26-cı söhbət

4 sentyabr, 2010-cu il, Kocaeli tv

OKTAR BABUNA: Siz münafiqlərdən bəhs edərkən ibadətlərini də nümayiş etdiklərini demişdiniz. Məsələn, oruc tutanda mütləq onu nümayiş etdirmək istəyərlər. İncildə tam buna aid nümunə keçir: "Oruc tutduğunuz zaman ikiüzlülər kimi üzünüzü turşutmayın. Onlar oruc tutduqlarını insanlara bildirmək üçün özlərini pərişan vəziyyətə salarlar "(Matda hissəsi), maşaAllah.
ADNAN OKTAR: Bu, məhz münafiqlərin üsullarındandır. Allah, Nisa surəsi 89-cu ayədə: "Onlar, özləri inkar etdikləri kimi, sizin də inkar etməyinizi istəyərlər..."―deyə buyurur. Özü necə mala-pula, rahatlığına görə bəhanə tapar, müsəlmanları tərk edib gedər, eləcə də müsəlmanları yolundan  azdırmaq istəyər və: "Əsla şeytan sizi Allah ilə aldatmasın" deyər. Münafiq mütləq Allah ilə aldatmaq istəyər, yəni müsəlmanları dağıtmaq üçün mütləq Allahın adından istifadə edərək aldatmaq istəyər və özünü də nümunə olaraq göstərər. "Bax mən necə gedirəm, siz də gedin, sən də get və bu iddia dayansın" deyər. Bu münafiqin xüsusiyyətidir. "Onlar, özləri inkar etdikləri kimi, sizin də inkar etməyinizi istəyərlər...” deyir Allah. Beləliklə, münafiqlər, onlarla eyni səviyyədə olmağınızı istəyərlər. Nisa surəsi 81-ci ayədə Allah belə buyurur: "Onlar: “İtaət edirik!” deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr (bir yerə yığışıb) sənin dediyinin əksinə tədbir görürlər...". Münafiqlərdə belə bir manyaklıq vardır. Məsələn, qəflətən müsəlmanların əleyhinə hərəkət etməyə başlayar, birdən-birə övliya kimi özünəməxsus üslubla əleyhinə çıxar. Bu şeytanın üslubudur. Ya birdən-birə müsəlmanların lehinə olan kimi görünər, ya havalanar, yenə müsəlmanların əleyhinə çıxar, ya da yenidən müsəlmanların tərəfdarı kimi görünər. Allah Nisa surəsi 91-ci ayədə: "...Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar..." deyir. Yəni fitnə olanda, ən çox bununla maraqlanarlar. İslam, Quran onları maraqlandırmaz, onlar, ancaq müsəlmanların əleyhinə olan şeylərlə maraqlanarlar. Yəni müsəlmanın əleyhinə nə istifadə edə bilərsə, dinin o məsələləri ilə maraqlanarlar, dinin digər qisimləri məsələn, cihad, təbliğ, İslam əxlaqının dünyaya hakim olması onları heç maraqlandırmaz. Allah müsəlmanların vəfalı, sadiq, səbirli, etibarlı olmalarını bildirir. Yəni: "...Güllə ilə binalar kimi saf bağlayıb mübarizə edənləri Allah sevər..." deyir Allah. Bu ayələrin heç biri münafiqi maraqlandırmaz. Münafiqi maraqlandıran, təhlükədən uzaq, rahat yaşamaqdır və münafiq yalnız özünü düşünər, amma bunları özlərini dürüst kimi göstərərək edərlər. Bu, çox əhəmiyyətlidir. Axırzaman münafiqləri digər münafiqlər kimi deyil. Yəni Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri də çox çətin adamlar idi. Amma hz. Mehdi (ə.s) dövrünün münafiqləri isə onlara birbaşa şeytan kömək etdiyinə görə çox xırdaçı, dolaşıqdırlar. Çünki şeytan İslam əxlaqının dünyaya hakim olmağını istəməz. İslamın dünyaya hakim olmağını istəmədiyinə görə də münafiqləri dinə, İslama, Qurana bilavasitə qarşı çıxan şəkildə ortaya çıxartmaz. Buna görə şeytan münafiqləri dini, İslamı çox ciddi şəkildə müdafiə edən insanlar kimi qarşımıza çıxaracaq. Şeytan bizim bildiyimiz mənada elə də axmaq deyil. Şeytan çox ağıllıdır. Böyük bir zəkaya və məntiqə malikdir. Lakin ağıl cəhətdən axmaqdır, ağlı yoxdur. Ağlı və vicdanı məhv olmuşdur. Münafiq də şeytanın dünyadakı insan olaraq əks etdirdiyi surətidir. Ayədə "…atlılarınla, piyadalarınla…" deyilir. Yəni piyadaları insan şəklindədir. Gələr, danışar, fəaliyyət göstərər. Amma şeytan onları tənbeh edər. Heç vaxt dinsiz görünüşündə çıxmaz, əvvəlcə necə çıxmalı olduğunu soruşar, o da: "özünü çox dindar kimi, təqvalı kimi göstər, təqvalı görünüşünlə onları boğmalısan. Xırdaçılıq et, təfərrüatlara gir, müsəlmanların qüsurlarını axtarmağa çalış, mütləq bəhanələr tap, amma bunları edərkən də mütləq təqvalı görünüşündə et ki, kənardan baxanlar sənin kim olduğunu başa düşməsin. Bu sənin paltarındır" deyər. Ona görə Allah: "Əsla şeytan sizi Allahla aldatmasın"-deyir. Yəni Allahın adını xatırlayaraq aldatmasın, çünki Allahı çox anmaq iblisin və münafiqlərin üsuludur. Allahı çox anarlar. Yəni təqva görünüşü ilə edər bunu, dini qarmaqarışıq vəziyyətə salar, "sən çətinlikdən qaçırsan, amma mən çətinliyin içindəyəm" deyər. İndi ona baxan avam bir insan da, "bunlar asanlığın arxasında, onlar isə çətinliyin arxasındadırlar" deyərlər. "Çətinlikdən qaçmadıqlarına görə yəqin ki, doğru olan bunlardır" deyər. Halbuki, onu boğacaq bir sistem qurmuşdur o. Labirintlər qurmuşdur, o labirintlərin içində onu boğacaq. Qurana uyğun olmayan, hədisə uyğun olmayan qarmaqarışıq bir sistem qurar. Bunlar onun içində boğulanda: "mən sizə deməmişdim ki, mən güclüyəm, amma sən zəifsən? bax gördünmü boğuldun" deyər. Halbuki, onu təşkil edən də elə özüdür. Şeytanın üslubu bilirsiniz, bunu cəhənnəmdə də deyər. "Mən sizi yalnız dəvət etdim, mən Allahdan qorxaram" deyir. Nisa surəsi, 62-ci ayədə: "...Şübhəsiz sonra onlar sənin yanına gəlib..."―məsələn, hz. Mehdi (ə.s)-ın yanına və yaxud Peyğəmbərimiz (s.ə.v)-in yanına gəlib―”Şübhəsiz deyərək Allaha and içərlər....". Guya bunlar bu yolla təbliğ edirlər. "...Biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik...". Guya yaxşılıq məqsədi ilə, ara düzəltmək, möminlərin yaxşı olmağını istəyərək, barışdırmaq niyyətləri olduğunu bildirərlər. Münafiqlər özlərini sülhsevər kimi göstərərlər. Heç nəyi veclərinə almayan kimi, kinsiz göstərərlər, belə hallarda əsla səhvə yol verməməliyik, diqqətli olmaq lazımdır. "...Biz yaxşılıqdan və barışdırmaqdan başqa bir şey istəmədik..." deyirlər, çünki mövqe qazanmalıdır. Münafiq tutulanda (elədikləri əməllər üzə çıxanda) çox tədbirli davranar, nəzərə çarpmasın deyə özünü yaxşılıq edən, barışdıran kimi göstərər. Özünü ələ verməmək, tutulmamaq üçün bunu edər. Ona görə münafiqlər ümumilikdə çox bacarıqlı olarlar. Yəni təxribatları çox şiddətli olar. Buna görə biz də bir az çətinlik çəkirik.
"...Barışıq yaratmaq istədik”―deyərək Allaha and içərlər...". Yəni Allahın adı ilə danışır, "and içirəm" deyir. "Yalnız barışıq və yaxşılıq istəyirik, bundan başqa heç bir məqsədimiz yoxdur. Görürsünüz, burada ara qarışıb, mən də aranı düzəltmək istəyirəm" deyir. Halbuki, bütün məqsədi İslamı yıxmaqdır. Onda tapa bildiyi şey aranın qarışmasıdır ki, öz ağlına görə guya bunu bir fürsət sayır. Onu İslamın heç bir hökmü maraqlandırmaz, halbuki, yüzlərlə hökmü var, cihad var. Bu birinci planda olduğunu münafiq başa düşməz. O dolaşıq istiqamətləri, Quranda bildirilmədiyini zənn etdiyi, məsələn, hökm verilməyən məsələlər olur bəzən, günahkarlar da ondan istifadə etməyə çalışar. Münafiq də öz ağlı ilə Quranda açıq bildiyi yerlərdən hücum etməyə çalışar. Halbuki, Quranda bildirilməyən şeylər onsuz da halal sayılır. Məsələn, “albalı halaldırmı” deyə biz gedib albalını araşdırmarıq və ya üzüm halalmı deyə araşdırmarıq. Amma münafiq: "bunun hökmünü sən harada tapdın?" deyər. "Albalının hökmü varmı?” deyər. Yazmırsa haram deyil, halaldır. Açıq hökm yoxdursa deməli halaldır. Amma münafiq bunu qəbul etməz, bu üsulu öz ağlınca hiyləgərlik olaraq tətbiq edər.
ADNAN OKTAR: Tövbə surəsi, 74-cü ayədə Allah belə bildirib: "...İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar...". Bacarmadıqları şeyi hardan bilirsən? Zənn edərsən ki, münafiqin gözü böyüklükdə, böyük bir alim olmaq, yaxud Mehdi olmaq və ya Peyğəmbər olmaqdır. Əlbəttə ki, bu da bir azğınlıqdır. Amma bu onsuz da nifrət etdiyi sistemdir, yəni elə bir şey olmaz. Münafiq fərqlidir. Məsələn, saf tiplər vardır, ağlı zəifdir yaxud cəzbə halındadır və ya problemli var, Mehdi olmaq, müəyyən bir məqama çatmaq, alim olmaq istəyər, yaxud peyğəmbərlik iddiasında olar. Münafiq isə belə deyil. Münafiq, haşa, Allahı da bəyənməz. Özünü şeytan kimi hamısından üstün hesab edər, yəni eynilə şeytan kimidir. Allah: "...İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar..." deyir. Əsl şüuraltındakı hədəfləri budur. Allahdan da böyük olmaqdır, haşa. "...Onların intiqam almağı yalnız Allahın və Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir...". Münafiq intiqam alandır, axşama qədər intiqam almaq fikrində olar. Xəstə və psix ruhludur, ancaq necə intiqam alacağını fikirləşər. Yaxud, müsəlmanlara hücum etdirmək üçün bəzilərinə nə deyəcəyini, yaxud müsəlmanların əleyhinə necə xəbər yayacağını fikirləşər və ancaq bununla məşğul olar. Axşama qədər, fikri-zikri ancaq budur. Beynindəki yeganə mövzu budur. Yemək, içmək, yatmaq və müsəlmanlardan intiqam almaqdır. Başqa bir şey haqqında düşünməzlər. "...Onların intiqam almağı yalnız Allahın və Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir...". Yəni Allahın elçisinin vasitəsi ilə, ya da hz. Mehdi (ə.s)-ın vasitəsi ilə ən gözəl yaxşılıqları edər, ən gözəl ehsanlar təqdim edər, ən yaxşı mühitlərdə yaşadar. Amma bu onların azğınlığını və ona qarşı qəzəblərini artırar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə ən gözəl şəkildə geyinər, ən gözəl şəkildə yeyərdilər. Sakit bir mühit idi, pis söz eşitmirdilər, səhv danışıq olmurdu, çox mehriban, sevgi dolu, etibarlı bir mühit idi. Münafiq bunu dərk etmir, münafiq pislik içində yaşamaq istəyər, pisliyi sevər. Yəni dediyim kimi, donuzun çirkli yerində qan sovurar və ayrıla bilməz, gənə kimi yapışar və qanını həmişə sovurar. Gənə deyəndə arada uçacaq və s. zənn edərsən, biraz fırlanar yenə gələr oraya yapışar, çünki qan oradadır. "Bu pisliyin içində neynirsən?" soruşduqda münafiq: "orada qan var, məni bu maraqlandırır" deyər. Ali İmran surəsi 154-cü ayədə, Allah buyurur: "... Allah barəsində haqsız olaraq, cahiliyyə (dövründəkinə bənzər) düşüncələrə düşdülər...". Cahil ağlı ilə fikirləşənlər deyilir. Yəni münafiq Qurandakı məntiqlə baxmaz, Qurandakı məntiqi Qurana qarşı mübarizə aparmaq üçün istifadə edər. Yəni Quranı, Qurana qarşı döyüşmək üçün istifadə edər. Ona görə hz. Əli (r.ə), hz. Mehdi (ə.s) haqqında olan hədisdə: "hz. Mehdi (ə.s)-ın işi çətindir, çünki münafiqlər Quranla onun qarşısına çıxacaqlar" deyir. “Münafiqlər, hz. Mehdi (ə.s)-ın qarşısına Quranla çıxacaqlar” deyir. "...Allah barəsində haqsız olaraq, cahiliyyə (dövründəkinə bənzər) düşüncələrə qapıldılar..." deyir Allah. "Bu işdən bizə nə var?" deyirdilər..." Mənfəətpərəst olduqlarına görə, baxır ki, görsün qan var ya yox? Görür ki, qan yoxdur. Qan ancaq donuzun murdar yerindədir. Gedər oraya yapışar. “Bu işdən bizə bir şey olsaydı, biz burada öldürülməzdik" deyirlər....". Yəni, "bir mənfəətimiz yoxdur. Ya həbs ediləcəyik, ya döyüləcəyik, ya da şərə düşəcəyik. Buradan bizə bir xeyir gəlməz" deyirlər. Bəs mənfəət harada olar? Donuzun murdar yerində. Ona görə münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in yanından toplu halında ayrılırdılar. Peyğəmbərimiz (s.ə.v)-in yanında qalmağa, mübarək, nurlu üzünü görməyə dözə bilmədilər. Onun nuru münafiqləri yandırıb-yaxırdı. Peyğəmbərimiz (s.ə.v)-in üzünə baxa bilmirdilər. Onun nurunu görəndə yanırdılar. Hz. Mehdi (ə.s)-ın nuru da bütün münafiqləri yandırar. Onu da görmək istəməzlər, ondan qaçdıqca qaçarlar. Ən çox istədikləri şeylərdən biri də hz. Mehdi (ə.s)-dan mümkün olduğu qədər uzaq durmaqdır. Peyğəmbərimiz (s.ə.v)-dən də mümkün dərəcədə uzaq dayanırdılar. Hətta Peyğəmbərimiz (s.ə.v) söhbət edəndə, dözə bilmir və ayağa qalxıb gedir, ağılsız münafiq də bunu bir qorunmaq, gizlənmək kimi başa düşür. Ayədə də deyildiyi kimi onunla birlikdə çıxıb gedir. Bu qədər ağılsızdırlar. Nəzərə çarpacağını fərq etmir. Bütün səhabələr orada ikən onun getməyini görməzdilərmi? Bununla özünü çox ağıllı zənn edir, hiyləgərlik etdiyini fikirləşir. "...Onlar öz payları ilə faydalanmağa başladılar...". Yəni payına düşən nədirsə, ona baxır və ondan faydalanmağa çalışırlar. Yeyib-içib, yatırdılar, Qurana qarşı çıxmaq üçün özlərini Quranı gözləyirmiş kimi göstərirdilər. Bunu necə edirdi? Namazı qılmaqla, orucu tutmaqla, cihad etməməklə, dinin yayılmağına əngəl törətməklə edirdi. Təbliğ etməzdi. Buna görə də hər münafiq anti-Mehdidir. Heç bir münafiq hz. Mehdi (ə.s)-dan danışmaq istəməz. Yəni ondan qaçar. "...Siz də, sizdən əvvəlkilərin öz paylarıyla faydalanmağa cəhd etdikləri kimi, öz paylarınızla faydalanmağa başladınız...". Əvvəlki münafiqlər necə idi? Onlar da paylarından faydalanmaq üçün müsəlmanların yanından qaçırdılar. Gedirdilər atalarından, analarından, yaxud böyük qardaşlarından və ya iş yerindən, paylarında nə var idisə ondan faydalanmaq üçün müsəlmanların yanından qaçırdılar. Bunlar münafiqlərin xarakterləridir. "Cahiliyyə (dövründəkinə bənzər) düşüncələrə qapıldılar", yəni əvvəlkilərin etdikləri kimi davrandıqlarını deyir Allah. Münafiq xarakterində bir dəyişiklik olmur. Onlar da eyni şəkildə Qurandan istifadə edərək, Qurana qarşı mübarizə aparırlar. Qurandan istifadə edərək müsəlmanlara qarşı mübarizə aparmağa başlayırlar. Amma cihad etməkdən və təbliğdən çox uzaq durarlar. Ən çox istəmədikləri şeydir. Quranı müsəlmanların həqiqətən anlaya bilməyəcəyini zənn edərək, elə bir ağılsızlığın içinə girərlər. Quranın onlara bağlandığını başa düşməz. Quranın azadlığını da qavraya bilməz. Mənim əsas vəzifələrimdən biri də münafiqləri elmi yolla əzməkdir, amma Quranla, hədislə, elmlə, məlumatla, sevgi ilə əzməkdir. Sevgi, söhbət münafiqləri yandırar. Münafiq qan istəyər, zülm istəyər. Cahillərin bir qismi də bunu istəyir, amma bu başqa məsələdir.

OKTAR BABUNA: O dediyiniz ayəni oxuyuram, şeytandan Allaha sığınıram:

Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə sarsıdıcı bir əzab üz verməsindən qorxsunlar". (Nur surəsi, 63)

ADNAN OKTAR: Münafiqlər həmişə bəla qorxusu ilə yaşayarlar, buna görə onların həyatları da bir cəhənnəmdir.