24-cü söhbət

2 sentyabr, 2010-cu il Aksu tv və Kaçkar tv

ADNAN OKTAR: Bəli, Quranda münafiqun və münafiqatlarla əlaqədar ayələr var. Münafiqlərin bir xüsusiyyəti vardır, qadın düşmənidirlər. Yəni tarixin ən qədim dövrlərinə baxsaq ya qadınları yandırdıqlarını, ya faciəvi şəkildə öldürdüklərini görərik. Belə nakam və xəstə tiplərdir, pozğundurlar. Qisaslarını qadınlardan almağa çalışarlar. Yəni manyak tiplərdir. Ona görə qadını faciəvi şəkildə döyər və yaxud faciəvi şəkildə öldürərlər. Bu münafiqin xarakteridir. Həm də qadınlara qarşı etibarsızlıq duyarlar, həddindən artıq nifrət edərlər, Quranı açın, baxın. Münafiqlərin bu cür xüsusiyyətlərinin olduğunu görərsiz. Məsələn, qız uşaqlarını götürüb basdırarlar, nifrət edərlər. Qız, qadın görən kimi nifrət edər. Qadına qarşı olan sevgiyə də heyrətlənərlər. Peyğəmbərlərin, səhabələrin qadınlara, uşaqlara qarşı olan sevgilərinə, şəfqətə təəcüblənirdilər.
Münafiqlərdə çox böyük bir qürur və əzəmət hissi vardır. Ona görə şeytan çox yaxşı analiz aparar. Münafiqin ruhuna nə xoş gəlirsə, məsələn eqoizm, qürur kimi xüsusiyyətləri təmin edən sistem tapar. Məsələn, “faşizm”. Faşist çox qürurlu, eqoist, azğın, qan tökən olar. “Faşist” tamamilə şeytanın dizaynıdır. Yəni faşizmi meydana gətirənlər şeytanı bir masaya qoyurlar. "İndi bizim ustadımız sənsən" deyirlər. "Bu nə istəyər, bir baxaq, fikirləşək? Birinci, qan istəyər, ikinci, qadın düşmənliyi, üçüncü də xurafat istəyər". Faşizmin xurafata çox ehtiyacı vardır. Hitlerin, Mussolininin xurafatlarının ucu-bucağı yoxdur. Düzdür, şeytan faşizmi istəyər, amma şeytan bununla kifayətlənərmi? Əlbəttə ki, xeyr, faşizmə zidd olan sistemdə olmalıdır. Şeytan bir az rəngli şeyləri də bəyənər. Məsələn, “Kommunizm”. Kommunizmdə də qan, qürur var. Məsələn, kommunistlərin əksəriyyəti çox eqoist olarlar. Yəni dəli kimi inadkar olarlar. Məsələn, PKK-da bunu görürük. Yəni işi psixopatlıq dərəcəsinə çatdırarlar, bu da olmasa özünü yandırar, şeytan onları artıq dəli etmişdir. Şeytan kimi qürurlu olarlar. Hökumət onlara: “sizləri vətənə gətirək, adam kimi hərəkət edin” deyir. “Onların Cənub-şərqdən sinələrini qabağa verərək gəldiklərini gördünüzmü? Niyə sevinirsən, nə etdin ki, sinəni irəli verərək gəlirsən? Əksinə utanmalısan, başını aşağı əyməlisən. Mənim aslan kimi əsgərlərimi şəhid etməyiniz bəs deyil, hələ sinənizi gərərək gəlirsiz, əsgərləri siz öldürməsəniz də sizin dostlarınız, sizin qrupdan olanlar şəhid edib. Buna görə utanmalısınız, başınızı aşağı əyərək, üzr istəyərək gəlməlisiniz. Sinələrini gərərək gəldiklərini görəndə hamı əsəbləşdi, elə mən özüm də çox hirsləndim, inşaAllah... Təcavüzkarlıqlarının da kökündə qürur və qadın düşmənçiliyi vardır. Bədbəxt insanlardır, məsələn, kommunist qadınlara baxsanız çox bədbəxtdirlər. Gözəl kommunist qadın görə bilməzsən, ümumiyyətlə, əksəriyyəti çirkindir. Özlərinə baxmazlar, geyimləri cırıq-cırıq, pis vəziyyətdə olar. İstisnaları çıxsaq, əksəriyyəti belədir. Faşist qadınlar da elədir, həmişə bərbad gündədirlər. Eynilə mafiya qadınları kimidirlər, qatil görünüşündə olarlar. Qadına bənzəməzlər, kişiyə xas və çox quru və qanıacı olarlar. Hətta onların dəriləri, əti, sümüyü belə fərqli olar, xoşagəlməz quruluşda olarlar. Hitlerin, Mussolininin, Frankonun dəstəsinə baxsanız bunu dərhal başa düşərsiniz. Çox böyük xırdaçı, böyük üstünlük, əxlaq və ədəb iddiasında idilər. Məsələn, Hitler özünü dünyanın ən əxlaqlı insanı hesab edirdi. Halbuki, dünyanın ən əxlaqsızı idi. Hər münafiqin xarakterində bu vardır. Dünyanın ən əxlaqsızı olduğuna baxmayaraq özünü dünyanın ən əxlaqlı insanı sayırlar. Məsələn, Lenin də çox əxlaqsız bir adam idi, amma ondan soruşsan özünü dünyanın ən əxlaqlı insanı hesab edərdi. Buna aid yazıları var. Mussolini, dünyanın ən əxlaqlı olduğunu və qurduğu sisteminin də ən əxlaqlı insanlar yetişdirdiyini iddia edirdi və çox dolaşıq təfərrüatlara əsaslanırdılar. Hamısının da ortaq xüsusiyyəti qadın nifrətidir. Məsələn, Hitler, Mussolini, Franko, Lenin pozğun olub, hamısı azğın insanlar idi. Bunun açıq-aşkar isbatları var. Bunların dəstəsi də eynilə özləri kimi pozğun olublar, bunun həm şahidləri, həm də isbatı var. Ağılları və məntiqləri bu istiqamətdə olub. Ona görə şeytanın düzəltdiyi bu fəlsəfələri araşdırmaq üçün şeytanı yaxşı tanımaq lazımdır. Şeytanı yaxşı tanısaq bunları bütünlüklə təyin etmək olar.
Məsələn, faşistlərin, kommunistlərin qüruru alçaldılanda yanlış olan mənalar çıxardarlar, anormal, boş-boş izahlar verərlər. Məsələn, əxlaqsızlığını bildirəndə, bu əxlaqsızlığı müdafiə etmək üçün anormal məntiqlər, ortaya qoyar, izah edərlər və qarşı tərəfi günahlandıraraq özlərini haqlı çıxarmağa çalışarlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in dövründə də elə idi. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in Zeynəb anamızla olan izdivacını çox vacib bir məsələ kimi ortaya atdılar. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı bunu bəhanə gətirərək istifadə etmək istədilər. Allah da ayə ilə Peyğəmbərimiz (s.ə.v)-in haqlı olduğunu, gözəlliyini və düzgün olduğunu onlara bildirdi. Peyğəmbərimiz (s.ə.v)-in evliliklərindən narahat olarlar, Allah onu da ayələrlə bildirdi. Bu səfər xanımlarından istifadə edərək onu narahat etməyə başladılar. Allah bunu da bildirdi. Məsələn, hz. Məryəmin dövründəki münafiqlər hz. Məryəmin əlindən, üzündən nur axdığına baxmayaraq, tərtəmiz olduğunu bildikləri halda ona böhtan atmaq istədilər, Allah onu bu böhtandan da təmizlədi, pak etdi. Münafiqlər hz. Musa (ə.s)-ın gücünü, babamızın iqtidarını, cəsurluğunu, görünüşünü qısqandılar və həsəd apardılar. Buna aid ayə var. Allah: "onların böhtanlarından onu təmizlədi və xilas etdi" deyir. Hz. Musa (ə.s)-ın, Rəsulullah (s.ə.v)-in gücünü qısqandılar, onlar mənim babalarımdır, onlarla fəxr edirəm. Allah cənnətdə qat-qat daha gözəllərini nəsib etsin, inşaAllah.
Ona görə müsəlman həyatı münafiq üçün bir əzabdır. Münafiqlərə hal-hazırda ən çox əzab verən kimdir bilirsənmi? Hz. Mehdi (ə.s)-dır. İndi xalq deyir ki, biz hz. Mehdi (ə.s)-ın kim olduğunu bilmirik. Həqiqətən, mən də bilmirəm, mən də axtarıram. Amma münafiqlər onu tanıyarlar. Hansı münafiqdən soruşsan, şüuraltında hz. Mehdi (ə.s)-ın kim olduğunu bilirlər. Çünki şeytan: "sənin ən düşmənin odur" deyir. "Dərhal buradan onun kim olduğunu başa düşər. Yəni indi dünyada hz. Mehdi (ə.s)-ı tanımayan münafiq yoxdur. Hamısı tanıyar, maraqlananlara da eşitdirilər. Amma mömin əlbəttə ki, Allahu aləm qəlbən tanıyar. Allahu aləm o, deyər. Və vicdanı ilə qərar verər, dəstək olar, anlayar.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Bəqərə surəsi, 14-cü ayədə Allah belə buyurur: "Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” deyirlər". Bunlar hər yerdə, həmişə müsəlman olduqlarını deyərlər. Heç soruşmamış deyərlər. Nədənsə belə günahkarlıq hissi ilə həmişə müsəlman olduqlarını hiss etdirməyə çalışarlar. Təqva sahibi olduğunu, oruc tutduğunu, namaz qıldığını həmişə vurğulamağa çalışarlar. "Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!” deyirlər". Yəni: "Qurandan, dindən bəhs edirik, bu haqda danışırıq, yaxud onları tənqid edirik, amma bizim məqsədimiz bu deyil" deyir. Münafiq bütün bunları kimə deyir bilirsinizmi? O, bunları ürəyindəki şeytana deyir. "Ey iblis, heç şübhə etmə, biz dostuq və sizinlə birik" deyir. Yəni bütün şeytan dəstəsi ilə birdirlər. "Biz, yalnız müsəlmanlara lağ edirik” deyir. “Biz onları tənqid edərik, onlara böhtan atarıq, amma bizim məqsədimiz onların yaxşı, düz olması və yaxud onların bir qüsurunu gördüyümüzə görə deyil. Bizim məqsədimiz yalnız lağ etmək, onları narahat etməkdir. Yoxsa mənim belə bir niyyətim yoxdur. Həqiqətən də sənin tərəfindəyəm, ey şeytan" deyir. Bunlar münafiqlərin xüsusiyyətləridir.
Şeytandan Allaha sığınıram, Nisa surəsi, 77-ci ayədə Allah belə buyurur: "Onlara vuruşmaq vacib edildikdə". Məsələn, Axırzamanda hz. Mehdi (ə.s): "Bu Allahın əmridir, gəlin İslam əxlaqını yayaq, dünyaya hakim edək" deyəcək. "İçərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular". Münafiqin ilahlaşdırdığı şey insanlardır. Yəni insanlar, münafiqlər üçün çox əhəmiyyət kəsb edir. Hər şeyi onlara görə fikirləşər, onlara görə nizamlayarlar. İman edənlər kimi, birinci, "Ey Rəbbimiz!" deyərək müraciət edir. Sonra isə həyasız, tərbiyəsiz bir üsluba keçir və: “Rəbbimiz, vuruşmağı nə üçün bizə vacib etdin?” deyirlər. Bunların azğınlığının dərəcəsinə bir baxın. Haşa, Allaha belə xitab edərlər? Tamamilə münafiq ağlıdır. Təkəbbür hissindən qaynaqlanır bu, Allahdan daha böyük olduğunu fikirləşir. "Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” dedilər". Diqqət edin, yüngül ağlı ilə çox ağıllı olduğunu hesab etdiyinə görə, haşa, Allahdan daha ağıllı olduğunu zənn edir. Ona görə özünü haşa Peyğəmbər (s.ə.v)-dən də, hz. Mehdi (ə.s)-dan da ağıllı hesab edərlər. Yalnız öz ağılsızlılaırını görə bilmirlər, elə bil at eynəyindən baxırlar. Bir qismini görər bir qismini görməz. "Bizə yaxın vaxtadək möhlət verəydin!" deyirlər. Elə bil Allaha ağıl verir, haşa. Bu iş də şeytanın vəsvəsəsi ilə olar, münafiqdə də eyni şeyi görərsən.
Allah Bəqərə sürəsi, 11-12-ci aylərində belə buyurur: "Onlara: “Yer üzündə fəsad törətməyin!” deyildiyi zaman". Bu ifadə münafiqlərə fəsad çıxartmamaları üçün deyilir. Allah “Gedib küfrün bağrına yapışıb onlarla yaşamaqdansa gəlin müsəlmanlarla birlikdə olun, İslamı təbliğ edin, yayın" deyir. Onlar isə: "Biz müsəlmanlarda bu səhvləri gördüyümüzə görə onların yanından ayrıldıq” deyirlər. Halbuki, yanına getdikləri münafiqlərin səhvləri trilyonlarladır. Müsəlmanlarda gördüklərini iddia etdikləri səhv onların səhvlərinin yanında çox cüzidir. Bu da sizin yalanınızdır. Cüzi ilə, trilyonlarla səhv müqayisə olunmazdır. Əgər bu qədər dürüstsünüzsə niyə heç nəticəsini fikirləşmədən bu cür alçaqlara qoşulursunuz? O cüzi səhvi bəhanə gətiriməyiniz də bir uydurmadır, özünüzün görə bilmədiyiniz bir həqiqətdir? İblis gözü ilə baxdığına görə bir gözəllik görəndə də onu tərsinə görərlər. "Onlara: “Yer üzündə fəsad törətməyin!” deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” deyirlər". Bu, münafiqlərin ümumi xüsusiyyətidir. Məsələn, Hitler də, Mussolini də: "Mən xeyirxahlıq etməyə gəldim" deyirdi. Münafiq də: "Xeyirxahlıq etməyə gəldim" deyir.  Sən əvvəl yaxanı şeytanın əlindən qurtar sonra digərlərinə xeyirxahlıq et. Allah "Bilin ki, onlar fəsad törədənlərdir" deyir. Baxın dünyanı fəsada çevirdilər, 350 milyon insanın qətlinə səbəb oldular. "Amma (bunu) başa düşmürlər" deyir Allah. Yəni heyvan kimidirlər, dərk etmirlər.
Tövbə surəsi, 49-cu ayədə Allah belə buyurur: "Onlardan eləsi də var ki:”―burada Allah, münafiqlərin bir hissəsindən bəhs edir. "Mənə izn ver (döyüşə getməyim), məni günaha (fitnəyə) batırma!” deyir". Yəni: "Mən gedim, çünki siz burada fitnə çıxaracaqsınız" deyir. "Necə fitnə?"―deyə soruşursan. Deyir: "yaxşı qardaş, bu Quranın 99%-ni yerinə yetirdiyiniz başa düşdük, bəs bu qisim nə deməkdir, biz anlamadıq. Ona görə biz gedirik”. "Hara gedirsən?" deyirik. "Donuzun peyininin içinə" deyir. Sən yarım santimetrlik bilmədiyin haqq olan, amma çəp gözünlə qüsurlu gördüyün üçün, milyonlarla tonluq peyinin içinə girirsən, bu necə olur? Deməli, sən əxlaqsızsan. "Mənə izn ver (döyüşə getməyim), məni günaha (fitnəyə) batırma!” deyir. Yəni: "Məni fitnəyə qatma, çünki siz fitnə çıxarırsınız”. Müsəlmanlara “Mən gedəcəyəm” deyir. Allah "Doğrusu, onlar artıq günaha (fitnəyə) batmışlar" deyir. Yəni artıq o peyinin içinə girmişlər. Diqqət etsəniz Allah: "(günaha, fitnəyə) yanaşdılar və ya toxundular"-demir-“birbaşa pisliyin (günahın, fitnənin) içinə girdilər, düz ortasındadır” deyir. Münafiqin xüsusiyyəti budur. Amma çox qürurlu və eqoistdirlər, ağılsız olduqlarına görə heç kimin sözünə də qulaq asmaz. Məsələn, Hitlerə nə qədər izah etsəydin, danışsaydın, yenə də başa düşməyəcəkdi.
Allah Nisa surəsi 139-cu ayədə belə buyurur: "Möminləri qoyub kafirləri (özlərinə) dost tutanlar gücü və əzəməti onlarda axtarırlar?" Yəni: "qüvvət və qüruru bu murdar qrupun, donuz pisliyinin içindəmi axtarırsınız, ey münafiqlər?" deyir Allah. Allah burada eqoizmə, qürura, izzətə, böyüklüyə diqqət çəkir. Yəni münafiqin iki şeyə ehtiyacı var. Birinci, güc axtarır. Güc, yəni pul, kafirlərin gücü, onların dəstəyi nəzərdə tutulur. İkincisi, isə eqoizm, əzəmət və təkəbbür axtarırlar. Allah da bütün bu xüsusiyyətləri: "Onların yanındamı axtarırlar?" deyir. Yəni bataqlığın, peyinin içində axtarırlar. Əlbəttə ki, axtardıqları şeyləri tapdığını zənn edir. Allah da: Halbuki, qüvvət və əzəmət tamamilə Allaha məxsusdur”-deyir. Yəni bütün güc və qürur, Allahındır, onlar əbəs yerə eqoistcəsinə davranırlar, orda-burda güc axtarırlar. “Bataqlığın içindəsiniz" deyir Allah.
Maidə surəsi, 80-ci ayədə belə buyrulur, şeytandan Allaha sığınıram: "Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən". Məsələn, müsəlmanların yanında dayana bilməyən bu adamlar, azğınlarla, əxlaqsızlarla bu cür murdar həyat yaşayırlar. Allah "dostluq etdiklərini görərsən" deyir. Yəni yapışır onlara və onların murdar yerlərində yaşayırlar. Rəsulullah (s.ə.v)–in dövründəki münafiqlər də elə idi.
Mömin surəsi, 19-cu ayədə Allah: “(Allah) gözlərin xaincəsinə baxışını və kökslərin (nələr) gizlətdiyini bilir". Yəni diqqətlə gözlərinə baxılsa o xainlik, nifrət, alçaqlıq bunların gözündə görünər. "Və kökslərin (sinələrinin) saxladıqlarını Allah bilər" deyir. "Amma Mən istəsəm, onların gözlərindən bunu başa düşərsiz" deyir. Yəni Allahın icazəsi ilə gözlərindən hər şey aydın olur. Həm də: "onların pis danışıqlarından da başa düşərsən" deyir Allah. Burada Allah, iki dəlil verir. Allah "Danışdıqları zaman onlara qulaq asarsan" deyir. Çünki münafiqlər məntiqli danışarlar, amma ağıllı danışmazlar. Şeytani və qüsursuza yaxın məntiq əlaqəsi vardır. Şeytanın ağlı ilə hərəkət etdiyinə onları görə çox ağıllı zənn edərsən. Budaqdan budağa tullanarlar, həmişə oyun oynayarlar. O yalandan bu yalana, o taktikadan bu taktikaya keçərlər, həmişə bu cür oyun oynayar və bunu inkişaf etdirərlər. Böyük bir məntiq işlədər. Ona görə zəif məntiqlə və yaxud orta bir məntiqlə düşünənlər bəzən onların haqlı olduqlarını bilərlər, yəni uyğun görünər. Ona görə Allah "danışdıqları zaman onlara qulaq asarsan" deyir. Danışdıqlarına qulaq asmaq maraqlı gələr, çünki söhbətlərinə yalnız məntiq hakimdir, amma ağılları heç yoxdur. Diqqət edin, Allah "(Allah) gözlərin xaincəsinə baxışını... Allah bilir" deyir. Yəni bəzən mürşid, vəli insanlar bunların gözündəki xainliyi görər, hiss edər, başa düşərlər. Onlar gözlərindəki baxışları ilə özlərini büruzə verərlər. Yəni diqqət çəkər, aydın olar, inşaAllah.
Tövbə surəsi, 67-ci ayədə Allah belə buyurur: "Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edər, yaxşı əməlləri qadağan edərlər". Məsələn, İslam əxlaqının yayılmasının qarşısını almağa çalışarlar, darvinizmin məhv olmağını istəməzlər, darvinizmi hiyləgərcəsinə dəstəkləyərlər, həm müsəlman olduqlarını deyərlər, həm də gizlicə darvinizmi dəstəkləyərlər. Bir qismi təbii cahilliyindən edir, amma bir qismi də münafiq olduqlarına görə edər.
Quranda Allah insan xarakterlərini çox analiz etmişdir. Münafiq, faşist, kommunist xarakterlərini, ən incə təfərrüatına kimi bildirmişdir. Bu, heç bir psixologiya kitabında yoxdur.

ADNAN OKTAR: Namus da qadının dəyərini qat-qat artırar. Çünki qadını qiymətləndirmək, ona hörmət etmək çox vacibdir. Qadına hörmət etməsən, qiymətləndirməsən qadın yox (mənəvi cəhətdən məhv olar) olar, tam fərqli bir şey olar. Münafiq də qadına dəyər verə bilməz, hörmət edə bilməz. Ona görə Allah onun ürəyinə nifrət salar. Münafiq qadınlar da münafiq həyat yoldaşlarından çox iyrənərlər, murdar şeydən iyrəndiyi kimi iyrənər. Amma onun puluna, onun yeməyinə möhtac olar. Ömrü boyu o murdar sistemdə yaşayar. Soruşanda da, məcbur olduğunu deyər. "Niyə məcbursan?" soruşsan ağlına uyğun bir məntiq tapar. Baxmayaraq ki, Allah: "Allahın ərşi genişdir” deyir. Yəni münafiqin dar məntiqi vardır, öz ağlına uyğun məntiqlə o şərəfsizliyə, o səviyyəsizliyə, o alçaldılmağa, o əxlaqsız həyata mütləq məntiq tapar. Böyük bəhanələr gətirər. Mən iyrəndiyimə görə bəhanələrini deməyə də ehtiyac görmürəm, çox murdar bəhanələrdir. Bir qab yeməyə görə qürursuzcasına, şərəfsizcəsinə o həyatı yaşayarlar. Mömin qadın şərəflidir. Lazım olsa ömür boyu subay da qalar, amma mütləq müttəqi olaraq, öz qiymətini bilməli, mütləq, hörmət edilən bir insan olmağına diqqət etməlidir. Çünki əks halda ruhu üsyan edər, bacarmaz. Əzab-əziyyət çəkər, yəni turşunun içinə düşmüş kimi olar.