5-ci söhbət

1 avqust 2010-cu il www.harunyahya.tv

OKTAR BABUNA: Münafiqlərdən bəhs etmişdik. Allah yolunda mallarını xərcləməkdən şiddətlə çəkinərlər. Buna aid Quranda ayələr var, inşaAllah.

ADNAN OKTAR: Ələ keçirdiyi malı belə geri almaq üçün çalışarlar. Münafiqi ən çox yandıran Allah yolunda mal sərf etməkdir. Ayədə bu keçir: "istəməyərəkdən verərlər" deyilir. Allah yolunda malını sərf etdikdə çox əziyyət çəkərlər. Elə bil ciyərindən, ətindən qopur.

OKTAR BABUNA: Dediyiniz kimi dinlə, imanla heç əlaqələri olmaz. Yəni İslam Birliyinin qurulması üçün, darvinizm, materializm üçün heç bir iş görməzlər.

ADNAN OKTAR: Bəli, münafiq haqqında soruşanda bunun haqqında heç danışırlarmı? Danışsalar, artıq hz. Mehdi (ə.s)-ın əsgəri olarlar. Bu haqda heç söhbət gedə bilməz. Əgər münafiq bir adama İslamı öyrətsə, bu zaman hz. Mehdi (ə.s)-a əsgər yetişdirər. Hz. Mehdi (ə.s)-a nifrət etdiyinə görə heç vaxt bunu etməz. O yalnız malının, mülkünün, tayfasının qurtarılması üçün çalışar. Amma Allah: "bir qohumluq bağı yoxdur"-yəni- "küfr içində olan, münafiq olan onsuz da sizin ailənizdən deyil" deyir. Münafiq bunu başa düşməz, ona görə də məzarları ziyarət etməyə gedər, atasının, babasının, atasına kimi olanların məzarlarını ziyarət edər. Münafiqin məntiqi səhvdir. Şeytani, iblisani məntiqi vardır. O müsəlmanlara verilən nemətin qarşısını necə almaq barədə fikirləşər,  müsəlmanların zənginliyi onlara çox əziyyət verər. Ona görə Allah hz. Süleyman (ə.s)-a və hz. Zülqərneyn (ə.s)-a böyük zəngilnlik verdi, hz. Mehdi (ə.s)-a isə bütün dünyanı verəcəyini deyir və bununla bütün Allah münafiqləri pərişan edəcək. Münafiqlərin, kafirlərin dəfələrlə dağıtdığı, babası hz. Süleyman (ə.s)-ın məscidini bərpa edəcək. Yenidən təmir edəcək, inşaAllah.

TARKAN YAVAŞ: "Möminləri qoyub kafirləri (özlərinə) dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki, qüvvət və əzəmət tamamilə Allaha məxsusdur" (Nisa surəsi, 139). İnşaAllah. Münafiqlər öz düşüncələrinə görə müşriklərin, münafiqlərin güclü və qüdrətli olduğunu zənn edirlər və onların yanına gedərək daha güclü olacaqlarını fikirləşirlər, buna görə də möminləri tərk edib gedirlər. Halbuki, Allah deyir ki, inşaAllah "bütün güc və qürur möminlərə aiddir",  inşaAllah.

ADNAN OKTAR: MaşaAllah. İndi münafiqlərin yanıldığı bir nöqtə var. Münafiqlər çox mala həris, xəsis və pis insanlardır. İndi münafiq münafiqin yanına getdiyində, o biri münafiqin malını mülkünü yeyəcəyini, hər şeyini alacağını fikirləşir. Halbuki, digər münafiq də onun kimi mal hərisidir, xəsisdir və buna görə hər zaman yanına gələn münafiqi əzər. Ona görə Allah ayədə bir-birlərinə nifrət etdiklərini bildirir. O nifrətlə daha da pisləşər, əziyyət çəkər, çünki onun nəfəsinə görə bir cür əziyyət çəkər, murdar nəfəsinə görə bir başqa cür əziyyət çəkər, pis baxışlarından, murdar təəssüratından, pis danışıqlarından, murdar mənliklərindən bir başqa cür əziyyət çəkər. Hər bir pis xüsusiyyəti ona fərqli-fərqli əziyyət verir. Yəni onlar bir-birlərinə çox pis təsir bağışlayarlar. Münafiq münafiqi yandırar. İkisi də bir-birini yandırıb-yaxar, qovurar. Ona görə münafiqlər bir-birlərinin yanına ruzi-bərəkət tapacağını düşünərək, yəni mal, mülk əldə edəcəyini düşünərək gedər, bir-birlərini soymağa çalışarlarlar. Biri o birisindən mənfəət əldə etməyə çalışar. Məsələn, Əbu Cəhl o dövrün azğını, münafiqi, kafiri idi. Onun yanına başqa münafiqlər gəlirdi, o da onlardan istifadə edirdi, yəni pisliyini təmizlətdirirdi, özünə xidmət etdirirdi, kölə kimi işlədirdi, amma bir qəpik də verməzdi, çox alçaldırdı.