29-cu söhbət

5 sentyabr, 2010-cu il www.harunyahya.tv

OKTAR BABUNA: Siz daha yaxşı bilərsiniz, inşaAllah. Münafiqlər öz dayaz ağıllarına görə Peyğəmbərimiz (s.ə.v)-in tədbirlərini bəyənmirdilər və qəbul etmirdilər. Ayədə belə bildirilir: Şeytandan Allaha sığınıram: "Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər. Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik” – deyərdilər." (Tövbə surəsi, 58-59)

ADNAN OKTAR: İndi münafiqlərin bir xüsusiyyəti vardır, hansı ki, çox əsas təməl xüsusiyyətlərindən biridir, küfrlə mübarizə aparmazlar. Küfr, onlar üçün problem deyil. Digər münafiqlərlə də mübarizə aparmazlar. O da problem deyil. Kimlə mübarizə aparar, bilirsiniz? Ən əsas müsəlman qrupla və yaxud hər hansısa bir müsəlmanla mübarizə aparar. Məsələn, ətrafında soysuzlar, əxlaqsızlar, fahişəlik edənlər, qeyri-qanuni əlaqəyə girənlər (zina edənlər), pozğunlar olar. Hətta onlarla çox yaxın dost olarlar, onları qucaqlayar, onlarla bir yerdə yaşayar, onların qanını sovurar, çirkini iyləyər, onlarla yaşayar. "Sən indi müsəlman olduğunu deyirsən, çox gözəldir. “Amma bax ətrafında küfr var, münafiqlər var, əxlaqsızlar var" deyəndə "mənim dərdim onlar deyil" deyər. "Bəs nədir sənin dərdin?" O dövrdə ən bacarıqlı hesab etdiyi kəs, ona münafiq olaraq yönəlirdi. Peyğəmbərdimiz (s.ə.v)-in dövründə münafiqlərin mübarizə aparacağı adam yox idi? Küfr, əxlaqsızlar, fırıldaqçılar, bir çox insan var idi. Bunların heç biri münafiqləri maraqlandırmırdı. Kim maraqlandırırdı bilirsiniz? Peyğəmbərimiz (s.ə.v), tək hədəf o idi. Onu tənqid edirdilər, Onun haqqında danışırdılar, Onun evliliklərini, onun qadınlara qarşı məhəbbətini, onun etdiyi hərəkətlərini öz ağıllarına görə qüsurlu gördüklərinə görə, haşa, rəftarını və s. gündəmdə tuturdular. Amma özləri gedib pozğunların qucağında otururdular, əxlaqsızlarla bir yerdə olurdular. Peyğəmbər (s.ə.v) dünyanın ən gözəl, ən müqəddəs insanı idi, sən niyə məhz onu hədəfə alırsan? Elə kafirlərlə, küfrlə, üsyankarla, dəlalətlə, pozğunlarla, fırıldaqçılarla maraqlan. Vaxtını onlara sərf edib, onlara qarşı mübarizə apar. Etməz, çünki şeytan onları vəzifələndirmişdir, yalnız müsəlmanlara qarşı olmalıdırlar. Müsəlmanlara qarşı çıxarlar. Münafiqlər müsəlmanın enerjisidir. Əgər müsəlmanın yanında kafir və münafiq yoxdursa, bir əksiklik olar, çox ciddi bir əksiklik olar. Allahın bir lütfüdür. Allah münafiqləri və küfrü, müsəlmanların qarşısına çıxarar ki, igidlikləri, gücləri, təsirləri üzə çıxsın. Başqa cür olmaz. Yəni bir əzən, yıxan güc var, bir də əzilməli olan mikroblar var. Onlar olmasa əzən, yıxan kəs olmaz. Bu zaman kimi əzəcəksən? Elə bil yod (dərman) var, amma mikrob yoxdur. Penisillin var, amma mikrob yoxdur. Allah yodu yaradarsa mikrobu da yaradar. Yodu mikrobun üstünə vurmalısan.
Münafiqlərin bir xüsusiyyəti vardır, İslam əxlaqının dünyaya hakim olmasından ümidlərini kəsərlər. Bunu da hər dəfə bir vasitə ilə deyərlər. Məsələn, münafiqlər Peyğəmbərimiz (s.ə.v)-ə xəbər göndərirdilər. "Kömək yeriniz qalmadı, qələbə qazana bilməyəcəksiniz, bacara bilməyəcəksiniz, sizin edəcəyiniz iş deyil, sayınız azdır, gücünüz çatmaz, artıq vaz keçin, küfr çox güclüdür" deyirdilər. Lakin Rəsulullah (s.ə.v), Allahın istəyi ilə əzə-əzə, sökə-sökə İslam əxlaqını hakim etdi. Şeytandan Allaha sığınıram, Hicr surəsi, 55-56-cı ayələrdə Allah belə buyurur: "Dedilər ki: "Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma! Dedi: "azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”. Çox mənalı ifadədir, dəlalətdə olanlar demir, məhz “azanlardan (pozğunlardan) başqa”, bunlar da münafiqlərdir. Münafiqlərin hamısı yolunu azanlardır, pozğunlardır. "Dedi: "azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”. "Mən ümidimi kəsmərəm" deyir. Ona görə münafiqlərin əsas xüsusiyyətlərindən biri də ümidini kəsməyidir, müsəlmanların da ümidlərinin ölməsi üçün əllərindən gələni edərlər. Bunu Quranda görürük. “Kömək yeriniz qalmadı nə deməkdir?. "Yəni dağılın, yapışacaq yeriniz qalmadı" deyir. Ey münafiqat və münafiqun, münafiq ordusu, müsəlmanların sığındığı yer Allahdır. Hablullah-ul Mətin, Urvet-ül Vuska olan Allahın ipidir. Buna görə sığınacaq yerləri var. Allaha möhkəm-möhkəm sarılmışlar və zəfər möminlərindir, zəfər mehdiyyətindir, zəfər hz. İsa Məsihindir, inşAllah. İslam əxlaqı dünyaya hakim olacaq, ey münafiqlər mən də o dövrdə sizləri görəcəyəm, inşaAllah. Az qalıb, bir az səbir etsəniz görəcəksiniz.
Səba surəsi, 34-cü ayədə Allah: "Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-cəlal içində yaşayan qudurmuş başçıları (varlıları)…" deyir. Diqqət etsək onların, cah-calal içində yaşayayıb qudurduqlarını görürük. Gedib gənə kimi atasına, əmisinə, babasına nəyidirsə ona yapışıb, bunlar mirasda yeddi dəstədir, var-dövlətdən şişiblər. Manyak kimi şişərlər, bu, münafiqlərin xüsusiyyətidir. Bu cür şişən, quduran varlıları, başçıları ümumiyyətlə, cəmiyyət bu vəziyyətə gətirər, öndə gedən kimi tanıyarlar. Yoxsa bunlar, qeyri-adi bir xüsusiyyətə malik deyillər. "“Biz sizinlə göndərilənləri inkar edirik!” dedilər". Yəni "Biz nə İslam əxlaqının dünyaya hakimiyyətini qəbul edirik, nə hz. Mehdi (ə.s)-ı qəbul edirik, nə də İslam Birliyini qəbul edirik. “Belə bir şey olmaz. Qəbul etmirik" deyirlər. Münafiqlərin dərdi özlərini malın, övladların daha çox olmalarına görə, özlərini üstün saymalarıdır. Münafiq olduğuna görə əsas hədəfi mallar, övladlardır. Bunu da pullarını daha da çoxaltmaq üçün, dünyasını daha da genişləndirmək üçün istəyərlər. Malı, övladı Allah üçün deyil, Allaha qarşı, haşa, mübarizə aparmaq üçün istəyərlər. "Daha çoxuq” demək üçün istəyərlər. Allah Səba surəsi, 35-ci ayədə: "Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir” dedilər" buyurur. Özlərini çox təqvalı hesab etmələrinin yeganə səbəbi məhz budur. Səba surəsi, 28-ci ayədə: "Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir" deyilir. Bu ayə həm Peyğəmbərimiz (s.ə.v)-in dövrünə aiddir, həm də hz.Mehdi (ə.s) –ın dövrünə işarə edir. Yəni: "Ey Mehdi, Biz səni bütün insanlara ancaq bir müjdə verən, İslam əxlaqının dünya hakimiyyətini müjdələyən, İslam Birliyini müjdələyən, Quranın dünya hakimiyyətini müjdələyən, ədalətin, bolluğun, bərəkətin gələcəyini müjdələyən, müsəlmanlara da cənnəti müjdələyən bir müjdə verici və elçi olaraq göndərdik. Allah heç vaxt darvinizm və materializmə qoşulmayasınız deyə, dəlalətə düşməyəsiniz, münafiqlərin arxasınca getməyəsiniz, küfrün, dəlalətin əlinə düşməyəsiniz deyə elçi göndərdik, ancaq insanların çoxu bilmirlər" deyir. Hal-hazırda hz. Mehdi (ə.s)-ı insanların çoxu tanıyırmı? Xeyr, bilmirlər. Peyğəmbərimiz (s.ə.v)-i də o dövrdə insanlar tanımırdılar. Səba surəsi, 29-cu ayədə: "Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” deyirlər" bildirilir. Yəni hz. Mehdi (ə.s)-ın nə vaxt çıxacağını, hz. İsa (ə.s)-ın nə vaxt enəcəyini, qiyamətin nə vaxt qopacağını bilmək istəyirdilər. Mən ayəni indiki dövrümüzə aid olan tərəfini şərh edirəm. Ayədə "De: “Sizə vəd edilmiş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada, nə də tezləşdirə bilərsiniz. (Səba surəsi, 30)" deyilir. Yəni hz. Mehdi (ə.s), deyilən günün saatında çıxar, hz. İsa Məsih (ə.s) deyilən gündə, saatda enər, qiyamət deyilən günün saatında qopar, heç bir şəkildə dəyişiklik olmaz.
Qəsas surəsi, 76-cı ayədə Allah belə buyurur: "Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı". Yəni Qarunun birdən münafiqliyi tutur, qudurur. Əslində hz. Musa (ə.s)-ın qövmündən idi, onlarla birlikdə hərəkət edirdi. Sonra pul, dünya, mal-mülk ehtirası onu qudurdur və müsəlmanlardan ayrılır. O dövrün münafiqi idi. Allah "həddini aşdı" deyir. Yəni qudurdu, müsəlmanlara qarşı çıxdı. "Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik"-yəni-"bol miqdarda mal verdik", deyir Allah. "Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevməz". Yəni: "boş yerə öyünürsən" deyir, çünki öyünmək, qudurmaq küfrdən qaynaqlanır. Çünki küfrə düşməyən elə öyünməyə cəsarət edə bilməz. Münafiqlərin cəsarətinin səbəbi də küfrdür. Müsəlmanlara qarşı belə qoçuluq etmələrinin, azğınlaşmalarının, başçılıq etmələrinin səbəbi küfrdür. Küfr olmasa, küfrdən qaynaqlanmasa, münafiq elə qudura bilməzdi. Təxəyyül də edə bilməzdi. Münafiqin əxlaqsızlığının bir səbəbi də budur. Göstərdiyi çirkin cəsarətinin tək səbəbi küfrdür. Çünki əgər müsəlmanlarla qarşılaşsa: "Bax mənim arxamda küfr ordusu var, münafiq ordusu var, mən onlara güvənirəm" deyəcək. "Siz Allaha güvənirsiniz, mən də küfr ordusuna güvənirəm" deyəcək. Adətən münafiqlər müsəlmanlarla heç maraqlanmamalıdırlar. Amma münafiqin dərdi–səri müsəlmanlardır. Əsas işləri budur. Gedib küfrlə, dəlalətlə, üsyançılarla, satanistlərlə, darvinistlərlə, materialistlərlə maraqlanmaz. Məhz müsəlmanlarla maraqlanırlar və bunlar koloniya halında, qrup halında yaşayarlar. Ayrı-ayrı fikirləri olar, amma it sürüsü kimi qruplar halında, birlik halında yaşayarlar. Məsələn, it sürüsü ayrı yaşayar, kaftar sürüsü ayrı yaşayar, amma koloniya halındadırlar, ayrılmazlar, inşaAllah.
Münafiqlər, həmişə müsəlmanlar haqqında xəbər axtararlar. Dərdləri ancaq müsəlmanlar barədə xəbər, məlumat toplamaqdır. Şeytandan Allaha sığınıram, Allah Qəsas surəsi 66-cı ayədə belə buyurur: "O gün xəbərlər onlardan gizli qalacaqdır. Onlar bir-birindən (heç bir şey) soruşa bilməyəcəklər". Yəni artıq xəbər alma imkanları olmayacaq, nə internetdən, nə küçədən, nə başqa yerdən xəbər ala bilməzlər. Allah Qəsas surəsi, 61-ci ayədə belə buyurur: “Məgər verdiyimiz gözəl bir vədə (cənnətə) qovuşan kəs”. Yəni müsəlmanlara nə vəd olunur? İslam əxlaqının dünyaya hakimiyyəti, İslam Birliyi, hz. Mehdi (ə.s)-a qovuşmaq vəd edilib. Allah: "Məgər verdiyimiz gözəl bir vədə (cənnətə) qovuşan kəs…" deyir. Yəni İslam əxlaqının dünya hakimiyyətinə, hz. Mehdi (ə.s)-a və hz. İsa Məsih (ə.s)-ın gəlişinə qovuşanda Quranın Axırzamandakı izahı ediləcək, inşaAllah. Ayənin davamında Allah: "Dünya həyatının keçici zövqünü bəxş etdiyimiz"―deyə buyurur. Yəni ev, bir az yemək, avtomobil, gəzmək, əylənmək, yəni keçici, az mənfəətlərə görə: "Zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü (cəhənnəmə) gətirilənlə eyni ola bilərmi?" deyir Allah. Allah "Münafiqlər və kafirlər kimidirmi?" deyir. Onlara: "İmkanlar verərik, amma qarşılığı çox çətindir" deyir Allah, inşaAllah.

Münafiqlərin azğınlığına baxın. Nəml surəsi, 49-cu ayədə Allah belə buyurur: "Onlar öz aralarında Allaha and içib…". Münafiq tək olmaz. Mütləq it sürüsü kimi bir yerdə gəzərlər. İt sürüsü kimi bir-birlərini qoruyarlar. Məsələn, bir sümük olanda həmişə o sümüyə birdən hücum edər. Hamısı o sümüyün biri kənarından dişləyər. Allah "Onlar, öz aralarında Allaha and içib" deyir. Yəni Allaha inananlar kimi, Allahdan qorxanlar kimi, Allahı da çox xatırlayanlar kimi öz aralarında Allaha and da içərlər. Qurandan çox dəlil gətirərlər. "Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə hücum edib (hamısını) öldürəcəyik". Namərdləri görürsünüz. "Gecə ona və ailəsinə" deyirlər, yəni tək ona düşmən deyil, ətrafındakı insanlara da düşməndirlər. "Bir hücum təşkil edim" deyir. Bunu indiki dövrə aid etsək bu necə ola bilər? Yazılı, şifahi ola bilər, danışaraq ola bilər, xəbər verərək, böhtan ataraq ola bilər. "Sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik". Görün münafiqlərin namərdliyi ayədə necə vurğulanır?“…Biz, həqiqətən düzünü deyirik". Münafiqin ən çox istifadə etdiyi sözlərdən biri budur, yəni özünə görə öz dürüstlüyünü vurğulayar, düz danışdığını deyər. "…Həqiqətən…" deyir. Öz ağıllarına görə hiyləgərliklərini edirlər. "Ailəsinin öldürüldüyünü görməmişik deyək" deyirlər. Yəni Allah ayədə bildirir: "bizdən xəbərsiz olmuş, baş verdiyini bilməmişik".
Münafiqun surəsi, 1-ci ayədə Allah buyurur: "Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, həqiqətən də sən Allahın Elçisisən!” deyirlər". "Artıq bəllidir, inanırıq biz" deyirlər. Halbuki, dəqiq inanmırlar. Nə Allaha, nə Peyğəmbər (s.ə.v)-ə, nə hz. Mehdi (ə.s)-a, nə hz. İsa (ə.s)-a... hamısına qarşı kinlidirlər. "Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar". Yalançı olduqlarına görə də: "biz həqiqətən şahidlik edirik ki, sən qəti olaraq Allahın elçisisən..." deyirlər. Ona görə münafiqin "Allah birdir, Peyğəmbər Allahın Rəsuludur" deməsi istisna olmaqla heç nəyinə inanmamalıyıq. Bir də ayəni düz oxusa inana bilərik, ondan başqa həmişə riyakarlıq edərlər, özlərindən asılı deyil, iblisin qucağında olduğuna görə həmişə riyakarlıq edərlər.
Mücadilə surəsi, 8-ci ayədə Allah: "Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq üçün öz aralarında pıçıldaşanları..."-deyə buyurur. Yəni münafiq ilk mərhələdə həmişə gizli yığıncaqlar təşkil edər. Onun quş kimi yuvaya yığışmaq dövrü vardır. Müsəlmanlardan ayrılıb, oralarda münafiqlərlə və küfrlə gizli-gizli əlaqə qurarlar. İlk mərhələləri bu cür keçir. Məsələn, "hara gedirsən?" soruşanda, "kahı almağa gedirəm" deyər, halbuki, münafiqlərin təşkil etdiyi bir yığıncağa gedir. Təkrar "hara gedirsən?" soruşanda, "kök almağa gedirəm" deyər, yenə münafiqlərin bir yığıncağına gedər. "Qadağan olunmuş əmələ qayıdıb" deyir Allah. Yəni əvvəl etdikləri hərəkətlər qadağan edilir, "sənin etdiklərin normal deyil, oraya-buraya gedirəm deyirsən, amma bunlardan əl çək" deyilir, "bu cür yığıncaqlara getmə, bu cür söhbətlərə qoşulma, vaz keç"―deyə xəbərdar edilir. Amma yenə "qadağan olunmuş əməllərə qayıdıb…", yəni məhz azğın kimi, mütləq edəcək deyə yenə həmin əməllərə qayıdır. "Günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq üçün" deyilir ayədə. Necə ki, dövrümüzdə məsələn, hz. Mehdi (ə.s)-a, imama, əsrin imamına qarşı çıxmaq üçün, "(aralarında) pıçıldaşanları görmürsənmi?" deyir Allah, deməli,  bunları görəcəyik. "Onlar sənə gəldikləri zaman, səni Allahın salamladığı şəkildə salamlayarlar". Bu, münafiqin xüsusiyyətidir, mütləq müsəlman olduğunu vurğulamağa çalışar, var gücü ilə təqvalı olduğunu vurğulamağa çalışar. "Və öz-özlərinə: "Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?" deyərlər. "Yəni "Allah bəla vermir" deyərlər, "əgər belədirsə, əgər Axırzamandırsa, əgər hz. Mehdi (ə.s) zühur etmişdi, bəs hanı bütün bunlar? İslam əxlaqı dünyaya bir hakim olsun görək, biz də qarşı çıxmağa hazırlaşaq. Amma belə şeylər onsuz da olmayacaq" deyərlər. "Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır? Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir". Onsuz da münafiqi cəhənnəm heç maraqlandırmaz, inşaAllah.
Tövbə surəsi, 107-ci ayədə Allah belə buyurur: "(Müsəlmanlara) zərər vurmaq", yəni münafiqin əsl məqsədidir bu. Münafiqlər küfrə, münafiqlərə, darvinistlərə, materialistlərə zərər vermək istəməzlər, onlarla fikri ya da elmi mübarizə aparmazlar. “Küfr etmək (inkar etmək)"-deyilir ayədə, münafiqlər inkar edərlər, inkarı gücləndrərlər, amma bunu açıq-aşkar etməzlər, gizli yollarla edər. Yəni, özünü Quranı, hədisi müdafiə edən kimi apararaq inkarı gücləndirər, dinsizliyi gücləndirər. "Möminlərin arasını ayırmaq"–deyilir ayənin ardında. Yəni müsəlmanların bölünməsi üçün işlər görər. Münafiqin ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Məsələn, küfrün, münafiqlərin bölünməsini istəməz, çünki küfrə arxalanır. Münafiqlərin bölünməsini istəməz, çünki kürəyini söykəyir. Tüğyan və dəlalətin bölünməsini istəməz. "Möminlərin arasını ayırmaq və daha əvvəl Allaha və elçisinə qarşı döyüşəni müşahidə etmək üçün"- deyir Allah. Onların gəlməsini gözləyirlər. O dövrdə müsəlmanlara zərər vermək üçün iş görürdülər. Xəbərçilik edərlər, sonra da uzaqdan güdərlər. Münafiqlər çox hiylə ilə xəbərçilik edərlər. Açıq-aşkar etməzlər, gizlicə xəbər verərlər, məsələn, bir xəbər göndərər o xəbərin içində də bir xəbər olar. Yəni xəbərlə xəbərçilik edər. Quranda, hədisdə biz bunu çox açıq görürük. Məsələn, bir xəbər göndərər, "onların yapışacaq yerləri qalmadı" deyərək bir məktub yazar, bu bir xəbərdir. Küfrə deyirlər ki, "yapışacaq yerləri qalmadı, bunlar zəif, hər an əzə bilərsiniz" deyərlər. Müsəlmanlara da küfrün gücü, imkanları var deyərək panikaya salacaqlarını fikirləşərlər. Bu sözləri deyərək eyni zamanda bu küfrə bir xəbər vermiş olurlar. Xəbərçilik edəndən sonra da "nə var bunda, səmimi olaraq bir məktub yazdım" deyərlər. Bu xəbərin küfrün əlinə keçəcəyini bilirlər. Yəni mütləq bu xəbərdən xəbərdar olacaqlarını bilərək edər bunu. Bu xəbərlər sayəsində o dövrdə həm müsəlmanları çaxnaşmaya salacaqlarını, həm də küfrü cəsarətləndirib, hücuma keçirəcəyini fikirləşirdilər. “Zərər vermək, inkarı gücləndirmək, möminlərin arasını vurmaq və daha əvvəl Allaha və elçisinə qarşı döyüşəni müşahidə etmək üçün məscid tikənlər" deyilir ayədə. Onların məscid tikdiyi yer onsuz da şeytanın yığıncaq təşkil etdiyi yer olur, yəni şeytani bir məscid, şeytan məscidi qururdular. Məsciddən kənar yığıncaq yeri olurdu. "Biz yaxşılıqdan başqa bir şey istəmədik”– deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar". Heç vaxt dillərindən Quran, hədis və "yaxşılıq, yoluna qoymaq, islah etmək istəyirik" kimi sözlər düşməz. “Get, küfrə danış bunları, onları islah et” deyərsən, "olmaz" deyərlər. Çünki "mən onlara arxalanıram" deyərlər. "Allah münafiqlərə qarşı mübarizə aparmağı əmr etdi” deyirsən, onlar isə "münafiqlərə də arxalanıram" deyər. "Münafiqlər üsyan edər, dəlalətdədirlər" deyirsən, onlar isə, "onlarsız mən heçəm, onlara arxalanıram, qorumalarına ehtiyacım var. Bir şey olsa mən kimə arxalanaram. Ona görə mən onlara əl vura bilmərəm" deyir. “Bəs kimdir sənin hədəfin? Müsəlmanlardır" deyir. "Onların bəzi səhvlərini görürəm, onlarla maraqlanacağam. Mənim mövqeyim budur" deyir. Allah "Yaxşılıqdan başqa bir şey istəmədik deyə and içənlər" deyir. Yəni bunlar dürüstlük, yaxşılıq, gözəllik, aranı düzəltmək, Allah rizası üçün xəbər verdim” deyərlər.  Allah buna təkidlə diqqət çəkir.
Tövbə surəsinin 108-ci ayəsində Allah: "Heç vaxt orada (münafiqlərin məscidində) namaz qılma" deyir. Allah "Belə bir birliyə, belə bir düşüncəyə heç vaxt yaxınlaşma" deyir. "İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, namaz qılmağın üçün daha layiqdir". Yəni əsl müsəlmanların toplandığı yerdə olun. Sizə başqa bir yer göstəriləndə heç vaxt oraya getməyin. Çünki münafiqlər bir çox məscid qurarlar. Müxtəlif yerlər, bölmələr düzəldərlər, hər birində də müxtəlif fikirlər qura bilərlər. Allah "İlk olan yer əsasdır" deyir. Yəni ilk hz. Mehdi (ə.s)-ın olduğu yer əsasdır. Peyğəmbərimiz (s.ə.v) də o dövrün Mehdisi idi. Allah “Ora əsasdır. Ondan başqa bir yerə getməyin” deyir. "Orada həqiqətən də mənəvi təmizlənməyi istəyən insanlar vardır. Allah da təmizlənənləri sevir..". Diqqət edin, təmizləndiyini demir. "Orada həqiqətən də mənəvi təmizlənməyi istəyən insanlar vardır"-deyir. Allah təmizlənməyi istəyir və təmizlənmək üçün cəhd göstərənləri bildirir. Allah artıq təmizləndiklərini demir. Bu, Peyğəmbərimiz (s.ə.v) üçün də vardır, digər insanlar təmizlənməyə davam edirlər. "Allah təmizlənənləri sevər” deyir. Bir ibadətdir. Əksikliyini, qüsurunu müsəlmanlar özü Qurandan, hədisdən, ağlı və vicdanı ilə anlayır. Amma münafiqlər müsəlmanları əsas hədəf götürərlər, küfrlə mübarizəni dayandırarlar, onsuz da onların təmizlənməsi deyə bir şey yoxdur. Küfrün təmizlənib düzəlməsi üçün onlarla maraqlanmazlar, münafiqlərlə heç maraqlanmazlar. Çünki münafiqi onsuz da qoruyan, sahibi hesab edir.
"Onlar: “Əgər biz Mədinəyə qayıtsaq ən qüdrətlilər (münafiqlər)", yəni şəhərə qayıtsaq, ən eqoist, təkəbbürlü, maddi gücü, pulu, imkanları çox olan, siyasi gücü çox olan, münafiq dəstəyi və kafir gücü çox olanlar “ən zəifləri (Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!". Münafiqlər, müsəlmanları zəif və gücsüz hesab edərlər, ona görə qoçuluq edərlər. Qurana baxdığımızda bunu aydın görmək olur. Özünü güclü hesab etməyinin səbəbi, bütün küfrə arxalanmağından, arxasında milyonlarla insanın olmağından, müsəlmanların isə azlıq təşkil etməyindən qaynaqlanır. Çirkin cəsarəti bundan irəli gəlir. "Ən güclülər ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki, şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!" Yəni dövrümüzə aid etsək qələbə Allahın, hz. Mehdi (ə.s)-ın və möminlərindir. Allah "Ancaq münafiqlər bunu bilməzlər" deyir. Münafiqun surəsini, Allah onlar üçün xüsusi surə olaraq “Munafiqun” adlandırmışdır. Bütün münafiqlər bu Münafiqun surəsindəkilərə aiddirlər. Amma münafiq bu surə ilə heç maraqlanmaz, çünki buna inanmırlar.
Allah, Nisa surəsi 138-139-cu ayələrdə belə buyurur: "Münafiqlərə müjdə ver ki, onlar üçün şiddətli bir əzab vardır. O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar". Möminləri qoyub gedərlər. "Niyə qoyub getdin?"-deyirsən-"burada bir səhvini gördüm" deyər. "Yaxşı, bəs kafirin?" Kafir başdan-ayağa xətalıdır ki, onunla niyə dostluq  edirsən? "O məni qoruyandır" deyir. "Münafiq? O da başdan-ayağa səhvdir, onunla niyə dostluq edirsən?" soruşursan. “O da məni qoruyandır" deyər. "Bəs üsyançılar, dəlalətdə olanlar necə?" soruşduqda "Bəs biz kimə arxalanarıq? Onsuz da onlarla yaşayacağıq, onlar mənim əsl yoldaşlarımdır" deyir. "Yaxşı, bəs iblisin orduları, şeytanın orduları necə?" soruşursan "biz onsuz da onun əmrindəyik" deyirlər. Şeytandan Allaha sığınıram, Allah ayədə belə buyurur: "Münafiqlərə müjdə ver ki, onlar üçün şiddətli bir əzab vardır. O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar". Çünki onlardan pul gəlir, yemək gəlir, gücü onlarda tapır, onlara arxalanır, onların içində özünü daha azad hiss edir, rahat yaşayacağını düşünür. Allah "(İzzət və) qüdrəti onların yanındamı axtarırlar?" deyir. Yəni donuzun peyininin içində axtararlar, dövrümüzə aid edəndə bu mənanı verir. Allah "Şübhəsiz, “bütün qüvvət və qürur” Allahındır" deyir. Möminlərin yanında tapa bilmirlər, çünki möminlərin yanında həyatı təhlükəli, çətin görür. Özünü azad hiss edə bilmir. Donuzun peyininin içinə girəndə, ona çox gözəl gəlir. Donuzun murdar yerinə yapışır, orada yaşayır və Quranda da gördüyünüz kimi, həmişə Allahdan, təqvadan bəhs edərək "yaxşılıq etmək istəyirik, məqsədimiz budur" deyərlər. "Yaxşı, yaxşılıq etmək istəyirsən, küfrə qarşı mübarizəyə apar"-deyirsən-"mənim vaxtım yoxdur, yemək, içmək, əylənməkdən vaxtım az qalır, onu da müsəlmanlarla mübarizə aparmağa sərf edirəm, bundan başqa aparacağım mübarizə yoxdur" deyir. Özü kafirlərə, münafiqlərə arxalandıqlarına görə onlara qarşı mübarizə aparmazlar.
Şeytandan Allaha sığınıram; Allah "elə isə, dünya həyatına qarşılıq axirəti satın alanlar", yəni Allaha tamamilə təslim olanlar "Allah yolunda mübarizə aparsınlar" deyir. Bu ayə də əbcədi Axırzamanda hz. Mehdi (ə.s) dövrünü verir, inşaAllah. (Nisa surəsi 74)
Şeytandan Allaha sığınıram, Allah Nisa surəsi, 75-ci ayədə, müsəlmanlardan, bütün insanlardan, əsasən də dövrümüzdəki müsəlmanlardan belə soruşur: "Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart". “…Xalqı zalım…” deyir Allah, məsələn, Əfqanıstanda, İraqda və bir çox yerdə, sabaha kimi saymaq olar, müsəlmanlara zülm edirlər, hər yerdə müsəlmanlara qarşı zülm var. "Bizə Qatından bir vəli (himayəçi, köməkçi)"-yəni bir Mehdi "göndər deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" deyir Allah. Yəni "niyə oturub qaldınız? Niyə bütün fitnə yer üzündə məhv olana kimi, din Allahın olana kimi vuruşmursunuz, mübarizə aparmırsınız?" deyir Allah. Bir daha oxuyuram ayəni: "Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart". Deməli, müsəlmanlar mütləq bir başçı, bir idarəçi, bir Mehdi istəyir. Bu, Allahın sünnətidir. Allah burada öz sünnətini açıqlayır. Yəni bu, Allahın qanunudur. "Bizə Qatından bir vəli (qoruyucu sahib)" sahib, sahibi zaman, yəni Hz. Mehdi (ə.s) "göndər" baxın, ayənin ikinci qismində davam edir; "bizə Qatından bir kömək edən göndər" deyən zəif kişilər, qadınlar və uşaqlar adına mübarizə aparmırsınız?". Müsəlmanlar bütün dünyada indi qurtuluş gözləyir. Xristian aləmi də gözləyir və pərişan haldadırlar. Lakin bunu möminlər “bir kömək edən göndər"―deyə söyləyir. Münafiq bunu söyləyə bilməz. Kafir onsuz da söyləməz. Münafiq söyləsə, onsuz da ilk əvvəl münafiqə qarşı mübarizə aparacaq, ona görə münafiq deməz. "Bizə Qatından bir vəli"-deyilir, yəni hz. Mehdi Allahın vəlisidir, qoruyucu sahibdir. Bu dövrün sahibi kimdir? Sahibzamandır, elə deyilmi? Sahibzaman hz. Mehdi (ə.s)-dır, elə ləqəbi də sahibi zamandır. Bax sahib deyir burada: "(sahib göndər) kömək edən göndər" deyən zəif kişilər, qadınlar və uşaqlar adına mübarizə aparmırsınız?". Bu ayənin əbcədi də yenə mehdiyyəti göstərir.
Allah Nisa surəsi, 76-cı ayədə belə buyurur: "Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”. Yəni möminlər, bütün mənliyi ilə, bütün gücləri ilə mübarizə apararlar, inkar edənlər, müşriqun və müşriqat (müşrik qadınlar və müşrik kişilər), münafiqun və münafiqat (münafiq qadınlar və münafiq kişilər) və kafirlər isə Tağut yolunda döyüşərlər. “Elə isə şeytanın dostları ilə vuruşun!” deyir Allah, yəni münafiqlərlə, küfrlə mübarizə aparın. "Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir". Yəni münafiqlərin, küfrün hiyləli nizamı çox zəifdir. "Axmaq hərəkət edərlər, çox asanlıqla məğlub edərsiniz" deyir Allah, inşaAllah.

Allah, Nisa surəsi 77-ci ayədə belə buyurur: "Məgər sən, özlərinə: “(Müharibədən) əl çəkin, namaz qılın və zəkat verin!” deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular". Münafiqlər də elədir, çox qorxaq olduqlarına görə müsəlmanların yanından qaçarlar. Allahdan qorxmaz, amma insanlardan qorxar. İnsanlardan qorxduğuna görə, kefi və rahatlığına görə müsəlmanların yanından qaçarlar, sonra bax belə həyasız bir üsluba keçərlər: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin?" deyərlər. Gördüyünüz kimi Allaha qarşı çox düşüncəsiz və həyasız bir üslub işlədirlər, haşa. "Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” dedilər". Deməli, bu cür üslub münafiqlərə və küfrə aiddir, Allaha qarşı belə düşüncəsiz bir çirkin üslubu yalnız, münafiqlər və kafirlər cəsarətlə istifadə edə bilərlər. Müsəlman bunu etməz.