28-ci söhbət

5 sentyabr, 2010-cu il, Kaçkar tv

ADNAN OKTAR: Bədiüzzaman onsuz da birbaşa bir küfr sisteminin olduğunu demir. "Münafiq hərəkatı" deyir. Münafiq sisteminin olduğunu deyir... Münafiqlərin də müsəlmanlar arasında güclü bir sistemi olduğuna görə, sırf Türkiyədə deyil, İslam aləmində böyük bir münafiq sistemi qurmuşlar. Türkiyədə də münafiq sistemi var. Kiçik halda, irili-xırdalı münafiq sistemləri yayılmışdır. Münafiq sistemində adamların təqvalı kimi görünməsi əsas şərtdir. Amma praktikada İslam əxlaqının dünyaya hakimi olmasını istəməzlər, bunu bilmək çox vacibdir. Yəni Türk-İslam Birliyini istəməzlər. Amma bundan başqa hər şeyi edərlər. Bunlar dərviş olduqlarını deyər, saqqalını göbəyinə qədər uzadar, əlində təsbehi olar, hər şey edər. "Bəs İslam Birliyini niyə istəmirsən?"-soruşursan- "mən bunu istəmirəm" deyir. Əlbəttə ki, bunu açıq-aşkar demir, “bu fərqli bir mövzudur, mən əvvəl nəfsimi islah etməliyəm, ən böyük cihad insanın öz nəfsi ilə etdiyi cihaddır" deyir. “Görürsünüz, çöldə nə qədər cazibədar bir mühit var, mən hal-hazırda ona qarşı cihad edirəm" deyir. "Bəs uşaqların nə edir?"-soruşursan- "onlar da cihad edir" deyir. Bununla da bu mövzunu bağlayar. Bu cür bir çox hiyləgərliklə eqoist, yalnız özünü qurtarmağa çalışan bir sistem qururlar. Məsələn, bir ailə olar və yalnız özünü qurtarmağa çalışar. Və yaxud ancaq öz iqtisadi azadlığını qazanmaq fikrində olar, ya da, yalnız təhsil almaq dərdində olar. İslam aləmini bütünlüklə qiymətləndirən, hamısını birləşdirmək istəyən, Allahın əmri olan ruhu unudurlar. Halbuki, bu dünyaya gəlməyimizin yeganə məqsədi  Allaha qul olmaq və İslam əxlaqını dünyaya hakim etməkdir. Əslində İslam əxlaqını dünyaya hakim etmək çox asandır, sadəcə insanlar, bunu gözlərində böyüdürlər, şeytan onlara böyütdürür. Məsələn, namazı da insanlar gözündə böyüdərlər, amma bir də baxar, namazı çox rahat qıldığını görər. Yaxud başqa bir ibadət olar, məsələn, oruc tutmağı gözündə böyüdər, amma oruc tutmağın çox asan olduğunu görər. İslam əxlaqının dünyaya hakimiyyəti də çox asandır. Yeganə, təkidlə çəkindikləri mehdiyyət məsələsidir. Bundan uzaq durarlar. Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrinə, gözəlliyinə qarşı çox böyük sevgiləri varmış kimi görünərlər. Peyğəmbərimiz (s.ə.v)-in olmayan, uydurma möcüzələr var, məsələn: “ağcaqanadın qanadını şorbanın içinə batırar, ağcaqanad da qabın kənarında dayanar”. Bu olmayan bir hadisədir, amma bunu böyüdərək, böyük bir zövqlə izah edərlər. Bunu izah etmək yerinə Peyğəmbər (s.ə.v)-in həqiqətən baş vermiş möcüzələri var. Məsələn: "Kəbədə basqın olacaq" deyir. 1400 ildən bəri olmayan bir şeyi Peyğəmbər (s.ə.v), hz. Mehdi (ə.s) dövründə olacağını bildirir, həm də tarixini də deyir və dediyi hadisə də eynilə çıxır. Bu bir möcüzədir, amma heç bir qəzetdə, jurnalda nəşr edilmir. "15 gün ara verməklə Ay və Günəş tutulmaları olacaq" deyir Rəsulullah, bu çox böyük möcüzədir, bunu niyə nəşr etmirsiniz? Niyə bunu Peyğəmbərimiz (s.ə.v)-ə yaraşdırıb, böyük həyəcanla izah etmirsiniz? O dövrdə İranla İraq arasında döyüş olacağını deyir, bu da çox böyük bir möcüzədir, dediyi kimi də çıxır, amma bunu izah etmirlər. Quyruqlu ulduzun çıxacağını deyir, Lulin quyruqlu ulduzu, eynilə dediyi kimi də çıxır, Halley quyruqlu ulduzunun çıxacağını deyir, eynilə də çıxır. Buna bənzər yüz əllidən çox hadisə var. Hər gün Peyğəmbər (s.ə.v)-in bir möcüzəsini açıqlayın, izah edin... Amma xurafat olanda dərhal, həyəcanla izah etməyə başlayırlar. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı həqiqətən hörmət və sevgi varsa, Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrinin izah edilməsi lazımdır. Bunlar təsdiqlənmiş, əllə tutulan möcüzələrdir. Qeyri-adi möcüzələrdir. Yəni İslam aləmində buna toplu qərar verilmiş kimi bəzi kəslər susurlar. Məsələn, bu gün internetə baxırıq, bu möcüzələri dildən-dilə dolaşdığını, bir-birlərinə izah etdiklərini görürük. Hər kəsin məlumatı var. Amma bəzi nəşr orqanları, özlərini bunlardan bixəbər kimi aparır. Məsələn, bir gün bir adam, Baş nazir ortaya çıxsa: "bunlar çox böyük bir möcüzədir, bunlar baş vermişdir, bunlar nə üçün danışılmır?"―desə, yer yerindən oynayar və dərhal bütün dünyada gündəmdə olar. Amma bu möcüzələrin xüsusilə bağlanıldığını görürük. Bu belə davam edəcək? Xeyr. Gələcəkdə bunları insanlar utancla, heyrətlə xatırlayacaqlar. Deyəcəklər, "bizə bu bir il, iki il, üç il izah edildi, dörd il izah edildi, təkidlə görməməzliyə vurduq, bu Allahın bir möcüzəsi idi, bəsirətimiz bağlandı. Bu necə oldu?" deyəcəklər. Məsələn, Türk-İslam Birliyini müdafiə etmədiklərinə görə utanacaqlar. Bunu məəttəl qalaraq xatırlayacaqlar, heyrətlənəcəklər. Hz. İsa (ə.s)-ın enişini inkar etdiklərinə görə utanacaqlar və elədiklərinə məəttəl qalacaqlar.

Bizim xidmətlərimizə mane olmaq üçün işlər görülər. Çünki əgər bu işlər olmasa insan bir az durğunlaşa bilər. Münafiqlərin, küfrün hücumları insanı çox coşdurar, çox həyəcanlandırar. Baxıram ateist saytlarda görürəm ki, tək məni hədəfə alıblar, bu çox xoşuma gəlir. Münafiq saytlarına baxıram, münafiqlərin tək hədəfi olduğumu görürəm, fəxr edirəm, maşAllah. Bu mənim üçün çox böyük bir şərəfdir. Məsələn, bir münafiq, baxmayaraq ki, dünyanın bir çox yerində küfr yaşanır, qeyri-qanuni həyat yaşanır, 7 milyardlıq dünyanın hamısına diqqət yetirə bilər. Amma heç biri ilə maraqlanmaz, birbaşa mənimlə maraqlanır. Mən və bizim fəaliyyətimizlə maraqlanır, bu, çox təəccüblü bir şeydir. Ətrafında qohumlarına baxsan, dəlalət içində olduqlarını, yoldaşlarına baxsan küfr içində batdıqlarını, digər yoldaşlarına baxsan münafiqlərlə bir yerdə olduqlarını görərsən. Küfrün, münafiqlərin düz ortasındadırlar, münafiqliyin başını çəkənlərdəndirlər. Yüzlərlə saytları var, hamısında da tək məni hədəfə alıblar. Bu nə gözəl bir nemətdir. Gözün başqa yerləri görmür. Həqiqətən bir iş görmək üçün kommunistlər var, ateistlər var, dinsizlər var, əxlaqsızlar var, min cür müxtəlif rüsvayçılıqlar var dünyada, narkomanlar var, zalımlar var, zülm edənlər var, müsəlmanları əzənlər var, Amerikada, Rusiyada, hər yerdə doludur. Bunlara heç bir söz demədiklərinə görə, gecə-gündüz vaxtlarını mənə həsr etdiklərinə görə, deməli məndə qeyri-adilik vardır inşaAllah, elə deyilmi? Əgər saytı sırf mənə görə açırsansa, deməli məndə qeyri adi bir şey vardır və mən də bununla fəxr edirəm. Əks halda ən son xitab edəcəyin adam mən olardım. Amma mən ən başda olduğuma görə, deməli, ən əhəmiyyətli vəzifəni yerinə yetiririk, inşaAllah. Mən qüsursuzam, peyğəmbərəm demirəm, mən Allahın hər hansı bir quluyam. Amma o qədər küfr varkən, milyonlarla, milyardlarla küfr ayaqda ikən, on minlərlə, milyonlarla münafiq hücumuna məruz qalmışkən və sizlər də onların içində ikən, oturub məni əsas hədəf seçirsinizsə, deməli məndə qeyri-adilik görürsünüz. Deməli, sizi çox yandırıram, ən yaralı yerinizə toxunuram, sümüyünüzə işliyirik, buna da davam edəcəyik, ayağınıza (elmlə, fikirlə, sevgi ilə, biliklə) basacağıq və xəmir kimi yayacayıq, inşaAllah.

OKTAR BABUNA: Əvvəl icazə versəniz Bədiüzzamanın bir sözünü xatırlamaq istərdim: "Axırzamanda dinsizliyin iki hərəkatı güclənəcək. Birincisi, nifaq pərdəsi altında Risalə-i Əhmədiyyə (s.ə.v)-i, yəni Rəsulullah (s.ə.v)-in peyğəmbərliyini inkar edəcəklər, Süfyan adında böyük bir şəxs, nifaq əhlinin başına keçəcək, yəni münafiqlərin başçısı olacaq, İslam şəriətinin təxribatına çalışacaq (yəni İslam şəriətinə qarşı mübarizə aparacaq). Ona qarşı, Peyğəmbərin Əhli-beytinin silsiləi -nuranisinə bağlanan əhli-vəlayət və əhli-kamalın başına keçəcək (yəni, Süfyan ordusuna qarşı, peyğəmbərin nəslindən bir şəxs başçı seçiləcək və Süfyana qarşı çıxan insanlara başçılıq edəcək). Əhli-beytdən olan Məhəmməd Mehdi adında nurani bir şəxs o Süfyanın şəxsi-mənəvisinin (yəni Süfyan ordusunun) hərəkatını  məhv edib dağıdacaq", inşaAllah.

Peyğəmbərimiz (s.ə.v), bir hədisdə də: "Ümmətimdən bir camaat həmişə Allahın əmri ilə düşmənlə onları məhv edənə kimi (elmlə) mübarizə aparacaq, müxalifləri onlara heç bir zərər verə bilməyəcək"  deyir, inşaAllah.