22-ci söhbət

23 avqust, 2010-cu il www.harunyahya.tv

ADNAN OKTAR: Sən indi zənn edirsən ki, biz izah edirik münafiq dinləyər və çox təsirlənər... Münafiq onsuz da heç maraqlanmaz, təsirlənməz. Münafiqi yalnız hirsləndirər. Münafiqlə əlaqədar olan ayələr yalnız müsəlmanlara təsir edir. "Aman Allah, Allah əsirgəsin, belə olmayım"–deyir və Allaha sığınır.
Münafiqi ən dəqiq cihada çağırmaqla təyin etmək olar. Əgər Qurana baxsaq bunun nə qədər heyrətamiz olduğunu və bu mövzunun həmişə burada düyünləndiyini görərik. Cihad onların ən həssas olduqları mövzudur. Məsələn, münafiqlər eləcə də müşriklər həccə gedərlər bundan çəkinməzlər. Namaz da qılarlar, oruc da tutarlar, zəkat da verərlər, amma bunu əziyyət çəkərək edərlər, ən acı çəkdiyi hadisə budur. Allah ayədə: "mallarınızla və canlarınızla cihad edin"-deyir. Məhz bu ayə onları ən çox yandırıb-yaxan ayədir, çünki malı ilə, canı ilə cihad etməkdən bəhs edilir. Yoxsa münafiq digər bütün ibadətləri yerinə yetirər, qarşı çıxmaz.

OKTAR BABUNA:

"Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” dedilər". (Nisa surəsi, 77)

ADNAN OKTAR: Gördüyünüz kimi, hansı ayəyə baxsaq mövzunun bağlandığını görərik. Ayəni hissə-hissə oxu!

OKTAR BABUNA: "Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular".

ADNAN OKTAR: Bax, Allah insanlardan qorxmaqlarını deyir. İndi diqqət edin, Allahdan qorxan kimi, hətta daha da çox insanlara bağlanarlar. Çox möhkəm bağlanarlar. Adamlıq dininin mənşəyi budur, onlar: "millət nə deyər?" məntiqinə uyğun olaraq birbaşa insanlara görə hərəkət edərlər. Məsələn, məktəbə gedər. "Niyə gedirsən?"–soruşsan- "ətrafdakılar nə deyər, insanlar, oxuyan adam desinlər" deyir. "Niyə avtomobil alırsan?"–soruşsan-"Desinlər ki, maşını var"-deyirlər. Həmişə xalqın arasında "desinlər…" fikri ilə hərəkət edərlər, münafiqin əsas dərdi budur. Münafiq insanları ilahlaşdırar. Hər şeyi insana görə, onlardan gələcək mənfəətə görə qiymətləndirər. İnsana pul gətirən bir varlıq kimi baxar, sağlamlığını insanlardan gəldiyini, yeməyin insanlardan gəldiyini fikirləşər... Hamısını insanlara bağladığı üçün insanları bütləşdirər. Yığıncaqlarda filan insanları bütləşdirdiyi üçün insanların bir qismi iflic olarlar. Əli ayağına dolaşar, nə danışacağını bilməz, sanki onları yaradan Allah deyilmiş, haşa. Halbuki, Allah insan görünüşlərini beynində yaradır. Var olan Allahdır, bir də təcəlliləri. Adam bunu unudar. İnsanları ilahlaşdırar, o görüntüləri ilahlaşdırar, Allahı unudar. Bunlar münafiqin xüsusiyyətidir. O yalnız görünüşə bağlanar, ona görə də hərəkət edər. Ən qorxduğu şey də canıdır, canı çox qiymətlidir, yorulmaq, risk etmək, təhlükəyə salmaq və s. bu cür şeylərdən çox şiddətlə çəkinər. Ona görə də: "Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!" deyərək təxirə salmaq istəyərlər. Həmişə təxirə salmaq istəyərlər. Məhz cihad etməyi təxirə salar, yoxsa iş görməkdən qorxmaz, necə lazımdırsa işləyər.
Allah ayədə: "Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər". Məsələn: "...bir ticarət", yəni bir az qazanc əldə etmək bu anormal bir hərəkətdir. Gənə kimi gedər donuzun ən murdar yerinə yapışar. Gənəyə "Nə istəyirsən?" desən "qan sovurmaq istəyirəm" deyər. Belə murdar bir yerdə niyə yaşadığını soruşarsan, "sovurmağa qan var, ona görə burada yaşayıram" deyər. Onun yeganə məqsədi budur, ticarəti də odur. Ən murdar şəraitdə, ən pis yerdə belə, o, oradan bir şeylər qazanmaq istəyər. Allah "...Ya da bir əyləncə" deyir. Məsələn, diskotekaya gedər, dağıdar, əylənər, narkotik istifadə edər. "...Səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər" deyir Allah. Yəni cəhd etməyi, təbliği, Allah yolunda mübarizə aparmağı tərk edirlər. “Tərk etmək” münafiqin xüsusiyyətidir, həmişə qaçar və riyakarlıq edər. "Niyə qaçırsan?"-soruşsan-"ticarət var, mənfəət var, əyləncə var, ona görə qaçıram", deyər. "Burada niyə dayanmırsan?"-soruşsan-"orada təhlükə var, ölüm var, hücum edərlər, təhqir edərlər"-deyər. "Bəs cəhənnəmdə nə edəcəksən, orada da sonsuza qədər qalacaqsan?"-soruşanda da-"onsuz da cəhənnəmə inanmıram ki" deyər. "Cəhənnəmin olub-olmaması məlumdur?"-deyir. Allah da: "bir az gözləsinlər"-deyir, çox az bir müddət-"Kürəklərinə vurularaq canları alınanda" başa düşərlər.
"Yer üzündə fitnə-fəsad çıxararlar" deyir Allah, bu da məsələn, münafiqin xüsusiyyətidir.
"... Sizi acı dilləri ilə (tənqid edib incidərək) qarşılayarlar"-buyurur Allah. Münafiq zəhərli dili ilə tənqid edib incitmək üçün Quranı və hədisi istifadə edər. Öz ağlına görə bu yolla müsəlmanın zəif nöqtəsini axtarar. "Mən buna haradan hücum edə bilərəm?"―deyə düşünər. Müsəlman da Qurana qarşı, hədislərə qarşı, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı həssas davranar. Ona görə də münafiq müsəlmanın vicdana təzyiq göstərmək üçün mütləq Qurandan, hədisdən istifadə edər. Əgər müsəlman dərin bir məlumata sahib deyilsə, münafiqin təsiri altına düşə bilər, özünü günahkar hesab edər və yaxud bu yolla müsəlmanları özünə tərəf çəkə bilər. Çünki münafiqin bir xüsusiyyəti də odur, həm dağıtmaq, həm də dağıtmamaq istəyər, tərəddüd içində qalar.
"...Lakin Allah yolunda əziyyət çəkərkən insanların (ona qarşı yönəltdikləri işgəncə) fitnəsini Allahın əzabı kimi qəbul edər". Məsələn, həbs olunmaqdan, tutulmaqdan yaxud təhqir edilməkdən və ya təzyiqdən çox qorxar, bunları eşidəndə əsəbləşər. Tutulsa: "Mən, Allah yolunda mübarizə aparıram, lakin Allah məni həbsə atdı. Allah yolunda mübarizə aparıram, amma Allah insanları mənə hücum etdirdi" deyər. Haşa. "Buna görə Allaha inanmıram" deyər. İmtahanın sirri də buradadır. Mömin burada Allaha sarıldığına görə cənnəti qazanar. Münafiq də nəfsinə sarıldığına görə cəhənnəmi qazanar, bu da onların əyləncəsi olar.
"İman edənlərlə qarşılaşdıqları zaman: "İman etdik" deyərlər. Əlbəttə ki, tək elə “iman etdik" deməklə iş qurtarmır. Bəzilərinin başında sarığı, əlində təsbehi olar. Cibindən təsbehini çıxarar. Başında sarığı, hətta yanında misvakı, gümüş əqiq daşlı üzüyü, hər şeyi yerli-yerində olar. Nəyi əskikdir bilirsinizmi? Cihad etməyi və zəkat verməyi, yəni Allah yolunda pul xərcləməsi əskikdir. Sırf bu iki şeyi münafiqdən istəmək olmur. Əgər münafiqdən bu iki şeyi istəməsən, onunla bir yerdə qalmaq olar, problem çıxartmaz. Bir cihad etməz, Allahın dinini yaymaz, bir də malını, mülkünü, pulunu Allah yolunda sədəqə verməz. Əgər bunları münafiqlərdən tələb etməsən problem yaranmaz, çünki münafiq eşşək kimi işləyər, donuz kimidir. Tarlaya buraxıb eşşək kimi işlədə biləsən, eşşək kimidirlər. "Haydı cəhd edin"-deyəndə-"aman, aman”-deyib hoppanar-düşər. Ruhu buna qarşı reaksiyaya girər, qəbul etməz. Çünki canını çox sevir, canı şirindir.
"İman edənlərlə qarşılaşdıqları zaman: "İman etdik" deyərlər. "Yəni müsəlmanlarla qarşılaşanda namaz qılar, oruc tutar, həccə gedər. Həccə gəzmək yeri kimi baxarlar.
"Şeytanları ilə baş-başa qaldıqlarında isə" yəni tək qalanda yaxud özləri kimi fırıldaq münafiqlərlə olanda "Şübhəsiz, sizinlə bərabərik. Biz (onlarla) yalnız lağ edirik" deyərlər”.
Başqa bir yoldaşı "sən onunla Quranla danışdın" deyir. "Bəs nə edim? Əlbəttə ki, onlar başqa yolla anlamazlar, Quranla danışacağam, onlar yalnız Qurana inanar" deyir. "Qurana nə ehtiyac var idi?" deyir. "Elə bil başqa cür yol var, varsa mənə de" deyir. Haşa, Allah bağışlasın, onların üslubuna görə. Ona görə münafiqin Qurandan ayə deməyinə, hədis danışmağına aldanmaq olmaz. Onları ancaq cihaddan çəkinməkdən tanımaq olar. Yəni qarışdırmamaq üçün həmişə bu ölçünü nəzərdə tutmaq lazımdır.
"Bəs münafiq olanlar və ürəklərində xəstəlik olanlar: "Allah və Elçisi, bizə yalandan başqa bir şey vəd etmədi" deyirdilər". İndi hz. Mehdi (ə.s) Axırzamanda çıxıb nə deyəcək? "Hz. Mehdi (ə.s) çıxacaq, İsa (ə.s) zühur edəcək və İslam əxlaqı dünyaya hakim olacaqdır" deyəcək. On il keçər, çıxmaz, iyirmi il keçər çıxmaz, otuz il keçər çıxmaz. "Ömrümüz nə qədərdir ki? Bezdim" deyər. Yəni arxasınca deyər. Ayədə (ayə təxminən belə tərcümə olunur): "qısa bir vaxt ərzində dərhal nəticə alacaqlarını bilsələr sizinlə birlikdə gələrdilər"―deyə bildirir Allah. Allah “amma gediləcək yol onlara uzun gəldi" deyir. Allah da onları uzun müddətlə sınayar. Bu imtahanın xüsusiyyətidir, məsələn, hz. Musa (ə.s)-ı 40 il səhrada gəzdirmişdir, hz. Şuayb (ə.s) qızlarını evləndirmək üçün də 8 il gəzmişdir. "Əgər 8 ili 10 ilə uzadıb tamamlasan o da səndəndir" deyir. 10 il çox uzun bir müddətdir.

 

"Münafiqlər və ürəklərində xəstəlik olanlar: "Allah və Elçisi, bizə yalandan başqa bir şey vəd etmədi" deyirdilər". Məsələn, vaxt gələcək onlar: "bu Mehdi deyil, yalanmış, boş yerə bizi aldatdı" deyəcək. Belə hallar hətta hz. Mehdi (ə.s) cəmiyyətində də olacaq. "Sən bizə İslam əxlaqının hakimiyyəti olacaq"-dedin- "amma 10 il keçdi, olmadı, 20 il keçdi, olmadı. 30 il keçdi, olmadı. Sən bizi bir yalanla aldatdın" deyəcəklər. Çünki adam sərmayə qoyarkən iki yatırmışdırsa, on götürəcəyini fikirləşir. Çünki gəncliyini, vaxtını həsr etmiş, amma sonda çox böyük bir nəticə, mehdiliklə bol qazanc, bol pul, rahatlıq, etibar qazanacağını zənn edirdi. Halbuki, mehdiyyətin nəicəsində belə bir şey olmaz. Mehdi tələbələri sonda da yenə təvazökar, sadə yaşayacaqlar, yəni onun yatırtdığı pulun əvəzinə yüz misli qarşısına çıxmaz. Əlində pulu qalıbsa hz. Mehdi (ə.s)-a biat edəndən sonra onlar da gedər. Gəncliyinin çox hissəsini həsr edibsə qalan hissəsini də verəcək. Çünki Allah rizası üçün yola çıxmışdır. Mehdiyyətdə pul sərmayə qoymaq və əvəzində qat-qat artığını götürmək olmaz. Ona görə sərmayə qoyan axmaq münafiqlər bir müddət keçəndən sonra: "Biz axmaq olmuşuq, gör nə etmişik biz" deyir. "20 ilimizi verdik, pul verdik, imkan verdik, bu hz. Mehdi (ə.s) isə çıxmadı, İslam əxlaqı da hakim olmadı. “Vay halımıza, aldanmışıq”. Allah ayədə: "münafiqlər: “yapışacaq yeriniz qalmadı, dönün artıq” deyərlər". Allah onları ən zəif yerindən tutur, münafiqlər uzun müddət dözə bilməz. Münafiqlərin zəif nöqtələrindən biri də müddətdir. Quran buna işarə edir. Allah açıq-aşkar: "gediləcək yol onlara uzun gəldi, qısa olsaydı arxanızca gələrdilər, bir qazanc əldə etsəydik" deyir. Münafiq tələskəndir, dərhal qazanc yeri axtarır. Halbuki, möminlər elə deyil, Allahın razılığını axtarın deyər və axirətə görə hərəkət edər, Allah rizasına görə hərəkət edər. Onun mükafatı Allahın razılığı olar, başqa bir şey istəməz. Amma münafiq məhz mal-pul, imkan, saraylar və s. istədiyinə görə sıxılar, darıxar. Əsl sürprizləri isə İslam əxlaqı hakim olanda olacaq. Onlar: "Biz İslam əxlaqını dünyaya hakim etdik, sən də hər halda Mehdisən" deyəcəklər. "İndi isə artıq saraylar, əyləncələr qarşımıza çıxsın" deyəcəklər. Hz. Mehdi (ə.s) isə: "Axmaqlıq etməyin. Allah rizası üçün hərəkət etdiyinə görə, sən yalnız Allahın razılığını istəməlisən. Belə münafiq danışığından, üslubundan istifadə etmə. Buna görə sənin bundan bir maddi qazancın ola bilməz, maddi bir mənfəət güdə bilməzsən" deyəcək. İnşaAllah.