23-cü söhbət

2 sentyabr, 2010-cu il www.harunyahya.tv

ADNAN OKTAR: Münafiq şüuraltında münafiq olduğunu bilər, amma instinktiv olaraq bilməz. Özünü o cəhətə istiqamətləndirər. Hətta əksinə çox dürüst insan olduğuna, çox namuslu olduğuna, namusunu qoruduğuna, insanları düz yola dəvət etdiyinə, islah etdiyinə, muslih olduğuna (yəni düz adam olduğuna) inanar. Ayədə deyildiyi kimi: "biz islah edənlərik” deyir. O ağılda olarlar. Amma çox fırıldaq və saxtakardırlar, lakin bunu ətrafdakılara büruzə vermədiklərinə görə münafiq deyilir. O, yalnız çox diqqətli baxışla, dərin məntiqlə təyin edilə bilər, Allahın istəyi ilə.
Məsələn, Tövbə surəsi, 54-cü ayədə belə buyrulur: “Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allaha və Onun Elçisinə küfr edir”. Yəni bunlar infaq edər, amma Allah qəbul etməz. Çünki bunlar malını, mülkünü istəməyərək, canları yana-yana verərlər. Malı çıxanda elə bil ətindən qopardırlar. Ömürlərinin sonuna qədər də bunun dərdini çəkərlər. Lətifədə keçən “Eşşəyi oğurlanmış kəndli kimi” həmişə: "Aman, aman gör necə də oğurlatdıq, necə də əlimizdən çıxdı..." deyərlər. Ömrü boyu bunun dərdini çəkərlər. Onu Allah üçün verdiyini düşünmədiyi üçün qumarda verilən pul kimi hesab edər. Necə qumarda pul qoyarsan və udanda qat-qat çox qazanarsan, bunlar da Allah yolunda sərf etdikləri malı, pulu qumar kimi fikirləşiblər, amma qumar oynadığını və qumarda uduzduğunu düşünürlər. Məsələyə qumarbaz məntiqi ilə yanaşar. Buna görə də bunun əziyyətini çəkər. Qumarbaz necə itirdiyində peşman olursa, bunlar da "beş qoyduq, əlli götürəcəkdik, amma itirdik" deyərək peşman olar. Qumarbaz kimi həmişə əzab-əziyyət çəkər. “Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allaha və Onun Elçisinə küfr edir”. Bir sözlə, özlərini haşa, Allahdan üstün tutarlar. Bir də elçisini tanımazlar, imam qəbul etməzlər, yəni lideri kimi, öz üstündə bir idarəçi kimi qəbul etməz. Münafiqin ən xoşlamadığı mövzulardan biri də budur. Şeytanın da ən çox acığı gələn budur. Necə ki, Allah: "Səcdə edəcəksən" deyir, bu onun çox acığına gəlir. Münafiq də eynilə iblis kimidir, kiməsə itaət etmək istəməz. Ona görə itaətdən qaçar. Müsəlmanların yanından qaçmasının ən böyük səbəblərindən biri də budur. Həm də infaq etmək istəmədiklərinə görə, çox az da olsa infaq edəndə əziyyət çəkərlər. İkincisi də itaət etməkdir. Çünki münafiq ancaq şeytana itaət edər. Başqa heç kimə itaət etməz. İblisin əmrindədir. Ona görə itaət etmək onun qüruruna toxunar. Ayənin davamında Allah: "namaza tənbəlliklə qalxır və (mallarını) könülsüz xərcləyirlər" deyir. Münafiqlər namaz qılmağı heç xoşlamazlar. Amma özünü çox xoşlayan kimi göstərər. Ən çox istəmədiyi şey namazdır. Tək olanda namaz qılmazlar, amma yanlarında başqaları olanda, başlarına sarıq taxarlar, təsbehi götürərlər, özünü itirmiş kimi ibadət edərlər. Özünü huşu içində namaz qılan kimi göstərmək münafiqin xüsusiyyətidir. Sonra Allah belə buyurur: "və (mallarını) könülsüz xərcləyirlər". Amma bu xoşlarına getməyərək pul xərcləmələri, insanların nəzərindən qaça bilər. Allah yolunda mal-pul sərf edəndə elə bil kəlbətinlə ətindən qopadırsan, o cür əziyyət çəkərlər. Münafiqlərə ən çox əziyyət verən mövzulardan biri də budur.
Məhəmməd surəsi, 29-cu ayədə Allah belə buyurur: "Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?". Münafiqlərdə ağlagəlməz bir kin vardır. Əvvəldən çox kinlidirlər. Bəslədikləri kini müxtəlif formalarda ifadə etmək istəyər, amma o namərd ruhu, o pozğun ruhu və o riyakar ruhu ona icazə verməz. Çünki eqoistdirlər, lakin itaətkarlılıqla itaətsizlik eyni anda yaşanmadığına, özünü itaətkar kimi göstərməli olduğuna görə kinini gizlədər. Amma çox böyük kin bəsləyərlər. Münafiqlər şeytan kimi nifrət edərlər. Eyni ilə onlarda şeytanın ruhu vardır. Münafiq şeytanın insan halında olan surətidir.
Mucadilə surəsi, 10-cu ayədə Allah buyurur: "Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər". Yəni münafiqlər həmişə gizli yığıncaqlar təşkil edərlər. Müsəlmanları guya narahat edəcəklərini, onları üzəcəklərini, hirsləndirəcəklərini fikirləşərlər... Halbuki, münafiq müsəlmana qida kimidir. Onların gücü, qüdrəti olar, əzmini, mübarizəsini, şövqünü artırdıqca artırar, maşAllah. Amma o ağılsızlar isə, əlbəttə, ki,  pislik etdiklərini fikirləşərlər.

Allah münafiqlərin xarakterini Qələm surəsi 10-13-cü ayələrdə belə açıqlayır: "…hər tez-tez and içənə, alçağa". Yəni münafiqlər həmişə Allahın adını xatırlayaraq yalan danışarlar, özlərini həmişə çox müttəqi kimi göstərərək hərəkət edərlər. "Alçaq" deyir Allah, çox alçaq və namərddirlər. Allah "qeybət edənə, söz gəzdirənə" deyir. Həmişə müsəlmanları lağa qoyarlar və pisləyərlər, dayanmadan tənqid edərlər. Məsələn, bir iş görəndə: "burasında səhv var, burada filan səhv etdilər" deyərlər. Yəni öz xaraktersizliyini, iblisliyini heç, özünün mübarizədən çəkindiyini, müsəlmanlara qarşı olan kinini fikirləşməz, həmişə müsəlmanları tənqid edərlər, pisləyərlər və özü lazım bildikdə düzgün, lazım bilmədikdə səhv hesab edər və həmişə tənqid edib pisləyər. Allah "söz gəzdirən" olduqlarını deyir. Namərd olduqlarına görə daim kəşfiyyatdaymış kimi hərəkət edərlər (müsəlmanları güdərlər), müsəlmanlar haqqındakı məlumatları həmişə gəzdirər. Küfrə, digər münafiqlərə söz aparıb-gətirər, müsəlmanların düşmənlərinə xəbər aparar. Gizli iş gördüyünü zənn edər. Ayədə "xeyirə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana" deyilir. Yəni İslam əxlaqının dünyaya hakim olmağına mane olmaq istəyər. İslam Birliyinə mane olmağa çalışar, hz. Mehdi (ə.s)-ın çıxışının qarşısını almaq istəyər, hz. İsa (ə.s)-ın enişinə mane olmağa çalışar. Amma bunu əlbəttə ki, "hz. İsa (ə.s) gəlməsin, hz. Mehdi (ə.s) gəlməsin" deyərək deyil, şeytanın hiyləgər üsulları ilə edər. Allah: “Daş ürəklidirlər” deyir. Yəni təcavüzkar, cinayətə meyllidirlər, çox namərddirlər. Bu cür xüsusiyyətləri Hitlerdə, Mussolinidə, hz. Mehdi (ə.s)-ın dövrünün münafiqlərində, Peyğəmbərimiz (s.ə.v)-in dövrünün münafiqlərində də görə bilərik. Pozğun təcavüzkar kimi həddindən artıq daş ürəkli, təcavüzkar və namərddirlər. Televiziyalarda bəzən görərsiniz pozğunların təcavüzkarlığını, münafiqlər də o tərzdədirlər. Allah "…Əsli-nəsəbi bilinməyən qulağı kəsiyə (haramzadaya)" deyir. Çünki Quranın təməl hökmlərinə qarşı könülsüz və qəzəblidirlər. Yəni İslam Birliyinə qarşıdırlar, İslam əxlaqının dünyaya hakim olmasını istəmirlər. “Kobud-hörmətsiz”, yəni çox hörmətsiz və mədəniyyətsizdirlər. Kobudluqla, güc tətbiq edərək işləri həll etməyə çalışar. Hitlerdə də, Mussolinidə də bütün faşistlərdə, Lenində də və bütün tipsiz, namərd münafiqlərdə bu xüsusiyyətləri görmək olar. Çox kobud və hörmətsizdirlər. Münafiqlər hörmət etməyi heç sevməzlər. Çox səmimiyyətsiz formada hörmət edərlər. Məsələn, fərz edək bir şeyxin yanındadır və  əli-qolu bağlıdır, amma nə Allaha qarşı, nə Peyğəmbər (s.ə.v)-ə qarşı, nə də o şeyxə qarşı hörmət bəsləmirlər. Bu vəziyyətdə onlar özlərini hörmət edən kimi göstərərlər. Amma bir fürsət tapan kimi, dərhal o namərd xarakterini göstərər və açıq-aşkar hörmətsizlik etməyə başlayar. Taktikadan istifadə edərlər. Ayənin sonunda Allah: "qulağı kəsiyə", yəni tamamilə it-köpək dəstəsidir.