25-ci söhbət

3 sentyabr, 2010-cu il www.harunyahya.tv

OKTAR BABUNA: İncildə hz. İsa (ə.s)-ın münafiqlərlə əlaqədar bir ifadəsi var, onu oxumaq istərdim. "Bundan sonra İsa xalqa və şagirdlərinə belə səsləndi: Sizə dediklərinin hamısınıedin və yerinə yetirin, amma onların etdiklərini etməyin, çünki dediklərini özləri etməzlər. Ağır və daşınması çətin olan yükləri başqalarının kürəyinə bağlayıb yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə tərpətmək istəməzlər. Etdiklərinin hamısını nümayiş üçün edərlər". (Matda, 23)

ADNAN OKTAR: MaşaAllah, Qurandakı üslubla eynidir, maşaAllah. Münafiq evlənməyi, yeməyi, içməyi, rahatlığı vacib sayar. Amma "namaz da qılaram" deyir. Yəni "namazı istəyirsənsə qılım" deyir. "Oruc da tutaram" deyir. Amma İslam əxlaqını dünyaya hakim etmək, İslam Birliyini qurmaq, özünü Allaha həsr etmək, varını-yoxunu Allah yolunda xərcləmək istəməz, "bunu məndən istəməyin" deyir. Bəzi klassik tiplər vardır ki, ailəsi ilə xoşbəxt yaşayar, amma zəkatını da verər, namazını da qılar, "bu oruclu ağzımla danışıram" deyər, "bu namazlı ağzımla danışıram" deyər. Amma İslam əxlaqının dünya hakimiyyəti onu heç maraqlandırmaz. Kasıb müsəlmanlar, İslam Birliyi, müsəlmanların əzab-əziyyət çəkməyi onu maraqlandırmaz. Onun dərdi gözəl ticarəti ilə, işi-gücü ilə məşğul olsun, ailəsi ilə xoşbəxt yaşasın. Təhlükəsiz dünyası olsun. Halbuki, Peyğəmbərimiz (s.ə.v)-in dövrünə baxdığımızda isə təhlükənin, çətinliklərin olduğunu görərik və İslam əxlaqının olduqca çox yayılması üçün var gücü ilə cihad etdiklərini görərik, inşaAllah.

OKTAR BABUNA: Siz, münafiqlərin Həccə getdiyini, nümayiş olsun deyə infaq etdiklərini, nümayiş olsun deyə namaz qıldıqlarını, amma heç vaxt cihad etmədiklərini demişdiniz. Bu mövzu ilə əlaqədar bir ayəni oxuyuram. Şeytandan Allaha sığınıram:

"Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım qövmü doğru yola yönəltməz". (Tövbə surəsi, 19)

ADNAN OKTAR: Əlbəttə ki, bu işləri edərlər. Su paylayar, namaz qılar, hamısını edər, tək istəmədiyi şey, İslam əxlaqının dünyaya hakim olmasıdır. Bu məsələ onları çox narahat edər. Bütün müşriklərdə və münafiqlərdə bunu görərik. Qadın düşmənidirlər, yəni düşməni deyəndə qadını, onu estetik və gözəl varlıq olaraq görməzlər. Onun varlığından narahat olarlar. Onun dərdi ancaq pozğunçuluqdadır. Hətta qız uşaqlarını yeni doğulanda, potensial namusuna zərər verəcək bir varlıq olduğunu fikirləşdiyinə görə diri-diri torpağa basdırırdılar. Yəni münafiq eyni zamanda belə psixdir. Yəni küfrün başıdır. Münafiqlə kafirlərin xüsusiyyətləri eynidir. Kafirlərdən bəhs edən ayələr eyni zamanda münafiqlərə də aiddir. Amma kafirlə münafiq fərqlidir. Məsələn, münafiqin bəzi xüsusiyyətləri kafirdə olmaz. Münafiq bir çox mövzuda səmimiyyətsizdir. Amma kafir səmimidir, açıq-aşkar fikirləşdiyini deyər. Onun da səmimiyyətsizliyi vardır, amma açıq danışar. Yəni hiyləgər deyil, özünü gözlətmir, onları müəyyən etmək olur. Münafiq avara kimidir, müsəlmanların yanından bir başqa müsəlmanların yanına gedər, onların başına bəla olar. Başqa bir yerə gedər, yenə oranın başına bəla olar. Dünən də söyləmişdim, məsələn, müsəlmana deyər ki, "mən müsəlmanların bu xüsusiyyətlərini bəyənmədiyim üçün gedirəm". Müsəlmanlardakı bəyənmədiyi xüsusiyyətləri soruaşanda dırnaq ucu boyda bəhanə gətirər, onları anlamadığını deyər. Guya başa düşsəydi başqa cür olacaq idi. Yəni özünü görməməzliyə vurduğu üçündür. Bəhanə axtardığına görə, mütləq bəhanə tapar. Bəhanəni də kənardan, küncdən-bucaqdan tapar. Qərar verəcəyinə, yuxarıdan tapa bilmədiyinə görə aşağıdan axtarar (yəni böyük bəhanə tapa bilmədiyinə görə, kiçik bəhanələr tapar). Aşağıdan tapa bilməzsə sağdan, soldan axtarar. Amma mütləq, tapacağam deyər. Amma özünün getdiyi, sığındığı yer peyinin içidir, düz ortasına gedər. Ayədə deyir ki, pisliyin düz ortasına girərlər. Bəs müsəlmanlardan narahat olmuşdunuz? Bütün əxlaqsızlığın, alçaqlığın içinə niyə gedirsiniz? Çünki müsəlmanların yanında əxlaqsızlıq olmadığı halda bəhanə tapdığı pis şey, orada bir milyondur. Müsəlmanların yanındaykən olmayanı bəhanə etmisən. Varmış kimi göstərmisən. Amma orada mövcud pisliyin içinə girmisən. İş yerinə gedər, kafir dediyi, din əxlaqına zidd olduğunu dediyi adamlarla mehriban olar. Onlarla yaxın olar, onları sanki əziziymiş kimi qucaqlayar. Sirdaş olar, onlara etibar edər, onlara hər şeyini, hətta canını da təslim edər. Bəs müsəlmanları bəyənmirdin? Bəs sən doğru yolda idin? Deməli, mənfəətin olan yerə, pulun olduğu yerə gözübağlı girirsən. Müsəlmanların yanından ayrılmağının səbəbi də sənin mənfəətlərin, eqoistliyin, qürurun, təkəbbür hissini edə bilməməyin. Məsələn, Drar məscidinin münafiqləri, böyük bir məscid tikdilər, Drar məscidi və Məscidi Nəbəvi var (Peyğəmbərimiz (s.ə.v)-in məscidi). Peyğəmbərimizin məscidi sadə məscid idi, amma onlar böyük məscid tikdilər, bu məscidin tikilməsinə böyük əmək sərf etdilər. Müsəlmanlardan bəzi mövzularda narahat olduqlarını, amma oranın mükəmməl bir yer olduğunu iddia etdilər. Peyğəmbər (s.ə.v)-dən, səhabələrdən narahat oldular, haşa, amma dinsiz, imansız, kafirlərin içərisinə getdiniz. Onlarla can-ciyər oldular. Niyə Mədinədə getdiniz münafiqlərlə, kafirlərlə dost oldunuz? Müşriklərlə belə can-ciyər oldunuz? Onlarla ticarət edirsiz, bağrınıza basırsınız, yoldaşlıq edirsiniz. Tərtəmiz səhabələrdən niyə qaçırsınız, niyə Allahın Elçisi (s.ə.v)-dən qaçırsınız və deyirsən "biz burada namazı çox mükəmməl qılırıq"? Peyğəmbər (s.ə.v) sizə nə edirdi? Peyğəmbər (s.ə.v)-in gücünü, gözəlliyini, sağlamlığını qısqanırdılar. Hz. Həsən (r.ə)-i, hz. Hüseyn (r.ə)-i görəndə əsəblərindən dəli olurdular. Yaraşıqlılığını, gücünü, sevincini hamısını qısqanırdılar, inşaAllah. Bunlar (münafiqlər) özləri axmaq insanlardır. Başlarından, ruhlarından axmaqdırlar. Amma onlar çox güclü, qüdrətli insanlar idi. Bu mübarək insanların sağlamlığını, gözəlliyini, xoşbəxtliyini həsədlə qısqanırdılar, onları tərk edirdilər. Çünki onlara orada mübarizə aparmaq təklif olunurdu, yəni Allah yolunda mübarizə aparmaq təklifi edirdilər, buna görə də dərhal məscidi tərk edib öz evlərinə gedirdilər. “Ailəmiz var, uşaqlarımız var, onları qorumalıyam, babamı qorumalıyam, atamı, qayınımı qorumalıyam” deyə bəhanə gətirirdilər. Baba, ata, qayın, ailə qayğısınıın mənşəyində də mənfəət vardır. Mənfəət olmasa ailələrinin yanına getməzlər. Məsələn, gənə nə üçün gedib donuzun ən murdar yerinə yapışar? Qan olmasa orada nə sovurar? Gənə çiçəkdən xoşlanarmı? Əlbəttə ki, xoşlanmaz. Saraydan xoşlanarmı? Xoşlanmaz. Çünki oralarda qan yoxdur. Harada qan varsa ora yapışar, bu da donuzun qanıdır. Ona görə oraya yapışar və qanını sovurar. Oranın həyatı onun xoşuna gələr. Soruşanda da zəruri olduğunu deyər. Başqa məscid qurmağa niyə zərurət yaransın? Peyğəmbərimiz (s.ə.v) Drar məscidini yerlə-yeksan etdi. Oradakı fırıldaqçılar nə edəcəklərini bilmədilər. Peyğəmbərimiz (s.ə.v) münafiqlərlə əlaqədar ümumi danışardı, onların da ödü qopardı, hamısı onlara xitab edildiyini zənn edirdilər. Münafiqlərlə əlaqədar bir ayə oxunanda, heç bir müsəlman narahat olmaz. Mömin mütəqqi olduğunu Allahın icazəsi ilə bilər və münafiqlərə aid söhbətlətin də ona aid olmadığını dərk edər. Amma elə olmaqdan qorxar və Allaha sığınar. Amma münafiq elə olduğuna əmin olduğuna görə yanıb yaxılar.