4-cü söhbət

1 avqust 2010-cu il www.harunyahya.tv

ADNAN OKTAR: Hər izahımızda təfərrüatları ilə Quranın bir sirrini öyrənmiş oluruq. Bir az daha dərinliyinə varırıq. Hər izah edəndə da Allah yeni hikmətlər bəxş edir... Məsələn, müsəlman alimləri də münafiqlər haqqında danışar, mən uşaqlığımdan bəri onları dinləyirəm, amma çox qısa izah edərlər. Bundan çox səthi, ötəri bir təhlükə kimi, insanların çox nadir qarşılaşacağı bir hadisə kimi bəhs edərlər. Şeytan, münafiq haqqında çox az danışarlar. Sanki nadir hallarda rast gəlinən hadisə kimi bəhs edərlər. Danışanda da bir neçə nümunəvi söhbətdən ibarət olar. Sanki bununla dərhal məsələ həll olur. Amma bu belə deyil, Allah yüzlərlə ayədə münafiqin təfərrüatlı şəkildə xüsusiyyətlərini bildirmişdir. Yüzlərlə ayə nə deməkdir? Çox əhəmiyyətli olduğu deməkdir. Diqqət edin, Peyğəmbər (s.ə.v) peyğəmbər olmağına baxmayaraq münafiqi tanımır. Ancaq Allah vəhy ilə bildirir. Yəni çox şeytani bir məxluqdurlar. Öz zəkası, ağlı ilə deyil, şeytanın təlqini, fikri ilə çox dəqiq iş görərlər. Münafiq əslində ağılsız olur. Şeytanın əmri altına girmiş bir robotdur. Ona görə təhlükəlidir. Şeytanın zəkasını istifadə edər, öz ağılından istifadə etməz. Münafiq ağılsızdır. "Boş (ağılsız) kötük kimidir" deyir Allah. Kötük, yəni adi bir kötükdür, amma o kötüyü şeytan istifadə edər. Onu danışdırar, ona nələrisə etdirər, onu müxtəlif yollara sövq edər. Münafiqin mütləq müsəlmana ehtiyacı vardır. Kafirin müsəlmana ehtiyacı yoxdur. Amma münafiqin müsəlmana həmişə ehtiyacı olur. Ona görə münafiq eyni zamanda həm müsəlmanların dağılmasını istəyər, həm də istəməz. Çünki dağılsa münafiqə də ehtiyac qalmır, yəni müsəlman dağılanda münafiq də olmur, həm də artıq kafir hökmünə girmiş olar. Müsəlmanların dağılmağını, İslam camaatının parçalanmasını fitrətən, ruhunda həmişə istəyər. Həm də özünün mühafizə olmağını istəyər. Qurana diqqətlə baxanda, ətraflı araşdıranda münafiqin əsas dərdinin öz mənfəətləri ilə əlaqədar mövzularda sıx fəaliyyət göstədiyini görərik. Məsələn, münafiq İslam əxlaqının dünyaya hakim olmağı üçün bir iş görməz. Bu məhz münafiqin əsas cəhətlərindəndir. Bu yolda heç bir iş görməz.  Bununla əlaqədar heç bir fikri, izahatı olmaz. Olsa da planlı şəkildə edər. Yəni sırf göstəriş üçün edər. Çünki münafiqin, özünü müsəlman kimi göstərməyə ehtiyacı vardır. Buna görə də çox nadir hallarda olsa da, söz ucu da olsa İslam əxlaqının dünya hakimiyyətini guya istədiyini bildirər, amma əslində istəməz. Çünki İslam əxlaqı onun mənəvi olaraq sistemini məhv edər. Münafiqi (mənəvi olaraq) öldürən, məhv edən bir sistemdir. Münafiq bunu özlüyündə hiss edər və buna görə də mehdiyyəti, İslam əxlaqının dünya hakimiyyətini heç vaxt istəməz. Münafiqin dərdi nədir bilirsinizmi? Ancaq özü üçün ələ keçirdiyi malının, tayfasının, imkanlarının, yəni yalnız mənfəətinin dərdində olar, yalnız bunun üçün çalışar. Ona görə bir şeyi verərkən ağılsız olduğu üçün, istəməyərək verər. Məsələn, malını, imkanlarını istəməyərək verər. İstəməyərək namaz qılar, itaət edər. İstəməyərək hər cür imkanı təmin edər. Amma bu hal onu daxilən incidər, mənəvi olaraq çox böyük əzab-əziyyət verər. Artıq o elə dözülməz hala gələr ki, birdən partlayar və müsəlman camaatından ayrılar. Ayrıldıqdan sonra kənardan möminlər haqqındakı xəbərləri öyrənməyə başlayar. Yəni münafiqin iblis ruhu getdikcə dərəcəsini artırar. Özünü əvvəl itaət edirmiş kimi göstərər, amma çox hiyləgərcəsinə, vərəm mikrobu kimi özünü gizlədər. Vaxt ötdükcə rahatsızlığı və narahatçılığı ilə yavaş-yavaş özünü büruzə verməyə başlayar. Sonra hərəkətlərinə başlayar. Axırda da ayrılar. Orada da getdikcə dozasını artırar. Şeytanlığı və iblisliyi artmağa başlayar. Qurana baxsanız, görərsiniz. Ən yüksək mərtəbəyə kimi ucalar və son mərtəbədə  boğular. Yəni o şeytan onu orada artıq boğar. Bütün nəfsi, bədəni artıq şeytanlaşdığına görə məhv olar. Ruhi pozğunluq yaşayar. Artıq iflic vəziyyətə qalar.

Bu mərhələləri Qurandan çox təfərrüatı ilə izah edərək gözəl bir əsər hazırlayıram―"Quranda münafiq". Bizdə var, amma psixoloji cəhətdən analiz edilməyib, sadəcə birbaşa köçürülüb. Amma bu əsərdə biz psixoloji cəhətdən analiz də edəcəyik, yəni yaşadığımız həyatda, Rəsulullah (s.ə.v) dövrü, hz. Mehdi (ə.s) dövrü və əvvəlki dövrlərləri analiz edəcəyik. Müsəlmanların bunun qarşılığında necə davranması barədə əhatəli şəkildə hazırlayıram.

     Bunun faydası isə müsəlmanların münafiqlərə qarşı daha güclü, daha cürətli və diqqətli olmağı, asan tanıya bilmələri olacaq. Yəni asan tanıya bilmələri üçündür. İndi məsələn, münafiqdən Habil-Qabil hekayəsində bəhs edilir. İki qardaş olublar, amma biri kafir, münafiq olub, o biri isə övliya və vəli olub. Allah elə yaradır. Məsələn, biri qatil, cinayətə meyilli, qanı sevən, manyak olur. Amma digəri vəli, məzlum, Allaha təslim olur. Quran Habil-Qabil hekayəsini xüsusilə ifadə etmişdir. Məsələn, hz. Nuh (ə.s) da belə buyurur: "Ya Rəbbim, axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır" deyir. "Mənim oğlum" deyərək oğlunu xilas etmək istəyir. Allah isə: "o sənin ailəndən deyildir" deyir. Çünki münafiqin fikrinə görə ailə, genetik bağa əsaslanır. Qurana görə isə imana görədir. Əgər iman yoxdursa, münafiqdirsə, o, artıq onun qardaşı deyil. Atası da, anası da hesab olunmur. Babası da, qohumu da deyil. Heç bir şeyi deyil. Yəni münafiq, kafir olanda qohumluq bağı ortadan qalxır. Birbaşa iman ilə əlaqədardır. Allah ona görə: "Əsla cahillərdən olma, o sənin ailəndən deyildir" deyir. Amma münafiqlərin qohumluq bağını axtardığını, yəni nəslə görə qiymət verdiyini Allah Quranda bildirir. Qohumluq bağını, yəni irqçilik fikri ilə qiymət verir. Allah "Bu, hətta məzarları ziyarətlərinə qədər davam etdi" (Terkasur surəsi, 2) deyir. Yəni onlarda irqə görə, genetik koda əsaslanır. Həm də, qan bağına görə bir inanc vardır. Ona görə oğlunu qurtarmaq istəyirdi. Ona görə münafiqlər qardaşlarına: "bizə qoşul" deyirlər. Yəni münafiq həmişə onun arxasındadır. Uzaqdan seyr edər. "Bizə qoşul" deməkləri, digərlərinin də özlərinə bənzətməyə çalışmaqdan irəli gəlir. Amma orada yenə mənfəət qayğısı vardır. Çünki münafiq axirətə gedəndə, məsələn, cəhənnəmdə deyirlər ki, "ananı, atanı, qardaşını fidyə olaraq vermək istərsənmi? O da verirəm" deyir. "Başqa? Dünyadakı hər kəsi fidyə olaraq verərəm mən" deyir. "Malımızı da verərəm. Yetər ki, mən xilas olum" deyir. Münafiq belə bir məxluqdur. Yəni qohumluq bağı onun üçün mal və mənfəət deməkdir. Yəni bütün tayfa, Quranda bildirildiyi kimi: "mallarınız, oğullarınız, qardaşlarınız, yarımçıq qalmasından qorxduğunuz ticarət, evlər". Diqqət etsəz "tayfa" nəzərdə tutulur, yəni "atalarınız, qardaşlarınız, oğullarınız, övrətləriniz, yarımçıq qalmasından qorxduğunuz ticarət, hal-hazırda yaşadığınız evlər. Allahdan, Rəsulundan və Allah yolunda cihaddan daha xeyirli görürsünüzsə, gözləyin" deyir Allah. Yəni Allah: "bəlanızı verəcəyəm" deyir. Yəni Allah əsas iş cəhd (elmi mübarizə), Allahın dinini yaymaq olduğunu ifadə edir. "Allah, elçisi və Allah yolunda mübarizə", yəni, cihad etməkdir. Münafiqin də ən narahat olduğu şey cihaddır. Cihad etməyi heç sevməz. Münafiq malın, mülkün qayğısına qalır. Əgər diqqət etsəniz, münafiqlə əlaqəli olan ayələrdə həmişə malla, mülklə əlaqədar olan ifadələr istifadə edilmişdir. Həmişə mülklə əlaqədar ayələrdən istifadə edilir və Peyğəmbər (s.ə.v)-in rahatlığı, zövqü, gücü və nəvələrinin rahatlığı, gücü onları çox yandırırdı, bu vəziyyətdə münafiqlərin ürəyi sıxılır. Münafiq qadın düşmənidir, anti-qadındır. Məsələn, bu Quranda çox ətraflı olaraq bildirilir. Hətta qız uşaqlarını öldürərlər. Qadınlardan uzaq qalmaq üçün min cür yol və küfr tapmışdılar. Bunlar münafiqin xüsusiyyətidir. Anti-qadındır. Müsəlmanlarda qadın məhəbbəti olur. Allah onları elə yaratmışdır, ona görə Allah belə buyurur: "münafiq kişilər və münafiq qadınlar bir-birlərinin tayıdırlar". Bir-birlərinə yaxın olarlar. Möminun və möminat, yəni mömin kişilər və mömin qadınlar da bir-birlərini sevəcək şəkildə yaradılmışdır. Yəni əti ilə, sümüyü ilə Allah bir-birini sevdirəcək şəkildə yaradır. Münafiqlər də peyin böcəyi kimi bir-birlərini sevir, necə ki, peyin böcəyi peyini xoşlayır. Anormal bir şeydir, amma heyvan kimidirlər. O da peyin böcəyi kimi onu xoşlayar. Yəni münafiqi xoşlayar. Peyin böcəyinin xüsusiyyəti nədir? Oxşar xüsusiyyət onda da olmağıdır. Yəni sevgiyə, mərhəmətə, şəfqətə əsaslanmaz. Münafiqdə ancaq mal, mülk, eqoizm və əzəmət əsasdır. Bir eqoizm, iki itaət altında olmaz. Münafiqin ən böyük əziyyət çəkdiyi şey, şeytani istiqamətidir. Bu da itaətdən çox uzaq olmalarıdır. İtaət onlara əziyətli görünər. İtaət altında qalmaq istəməz. Məsələn, Allah şeytana: "insana itaət edəcəksən" dedi. Münafiq qürurlu, təkəbbürlü olduğu üçün, yəni bütün münafiqlərdən olan əsas xarakter onda olduğu üçün, bu ona çox əziyyət verər. Çoxbilmiş və modabaz bir üslubla, haşa, dedi: "Sən məni oddan, onu torpaqdan yaratdın" göründüyü kimi çox ağılsızdır: "Mən səcdə etməyəcəyəm" dedi və Allaha itaət etmədi. "Artıq fitnə ilə məşğul olacam" dedi şeytan. Münafiq də elədir. Baxın, şeytan ayrıldı. Allah ayırdı şeytanı, dərhal fitnəyə qoşuldu, vəzifəsi budur. Ondan başqa dərdi yoxdur. Münafiqin də əsas işi fitnədir. Amma təbii özünü müttəqi kimi göstərir. Özünü elə tanıdır ki, hətta Peyğəmbər (s.ə.v) belə bəzən münafiq olduqlarını ayırd edə bilmir. Allah: "Mən onları sənə baxışlarından tanıtdıraram" deyir. Həqiqətən də onların şeytani baxışları vardır. Mürşidlər, böyük alimlər, peyğəmbərlər Allahın izni ilə onları tanıya bilirlər. Baxışlarında bir anormallıq olur, yəni qəribə baxışları var və Allah: "(yersiz, xoşagəlməz) danışıqlarından da onları tanıyarsan" deyir. Xoşagəlməz, yersiz danışıqları deyərkən Quranı və Allahı xatırlayaraq danışarlar. Dillərini əyib-bükərək, lazımsız yerlərdə istifadə edərlər. Dil əyib-bükmələri onların şeytani üsuludur. Peyğəmbər (s.ə.v)-in yanında "sən Allahın Rəsulusan" deyərlər. Halbuki, inanmaz, amma ehtiyacı olduğuna görə dilə gətirib deyər. Çünki Peyğəmbər (s.ə.v)-in yanına gəldikləri vaxt yaxşı biri kimi görünmək üçün "sən Allahın Rəsulusan" deməyi lazımdır. Münafiqlərin belə bir xüsusiyyətləri vardır. Qadın düşməni olduqlarına görə də möminlərin qadınlara olan məhəbbəti onlara çox ağır gəlir. Gözəlliyə olan məhəbbəti qəbul etmirlər. Məsələn, zənginliyi, müsəlmanların gücünü, evlərinin təmizliyini, hakimiyyətini qısqanarlar. Müsəlmanların bir-birinə olan itaətini, hörmətini qısqanarlar. Münafiq itaət etməyə nifrət edən məxluqdur. Özünü, haşa, Allah hesab edir. Ona görə itaətdən şiddətlə qaçarlar. Sənətə, gözəlliyə, estetikaya düşməndirlər. Hz. Həsən (r.ə)-ə, Hüseyn (r.ə)-ə, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı kökündə də bu vardır.  Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in evliliklərini qısqandılar. Hz. Həsən (r.ə)-in evliliklərini qısqandılar. Qadınlara qarşı olan məhəbbətini qısqandılar. Hələ saymaqla davam etmək olar. Əgər küfrün kafir saytlarını, münafiq saytlarını açıb baxsanız qəzəblərinin hələ də davam etdiyini görərsiniz. Sakit durmazlar. 1400 ildən bəri o hirsləri hələ də soyumayıb. Peyğəmbərimiz (s.ə.v)-in Zeynəb anamızla evliliyi münafiqlərin çox acığına gəlmişdir. Çünki onların o fanatik, primitiv, o mühafizəkar fikirlərinə görə belə şeylər heç vaxt olmamalı idi. Amma Allah onu ona bir nemət olaraq, gözəllik olaraq vermişdi. Tövratda da deyilir ki, Kral Süleyman Fironun qızını da alıb, nigaha girib. Eyni zamanda Moğollu, Emmovlu, Edonlu, Saydalı və Hittili bir çox xarici qadını sevdiyi deyilir. Hz. Süleyman (ə.s) onlara sevgi ilə bağlanmışdı. Diqqət edin, “sevgi ilə bağlandı” deyir. Hz. Süleyman (ə.s)-ın kral qızlarından 700 arvadı və 300 cariyəsinin olduğu bildirilir. Cəmi 1000 nəfər xanımı var idi. Aşiq idilər qadınlar, eşqlə, Allah eşqi ilə gəlirdilər, yəni bəzi ağılsızlar bunu saf şəhvətə aid bir məntiqlə yozurlar. Bu məntiq yalnız münafiqlərin və küfrün ağlına görədir. Halbuki, Allah eşqinin təcəllisi olaraq hz. Süleyman (ə.s) bunu istəyir. "Ya Rəbbim, mən bu sevgini, bu varlıqların sevgisini Sənin rizan üçün istədim" deyir. Buna aid Quran ayəsi dəǝ var. Məsələn, atları oxşayır. Boyunlarını sığallayır, oxşayır. Allah sevgisindən onlara sevgi bəsləyir. "Atlara yaxınlaşır, boyunlarını sığallayır, oxşayır, ayaqlarını oxşayır" deyir. Sarayı möhtəşəm idi, hər yer qızıldan hörülmüşdür. O dövrün münafiqləri "çox israf edirsən" deyirdilər. "Nə edirsən sən, hər yeri qızıldan düzəldirsən?" deyirdilər. Quranda da Allah tərifləyir. Çanaqlar (qablar), yerindən tərpənməyən iri qazanlar, heykəllər olan böyük bir saray tikdirdi. Allah ona nəsib etdi. Allah yaratdı. Amma bu, münafiqləri çox narahat etdi. Hələ dəǝ min illərdir ki, bundan danışırlar və dəfələrlə hz. Süleyman (ə.s)-ın o möhtəşəm məbədini yıxdılar. Dəfələrlə yıxıldı. Hz. Mehdi (ə.s) dövründə təkrar qurulacaq, bərpa ediləcək. Hz. Mehdi (ə.s) babasının məbədini yenidən quracaq, inşaAllah. Hz. Süleyman (ə.s)-ın eyni ehtişam və eyni gözəlliyi ilə yenidən quracaq. Münafiqlər mənəvi cəhətdən yanıb-töküləcəklər, əziyyət çəkəcəklər, yəni onlara (mənəvi) iztirab çəkdirəcək, inşaAllah.
O dövrdəǝki, münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyini də qısqanırdı. Hz. Həsən (r.ə)-in özünəməxsusluğunu, sevgisinə də paxıllıq edirdilər, bu barədə dünən də oxumuşdum. Hz. Həsən (r.ə) "müştəba," Hz. Mehdi (ə.s)-ın babasıdır. "Ta ki (günahdan, haramdan uzaq olan), ağıllı, tahir, sıbt (nəvə) və 90-100-ə yaxın qadınla evləndiyi rəvayət edilir". Həm də 300 nəfər cariyəsi olduğu da rəvayət edilir. Halal olsun babama, min dəfə, milyon dəfə, sonsuz halal olsun. Bu münafiqləri çox narahat edirdi. Ona görə mallarını mülklərini əllərindən almağa, şəhid etməyə çalışdılar. Allah da onlara cənnət nəsib etdi. Yenə dayandıra bilmədilər və "Axırzamanda, mənim nəslimdən, mənim nəvələrimdən Mehdi bütün dünyanın mülkünə hakim olacaq" deyir. Münafiqləri pərişan edəcək, onlar üçün bu bir zülm olacaq. Hal-hazırda da münafiqlər yanıb qovrulurlar... Allah Nəhl surəsi, 58-ci ayədə münafiqlərdən və küfrdən bəhs edir: "Onlardan birinə"-yəni münafiqlərdən, küfr əhlindən birinə "qız uşağının olması ilǝ müjdə verdikdə, içi qəzəbindən daşaraq üzü qapqara qaralar" deyir Allah. Allah anti-qadın olduqlarını bildirir. Münafiqlər qadınlara nifrət edərlər. Ona görə onlardan  uzaqlaşarlar. Yəni pozğun niyyətlidirlər. Diqqət edin: "müjdə verdikdə içi qəzəbdən daşar, üzü qapqara qaralar" deyir Allah.
Bu mövzuya aid bir çox Quran ayələri var, bunlardan biri də belədir: "Onlara qız uşağının olması ilə müjdə verdikdə, içi qəzəbindən daşaraq üzü qapqara qaralar. Qəhrindən udqunduqca  udqunar" deyir. Yəni münafiqlərin çox böyük qadın nifrəti vardır. Bu küfrün xüsusiyyətidir. Müsəlmanda isə tam tərsinədir. Münafiq və kafir müsəlmanın qidasıdır.

Rəhmətlik Nəcib Fazil Qısa Kürək bu haqda nə deyir bilirsinizmi? "Ey düşmənim” –yəni- "Ey münafiq, ey kafir, sən mənim ifadəm və sürətimsən" deyir. "Səninlə sürətim çoxalır. Beynim açılır, qan vurur beynimə, şövqüm artır" deyir. Yəni "cəhdimin əzmi artar. Necə ki, gündüz gecəyə möhtacdır, mənə də sən lazımsan. Müsəlman münafiqsiz bir iş görə bilməz, inşaAllah.