30-cu söhbət

7 sentyabr, 2010-cu il www.harunyahya.tv

OKTAR BABUNA: Siz əvvəl də münafiqlərin Peyğəmbərimiz (s.ə.v)-i qısqandıqlarını, qısqanc olduqlarını demişdiniz, inşaAllah. Hz. Yusif (ə.s)-ın qardaşları da hz. Yaqub (ə.s)-ın ona olan sevgisini qısqanırdılar. Hətta onu şəhid etmək istəyirlər. Qısqanclıqdan gözləri qaralırdı. Ayələrdə də belə bildirilir. Şeytandan Allaha sığınıram: "Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməli salehlərdən olarsınız”. Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!” Onlar dedilər: “Ey atamız! Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir arzulayırıq. Sabah onu bizimlə göndərsən, bir qədər əylənib oynayar. Biz onu mütləq qoruyarıq!”. O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin”. Onlar dedilər: “Biz bütöv bir dəstə olduğumuz halda canavar onu yesə, demək biz ziyana uğrayanlarıq”. Qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”. Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib dedilər: “Ey atamız! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”. Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”." (Yusif surəsi, 8-18)

ADNAN OKTAR: Əlbəttə ki, hz. Yusif (ə.s)-ın qardaşları səhv iş görmüşdülər, amma orada da yenə münafiqlərə bir istinad var. Münafiqlərin nə qədər qısqanc olduqlarını, hadisəni hara qədər uzada biləcəklərini, cinayətkarlığa meyilli olduqlarını, nə qədər hiyləgər, adam öldürməyə meyli olduqlarını Quran göstərir. Əslində ayəni hissə-hissə oxusan daha yaxşı aydın olar.

OKTAR BABUNA: İnşaAllah. Onlar belə demişdi: "Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir".

ADNAN OKTAR: Məsələn, hz. Mehdi (ə.s)-ı və hz. İsa (ə.s)-ı götürək. Münafiqlər hz. Mehdi (ə.s)-ı da, hz. İsa (ə.s)-ı da qısqanırlar. Hər ikisinin də səltənətindən və gücündən narahat olurlar, yoxsa "gəldi, keçdi və ya 1000 il sonra gələcək" deməzlər. "570 il sonra gələcək" demələrinin mənşəyində də bunlar dayanır. Bir müsəlman dərhal görmək istəyər. Sevdiyi bir dostuna "səni 1000 il sonra görəcəm" deyərmi? Dərhal görmək üçün Allaha yalvarar, dua edər, istəyər. Əlbəttə ki, Osman Ünlü, Cübbəli bunları cahilliyindən deyir. Amma digərləri çox səmimiyyətsizdirlər.

OKTAR BABUNA: Allah "…Biz bütöv bir dəstə olmağımıza baxmayaraq…" –deyə buyurur.

ADNAN OKTAR: Məhz müşrik və münafiqlər bir-birləriylə çox sıx əlaqədə olarlar. Böyük bir kütlə yaradarlar. Ona görə o əlaqəyə, o gücə güvənərək təcavüzkarlıq edərlər. Hz. Mehdi (ə.s)-a qarşı da münafiqlər və müşriklər böyük bir birlik yaradacaqlar. Böyük ittifaq quracaqlar. Hz. Mehdi (ə.s)-ın fəaliyyətlərini dayandırmaq, Türk-İslam Birliyini dayandırmaq üçün çox sıx bir fəaliyyət göstərəcəklər. Allah Yusif surəsində buna diqqət çəkir. Yusif surəsi birbaşa mehdiyyəti izah edən bir surədir. Yəni hərtərəfli mehdiyyəti izah edən bir surədir, inşaAllah. Çünki Peyğəmbərimiz (s.ə.v) "hz. Mehdi (ə.s)hz. Yusif (ə.s)-a bənzəyər" deyir. Bu o deməkdir ki, hekayələrdə nə keçirsə, hz. Mehdi (ə.s)-a işarə edir.

OKTAR BABUNA: "Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir."

ADNAN OKTAR: Hz. Mehdi (ə.s)-ı və ona uyanları ağılsızlıqla günahlandıracaqlar. Quran ona işarə edir.

OKTAR BABUNA: "Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin".

ADNAN OKTAR: Diqqət edin, birbaşa cinayət etməyi düşünürlər. Şəhid etmək istəyirlər. Amma ikinci yol nədir? Məsələn, insanı həbsxanaya atarsan, həbsxanada cinayətkar insanların yanına atanda orada hər hansı bir döyüşə, hər hansı bir hadisəyə, gərginliyə alışmış insanlar onu öldürmək istəyər və öldürə bilər. Bu bir oyundur, bir üsuldur. Ya da bir insanı hər hansı bir ölkədə qatil ruhi xəstələrinin içərisinə atsan, həmişə o dəli insanlar öldürməyə hazır olduğuna və dəli olduğuna görə oradakı adamı qısqanar və ya hirslənər, hər hansı bir yolla öldürə bilər. Bu birbaşa adam öldürmə üsuludur. Nəticədə də "mən etmədim o etdi" deyəcək. Məsələn, E5 şose yoluna kiçik bir uşağı buraxar, uşaq da iməkləyərək gedər. Uşaq bilmədən bir küçədən digərinə keçər. Avtomobil də görməz vurub keçər. Soruşanda isə: "Mən, yalnız uşaq təmiz hava alsın deyə oraya buraxdım. Mənim məqsədim bu deyildi" deyəcək. Halbuki, məqsədi uşağı öldürmək idi. "Amma mən elə bir şey etmədim" deyəcək. Yəni vicdanını qurtarmaq və günahını boynundan atmaq üçün bir üsuldur. Üsullardan biridir. Bunun eyni formada hz. Mehdi (ə.s)-a qaşı ediləcəyini də anlayırıq. Quran buna işarə edir. inşaAllah.

OKTAR BABUNA: İnşaAllah, müəllimim. "Bundan sonra siz əməli salehlərdən olarsınız".

ADNAN OKTAR: Deməli, münafiqlər, müsəlman olduqlarını iddia edəcəklər. Müşriklər və münafiqlər yaxşı, mükəmməl bir müsəlman olmaq fikrində olacaqlar. Həm cinayətə meyilli, həm əxlaqsızlığa meyilli, həm də mükəmməl müsəlman olmaq fikrində olacaqlar. Yəni ayənin işarə etdiyi mənanı deyirəm, hz. Yusif (ə.s)-ın qardaşları üçün demirəm.

OKTAR BABUNA: "Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib…"

ADNAN OKTAR: Münafiqlərin əsas xüsusiyyətlərindən biri də bol-bol saxta ağlamalarıdır. Göz yaşı tökərlər. Saxta göz yaşı tökmək onun üçün bir oyuncaqdır. "Qorxdum" deyər ağlayar. "Utandım" deyər ağlayar. Namuslu görünmək, yalan danışmaq, pul almaq, müttəqi, mömin kimi görünmək üçün ağlayar. Münafiqlər və müşriklər ağlamağı ümumiyyətlə, oyun üçün istifadə edərlər. Bu həmişə etdikləri şeydir, amma səmimi ağlayanları tənzih edirəm, təbii.

OKTAR BABUNA: "Dedilər ki: “Ey atamız! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən."

ADNAN OKTAR: Deməli, müşriklər və münafiqlər o qədər də sakit görünmürlər. Məsələn, biz hz. Mehdi (ə.s)-a qarşı da küfrün yaxud ateist masonların, ateist sionistlərin birbaşa, açıq-aşkar mübarizə aparacağı bəllidir, amma əsl münafiqlərin çox böyük bir şey edəcəyini, onların öldürmək məqsədi olduğunu və hz. Mehdi (ə.s)-ı dayandırmağı hədəflədiyini görürük. Həm də böyük bir gücə sahib olduqlarını görürük, Quran buna işarə edir, Allahualəm.

OKTAR BABUNA: "Qardaşları onun köynəyinə yalandan qan ləkəsi çəkib gətirdilər".

ADNAN OKTAR: Deməli, hz. Mehdi (ə.s)-ın dövründə də saxta dəlillər, böhtan atarkən saxta hüquqi dəlillər də olacaq. Yəni qarşı tərəf, münafiqlər tərəfindən böhtanı gücləndirmək üçün saxta dəlil çıxararaq, bir silah kimi hz. Mehdi (ə.s)-a qarşı istifadə edəcək. Quran buna işarə edir, inşaAllah.

OKTAR BABUNA: "Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir””.

ADNAN OKTAR: Əlbəttə ki, müsəlmanların da bunları nəzakətli bir üslubla tənqid edəcəyi aydın olur. "Nəfsiniz sizi yanıltmış və səhv bir şeyə vadar etmişdir" deyir. Burada, sakit və nəzakətli bir üslubla tənqid görürük, Quran buna işarə edir.
OKTAR BABUNA: "Mənə gözəl səbir gərəkdir (lazımdır). Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır".

ADNAN OKTAR: Hz. Mehdi (ə.s) tələbələri də, hz. Mehdi (ə.s) da səbirli olacaq. Bədiüzzaman da, hz. Mehdi (ə.s)-ın mühüm bir xüsusiyyəti olaraq səbrini əsas götürür. Səbir, mətanət, cəsarət olaraq hz. Mehdi (ə.s)-ın xüsusiyyətlərini bildirir. Hz. Mehdi (ə.s)-ın mühüm bir xüsusiyyəti səbirdir.

OKTAR BABUNA: "Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır".

ADNAN OKTAR: Yəni hz. Mehdi (ə.s)-a qarşı, yalandan böhtanlar atacaqlar. Yalanlar uyduracaqlar, riyakarlıq, saxtakarlıq edəcəklər. Böhtan üçün buna ehtiyac vardır. Deməli, münafiqlər və küfr hz. Mehdi (ə.s)-a qarşı saxta, uydurma iddialarla ortaya çıxacaqlar. Quran buna işarə edir, inşaAllah.