ürəkləri parçalanana kimi əl çəkməzlər" deyir Allah.

OKTAR BABUNA: Bu dediyiniz ayəni oxuyuram, inşaAllah. Şeytandan Allaha sığınaram:

"Münafiqlər müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Hərçənd aranızda olsaydılar, çox az döyüşərdilər." (Əhzab surəsi, 20)

ADNAN OKTAR: Yenə cihaddan bəhs edilir, görürsünüzmü? "İş görməzlər, ticarət etməzdilər"-demir Allah-"cihad etməzlər, dini yaymazlar" deyir. Ən həssas olduqları mövzu budur, Quranda hara baxsanız, buna aid ayələrlə qarşılaşarsınız. Həmişə müsəlmanları izləməkləri bir möcüzədir, yəni xilas ola bilməyəcəyi bir maqnit kimidir və bütün ömrü boyu müsəlmanlara və İslama qarşı mübarizə aparmalı olduğuna dair içində hiss olar, bundan da heç cür xilas ola bilməz. Ağlasığmaz bir kin bəsləyər. Məsələn, Axırzaman münafiqlərinin ən çox kin bəslədikləri insan hz. Mehdi (ə.s)-dır. Müsəlmanların da ən sevdiyi insan hz. Mehdi (ə.s)-dır. İblis dəstəsinin ən nifrət etdiyi insan hz. Mehdi (ə.s)-dır, Rəhman tərəfdarlarının ən sevdiyi insan hz. Mehdi (ə.s)-dır.
Rəsulullah (s.ə.v) dövründə də, möminlər Peyğəmbərimiz (s.ə.v)-ə aşiq idilər. Məsələn, hz. Əbubəkr (r.ə) Peyğəmbərimiz (s.ə.v)-i görən kimi gözləri dolardı, aşiqi idi. "Ya Rəsulullah sən necə də gözəlsən!" deyirdi. Yəni sevgisini ifadə edə bilmədiyinə görə nə edəcəyini bilmir. Həmişə onu tərfiləyir. Elə bil zəhmindən işıq saçır. Məsələn, Əbu Cəhl, Rəsulullah (s.ə.v)-i görəndə, "Ya Əbu Qasım sən nə qədər çirkin insansan" deyir. Peyğəmbərimiz (s.ə.v) də ona: "düz deyirsən" deyir. Hz. Əbubəkr (r.ə) də: "dünyanın ən gözəl insanı sənsən, həddindən artıq gözəlsən" deyir. Allahın nuru, işığı, sən də düz deyirsən" deyir. Səhabələr soruşurlar: "Ya Rəsulullah! Ona da düz danışırsan deyirsən, sən düz bir insansan, yalan danışmazsan, ikisinə də düz danışırsan deyirsən" deyirlər. Rəsulullah da: "Mən bir aynayam. Allahın aynasıyam, mənə baxan adam özünü görər. Nəyə baxırsa onu görər" deyir. Münafiqin ruhu qapqaradır, yəni xəstədir, manyakdır, psixdir. Məsələn, münafiq qadın düşmənidir. Münafiq gözəlliyi xoşlamaz. Yalnız mənfəət, yemək və təhlükəsizlik güdərlər, yəni it kimidirlər. Məsələn, it üçün gözəllik heç bir məna kəsb etməz, yalnız sığınacaq bir yer axtarar, yemək axtarar və özünü təhlükəsizlikdə hiss etmək və yaşamaq istəyər, it çox yaşamaq istəyər. Başqa bir şey istəməzlər. Bir də həmişə riski gözləyər. Qulağını tıxayar, olub-keçənə uzaqdan baxar. Ayədə deyildiyi kimi: "...onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da..." (Əraf surəsi, 176).

OKTAR BABUNA: Şeytandan Allaha sığınıram;

"Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bən-zəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları (onlara) danış ki, bəlkə fikirləşələr." (Əraf surəsi, 176)

ADNAN OKTAR: Münafiqlə dialoq qurmaq da mümkün deyil, Quran ona diqqət çəkir. Manyak kimidir. İzah edirsən axmaq-axmaq sifətinə baxar. Elə bil onunla danışmırsan, izah etmirsən. Ağlasığmaz məntiq pozğunluqları vardır. Quranı, hədisi çox araşdırarlar. Münafiqlər Quran haqqında, hədislər haqqında böyük məlumata sahib olarlar, lakin öz sistemini qurtara biləcəyi şəkildə hərəkət edər. Cihad etməkdən, təbliğdən necə xilas olacağı üçün, necə rahat yaşayacağı üçün və müsəlmanlara necə hücum edəcəyi üçün istifadə edər. Məsələn, münafiqlər Peyğəmbərimiz (s.ə.v)-ə qarşı ağlasığmaz dərəcədə kin bəsləyirdilər. Lakin özünü çox günahsız göstərərlər. Məsumluq örtüyünə bürünər, elə bir maska taxar. Baxanda tərtəmiz adam kimi görünər. Məsələn, Drar məscidini düzəldirdilər, çox böyük bir məscid idi. "Ya Rəsulullah! Bizim sənə bir müjdəmiz var" deyirdilər. "Biz gözəl bir məscid qurduq, siz də Drar məscidinə təşrif buyurun" deyirdilər. Halbuki, namərdlər Peyğəmbər (s.ə.v)-ə sui-qəsd etmək üçün oranı silahla doldurmuşdular. Peyğəmbərimiz (s.ə.v)-ə sui-qəsd hazırlayırdılar. Hətta öz aralarında məscidi tərifləyirdilər. "Bura qadın, uşaq filan da gəlmir" deyirdilər. Çünki Rəsulullah (s.ə.v)-in məscidinə xanımlar da, uşaqlar da gəlirdilər. Hətta zarafatlaşırdılar, məscidin içərisində o tərəfə, bu tərəfə qaçırdılar. Belə şeylər onların ağır, əzəmətli, eqoist quruluşlarına ziddir. Münafiq uşaqları heç sevməz, onlara nifrət edər. Münafiqin ən zəhləsi getdiyi şey qadın və uşaqlardır, onları heç xoşlamazlar. Bu cür ağır eqoistlik, münafiqin heç cür əl  çəkə bilmədiyi bir istəkdir. Münafiq özünü böyük sayar. Özünü nə qədər böyük saydığını bilirsinizmi? Özünü haşa, Allahdan da böyük sayar. Bunu ancaq öz-özünə və öz aralarında deyərlər. Müsəlmana deməzlər. Müsəlmana yalnız, əgər Peyğəmbərimiz (s.ə.v)-in dövründə yaşayırsa, özünün Peyğəmbərimiz (s.ə.v)-dən daha üstün olduğunu deyərlər. Məsələn: "Mən qadınlardan uzaq dururam. Mən nəfsinə, istəklərinə hakim olan bir insanam. Rəsulullah (s.ə.v) isə, bir çox qadınla evlidir, bir çox cariyələri var. Axşam xanımları ilə birlikdə olur. Hz. Həsən (r.ə), hz. Hüseyn (r.ə) onun yetişdirdiyi kəslərin də qadınlara qarşı böyük istəkləri var. Onlar da bir çox qadınla evləndi. Amma biz övliyayıq. Mən heç öz həyat yoldaşımla da əlaqədə olmuram. Yoldaşımdan uzaq dayanıram. Çünki özümü bütünlüklə Allaha təslim etmişəm. Həya edirəm” deyirdilər. Buna görə Peyğəmbərimiz (s.ə.v)-i ən çox bu nöqtədən, haşa, çətinə salacaqlarını zənn edirlər, bu yolla xanımlarına və ona hücum etmək istəyirdilər. Quranda buna aid bir çox cavablar vardır. Hətta xanımlarından bəzilərinin də bir vaxtlar, o münafiqlərin təzyiqindən Peyğəmbərimiz (s.ə.v)-ə qarşı rəftarlarını dəyişirlər. Allah: "Əgər Allahı, Rəsulunu və Allah yolunda mübarizə aparmaq istəyirsinizsə gəlin mənimlə davam edin. Əgər nəfsinizin arzu və istəklərini istəyirsinizsə gəlin sizi gözəlliklə buraxım" deyir. Bu, bir qadın üçün nə böyük fəlakətdir, Allah göstərməsin. Bax Allah bunu onlara xitab edərək deyir, fövqəladə bir vəziyyət yaranmışdır. Münafiqlər Peyğəmbər (s.ə.v)-i bu cür narahat edirdilər. Ona görə Allah ayədə: "Peyğəmbərə əziyyət verirsiniz, onu narahat edirsiniz” deyir. "Peyğəmbəri narahat etməyin, xanımlarının təhlükəsizliyi üçün pərdə arxasından danışsınlar. Xanımlarına da, sözü ədalı deməsin. Qəlbində xəstəlik olanlar tamah edərlər”-deyir Allah. Bunlar necə bir insandır? Onlar bizim anamızdır, adam belə yerlərdə ikiqat olar, (yerə) torpağa baxar, inşaAllah. Allah bilir necə bir mühit olub ki, Allah pərdə çəkdirir və "sözü ədalı söyləməyin" deyir, xanımlarını da xəbərdar edir. "Və ondan sonra xanımlarını almaq sizə haramdır. Onlar sizin analarınızdır" deyir Allah. Peyğəmbərimiz (s.ə.v)-in dövrü çox çətin idi, oradakı insanlarla çox çətin anlar yaşadı. Peyğəmbərimiz (s.ə.v) həm cahillərdən, həm də münafiqlərdən müxtəlif təzyiqlər gördü.