6-ci söhbət

2 avqust 2010-cu il, Adıyaman asu tv

TARKAN YAVAŞ: Allahın yad edilməsindən çox narahat olarlar. Amma diqqəti cəlb etməmək üçün dillərinin ucu ilə Allahı xatırlayarlar. Bu cür haşa, sırf Allahı anmış olmaları üçün Allahın adını zikr edirdilər.
ADNAN OKTAR: Xeyr, müsəlmanlara elə görünmək üçün edirdilər. Çünki birbaşa dinsiz olduğunu desə, danışmağa bir şeyi qalmaz. Müsəlmana hücum etmək, nəyisə demək üçün əvvəl təqvalı olduğunu iddia etməlidir, yəni özünü mömin kimi göstərmək məcburiyyətindədir. Bu münafiqin pərdələndiyi bir örtükdür. Yəni bilinməməsi üçün zahirini münafiq ayə, hədislə pərdələyər. Necə məsələn, QİÇS virusu, tanınmamaq üçün xüsusi bir zülalla özünü bürüyür, hüceyrəyə girir. İndi haşa bənzətmək kimi olmasın, Quranı tənzih edirəm, münafiq də özünü Quranla, hədislə örtər, büruzə verməməyə çalışar ki, müsəlmanlarla savaşa bilsin. Çünki başqa cür müsəlmanın qarşısına çıxsa, müsəlman: "sən onsuz da dinsiz, kafir olduğunu açıq şəkildə bildirirsən, mənimlə nə danışacaqsan?" deyər. Amma münafiqlə üz-üzə gəldikdə, münafiq normal müsəlman kimi olmasa da, müsəlmana: "sən də normal bir müsəlmansan, mən də bir müsəlmanam"- deyər və bu zaman müsəlman danışacağı bir şey olmadığını düşünə bilməz, çox iddialı da olmaz. Münafiq çox iddialı ortaya çıxar. Yəni ən ağıllı, övliya, ən yaxşı bilən, hər şeyi çox yaxşı qavrayan, hətta özünü o qədər yuxarı tutar ki, Peyğəmbər (s.ə.v)-dən də özünü üstün sayar, əsl dünyasında da özünü haşa Allahdan üstün sayar. Özünü Allahdan daha mərhəmətli, daha ağıllı, daha doğru düşünən olaraq görər. Münafiqin əsl dünyası belədir. Diqqət etsəniz bütün münafiqlərin hamısının özünü ağıllı hesab edən və çox bilmiş olduğunu görərsiz. Dərindən fikirləşsək, tarixə baxsaq, görərik ki, hamısı həddindən artıq bilmişdirlər. Hər şeyi çox doğru bildikləri qənaətindədirlər. Düzgün diaqnoz qoyduğunu, düzgün anladığını düşünər və dini də ən yaxşı anlayan iddiasındadır. Yəni Qurana tam hakim olduğunu fikirləşirlər. Əsri-Səadətdə Rəsulullah (s.ə.v) dövründə, Drar məscidinin münafiqləri öz ağıllarına görə həmişə alim idilər. Yəni guya Quranı ən yaxşı bilənlər onlar idi. Haşa, Peyğəmbərimiz (s.ə.v)-ə, səhabələrə Quranı öyrətməyə çalışırdılar. Həddindən artıq çoxbilmiş, lovğa, təkəbbürlü, itaət etməyən, azğın, şeytan və iblis xarakterli idilər. Yəni şeytanın insan modelidirlər. Şeytan tipik münafiqdir. İlk baxışda sanki şeytana baxırıq. Mərhələlərə diqqət edin, o da əvvəl müsəlmanlarla birlikdə cənnətdə yaşayır. Sonra çoxbilmişliyi ortaya çıxır, münafiq xarakterli olduğuna görə: "sizə əbədiyyət ağacını və sonsuz olmağı, sonsuz mülkü sizə öyrədəcəyəm" deyir, yəni haşa Allahdan üstün olduğunu, Allahdan fərqli bir məlumata sahib olduğunu və onlardan da ayrı bir məlumata sahib olduğunu iddia edir.
Artıq bir anormallıq, yəni müsəlmanları öz iblis ruhuna çəkmə meyli var, müsəlmanları da özü kimi etməyə çalışır. Müsəlmanları məhv etməkdə qərarlıdır. Allah deyir ki, Allah (şeytanın) təkəbbürlüyünü bildiyi üçün "Adəmə səcdə et" deyir. Münafiq olduğuna görə sanki başına isti su tökürlər. Onsuz da itaət ona ən çətin gələn məsələdir, Allaha itaət etmək də ona çətin olar. Amma o vaxta kimi bunu bildirməmişdir. O vaxta qədər bu hissi gizlətmişdir. Amma “Adəmə səcdə et” deyiləndə iç üzü açılır. Münafiqin ayrılma nöqtəsi vardır. Münafiq dözər, dözər birdən bağırsaq kimi qopar. Əvvəlcə bir şey etməz. Yəni onun müqavimət göstərmə nöqtəsi vardır. Allah ən həssas nöqtəsindən onu vurur. Ona görə Allah münafiqləri ayırarkən həmişə onları dözməyəcəkləri nöqtəyə gətirib, oradan qoparar. Müsəlman camaatında bu belədir. Onların dözməyəcəkləri bir nöqtə vardır. Həssas yerindən vurulmuşdur. Ona görə artıq münafiqliyini elan edir və müsəlmanlardan ayrılıb fərqli bir mövqedə dayanar. Allah onu ən həssas yerindən vurar, Allah: "səcdə edəcəksən" deyir. Dərhal o lovğa, axmaq başıyla "məni oddan, onu isə palçıqdan yaratdın"-deyir. Sanki, Allah bilmir kimi nədən yaradıb, haşa. Ağılsız olduğuna görə: "mən ondan daha üstünəm, mən ona səcdə etmərəm" deyir və itaətsizlik göstərir. Çünki itaət etmək münafiqə ən çətin olan, dözə bilmədiyi mövzudur. Münafiq heç kimə itaət etmək istəməz. Dikbaş və bölünməyə, parçalanmağa meyillidir. Müsəlmanlarda birləşdirmək vardır. Münafiqdə isə parçalamaq, ayırmaq meyli vardır.  Daima dağıtmaq, parçalamaq və mülk sahibi olmaq meyli vardır. Diqqət edin, deyir: "sizi sonsuz bir mülkün sahibi edim?" Hz. Adəm (ə.s) və hz. Həvvanı da məhz o damarından tutmağa çalışır. Çünki öz problemi də onun sonsuz mülk sahibi olmaqdır. Mal həvəsi var və itaət etməzlər. Özü itaət etmədiyinə görə, onların da itaət etməyini istəmir. Onları da itaətsizliyə çəkir, əsas məsələ də budur. Bir də ki, axirətə getdiyində: "mən Allahdan qorxuram" deyir, dəliliyindən belə ağlasığmaz cavablar verir. Əgər Allahdan qorxursansa bəs niyə bunları edirdin? Bu hərəkətlərin səbəbi nə idi? Belə ağılsızdır. Gözlənilməz hərəkətlər edər. Birdən-birə: "mən Allahdan qorxuram, siz özünüz gəldiniz" deyir. Bütün ömrü boyu insanları yoldan çıxartmağa çalışır və sonda da: "Mən belə bir şey etmədim" deyir. Şeytanın axmaqcasına özünü müdafiə sistemi var.
Münafiqlər də belədir. "Mənim belə bir iddiam yox idi. Mən yalnız dəvət etdim siz də gəldiniz, mən Allahdan qorxuram" deyər. Yəni ağılsızdır. Dünyada olarkən bu ağılsızlığı etmədinmi? Sənə bir müddət verilmədimi? Baxın, münafiqlərə, tarixə şeytanla eyni xüsusiyyətdə olduğunu görərsiniz. Münafiq şeytanın ən güclü təcəllisidir. Küfrə daha zəif təcəlli edər. Çünki küfrdə mərdlik vardır, küfr əhli fikrini açıq şəkildə bildirər. Şeytan isə mərd deyil, xaindir.
Bu cəhətdən fərqlənirlər. Ona görə münafiq cəhənnəmin ən dərin yerindədir. Şeytanlarla birlikdə həşr edilirlər. Quranı araşdırdığınızda bunu görərsiniz, çox ətraflı araşdırın və münafiqlərin həyatına baxın, eynilə Quranda verildiyi kimi olduqlarını görəcəksiniz. Məsələn, şeytan alim ola bilər, çoxlu məlumatlara malik ola bilər. Münafiqlər də eyni şəkildə hər şeyi təfərrüatlı şəkildə araşdırar. Məsələn, şeytan qarışıq məsələləri çox yaxşı bilər, münafiq də qarışıq tərəfdən yaxınlaşmağa çalışar. Məsələn, insanların zəif nöqtələrindən yaxınlaşar. Çünki öz münafiq ruhunda öz-özünə: "nədir mənim istədiyim?"―deyə soruşur və itaətsiz olduğunu, mala-mülkə həris olduğunu düşünür, darlığa düşəndə də Allahdan qorxduğunu, Allaha bağlı olduğunu, özünün də bir günahı olmadığını düşünür. Lakin hz. Adəm (ə.s) şeytanın bu oyununu başa düşdü. Çox yüksək ruhlu bir insan idi. Üstü-başı açılanda, təbii ki, öz ehtiyaclarını gördü, hadisənin şiddətindən ağladı, çünki cənnətdə bunlar yox idi. Bir də gördü ki, təbii ehtiyacları var. Çox qeyri-adi vəziyyət yarandı. Məsələn, acmağa başlayır, susayır, çimməli olur, üşüyür, istilənir, yəni çox acınacaqlı vəziyyət yaranır. Cənnətdən yer üzünə gəldikdə bu fərq ona kifayət etdi. Cənnətlə dünya arasındakı fərq ona belə kifayət etdi. Cənnətlə müqayisədə dünya sanki cəhənnəm kimi olur. Bunu başa düşərək qəti tövbə etdi və peyğəmbər oldu, bilirsiniz. Həvva anamız da vəli, övliya, çox möhtərəm bir insan idi. O da tövbə etdi və Allaha tam qul oldu. Allah da onlara kömək etdi.
Amma münafiq çox qərarlıdır. Allah ona görə onlar haqqında belə deyir: "Onların ürəkləri parça-parça olmadıqca əsla imtina etməzlər" (Tövbə surəsi, 110). Münafiq tamam fərqli bir şeydir, heç vaxt qərarından dönməz, yəni nə etsən də, istər yağı üstə çevir, istər başı üstə çevir xeyri yoxdur, ağılsızdır ki, ağılsız, ayaq üstə basdırsan da yenə ağılsızlığından əl çəkməz, dayanıb yenə öz istədiyini edər. Vaxt keçdikcə də özünü övliya kimi, həqiqətən peşman olmuş kimi göstərər. Necə ki, axirətdə, cəhənnəmdə "mən Allahdan qorxuram" deyir. Şeytanın bu cür üslubda olması şoka salan, heyrətləndirici bir hadisədir. Ömrü boyu iblislik etmiş, sonra da “mən Allahdan qorxuram” deyir. Bununla bir daha açıqlama verir, bu da yenə şok açıqlamadır, çox təəccüblüdür. "Mən sizi dəvət etmədim" -deyir. Kim etdi bəs? "Mən yalnız dedim siz də qəbul etdiniz" deyir. Bir yandan baxanda həqiqətəndə düz deyir, elə bir gücü yoxdur, amma məhz insanlara da məhz onların etməsi üçün çalışar, yəni etməməsi üçün deyil, etməkləri üçün deyər. Amma buna baxmayaraq həqiqəti bilir. Məsələn, şeytan hz. Mehdi (ə.s)-ı tanıyır. Peyğəmbər (s.ə.v)-in də peyğəmbər olduğunu bilir. Münafiqlər də Peyğəmbər olduğunu bilir. Amma tabe olmazlar, çox təəccüblü bir şeydir. Məsələn, Peyğəmbər (s.ə.v)-in yanında "Sən Allahın Rəsulusan" deyirlər, bilir əslində, amma daxildə çox böyük qəzəb, kin bəsləyərlər, şeytani ruhları var və buna görə də itaət etməzlər. Çox təəccüblüdür, yəni münafiqin və şeytanın ağılsızlığı çox dərindir. Amma hz. Mehdi (ə.s) anti-şeytandır, anti-iblisdir, anti-dəccaldır. Ona görə hz. Mehdi (ə.s) dövründə şeytan öldürülür. İlk dəfə həqiqi mənada şeytan məhv edilir, inşaAllah. Şeytan bütün dünyada məğlub ediləcəkdir və hər kəs hz. İsa Məsih (ə.s)-ın köməyi ilə iman edəcək.
SERDAR DAYANIK: Sizin izah etdiyiniz mövzu ilə bağlı bir ayə var. Həm münafiqlərin xüsusiyyəti, həm də şeytanla olan iş birliyinə işarə edir, inşaAllah. Bəqərə surəsi, 14-cü ayə, qovulmuş şeytandan Allaha sığınıram: "Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik! deyərlər."

ADNAN OKTAR: Yəni belə ağılsız ruhu vardır. Vaxt keçdikcə həqiqətən müsəlman kimi danışır. Məsələn, münafiq peşman olmuş kimi özünü göstərir. Amma bunun ardınca münafiq cildinə girər, təcavüzkarlaşar, azğınlaşar yenə peşman olmuş bir üslubdan istifadə edər. Bunları Quranda görürük. Ona görə müsəlman münafiqin ruh halını yaxşı qavramalıdır. Münafiqin üstünlüyünü minimuma endirmək lazımdır. Yəni hiyləgər və özünü büruzə vermədiyi üçün üstünlüyü var, amma bütün hiyləgərliyi və gizliliyi ortaya çıxartsaq, üzə çıxartsaq, münafiqin qolunu, qanadını qırmış olarıq. Bizim edəcəyimiz də məhz budur. Yəni halını, rəftarını, əlamətini, oyunlarını, taktikalarını bütün müsəlmanlara izah edib münafiqi iflic edəcəyik, yəni onun gizlilik gücünü məhv edəcəyik. Ən azından minimuma endirəcəyik. Amma buna baxmayaraq yenə gizlənsə bu başqa məsələdir. Amma biz onları yod kimi üzə çıxartmaq üçün əlimizdən gələni edəcəyik, inşaAllah.