3-cü söhbət

31 iyul 2010–cu il Kocaeli tv

ALTUĞ BERKER: “Xüsusi ilə üstündə dayandığımız bir mövzu var. Bədiüzzaman Həzrətləri bu haqda "cərəyani-münafiq (yəni münafiq hərəkatı)" –deyərək bildirib”.

ADNAN OKTAR: Çox əhəmiyyətli mövzudur. Küfr, dinsizlik hərəkatı demir, məhz münafiq hərəkatı deyir. Münafiq dünyanın ən alçaq məxluqudur. Münafiq daim müsəlman və təqvalı kimi tanınar. Peyğəmbərimiz (s.ə.v) dövründə 300-ə yaxın münafiq var idi, hətta 300-dən də çox idilər. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı ürəklərində böyük bir kin və qəzəb bəsləyərdilər. Amma sarıqları, cübbələri, saqqalları yerində idi. Münafiqlərlə aid ayə de.

OKTAR BABUNA: Şeytandan Allaha sığınıram; "Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz şeytanları iman gətirməyənlərin dostları etdik..." (Əraf surəsi, 27)

ADNAN OKTAR: Yəni şeytan hər yerdə var, Allah bunu deyir. Hər yerdə müsəlmanları izləyərlər. Ona görə müsəlman tələsməməli, təmkinli və diqqətli olmalıdır. "Yerin qulağı vardır" deyə bir misal var, şeytanın adamları da hər yerdə olduğunu bildirir, yəni Allah “diqqətli olun” deyir.

OKTAR BABUNA: "Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz qalmışdılar. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun elçisi bizə ancaq yalan vəd vermişdir” deyirdilər".  (Əhzab surəsi, 11-12)

ADNAN OKTAR: Hal-hazırda münafiqlərin əsas xüsusiyyəti budur. Hz. Mehdi (ə.s)-da da belə olacaq, deyəcəklər ki, "qardaşım, bu adam çıxdı, Mehdilik hüsnü-zənnimiz var idi, illərdir ki, fəaliyyət göstərir, bəs guya bu Mehdi idi?”-deyəcəklər. "Boş yerə ömrünüzü, gəncliyinizi sərf etdiyinizi başa düşmürsünüz? Dağılsın artıq!..." deyəcəklər. "Quduz donuzlar sizi gözləyir. Can verən donuzlar. Ağcaqanad kimi, özləri qurd olub, ağcaqanad olub onların üzərinə qonub qan sovuranlar kimi, "buyurun" deyərlər. Donuzun qanını sovurmaq üçün dəvət edər. Müsəlman nə deyər?: "Mən elə iyrənc murdarlıqlardan çox iyrənirəm" – deyər. "Sən burada o donuzun qanını sovurmağa davam et, axirətdə də onun pisliyini və qanını sovuracaqsan. Mən isə Allah yolunda, Quranın əmri ilə sonuna qədər mübarizə aparacağam..." deyər.

Mehdiyyət İslam Birliyidir. Yəni Türk-İslam Birliyidir. Türk-İslam Birliyi üçün biz o yolda mübarizə apardıqdan sonra, onsuz da hz. Mehdi (ə.s) tələbəsi oluruq. Eyni savabı alarıq. Çünki istər hz. Mehdi (ə.s)-ın əlini öp və arxasınca get, istərsə də mehdiyyətin eyni üsulları ilə var gücünlə mübarizə apar. Hər ikisindəki savab eynidir, inşaALlah. Diqqət yetirin, münafiq İslam, Quran yolunda fəaliyyət göstərməyə güc tapa bilməz, bunu bacarmaz. Münafiq yalnız müsəlmanları doğru yoldan azdırmaq üçün fəaliyyət göstərər. Məsələn, məscid tikər, lakin İslam əxlaqını yaymaq, Quranı yaymaq üçün edə bilməz, yalnız müsəlmanların dağılması üçün edər. Taqəti çatmaz. Çünki kömək edəndə, İslam əxlaqını izah edəndə ən nifrət etdiyi hz. Mehdi (ə.s)-ın əsgəri (tələbəsi) olduğunu görəcək. Allahdan bəhs olunanda danışmaz, bir söz belə deməz, çünki bununla hz. Mehdi (ə.s)-a kömək etdiyini başa düşər ona görə də heç danışmaz. Təkcə müsəlmanları dağıtmaq üçün danışar. Məsələn, Qurandan danışarlar, yəni münafiqin Quran haqqında məlumatı yaxşıdır. Şeytan alimdir. Ayələri xeyli araşdırar. Amma bunu müsəlmanları dağıtmaq üçün edər. Məsələn, Drar məscidinin münafiqləri həmişə alim olublar, qeyri-adi alimdilər. Amma nə deyirdilər? "Peyğəmbər (s.ə.v) yaxşı insandır, gözəl insandır, Quranı bizə gətirdi. Biz burada onsuz da İslam əxlaqını yaşayırıq. 100 km uzaqda olsaq, Peyğəmbər yanımızda olacaq? Xeyr. Amma biz yenə orada bir camaat ola bilirikmi? Oluruq. Peyğəmbər (s.ə.v)-in məscidindən 200 m daha irəlidəyik. İstər 200 km, istərsə də 200 m, nə fərqi var. Gəl yanımıza, Peyğəmbər (s.ə.v)-i görmədən, ondan uzaqda bir olub İslam əxlaqını yaşayaq. ”Peyğəmbər: “yaxşı, gözəl"-deyir. Onlar isə: "Onun qadınlara qarşı rəftarını görürsünüz? Gör nə qədər qadınla evlidir, hələ cariyələri də var. Hz. Əli (r.ə) də çox qadınla evlidir, hz. Həsən (r.ə) də. Nəvələri də, Əhli-beyt də elədir. Gəlin, bu məsciddə davam edək, burada davam edək" deyirlər. Bu xainlər bunu qəbul edə bilmədilər, Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra bütün Əhli-beyti şəhid etdilər. Əhli-beyt düşmənləridirlər. Dərdləri nədir bilirsinizmi? Onların coşğusu, gücü, sevinci. Hz. Həsən (r.ə)-in çoxlu sayda evliliyi onların ürəyinə ox kimi batırdı. "Hz. Həsən (r.ə)-in "Həsən Müctəba (seçilmiş, qiymətli) babam, Taki (təqva sahibi), ağıllı, Tahir (çox təmiz), Sibt (nəvə)” kimi gözəl ləqəbləri vardır. Onun 90-100-ə qədər qadınla evli olduğu haqqında rəvayətlər vardır. "Aslanım mənim, igidimi görürsənmi? 90-100, bununla sanki münafiqləri ox vurdu. Dərdləri-sərləri budur. Təbii ki, mənim aslanlarımın əhli-qüdrəti, eşqi, coşğusu, ruhları Allah eşqi ilə coşubdur, Allahın təcəllisi olaraq, Allahın o gözəlliklərinə aşiq idilər. Kor olan o iblis komandası, onların sevgisini qəbul edə bilmədilər. O dövrün Şehruh adlı alimi bundan əlavə hz. Həsən (r.ə)-in 250-300 cariyəsi olduğunu bildirmişdir. Aslanım mənim, halal olsun, min dəfə halal olsun. Sonsuza qədər halal olsun. Bu haqda qaynaqlar həddindən artıq çoxdur. Hz. Mehdi (ə.s) də münafiqlərə çox dağ çəkəcək. Hz. Mehdi (ə.s)-ın gücü, qüdrəti, sevinci, zənginliyi və bir çox şeyi münafiqləri özlərindən çıxardacaq, inşaAllah. Hz. Həsən (r.ə)-in 23 uşağı var idi, aslanım mənim, maşaAllah. "Hz. Əli (r.ə)-in də 9 qadınla evləndiyi bildirilir. Bu münafiqlərə od vurur. MaşaAllah babamın bu xanımlardan 14 oğlan, 18 qız uşağı olmuşdur. Münafiqlər sevgisiz, məhəbbətsiz olarlar. Nə qadın sevgisi bilməzlər, nə uşaq sevgisi, nə çiçək sevgisi bilməzlər, nə də heyvanlara qarşı sevgiləri olmaz. Ruhu, içi qurumuş iblis ordusudur”.

ALTUĞ BERKER: “Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın münafiqləri pərişan edənə kimi mübarizə aparacağını bildirmişdir”.

ADNAN OKTAR: “Mənim aslanım, məğlub edici gücü ilə mübarizə aparacaq.

ALTUĞ BERKER: "Müxalifləri ona heç bir zərər verə bilməyəcək" deyir.

ALTUĞ BERKER: “İnşaAllah, münafiqlər hz. Mehdi (ə.s)-ın gücü və sevincindən, büzülmüş soxulcan kimi qıvrılaraq dərd çəkəcəklər”.

SERDAR DAYANIK: “Əlhəmdülillah”.

ADNAN OKTAR: Müsəlmanlıq inkişaf etdikcə münafiqlərin içinə ağırlıq çökəcək. Qəlbləri quruyacaq, yığılacaq. Allah, nə qədər münafiq varsa içlərini qurutsun.

OKTAR BABUNA: İnşaAllah.

SERDAR DAYANIK: Əlhəmdülillah.

OKTAR BABUNA: Bununla əlaqədar bir hədis var, müəllim, oxuyum?

ADNAN OKTAR: Bəli, oxu.

OKTAR BABUNA: Peyğəmbərimiz (s.ə.v) münafiqlərin hz. Mehdi (ə.s)-dan necə çəkinəcəklərini, qorxacaqlarını belə bildirmişdir:"Bir çox insan Qurandan çox onun, hz. Mehdi (ə.s)-dan qorxduğuna görə günahlardan çəkinəcəklər".

ADNAN OKTAR: Allahdan qorxmayan ondan qorxacaq...
Münafiqlərə aid ayələrlə davam et.

OKTAR BABUNA: Oldu, inşaAllah. Şeytandan Allaha sığınıram: "Onlardan çoxunun kafirlərlə dostluq etdiyini görərsən..." (Maidə surəsi, 80)

ADNAN OKTAR: Münafiqin yeri, soxulcanlar necə heyvan peyinliyində yaşayar, münafiq da kafir peyni içində, münafiqlərin arasında, soxulcan kimi zibilliklərdə yaşayarlar. Onların dostu onlardır. Mənfəəti orada tapdığı üçün oraya gedər. Rəsulullah (s.ə.v) dövründə bu əxlaqsızlar bu tərzdə idilər. Rəsulullah (s.ə.v)-in sevincinə, qayğıkeşliyinə, səmimiyyətinə həsəd aparırdılar, qısqanırdılar. Vəfatından sonra bu adamlar Əhli-beytə qudurmuş kimi hücum etdilər. Çünki əvvəldən kin bəslədiklərinə görə artıq qətiyyətlə hazırlaşmışdılar. Bu kin münafiqlərdə nəsilbənəsil, ondan-ona keçərək hz. Mehdi (ə.s)-a qarşı da davam etdi. Amma hz. Mehdi (ə.s) elə onların qarşı çıxdıqları insanlar kimi deyil. Nə darvinistlər, nə materialist, nə ateist, nə kommunistlər, nə münafiqlər, nə fırıldaqçılar, nə saxtakarlar hz. Mehdi (ə.s)-la bacara bilməz, onun öhdəsindən gələ bilməzlər. Allah ona qeyri-adi güc vermişdir. Cəbrayıl bir tərəfində, Mikayıl bir tərəfində, İsrafil də o biri tərəfindədir. Üç böyük mələk, Ulul-Azim mələklər onun yanındadırlar, eyni zamanda Allah onu on minlərlə mələklə qoruyur. Mühafizə altındadır, ona görə onunla bacara bilmirlər. Bütün hadisələr mehdiyyət istiqamətində inkişaf edir.

ALTUĞ BERKER: Hz. Mehdi (ə.s) haqqında belə deyilir: "Qaim (hz. Mehdi (ə.s)), bir qövmlə ortaya çıxacaq və Allah bu qövm vasitəsilə, onların elm qılıncları ilə haqqı qalib edib batili söndürəcəkdir".

ADNAN OKTAR: MaşaAllah, elm qılıncıdır bu. İnşaAllah.

OKTAR BABUNA: Münafiqlərin necə etibarsız olduqlarını Allah Quranda bildirir. Şeytandan Allaha sığınıram:" Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və heç nədən çəkinmirlər." (Ənfal Surəsi, 56) "Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər. Onlar həddi aşanlardır".  (Tövbə surəsi, 10)
ADNAN OKTAR: Münafiqin qohumu mənfəətini ödəyəndir. İman qardaşlığını tanımaz. Münafiq yemək və pul haradan gəlirsə, oraya gedər. İndi çirkli bir it təsəvvür edin, kim ona ət atsa ​​onun qabağına qaçar, kim olduğu fərq etməz, yemi leş belə versə onun da qabağına gedər. Yəni münafiq elədir. Amma cəmiyyət arasında özünü ailəni qoruyan kimi göstərər. Peyğəmbər (s.ə.v)-ə ağıl vermək istəyirdilər, haşa. Peyğəmbər (s.ə.v) deyir ki: "gəlin cihad edək, təbliğə gedək". Onlar isə "Bundan da vacib olan işlər var" deyirlər. "Nədir?"-deyə soruşulur. "Ev başsız qalıb" deyə cavab verər. Evlə maraqlanarlar, yeyər, içər, yatar, gizlənərlər. Hələ Peyğəmbər (s.ə.v)-ə ağıl verməyə çalışırdılar, haşa. "Sən ailəni qoruya bilmirsən, mən qoruyuram, belə şeyləri mən başa düşürəm"-məntiqinə gətirib çıxardır. Halbuki, yalnız mənfəəti üçün, qorxaqlığından və xainliyindən bunu edər. Ailəni sevdiyindən, kiməsə qarşı bir məhəbbəti olduğundan deyil. Əgər orada pul və mənfəət yoxdursa, münafiq heç vaxt oraya getməz. İstər babası, istər atası, istər qohumu, hər kimi olursa olsun, onlara da kin bəsləyər, əgər kasıbdırsa, pulu yoxdursa, nifrət edər. Heç vaxt getməz. Belə vəziyyətdə münafiq yapışıb qalar, müsəlmanların yanında olmağa çalışar. Lakin bir pislik olduğuna görə Allah müsəlmanları təmizləyər, yəni qoruyar. Münafiqlər müsəlmanların üstündə bir kirdir. Müsəlman təmizləndikcə münafiqi üstündən atar. Məsələn, hər gün duş qəbul edəndə daha da təmiz olduğun kimi münafiq də elədir, hər yuyunanda münafiq silinər. Allah münafiqləri öldürsün. Allah ağıllarını alsın. Allah bəsirətlərini bağlasın. Allah bütün münafiqləri içdən yandırsın. Küfrə bir şey demirəm. Küfrə Allah hidayət versin və inşaAllah təbliğimizdən istifadə edərlər. Amma münafiqlər nicat tapmaz, hidayətə gəlməz, Allah onları öldürsün.

ALTUĞ BERKER: Müəllm, siz daha yaxşı bilərsiniz, inşaAllah, Peyğəmbərimiz (s.ə.v) “Qeybəti-Numanidə” belə buyurur:"Hz. Mehdi (ə.s) bir müddət onlardan uzaqlaşacaq, beləcə dəlalət əhli ayrılacaq". Bununla əlaqədar cahil münafiqlər də belə deyirlər: "Allaha çatmaq üçün, Ali-Məhəmmədə, Peyğəmbərimiz (s.ə.v)-in nəslindən birinə ehtiyac yoxdur".

ADNAN OKTAR: Münafiqlər "Hz. Mehdi (ə.s)-a ehtiyac yoxdur" deyir. Peyğəmbərimiz (s.ə.v) deyir: Çünki münafiqlər həm Peyğəmbər (s.ə.v)-ə, həm, haşa, Allaha qarşı da çox kinlidirlər. Münafiqlər də ağlasığmaz dərəcədə eqoistdirlər. Amma münafiq bunu biruzə verməməyə çalışar. Məsələn, tək  qaldıqda namazını qılmaz, yalnız müsəlman gördüyündə namazını qılar. Tək başına qalanda Allaha qarşı çox qəzəb hissi duyar. Peyğəmbər (s.ə.v)-ə və hz. Mehdi (ə.s)-a qarşı çox kinli və qəzəblidirlər. Dini yalnız müsəlmanları ayırmaq üçün istifadə edərlər. Ona görə də din əxlaqını yaymaq üçün heç istifadə etməz, danışmaz. Çünki hz. Mehdi (ə.s) əsgəri (tələbəsi) olmaq ən çəkindiyi və qorxduğu mövzudur.

SERDAR DAYANIK: Bəhs etdiyiniz mövzu ilə əlaqədar yenə bir ayə var inşaAllah. Qovulmuş şeytandan Allaha sığınıram: "Onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!” deyildiyi zaman başlarını yelləyər və sən onların özlərini dartaraq üz döndərdiklərini görərsən". (Munafiqun surəsi, 5)

ADNAN OKTAR: Budur, mümkün olduğu qədər uzaq durarlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in söhbətlərində iştirak etmək istəməzlər, üzünü görmək istəməzlər, evindən uzaq olmaq istəyərlər. Xainlər məscidə də Peyğəmbər (s.ə.v) orada olduğuna görə gəlməzlər. Üzünü görmək istəməzlər, Peyğəmbirimiz (s.ə.v)-in nuru onları yandırıb-yaxır. Rəsulullah (s.ə.v)-in nurundan yanarlar onlar....

ADNAN OKTAR: Məsələn, internetdə münafiq olduğundan şübhələndiyiniz kəslərə fikir verin. Onlar onsuz da bir it sürüsü halında olarlar. Mən küçədə gedərkən bəzən itlərin bir yerə yığıldıqlarını görürəm, amma onlar günahsızdırlar, yol üstündə toplu halında olarlar. Münafiqlər də o cür toplu şəkildə olarlar. Məsələn, facebookda baxın, görün münafiqlər heç Allahdan bəhs edirlər? Əvvəllər övliya kimi, Quran aşiqi kimi görünən, hz. Mehdi (ə.s)-a zəmin hazırladığını deyən münafiqlərin toplu şəkildə olduğu yerlərə bir baxın, Allahdan bir söz belə danışmazlar? Artıq bu oyunu, bu tələni qura bilmədilər. Yəni əslində müsəlmanları aldatmaq istəyirdilər, aldada bilərdilər, Allahın adından yerli-yerində istifadə edə bilərdilər haşa, amma Allah buna icazə vermədi. Bir söz deyə bilməmişdilər. İnanmadığına görə deməyən, ya da öz düşüncəsinə, eşitmədiyinə görə deməyən qardaşlarımızı tənzih edirəm. Mən onlara bir şey demirəm, mən münafiq dəstəsini nəzərdə tuturam. Əvvəllər dayanmadan Allahdan, Kitabdan, dindən, imandan bəhs edənləri deyirəm. Bir baxın internet saytlarına, Allahdan bir kəlmə də olsa danışmırlar. Məsələn, əvvəllər yüz nəfər münafiq bir yerdə dayanmadan Allahdan, dindən danışardılar, indi nə oldu bəs? Bəs övliya idiniz? Mücahid idiniz? Bəs darvinizmə, materializmə qarşı idiniz? Bəs İslam əxlaqını daha gözəl yaymaq üçün ayrılırdınız? Bəs çox yaxşı insanlardınız? Bəs Quranı ən gözəl şərh  edən sizlər idiniz? Bəs müsəlmanlar səhv yolda idi? Ən yaxşısını siz bilirdiniz? Mən burada münafiqləri nəzərdə tuturam, bizlə əlaqəsi olan kəsləri deyil. İndi mənim bu bəhs etdiklərim aydındırmı? Bu xainlər bir "Allah" sözünü belə deyə bilmirlər. Allah icazə vermir. Çox böyük möcüzədir. Aldatmaq münafiqin xüsusiyyətidir, elə deyilmi? Ən azı öz düşüncəsinə görə bir şeylər etməyə çalışar, bir söz deməyə çalışar, amma edə bilmir. Allah icazə vermir desin, ona görə deyə bilmirlər. Allahın adını eşidəndə ciyəri yarılar, ürəyi partlayar, çünki, axirəti xatırlayacaq, hz. Mehdi (ə.s)-ı xatırlayacaq, İslamı xatırlayacaq və buna görə də kefi qaçacaq. Münafiqlər Allahın adını çəkə bilmədiyinə görə özlərini isbat edirlər, inşaAllah.

SERDAR DAYANIK: Qovulmuş şeytandan Allaha sığınıram: "Sən onlara baxdıqda bədən quruluşları xoşuna gələr, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanarlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!". (Munafiqun surəsi, 4)

ADNAN OKTAR: Allah onları lənətləyir. Allah münafiqlər üçün, "Allah onları öldürsün" deyir. Biz də Allaha dua edirik. Allah bütün münafiqləri öldürsün, İnşaAllah. Allah onları həlak etsin. Allah onların canını yandırsın. Ürəklərindən, içindən yandırsın. Allah onları batırsın, daxilən çökdürsün. İnşaAllah. İndi ayəni mənə cümlə-cümlə de açıqlayım. İnşaAllah.

SERDAR DAYANIK: İnşaAllah. “Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir".

ADNAN OKTAR: Məsələn, kənardan baxanda, adamların evi olar, avtomobili olar. Bura hər şey  daxildir. Görünüşündən, paltarından, xarici görünüşündən bəzi insanlar onları məqbul bir insan kimi görər, sanki normal biri kimi qəbul edər.

SERDAR DAYANIK: ".. danışanda onların dediklərinə qulaq asırsan.."

ADNAN OKTAR: Məsələn, münafiqlər adətən ayə ilə danışar. Yəni Quran ayəsi ilə danışar. İnsan əvvəl həqiqətən dürüst danışdığını zənn edər.

SERDAR DAYANIK:"... Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər..."

ADNAN OKTAR: Yəni adamın ruhu yoxdur. O qədər alçaq və o qədər boşdur ki, odun kimidir. Onsuz da baxışlarından da məlum olduğunu, yəni necə insan olduqlarını baxışlarından, danışıqlarından da başa düşmək olduğunu deyir Allah. Ətdən, sümükdən bir odundur onlar. Odun var sellülozadan əmələ gələr, bir də ətdən, sümükdən meydana gələn odunlar var. Bu sümük odunu olmaq deməkdir. Harada mənfəət var, harada yemək var, yataq yeri var, harada sığınılacaq yer var o oradadır. Yəni bir heyvan, bitki davranışını göstərər. Məsələn, bir bitki nə istəyir? İnkişaf etmək istəyər,  elə deyilmi? Böyümək istəyər, amma yerindən tərpənmək istəməz. Münafiqin də xüsusiyyəti elədir. Bir yerdə sabit qalıb orada kötük kimi inkişaf etmək istəyər. Bu qədər.

SERDAR DAYANIK: "...hər bir səs-küyün özlərinə qarşı (öz əleyhlərinə) olduğunu sanarlar.."

ADNAN OKTAR: Hər növdə danışıqları, yəni kənardan, daxildən, müsəlmanlardan, küfrdən, haradan gəlirsə, gəlsin, həmişə  bir qorxu içindədirlər. Həm sağlamlıq qorxusu, həm ölüm qorxusu, dinsiz-imansız olduqları üçün də Allaha axirətdə hesab verə bilməyəcəklərini başa düşdüklərinə görə həmişə narahat olarlar. Çünki münafiqlər özlərini, haşa, Allahdan daha böyük hesab edərlər. Allahdan yalnız müsəlmanları aldatmaq üçün öz tərəflərinə çəkmək üçün bəhs edərlər. Eyni zamanda da Allahdan danışmaq istəməzlər, çünki danışanda depressiyaya düşürlər. Allahı heç eşitmək istəməzlər, müsəlmanların yanından qaçmaqlarının səbəbi də Allahı eşitmək istəmədiklərindən irəli gəlir. Allahdan bəhs etməmək üçündür. Amma müsəlmanlara təsir etmək üçün də tez-tez Allahdan bəhs edərlər. Öz düşüncələrinə görə müsəlmanları bu yolla öz ətrafına yığmaq istəyərlər. Müsəlmanları da özləri kimi odun və kötük edə biləcəyini düşünürlər.

SERDAR DAYANIK: "Onlar düşməndirlər. Sən onlardan uzaq ol!".

ADNAN OKTAR: Yəni fitrətində müsəlmanlara, Allaha qarşı, Qurana qarşı qəzəbli, kinli olarlar, onlara qarşı vuruşarlar, bunlar onların fitrətində olar. Amma təbii ki, bunu gizlədərlər. Xarici görünüşündən onları müttəqi, müsəlman zənn edərsən. "Onun xarici görünüşünə baxsan bəyənərsən" deyir Allah. Yəni ilk baxışdan bilmək olmur,  amma düşməndir, özü də ağılsız, kötük düşməndir.

SERDAR  DAYANIK: "Allah onları məhv etsin, necə də haqdan döndərilirlər".

ADNAN OKTAR: Onların ölməsi üçün dua etməyin lazım olduğunu Allah göstərir. Münafiqlərə hər namazda həlak olmaları üçün, Allahın onları həlak etməsi üçün dua etmək lazımdır. Hər müsəlman bunu etməlidir. Yalvararaq Allaha dua edəcəklər, bu da bir ibadətdir. Allahın onları daxildən yandırmağı üçün, mənəvi cəhətdən məğlub olmaları üçün, Allahın onlara ruhən əzab verməsi üçün, bədənlə əzab verməsi üçün, çökdürüb cəhənnəmə göndərməyi üçün dua etmək lazımdır.  Quranın əmri budur.

SERDAR DAYANIK: Peyğəmbər (s.ə.v)-in onlar üçün bağışlanma diləməsinə görə, Peyğəmbər (s.ə.v)-ə dəvət olunanda, "sən onların üz çevirməkdə olduqlarını görərsən" ayəsini oxumuşdum. Onun davamı da vardı inşaAllah. Qovulmuş şeytandan Allaha sığınıram. "Sən onlar üçün bağışlanma diləsəndə,  diləməsəndə onlar üçün birdir".

ADNAN OKTAR: Onsuz da onlar Allaha qarşı qəzəblidirlər, haşa. Amma münafiqin ağzı həmişə ayə ilə, hədislə açılar, Peyğəmbərimiz (s.ə.v)-dən bəhs edər, düzgünlükdən, dürüstlükdən, alicənablıqdan, namusdan, ailəyə itaətdən danışar, amma əslində çox xaindir, olduqca xaindir. Fürsət tapanda xainliyi üzə çıxar, amma xarici görünüşünə çox diqqət edər. Kənardakılara özünü büruzə verməməyə çalışar. Hər münafiq öz dünyasında, iç dünyasında anormaldır. Ağla gələn hər sahədə anormaldır, hər sahədə namussuzdur, amma bunu büruzə verməz, yəni mənfəətinə görə hərəkət edər və bunu öz ağlına görə, öz məntiqinə görə istifadə edər. Ailəyə düşkündür, amma ailəyə nifrət edər, çünki ailəni yalnız mənfəəti qədər sevər. Məsələn, münafiqin atası kasıb olsa nifrət edər. Anası kasıbdırsa nifrət edər. Zəngindirsə, onlara yaltaqlanar, yəni yemək, pul əldə edəcəksə, gedər onlara yapışar. Ana-ata deyərkən təbii ki, münafiq münafiqi seçir, əlbəttə ki, münafiq müsəlman ana-atanın yanına getməz. Valideynləri dindardırlarsa, dərhal onlardan uzaqlaşar. Allahı anmayandırsa onlara yaxın olar. Bunu həmişə deyirik, çirkli bir donuzu fikirləşin, necə gənə ona yapışıb onu təmizləyirsə, münafiq də gedər ona yapışar, ondan mənfəət əldə etmək istəyər, yəni qarşılıqlı mənfəət vardır, İnşaAllah.

SERDAR DAYANIK : "... Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz."  (Munafiqun surəsi, 6)

ADNAN OKTAR: Ayədən məlum olduğu kimi, Allah münafiqlərə hidayət verməz, Allah onları bağışlamaz. Ona görə Allahdan onların həlak etməsini istəyirik. Kafirin qurtuluş imkanı var, amma münafiq bir mikrobdur, cəmiyyət mikrobudur. Lakin hamısı da təqvalı, dürüst kimi ortaya çıxar. Ən ağıllı olduqlarını bildirərək ortaya çıxarlar, bu çox mənalıdır, eyni zamanda təəccüblüdür. Məsələn, birbaşa kafir olduğunu deyib ayrıla bilər, amma bunu etmir. Drar məscidini qurur, "biz daha təqvalıyıq" deyirlər. Münafiq uzun-uzadı ayə, hədislə özünü müdafiə edər.

SERDAR DAYANIK: Qovulmuş şeytandan Allaha sığınıram: "Məhz onlar: “Allahın elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki, göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər bunu başa düşmürlər".  (Munafiqun surəsi, 7)

ADNAN OKTAR: Münafiq pulu, mənfəəti alandır. Əsla paylamaz, ondan 5 qəpik belə çıxsa əziyyət çəkər. Ayəni hissə-hissə açıqlayaq.

SERDAR DAYANIK: Qovulmuş şeytandan Allaha sığınıram: "Məhz onlar: “Allahın elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyirlər".

ADNAN OKTAR: Özləri pul vermədiyi kimi, imkan təmin etmədiyi kimi başqalarına da mane olarlar. Necə edir? Ayə, hədislə mane olmağa çalışır. Onlar çox saxtakardır, Allahı xatırlayaraq mane olmağa çalışarlar. Amma gəlin məqsədə diqqət edək. "Dağılıb getsinlər!" deyirlər, müsəlmanların parçalanmasını istəyərlər, çünki müsəlmanlar ayağa qalxmadıqca, münafiqin əzabının ardı-arası kəsilməz. Bir nəfər müsəlman qalmayana kimi dağılmalarını istəyərlər, 3 nəfərin belə qalmağını istəməzlər. Hamısının dağılmağını istəyər. Çünki müsəlmanlara baxanda öz əxlaqsızlığını başa düşəcək. Müsəlmanların ona necə ikrah hissi ilə  baxdığını biləcək, Allahın intiqam alacağını da bilir, amma, haşa, özünü Allahdan böyük hesab edir. Ona görə fikir edər, xəstə olar, beyni yoxdur, ağılsızdır, özünü çox ağıllı zənn edən ağılsızdır. Məsələn, Peyğəmbərimiz (s.ə.v.) söhbət etdiyi vaxt biri gizlincə aradan çıxar, heç kimin görmədiyini zənn edər, amma orada bir çox müsəlman var ki, onu görür və əlbəttə ki, Peyğəmbər (s.ə.v)-ə bunu xəbər verəcəklər. Çox ağılsızdır, özünü büruzə vermədiyini zənn edir, halbuki, bir çoxları onu görür. Münafiqin vücudu açıq olar gözü isə bağlı, elə də gəzər. Arxası bütünlüklə açıqdır, gözünü də bağlasa heç kimin heç nə görmədiyini zənn edər. Yəni heyvan ağlına malikdir və özünü ağıllı bilərək hamıya ağıl verməyə çalışar.

ALTUĞ BERKER: Başqa bir ayədə də Allah münafiqlər haqqında belə buyurur, şeytandan Allaha sığınıram: "Onlar möminləri qoyub kafirlərlə dost  olarlar". (Nisa surəsi, 39)

ADNAN OKTAR: Kafirlər, dinsizlər, imansızlar, münafiqlər Allah zikr olunmadıqda rahatlaşarlar. İndi münafiqin yanında sən dindən, imandan danışsan onu yandırıb-yaxar, qıcıqlanar. Müsəlmanların yanından qaçmaqlarının səbəbi də budur. Allahdan danışanda narahat olarlar. "Namaza gəl" deyir Allah, amma onlar “ərinərək, qorxaraq gələrlər”. Bir şeyini paylaşanda nifrət edərək edər, amma danışanda çoxbilmiş kimi danışar. Allah deyir ki, “danışanda ona qulaq asarsan”. Xarici görünüşü də yaxşı olar, amma məxluq olaraq şeytanın bir təcəllisidir. Şeytanın bir insan şəklindəki görünüşüdür.

ALTUĞ BERKER: Ayədə Allah buyurur, şeytandan Allaha sığınıram: “Əgər taqətimiz olsaydı, biz də sizinlə birlikdə çıxardıq!..." (Tövbə surəsi, 42)

ADNAN OKTAR: Münafiq cəhd edilən vaxtda ara verər, istirahətə çıxar. Çox uzun müddət dözə bilməz, ürəyi sıxılar. Hz. Mehdi (ə.s) camaatında da, Peyğəmbərimiz (s.ə.v) dövründə də belədir. Məsələn, 10 il keçər, amma hələ hakimiyyət olmaz. Bu vaxt münafiq: "indi isə mənə icazə verin gedim" deyər. Məsələn, 20 il keçər, yəni münafiq var ki, 20 ilə dözər bu uzun müddətdən sonra: "mənə icazə verin, mən gedim" deyər. Eləsi də var ki, 3 il dözər, 4-cü ilə keçəndə artıq gücü çatmaz, çıxıb gedər. Uzun müddət dözməməkləri onların limit qoyduqlarını göstərir. Yəni vaxt keçdikcə başları dərddə olar. Əgər yol uzundursa, nəticəsi də hələ yoxdursa, "mənə icazə                                                                                                                                                                                                                                                                                                                                                                                                          verin" deyər. Həm hz. Mehdi (ə.s) camaatında, həm də Peyğəmbərimiz (s.ə.v) dövründə bunları görürük. Bu hədislərdə də, ayədə də var. Ayədə "Çıxacaqları yol onlara uzun gəldi" deyilir. Çünki hər şey istədikləri kimi olmur. Vaxt uzanır, zaman uzanır. Onlar mallara, uşaqlara qovuşmaq istəyir, rahat olmaq istəyir. Cihadın (səy göstərməyin, elmi mübarizənin), təbliğin bitməsini istəyir.

ALTUĞ BERKER: Ayəyə davam edirəm. Şeytandan Allaha sığınıram: "Amma yorucu məsafə onlara uzaq gəldi".

ADNAN OKTAR: Çətinlik, münafiqin dözə bilmədiyi bir mövzudur. Münafiq kef, rahatlıq axtarar. Müsəlman da çətinliyi bir ibadət olaraq məhəbbətlə, sevinclə qarşılayar. Allah "Hər çətinliklə birlikdə asanlıq vardır" deyir. Allah yenə təkrar edir, şeytandan Allaha sığınıram: "Hər çətinliklə birlikdə bir asanlıq vardır" (İnşirah surəsi, 5-6). Çətinlik, hz. Mehdi (ə.s)-ın də qarşılaşdığı bir vəziyyətdir. Çətinlik dərəcəsi olmasa, imtahan da olmaz.

ALTUĞ BERKER:" “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər.... " (Tövbə surəsi, 42)

ADNAN OKTAR: Burada münafiq Allahın adından istifadə istifadə edir. İnanmadığı halda istifadə edir, xain. "Amma mənim qabiliyətim çatmır" deyir. Bəs nəyə qabiliyyətin var? Saxtakarlığa, gəzməyə qabiliyyətin var. Yeməyə, içməyə qabiliyyətin var. Özünü möhkəmlədirmək üçün tədbirlər almağa qabiliyyətin çatır. Amma "İslam əxlaqını təbliğ etməyə qabiliyyətim yoxdur" deyir. Pul versən edərmi? Edər. Mənfəəti olsa edərmi? Edər. Mənfəəti olmadığına görə qabiliyyətinin də  olmadığını deyər münafiq.....

ALTUĞ BERKER: Münafiqlərin qorxaq olduqlarını demişdiniz. Şeytandan Allaha sığınıram: "... Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən..." (Əhzab surəsi, 19)

ADNAN OKTAR: Münafiqlərin canları özlərinə görə şirindir... Münafiqin ən qorxduğu nədir bilirsinizmi? Allahın adının hər hansı bir yerdə yazılması. Allahın adını görəndə ağlına nə gəlir bilirsinizmi? Peyğəmbər (s.ə.v)-i fikirləşəndə ağlına nə gəlir bilirsinizmi? Hz. Mehdi (ə.s). Hz. Mehdi (ə.s) də ağlına gələndə münafiqin beyni zəhərlənər, pərişan olar. Ona görə nə ayə görmək istəyər, nə Quran, nə də Allahın xatırlanmasını istəməz. Çünki hz. Mehdi (ə.s) münafiqlərin kabusudur. Azan oxunanda, biri Bismillah deyəndə ağlına hz. Mehdi (ə.s) gələr. Məsələn, münafiq evdə Quran olmağını istəməz. Bundan sıxılar, Quranı görəndə hz. Mehdi (ə.s) ağlına gələr. Allah onları bütünlüklə əhatə etdi...

ADNAN OKTAR: Münafiqlərin Axırzamanda yeganə eşitmək istəmədikləri söz nədir bilirsinizmi? Hz. Mehdi (ə.s)-dır. Yəni bu söz onların içini yandırar, ciyərini yandırar. Allah haqqında eşidəndə, Peyğəmbər (s.ə.v) haqqında eşidəndə, məscid görəndə ağlına hz. Mehdi (ə.s) gələr. Televiziyada həccdən bəhs ediləndə hz. Mehdi (ə.s) ağlına gələr. Hz. Mehdi (ə.s)-a görə dünya onlar üçün bir kabusa çevrilmişdir. Allah onlara hz. Mehdi (ə.s)-ı əzab olaraq göndərmişdir, möminlərə isə müjdə olaraq göndərmişdir, inşaAllah.

SERDAR DAYANIK: Siz hz. Mehdi (ə.s)-ın münafiqlərin kabusu olacağını dediniz, inşaAllah. Buna aid hədis var, əlhəmdülillah. Münafiqlərin bir xüsusiyyəti də siz daha yaxşı bilərsiniz, inşaAllah, Allahdan çox hz. Mehdi (ə.s)-dan qorxmalarıdır. Əlhəmdülillah. “çox insanlar Qurandan çox onun (Hz. Mehdi (ə.s)-ın) qorxusundan günahlardan çəkinirlər" deyir.

ADNAN OKTAR: Allah onu da bir xeyir və hikmətlə yaradır, maşaAllah.

ALTUĞ BERKER: Hədisi-şərifdə münafiqlər haqqında belə deyilir:"Ayrılanlar da müxaliflər də hz. Mehdi (ə.s)-a zərər verə bilməyəcək. O, ondan ayrılanlara baxmayaraq müzəffər olaraq (zəfərlə) yoluna davam edəcək".

ADNAN OKTAR: MaşaAllah. Müzəffərdir (zəfər, qalibiyyət), aslandır. İnşaAllah.

SERDAR DAYANIK: Axırzamandakı, hz. Mehdi (ə.s) dövründəki münafiqlər "buğdaya düşən qurd"a bənzədilir, inşaAllah. Ən sonda da o qurdlardan geriyə qalan ən möhkəm buğdalar qalacağı deyilir, inşaAllah.

ADNAN OKTAR: MaşaAllah, maşaAllah. Deməli mübarək buğdalara tez-tez baxacaq... Münafiq hər zaman özünü müdafiə edərkən Quranla, hədislə müdafiə edər. Peyğəmbərimiz (s.ə.v) dövründə də münafiqlər özlərini Quran ayələri ilə müdafiə etməyə çalışırdılar. Hətta sonra Quranı şişlərinin ucuna keçirtdilər, bilirsiniz. Münafiqlər belə xainlərdir. Quranı özünümüdafiə və zireh olaraq istifadə edər. Müşrikləri də, kafirləri də arxasınca gətirər. Öz ağlına görə onunla hücuma keçər. Amma qədərində bunu onsuz da etməlidir, amma o, elə zənn edir ki, özü edir... Lakin münafiq müsəlmana Quranla təsir etməyə çalışar, amma dilini əyərək və saxtakarcasına, yəni mənfəətinə uyğun şəkildə etməyə çalışar. Bu münafiqin əsas xüsusiyyətidir. Quranın açıq hökmlərini görməməzliyə vurur. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə insanları Drar məscidinə çağırırdılar və: "Allahın əmri təmizlikdir. Baxın, bura çox təmiz bir yerdir, buraya gəlin"-deyirdilər. "Və biz burada  daha mükəmməl, daha yaxşı ibadət edirik, Peyğəmbər (s.ə.v)-i görürsünüz, qadınlarla vaxt keçirir" – deyirdilər. Mənim aslanım güclü idi, Peyğəmbərimiz (s.ə.v) güclü idi. Qurban olum mən onu yaradan Allaha. Ona üç şey sevdirildi. Namaz "gözümün nuru namaz" deyir, "gözəl qoxu və qadınlar" 100 qızım olsaydı hamısını ona verərdim, “halal olsun” deyərdim. Təbii ki, biri ilə evlənərdi. Amma 100 dəfə dünyaya gəlsəydim, 100 qızım olsaydı, Peyğəmbərimiz (s.ə.v) ilə evləndirərdim. Bunun əksini edəni dünyanın ən alçaq adamı olaraq görürəm. Peyğəmbər (s.ə.v) varkən gedib başqası ilə evlənsə mənim qızım, mən onu ən alçaq adam sayardım. Onu övladlıqdan rədd edərdim. Mən onu insan gözündə görməzdim. Münafiqlərə ən çox zülm verən nə idi bilirsinizmi? Rəsulullah (s.ə.v)-in gücü idi, sağlamlığı və sevincli olması idi, qadınlara qarşı düşkünlüyü, sevgisi, məhəbbəti idi. Düşkün deyərkən, Allahın təcəllisi olaraq düşkün idi. Gülə, bülbülə, qadına düşkün idi. Düşkün deyərkən, arzulu, istəkli, sevən, xoşuna gələn, Allahın təcəllisi olaraq sevən idi. Bu əxlaqsızlar kimi əsl şəhvətdən qaynaqlanan, əxlaqsızlıq deyildi, olanların məntiqində deyildi Rəsulullah (s.ə.v)... Hal-hazırda mehdiyyətdən münafiqlər də, küfr də, dəccaliyyət də dəhşətli dərəcədə qorxurlar, qorxularından titrəyirlər, nə edəcəklərini bilmirlər. Çünki hara getsələr, (mənəvi cəhətdən) qırtlaqlarından tuturam.

OKTAR BABUNA: Dünya səviyyəsində, müəllimim, maşaAllah.

ADNAN OKTAR: “Hey, hara gedirsən”- deyirik, cizgi filmlərdəki kimi bir əyləc düzəldib dayanır, boynundan yaxalayırıq, sovurub atırıq cəhənnəmin içinə Allahın izni ilə. Yenə başqa yerdə tutub atırıq. Fikir verin, hz. Mehdi (ə.s)-ın işığını almış, hz. Mehdi (ə.s)-ın qabaqcılı olan, adi, hz. Mehdi (ə.s)-ın ayağının tozu olan tələbəsiyəm mən. Mən Oktar belə əzirəmsə, gör hz. Mehdi (ə.s) nə edəcək. Elə deyilmi? Münafiq müsəlmanın enerji qaynağıdır. Müsəlmanı (mənəvi) dəli edər, coşdurar, dəli kimi axan çay halına gətirər, şövqünü artırar, sağlamlıq, səhhət gətirər. Adrenalindir İnşaAllah, qüdrətə vəsilə olar. Münafiqləri tənqid etmək olduqca vacib məsələdir, izah edilməsi çox əhəmiyyətlidir, çünki birbaşa küfr deyil, İslam aləmində ən böyük təhlükə münafiqlikdir. Münafiq təhlükəsi var. Bədiüzzaman da: "cərəyani-münafiq", yəni münafiq hərəkatı deyir. "Cərəyanı-münafiqanəni dağıdacaq”, yəni münafiq hərəkatını dağıdacağını deyir―həm küfrü, həm də münafiq hərəkatını. Ona görə hz. Mehdi (ə.s)-ın vəzifəsi çətindir. Asan bir vəzifə deyil, inşaAllah. Siz bu ayələri hər dəfə oxuduğunuzda münafiqlərin beyni parça-parça olur. Amma bununla sakit olmayacağıq, əlbəttə, çox təfərrüatı ilə izah edəcəyik. Hədislərlə, ayələrlə izah edəcəyik. Dönə-dönə, təkrar-təkrar izah edəcəyik. Ən az darvinizmi izah etdiyimiz qədər bu mövzunun da izah edilməsi lazımdır. Olduqca vacib bir mövzudur, inşaAllah və günümüzdə tətbiq edərək izah edilməsi çox vacibdir. Peyğəmbər (s.ə.v) dövründəki münafiqlərin rəftarını çox əhatəli izah etməliyik, inşaAllah. O dövrdəki münafiqlərin həyatı həmişə yazılmışdır. Onları Peyğəmbərimiz (s.ə.v)-in həyatından götürülən nümunələrlə əhatəli şəkildə izah edəcəyik, inşaAllah. Amma əvvəl ayələrlə izah etməyə başlayaq. Çünki peyğəmbərimiz (s.ə.v) münafiqlərə görə çox çətin vəziyyətlərdə qalmışdır. Ən əziyyətli məxluqlar onlardır.  Çox  əxlaqsız insanlardır, övliya kimi, təqvalı kimi görünərlər, amma hər şeyə  tamah salarlar. Çox alçaqdırlar. Daxildə dinsiz, imansız, Allaha düşmən olurlar haşa, lakin müsəlmanlardan çəkindiklərinə görə, qorxduqlarına görə özlərini dindar kimi aparırlar. Buna qarşı da münafiqə aid ən vacib xüsusiyyət onun iç üzünü üzə çıxartmaqdır. Ona görə hərtərəfli izah etmək lazımdır. Münafiqlər Quranın kafiliyinə inanmaz, Qurana inanmaz, xurafata tabe olar, ancaq xurafat axtarar. Peyğəmbərimiz (s.ə.v) dövründə də həmişə xurafat axtarırdılar. Hz. Ömər (r.ə)-i niyə şəhid etdilər? Xurafata qarşı olduğuna görə münafiqlər onu şəhid etdi. Hz. Əli (r.ə)-i niyə şəhid etdilər? O da xurafata qarşı olduğuna görə, onları Quranın kafiliyinə inandıqlarına görə şəhid etdilər. Belə bir xain xüsusiyyətləri var. Hz. Ömər (r.ə) də, hz. Əli (r.ə) də tamamilə sünnətə tabe olan, Qurana tabe olan insanlar idi.
Münafiqlər möcüzəvi şəkildə təsir edə bilmirlər. Müsəlmanlara zərər verə bilmir, çünki qədərlərində yoxdur. Nə etsələr etsinlər yenə də zərər verə bilmirlər, etdikləri həmişə öz əleyhlərinə olur, hər qurduqları tələyə özləri düşür, bu möcüzə olaraq belədir. Onlar müstəqil olaraq yaşadıqlarını zənn edirlər, halbuki, onları istiqamətləndirən də, yaradan da Allahdır, sadəcə onlar bunu dərk etmirlər.

OKTAR BABUNA: "Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.." (Ali İmran surəsi, 120).  Amma Allah sonda hesaba çəkəcək, inşaAllah. "Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər..." (Mumtəhənə surəsi, 2). Yəni müsəlmanları ələ keçirtdikdə onlara hücum edərlər, düşmən olarlar, zülm edərlər. "...Əllərini və dillərini sizə pisliklə uzadarlar..." (Mumtəhənə surəsi, 2). Allah diqqət etsəniz əllərini və dillərini vurğulayır. Bu ifadəni hal-hazırdakı dövrümüzə aid etsək  media, mətbuat yolu ilə, atdıqları böhtanlarla işarə etmək olar, Allahualəm. "... Onlar sizin kafir olmanızı istəyərlər..." (Mumtəhənə surəsi, 2). Yəni müsəlmanların da özləri kimi inkar etmələrini istəyərlər. İman etmələri və imanlarında qərarlı olmaları onları çox əsəbləşdirir, inşaALlah.

ADNAN OKTAR: Münafiqlər əslində, haşa, Allahı bəyənməz, Peyğəmbər (s.ə.v)-i, sonra imamları bəyənməz. Yəni onların xəstəliyi ordadır. Əslində Allaha qarşı qəzəblidirlər, bu hisslərini də Peyğəmbər (s.ə.v)-ə, yaxud dövrümüzdəki hz. Mehdi (ə.s)-a aid edərlər. Xəstəliklərinin əsl mənşəyi imansızlıqdan qaynaqlanır.

OKTAR BABUNA: Müsəlmanların arasında olduqları müddət ərzində də müsəlmanların arasını vurmağa çalışarlar. Quranda Allah belə buyurur, şeytandan Allaha sığınıram: "Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminləri ayırmaq.." (Tövbə surəsi, 107) Yəni möminlərin, insanların inkar etmələrini istəyirlər. Möminlərin arasını vurmaq, onları bölmək, parçalamaq, bir-birindən ayırmaq istəyirlər. "..Əvvəlcədən Allaha və Onun elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər "(Tövbə surəsi, 107) Onlar, təhlükəli hesab etdikləri üçün Peyğəmbərimiz (s.ə.v)-in dövründə hz. Peyğəmbər (s.ə.v)-in yanından, hz. Mehdi (ə.s.) dövründə də hz. Mehdi (ə.s)-ın yanından ayrılıb başqa bir yerdə sığınaraq, oradan onların mübarizələrinə, onların başlarına gələnlərə uzaqdan baxmaq istəyirlər.

ADNAN OKTAR: Onlara edilən hücumları kənardan izləmək istəyirlər, yanlarında olmaqdan qorxurlar, onlarla bir yerdə olmaq istəməzlər. Onlara da bir zərər gələr deyə, müsəlmanları uzaqdan izləyərək öz fikirlərinə görə hiyləgərlik etdiklərini zənn edirlər.

OKTAR BABUNA:... "Məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər." (Tövbə surəsi, 107) Çox yalançıdırlar. Guya bu şəkildə yaxşılıq istədiklərini, müsəlmanların yaxşılığını istədiklərini iddia edirlər, amma daxilən çox saxtakardırlar və çox böyük kin və nifrət hissi bəsləyərlər. Xüsusilə, hz. Mehdi (ə.s)-a və yanındakılara qarşı kinli olarlar. Peyğəmbərimiz (s.ə.v) dövründə də Peyğəmbər (s.ə.v)-ə qarşı belə idilər, İnşaAllah.

ADNAN OKTAR: Münafiqlər bir-birlərinə də çox nifrət edərlər. Bir-birlərini çox alçaq hesab edərlər... Təbii ki, Quranda da var: "... Onların qəlbləri dağınıqdır..." (Həşr surəsi, 14). Ağlasığmaz dərəcədə nifrət edirlər. Çünki hamısı bir-birlərinin alçaq olduğunu bilir, lakin mənfəət əldə edəcəkləri üçün, mənafelərinə görə buna dözməli olarlar, amma necə küçə itləri bir-birlərinə yaxşı davranar, amma mənfəəti toxunduqda bir-birlərinə hücum edərlər, eləcə də canavarlar, lazım olsa bir-birlərini parçalayarlar, münafiq də o cür olarlar.