27-ci söhbət

4 sentyabr, 2010-cu il www.harunyahya.tv

OKTAR BABUNA: Siz münafiqlərin gizli cəhətlərini ən incə nöqtələrinə kimi açıqlayırsınız, maşAllah. Allah razı olsun. Mübahisəçi olduqlarını, ağılsız şərhlər etdiklərini demişdiniz. Bir ayədə münafiqlərin Peyğəmbərimiz (s.ə.v) ilə əxlaqsızcasına mübahisə etdikləri xəbər verilir.

Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər, sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər". (Ənfal surəsi, 6)

ADNAN OKTAR: Bəli Peyğəmbər (s.ə.v)-lə həmişə mübahisə edirdilər. Yəni Peyğəmbərimiz (s.ə.v)-i öz axmaq ağıllarına görə Quranla guya susdurmağa çalışırdılar. Hər dəfə də rəzil, rüsvay olmuşdular. Peyğəmbərimiz (s.ə.v)-in evlilikləri dillərindən düşmürdü. Peyğəmbərimiz (s.ə.v)-ə özlərini hədiyyə edən qadınlar var idi, buna görə də çox narahat olurdular. Bİr çox mömin qadın özünü mehrsiz olaraq hibə etmişdi. Birbaşa Peyğəmbər (s.ə.v)-ə "mən səninəm" dedilər. Bu da münafiqlərin acığına gəlirdi. Allah Quran ayəsində ona xüsusilə diqqət çəkdi və xalasının, bibisinin qızlarını, hamısını Peyğəmbərimiz (s.ə.v)-ə halal etdi. Peyğəmbərimiz (s.ə.v)-in coşğusu, sevgisi, qadınlara qarşı olan məhəbbəti bu ağılsızların, ruhi xəstə tiplərin acığına gəlirdi, ona həsəd aparırdılar. Allah onlara alçaldılmağı, rüsvay olmağı, Peyğəmbərimiz (s.ə.v)-ə isə qüruru, gözəlliyi, izzəti, şərəfi, xoşbəxtliyi və sevinci, cənnəti nəsib etdi. Hamısından da vacib Allahın razılığını nəsib etdi, əlhəmdulillah.

OKTAR BABUNA: Münafiqlər həm də Peyğəmbərimiz (s.ə.v)-in tədbirlərini də öz ağıllarına görə bəyənmirdilər və qəribsəyirdilər, siz daha yaxşı bilərsiniz, inşaAllah. Bu da ayədə belə bildirilir, şeytandan Allaha sığınıram:

"Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər. Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik” – deyəydilər." (Tövbə surəsi, 58-59)

ADNAN OKTAR: Hz. Mehdi (ə.s) dövründə insanlar ləng hərəkət edəcəklər. Hz. Mehdi (ə.s)-ın camaatına qoşulmayacaqlar. Ona görə, bu mübarək birliyin sayı 313 adam olacaq. Onlara imtahan olaraq baş verən həbs, sürgün, böhtan, təhqir kimi çətinliklərdən, müsibətlərdən təsirlənib onlardan uzaqlaşacaqlar və ayədə deyildiyi kimi uzaq qalmalarına sevinib belə deyəcəklər: "Doğrusu Allah, mənə nemət verdi, çünki onlarla birlikdə olmadım" (Nisa surəsi, 72).  Bu, münafiqlərin sözüdür. Gülşən Dağçı "bu saxtakarlar Allahı xatırlayaraq, özlərini təqvalı kimi göstərməyə çalışaraq, hz. Mehdi (ə.s)-ın camaatına qarşı mübarizə aparacaqlar" deyir. Bu mesajı, Sinop 28.06.2009 tarixində saat 13:12-də göndərmişdir. Nisa surəsi, 72-ci ayədə Allah belə bildirir: "İçərinizdə elələri də var ki, (cihada çıxdıqda) (özlərini) yubandırar və sizə bir müsibət üz vermiş olduqda: “Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə (bəlaya düçar) olmadım” deyər". Münafiqlər işi həmişə yubadarlar, hər şeyi çətinləşdirərlər, işi uzadarlar. Bir qismi də bunu cahilliyindən edər. Lakin Allah hz. Mehdi (ə.s)-ın camaatına zəfər verib İslam əxlaqı dünyaya hakim olanda həmin kəslər "kaş ki, onlarla birlikdə olsaydıq beləcə biz də böyük qurtuluş və xoşbəxtliyə çatsaydıq. (Nisa surəsi, 73)" deyəcəklər. Bu münafiqlərin əxlaqıdır. "Əgər sizə Allahdan bir fəzl (zəfər) üz versə...", yəni hz. Mehdi (ə.s) və camaatı bir zəfər qazansa, İslamiyyət dünyaya hakim olsa: “onda guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!” deyər". “Ayənin işarə etdiyi məna hz. Mehdi (ə.s)-ın dövrünə və Axırzamana aiddir" deyir.
...
ADNAN OKTAR: "Münafiqlik haqqında söhbət açılmışkən bir şey soruşmaq istəyirəm, inşaAllah. Bundan sonra küfr dəlalətinə düşmərəm Allahın icazəsi ilə, amma münafiq olmaqdan çox qorxuram. Özümü bəzən çox səmimiyyətsiz hiss edirəm...". Nə gözəl, bu mömin əlamətidir. Münafiq onsuz da heç nəyi vecinə almaz. Amma münafiq olduğundan da əmin olar. Dediyim kimi "it" desən, "mənəmi dedin?" deyər. "Alçaq" desən, "mənəmi dedin?" deyər. Yəni nə desən, "mənəmi dedin?" deyər. Hər yerdən dəlillər çıxartmağa çalışar. Məsələn, "ağ kağız" desən, "mənim üzüm də ağdır, deməli bunun mənimlə əlaqəsi var, mənə deyirsən" deyər. Mütləq bir şey tapar və özünə aid edər. Amma səmimi mömin münafiq olmaqdan qorxar, çəkinər və münafiqə aid olan ayələrdən də ən çox mömin insanlar çəkinərlər. Bu ayələr yalnız möminləri maraqlandırar. Münafiq onsuz da münafiqə aid olan ayələri qəbul etməz, Quranı qəbul etmədiyinə görə, Quranda verilən xəbərdarlığı da qəbul etməzlər. Münafiqlər, münafiqə aid olan ayələrdən ancaq rüsvay olmalarına və alçaldılmalarına görə qorxarlar. Ayələrin yalnız bu cəhəti onları narahat edər. Çünki Quranı elə izah edirik ki, yəni münafiqi təyin etməmək qeyri-mümkün olur. Münafiq də eqoist və qürurlu olduğuna görə hər izah edilənlər onun ox kimi ciyərinə batar. Elə bil başına çəkiclə vurarlar. Hər dəfə dəli kimi olar. Tam hədəfi nişan alırıq. Hər məlumat bir hədəfi nişan alır. Ətrafındakı insanlar da bilir münafiq olduğunu, özü də bilir. İzah edilənlər də birə-bir uyğun gələndə "xeyr" deməyə halı da qalmayacaq. Yəni "bu uyğun gəlmir" deyə bilməyəcək. Hər kəsin özünün başa düşdüyünü (yəni münafiq olduğunu) anlamaqlarından qorxar. Yoxsa münafiq onsuz da Quran ayəsinə inanmaz. Yəni onu maraqlandırmaz. Amma müsəlman münafiq ayələrinin hamısından çox çəkinər. "Aman Allah, görəsən bu ayə mənə aiddir?. Məndə belə bir xüsusiyyət varmı?" deyər və Allaha sığınar, hərəkətlərini düzəldər, özünə fikir verər. Münafiq heç birini qəbul etmədiyinə görə yalnız alçalmağından qorxar və həmişə bunun qorxusu ilə yaşayar. Ondan xilas olmaq üçün də yeni taktikalar, üsullar axtarar. "Mən Allahı xatırlayıram, Quranla danışıram, buna baxmayaraq mənim münafiq olduğumu necə bilərlər? Necə nəzərə çarpdım?" deyər. Münafiq yaralı bir donuz kimidir. Həmişə özünü gizlətməyə çalışar, amma yenə də özünü ələ verər.
"Özümü bəzən çox səmimiyyətsiz sayıram. Münafiqlər münafiq olduğunu bilir? Bu suala cavab versəniz çox sevinərəm. Bu mesajı yazanda söhbət sona çatdı, nəsibdir artıq" deyir qardaşımız. Nəsib tükənməz, Yasəmən. Görürsən, Allah yenə nəsibini ayağına, yaxınına gətirdi... Özünü səmimiyyətsiz görməyin səmimiyyət əlamətidir, səmimi olduğunu bildirir. Münafiq özünün münafiq olduğunu bilir, həm də necə bilir, yəni beyninin ən son hüceyrələrinə kimi bunu bilir, amma heç vaxt da bunu qəbul etmək istəməz. Dili ilə qəbul etməz, amma ürəyi ilə başa düşər.

Deyilənləri özlərinə aid etməzlər, amma axirətə gedəndə: "Biz belə bir şey etməmişik. Belə bir hadisə olmayıb" deyirlər. Allah ilə orada, haşa, öz ağıllarına görə mübahisə etməyə başlayırlar. Münafiqlər elə mürəkkəb və elə alçaqdırlar ki, onlara söz çatdırmaq olmur. Çünki yaralı dələ kimi, oradan-oraya hoppanar, oradan-buraya hoppanar. Amma axirətdə bunu edə bilmirlər. Hoppananda da həmişə donuz ovu kimi olar. Bu, müsəlmanın çox xoşuna gələr, əylənər. Münafiqlər həmişə özlərini ələ verərlər, ona görə də tutularlar, imanın nuru ilə başına vurarsan və o nur onu parçalayar. Axirətdə də Allaha qarşı bu hərəkətləri etmək istəyirlər, haşa. "Mən belə bir şey etməmişəm, fikirləşməmişəm" deyir. Dili isə: "sən fikirləşdin" deyir. "Mənim dərimin belə bir əlaqəsi yox idi, əlim belə bir iş görmədi" deyər. Əli, dərisi danışmağa başlayar və etdiyini deyər. "Buna nə oldu?. Bu necə olur danışır?" deyər. Hər şeyə nitqi verən, Allahdır, onları da bu cür danışdırdığını ifadə edir. Axirətdə bu, möcüzədir. Yəni münafiqlərin, küfrün məhv olacağı bir möcüzədir. Çox böyük əzab çəkəcəklər. Bədən orqanları danışmağa başlayacaq. Digər münafiqlər demoqoqdurlar. Məsələn: "Məni niyə cəhənnəmə saldın? Mən nə etdim?" deyir Allaha. Dərisi, dili, əli cavab verir, gözü cavab verir. Yəni bədən orqanlarını idarə edə bilmir. Ən çox bədəninə güvənirdi, hansı ki, axirətdə rüsvayçılıqla, bədəni pərişan halda yaradılar. Qapqara, gözləri bənövşəyi yaradılar. Başları geriyə dönmüş vəziyyətdə, yəni axirətdə insan üzü düz, küfrdə geriyə dönmüş vəziyyətdə yaradılır. Yəni üzünə baxanda peysərini görərsən. Üzünü görmək üçün arxa tərəfinə dönməsi lazımdır. Yəni üzü kürəyi tərəfdə olar. Elə olacaq, inşaAllah. Məhz orada Allah onları danışdırır. Orada alçaldılıb, rüsvay olarlar.