7-ci söhbət

3 avqust 2010–cu il, Çay tv

ADNAN OKTAR: Münafiqi başa düşmək üçün şeytanı yaxşı dərk etmək lazımdır. Münafiq şeytanın birbaşa eynisidir. Yəni ona ağılla baxmaq lazımdır. Məsələn, münafiqə baxarkən və kimisə tanımaq istəyəndə, şeytan ilə əlaqədar olan ayələrə baxmalıyıq. Şeytanın əsas xüsusiyyəti nədir? Haşa, şeytan Allah olmaq istəyər. Haşa, Allahı bəyənmir. Yəni: "mən daha ağıllıyam, daha uzaqgörənəm" -deyir. Çox primitiv məntiqə sahib olduğu üçün, hikmət gözü ilə, ledun gözü ilə baxmadığına görə çox axmaqcasına qərarlar verir. Məsələn, çox səthi məntiqə sahibdirlər. Deyir: "mən oddan yaradıldım, insanları isə torpaqdan yaratdın". Buna görə də, haşa, Allaha: "məntiqsiz qərar verirsən"-deyir. "Onlar mənə səcdə etsin, mən niyə ona səcdə edim?" deyir. Yəni tamamilə axmaqdır. Hadisəyə ledun gözü ilə, dərin düşüncə ilə baxmır və əvvəldən Allah haqqında bir qərar vermişdir. Yəni Allaha qarşı çıxmışdır, haşa, Allahdan böyük olmaq qərarına gəlmişdir, haşa, özü Allah olmaq istəyir. Allah da imtahanın əsasını uyğun yaratdığı üçün şeytana imkan verir. Çünki həqiqətən imtahanın meydana gəlməsi üçün ona ehtiyac var. Dərhal da nalayiq hərəkətlərini və dəliliyini insanlara yaymağa başlayır. Məsələn, çox eqoist olduğuna görə hz. Adəm (ə.s)-a, haşa, sən Allahdan böyüksən demək istəmir. Çünki, haşa özü Allah olmaq istəyir. Amma onu öz təsiri altına almaq üçün, onun zəif nöqtəsinin nə olduğunu düşünür, bunu tapmaq üçün ilk növbədə özünə baxır və öz zəif nöqtəsinin nə olduğun düşünür. Öz zəifliyi nədirsə insana da həmin nöqtədən yanaşır. Məsələn, özü mal-mülk sahibi olmaq, rahat olmaq və sonsuza qədər yaşamaq istəyir və haşa, Allahdan da şübhə edir. Yəni “görəsən sonsuza qədər yaşadacaq ya yox, sonsuza qədər imkan verəcəkmi” kimi şübhələri var. Həmin fikirləri də hz. Adəm (ə.s)-a təlqin edir. Deyir: "sənə sonsuzluğun sirrini verim? Sonsuzluğun yolunu sənə göstərim? (sonsuz olmağın yolunu)". Birdən hz. Adəm (ə.s)-ın ağlına şübhə salır. Halbuki, Allah onsuz da onu yaşadacaq. Orada hz. Adəm (ə.s)-ın Allaha etibar etməyi lazım idi. Peyğəmbər səhvinə “zəllə” deyilir. Zəllə işlətmiş olur və şeytana uyur. Məsələn, münafiq ilk mərhələdə onu özünə bir addım yaxınlaşdırır. Təbii ki, ikinci üçüncü, dördüncü mərhələləri də vardır, amma Allah o mərhələdə hz. Adəm (ə.s)-ı xilas edir, yoxsa şeytan ondan əl çəkməzdi. O yedirtdiyi ilə kifayətlənməz, inkişaf edərək qrup olmaq istəyər. Mələkləri, haşa, heç əhəmiyyətli saymaz. Bunun səbəbi isə hz. Adəm (ə.s)-a səcdə etməkləridir. Bununla onların məğlub olduğunu düşünür. Yəni qürurlu, eqoist, təkəbbürlü olduğuna görə onların o xüsusiyyətləri itirdiyini düşünər, onlara heç toxunmaz. Yalnız hz. Adəm (ə.s)-a da Allahın ona dəyər verdiyinə görə qəzəblənər. Onu da istəmir. Yalnız özünə əhəmiyyət verilməsini istəyir.
Həm də şeytan, özünü guya Allahı gizli sevən, gizli hörmət edən, amma biruzə vermək istəməyən kimi göstərər. Bu cür anormal xarakterə malikdir. Çünki bir tərəfdən "mən Allahdan qorxuram"–deyir, bir yandan da ağılsızlıq edir, çox təəccüblü hərəkətlər edir. Anormal bir davranışı var. Hətta cəhənnəmi gözə alaraq dəliliyini davam etdirir. Cəhənnəmə gedəcəyini bilə-bilə bunu edir. O qədər ehtiraslı, o qədər azğın, psixopat tiplərdir ki, hətta başını divara vurar, özünü yandırar, sanki manyakdır. Hər şeyi gözə alar. Buna görə "cəhənnəmdə sonsuza qədər yanarsan" deyirsən. "Qoy yanım" deyir. Şeytan bu cür manyakdır. Münafiq də elə onun kimi  manyakdır. Yəni bilir, amma buna baxmayaraq elədiyini də edir. Məsələn, belə manyak insanları filmlərdə verirlər, hansı ki, insanlar şüuraltında bildiklərinə görə göstərərlər, yəni bu cür hərəkətlər edərlər. Diqqət edin, sonsuza qədər cəhənnəmdə qalmağı gözə alacaq qədər azğındırlar. Amma orada da düşüncəsinə görə özünə haqq qazandırmağa çalışır. Deyir: "mən Allaha iman edirəm, Allahdan qorxuram və mən sizi elə təşviq etmədim", bu cür fikirlərlə orada insanları alçaltmağa çalışır. Orada da eqoist davranır, "mən sizi yalnız çağırdım" deyir. "Siz o qədər düşüncəsiz, o qədər ağılsızsınız ki, yalnız bir dəvətim belə kifayət etdi. Gedib azğın, anormal oldunuz. Mən sizə belə bir şey dedimmi? Gedin belə bir hərəkət edin demədim. Yenə də eqoistlik və təkəbbürlülük edir. "Cəhənnəm də heç əhəmiyyətli deyil, qoy yanım" deyir və şeytan sonsuza qədər Allaha qarşı dikbaşlıq edir. Yəni psixopat manyakdır. Ona görə Allah: "cəhənnəmdə dərindən peşman olarlar" deyir. Millət zənn edir ki, cəhənnəmdə fikrindən yayınar, amma yenə öz fikrində qalır. Yəni sonsuza qədər fikrindən dönmür, yəni manyakdır. Allah onu elə yaradıb. İnsan həmişə peşman olduqlarını zənn edir, amma heç vaxt peşman olmazlar. Hətta ayədə: "peşmanlığını gizlətmək üçün göz ucu ilə baxar" deyilir. Yəni yenə özünü haqlı çıxartmaq üçün eqoistlik edir. Dünyadakı münafiqlərə də diqqət etsək onlara da ağır gəldiyini görərik.
Məsələn, münafiqlər Drar məscidi quranda, haşa, Peyğəmbərimiz (s.ə.v)-i bəyənmədilər. Əslində Allaha qarşı da haşa daxilən kin bəsləyirdilər, amma bunu birbaşa, açq şəkildə ifadə edə bilmirdilər, ona görə məscidə ehtiyacları olur. Çünki məscidi olmasa kimsə gəlməz. Yəni birdən-birə Allahsız, Kitabsız olduqlarını desələr heç kim gəlməzdi. Ona görə "Allaha inanırıq" deyirlər ki, məscid olsun. Yəni məscid onları br az hərəkətləndirir. Məsələn, namaz qılmaları onları hərəkətləndirər. Buna görə saqqal buraxır, cübbə geyinir, başına sarıq sarıyır, təsbeh çəkir. İnsanlar da elə bilir ki, bunlar hər halda müsəlmandırlar. Halbuki, elə deyil, onu haşa bir tələ olaraq istifadə edir. Çünki onu istifadə etməsə açıq kafir olar. Bu isə onun fikrinə görə işinə yaramır, o münafiqliyi istəyir. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı qəzəblərini açıq-aşkar büruzə verə bilmədiklərinə görə, belə bir məscid vasitəsi ilə fikirlərini deməyi uyğun hesab edirlər. Məsələn: "buraya baxın, bu məscidə heç bir qadın girməz. Amma Peyğəmbər (s.ə.v)-in məscidinə gedin, oraya, qadınlar da gəlir" deyirlər. Yəni "biz, qadına qarşı heç nə hiss etmirik, görürsünüz. Biz dünyadan üz döndərdik. O qədər təqvalıyıq ki, bizim qadın şəhvətimiz yoxdur. Amma onların qadınlara qarşı istəkləri var, həssasdırlar. Biz bəzək əşyası taxmırıq" deyir. Halbuki, Allah: "Zinətlərinizi taxıb gəlin məscidlərə" deyir. Onlar isə: "Zinət dünya həyatının bəzəyidir, bizim bər-bəzəklə işimiz yoxdur, niyə zinət taxmalıyıq ki? Biz özümüzü Allaha təslim etmiş insanlarıq, zinət niyə taxmalıyıq ki?" deyirlər. Allah ayədə: “zinətlərinizi taxın” deyir, onlar isə "olmaz, təqvaya uyğun deyil", deyirlər. "Biz tamamilə özümüzü Allaha verdik" deyirlər.

  SERDAR DAYANIK: Qovulmuş şeytandan Allaha sığınıram, Əraf surəsi, 31-ci ayə: "Ey Adəm övladı hər məscid yanında zinətlərinizi taxın. Yeyin-için, lakin israf etməyin. Çünki o israf edənləri sevməz''.

ADNAN OKTAR: Hal-hazırda zinət münafiqə ən ağır gələn bir şeydir. Hz. Süleyman (ə.s)-ın zinətləri, hz. Həsən (r.ə)-in, hz. Hüseyn (r.ə)-in paltarları, Peyğəmbərimiz (s.ə.v)-in paltarları, cübbəsi də onlara ağır gəlirdi. "Bir baxın, biz çula büründük gəldik. Əynimizdə çul var. Yəni o qədər təqvalıyıq ki, neçə gündür yemək də yemirik. Qadınlara marağın varmı? Haşa, sən mənim anam kimisən" deyir, arvadını da özünə haram qılır. Yəni cinsi əlaqəyə nifrət edən üslubları var. Amma halal olan cinsi əlaqəyə və qadına nifrət edərlər. Təmiz və gözəl geyinməyə, zinətlərə nifrət edərlər. Bir də dinin asan olması onları daha da boğur. "İnsanlar namazını qılır çıxıb gedirlər, belə olmaz, onları məscidə dəvət edin" deyir. İnsanları məscidə çağıraraq axşama qədər dedi-qodu edir. Oranı, haşa, bir yığıncaq qurmaq üçün istifadə edir, yalnız dedi-qodu ediləcək bir yer olaraq istifadə edir. Yəni münafiqlərin o qədər çox fırıldaqları vardır ki, bir, iki, on deyil. Amma hamısını Qurana uyğun, Peyğəmbər (s.ə.v)-in sözünə uyğun iddiası ilə edərlər. Məsələn: "Peyğəmbər dünyadan üz çevirin demədimi?" deyir. Dedi, amma o mənada deyil. Peyğəmbər demir ki, dünyanı tamamilə tərk edin, avara-avara sürünün. O, dünyanı Allahın dininə xidmət etmək üçün istifadə edin" deyir. Ayədə də Allah: "Dünyadakı nemətlər sizindir. Axirət də yalnız sizindir" deyir. Əlbəttə ki, möminlər dünya nemətlərini istifadə edəcək. Amma münafiqlər bunu başqa mənaya yozaraq: "heç istifadə etməyin dedi" deyir. Sanki, Peyğəmbər (s.ə.v)-in dediyini, Peyğəmbər (s.ə.v)-ə öyrətməyə çalışır və təhrif edir. Ümumiyyətlə, təhrif edilmiş hədislər o dövrün münafiqlərindən qaynaqlanır. Hansı ki, bu günə kimi təhrif edilmiş, azğın inanclar kimi gəlib çıxıb. Hamısının mənbəyi o Drar məscidindəki münafiqlərdir, Bu fırıldaqçı, saxtakarların nəsli indiyə kimi davam edir. Uydurma rəvayətləri, uydurma şərhləri var hansı ki, hər cür azğın inanclardan ibarətdir. Ona görə münafiqlərin bir çox üzü var, bir tərəfdən Peyğəmbər (s.ə.v)-i heç qəbul etməzlər, bir tərəfdən də özlərini Peyğəmbər (s.ə.v)-i çox sevən kimi göstərərlər. İki fərqli cərəyanla çıxmışdır. Məsələn, İslam tarixində Peyğəmbər (s.ə.v)-in vəfatından sonra meydana gələn bu iki düşüncə sistemi formalaşmışdır: biri Peyğəmbərimiz (s.ə.v)-in sünnətinə, Peyğəmbərimiz (s.ə.v)-ə bağlılığa, sədaqətə qarşı qəzəb tərzində idi. Digəri isə Peyğəmbər (s.ə.v)-i çox sevən adı altında Peyğəmbər (s.ə.v)-i və hz. Əli (r.ə)-i, haşa, ilahlaşdırmağa çalışan bir hərəkat şəklində idi. Məsələn, hz. Əli (r.ə)-ə "sən Allahsan" deyir haşa. Hz. Əli (r.ə) çox əsəbləşir, qəzəbindən: "yandırın bu adamı" deyir. O da: "Allahın şənindəndir, təbii ki, yandırmalısan məni" deyir. Manyaklığı görürsünüzmü? Yəni manyakdır. Münafiq manyaklığının ucu-bucağı yoxdur. Halbuki, hirslə deyilmiş bir sözdür. Amma o: "Əlbətdəki, bu Allahın şənindəndir, əlbəttə ki, məni yandırmaq lazımdır, yandırmalısan" deyir. Ayədə isə Allah: "cəhənnəmə ataram" deyir. "O da sənin xüsusiyyətin onsuz da" deyir, haşa. Yəni münafiqin manyaklığının ucu-bucağı yoxdur, onları başa düşmək olmur, çox qaranlıq gizli bir dünyası vardır.
Münafiqlər bir-birlərinə çox nifrət edərlər. Heç kafirə bu qədər nifrət etməzlər. Bir–birlərinə nifrət etmələrinə baxmayaraq, bir-birlərindən də ayrılmazlar. Köpək sürüsü kimidilər. Necə ki, onlar bir-birini boğar, öldürər, yaralayar, amma ayrılmazlar. Münafiq də elədir, bir-birlərindən ayrılmazlar. Həm nifrət edərlər, həm də ayrı qalmazlar. Çünki çox mənfur, bəyənilməyən görünüşləri olur. Çox pis heyvan kimidirlər, amma ayrıla da bilmirlər. Məsələn, çöl donuzları da, çöl donuzu sürüsü də elədir. Çöl donuzları bir-birlərini həmişə buynuzlayırlar, çox murdardır, yəni iyrənc həyatları vardır. Amma təkidlə bir yerdə yaşayarlar. Bir-birlərindən qopa bilmirlər, münafiqlər də belədir, çöl donuzu sürüsü kimi, həm bir-birlərindən zəhləsi gedir, həm bir-birlərinə düşməndirlər, həm də ayrıla bilmirlər. Müsəlmanları belə çöl donuzu sürüsü kimi uzaqdan izləyərlər, inşaAllah və onların əleyhinə bir surə nazil olduqda da çox qorxarlar. Yəni yenə də Allahın onlara bəla verməyindən də bir cür çəkinirlər, amma qərar da verə bilmirlər, tərəddüd içində olarlar. Tərəddüdlər içində boğularlar. “Ola da bilər, olmaya da bilər” məntiqində olarlar.

SERDAR DAYANIK: Siz daha yaxşı bilirsiniz, inşaAllah. Quran ayəsində: Uca Rəbbimiz "şübhəyə düşdüklərini" buyurur, münafiqlərin "...şübhələrində də qərarsız olduqlarını" deyir, inşaAllah.
Bu zinətlə əlaqədar bir ayə də var. Əraf surəsi, 32-ci ayədə, qovulmuş şeytandan Allaha sığınıram: "De: "Allahın Öz bəndələri üçün endirdiyi zinətləri və təmiz ruziləri kim haram etmişdir? "De:" Bunlar, dünya həyatında iman gətirənlər üçündür, qiyamət günü isə yalnız onlarındır". Bilən bir qövm üçün ayələri belə ətraflı izah edirik".

ADNAN OKTAR: Münafiqlər, səhabələrin gözəl və təmiz olmağından çox narahat olarlar. Xüsusilə Əhli-beytin hz. Həsən (r.ə), hz. Hüseyn (r.ə) çox gözəl, qəşəng paltarlar geyinirdilər. Peyğəmbərimiz (s.ə.v) də çox gözəl geyinirdi. O qədər gözəl geyinirdi ki, insanın nəfəsi kəsilirdi. Xüsusilə, hz. Həsən (r.ə), hz. Hüseyn (r.ə) Peyğəmbərimiz (s.ə.v)-in nəvələri o bölgənin ən görkəmli, cazibədar insanları idi. Onların gözəlliyi münafiqlərə əziyyət verirdi, özləri isə çul-mul geyinirdilər. Rəzil başlarına da köhnəlmiş bez sarıyırdılar, bu cür pərişan vəziyyətdə idilər. Leş kimi iy verirdilər, gülməzdilər, sevinməzdilər. Peyğəmbərimiz (s.ə.v) xanımları ilə gizlənqaç oynayanda, münafiqlərin acığına gəlirdi. "Peyğəmbər də oyun oynayar?" deyirdilər. Onlar Məkkə müşrikləri, azğın böyüklər, o dövrün azğınları idi. Məsələn, bir çoxlarının atası o dövrün məşhur müşrik alimi yaxud müşrik bir zabiti, müşrik zəngini,  pullu və yaxud o dövrün hər hansı bir yüksək vəzifəli adamı idi. Peyğəmbərimiz (s.ə.v) dövründə bunların hamısı müsəlman oldular və kəndlilərin, adi işçilərin də gəldiyi eyni məscidə gəlməli olurdular. Məsələn, işçinin yanında paşa, paşanın yanında həkim, həkimin yanında kölə olurdu, münafiqlər də bunu özlərinə sığışdırmadıqlarına görə bu onlara həddindən artıq ağır gəlirdi. Peyğəmbər (s.ə.v)-ə də "Əbu Qasımın yetimi" deyirlər. Ona da peyğəmbərlik verilməsi onların acığına gəlirdi. Sonda işi dəliliyə gətirib çıxarıb Drar məscidini qurdular. Öz düşüncələrinə görə  dəyişik forma verdilər və oraya üst təbəqənin münafiqləri gəlməyə başladılar―özünü böyük, yuxarı səviyyədə zənn edənlər. Yəni əslinə-nəslinə görə hərəkət edənlər idi, məsələn, filan bəy, bəy deyə tanıdıqları kəslər idi. Peyğəmbərimiz (s.ə.v)-in məscidinə gələnlərə özlərindən aşağı insan kimi baxırdılar. Çünki kölələr, fəhlələr, sıravi işçilər ora gəlirdi. Eyni zamanda Rəsulullah (s.ə.v)-in yanına şikəst insanlar da gəlirdi, o isə hamısını qucaqlayırdı. Onlar da bunu qəbul edə bilmirdilər, haşa. Münafiqlərin bir cəhəti də budur, özlərini daha seçmə, daha üstün sayarlar, yəni maddi, görünüş cəhətdən, hər cəhətdən və bu da onlarda ibadət kimidir. Yəni maddiyyata görə insanlara qiymət verərlər. Məsələn, pul haradadırsa oraya gedər, yemək haradadırsa oraya gedər, Quran buna işarə etmişdir, inşaAllah. Müsəlmanların yanında qalmaqlarının səbəbi də budur. Məsələn, müsəlmanın evində buğda olar, buğdaya qurd kimi daraşarlar. Bu cür parazit məxluqlardır. Öz buğdasını yeyib qurtardıqdan sonra acan kimi gedər başqa yerlərdə axtarmağa başlayar. Qurd kimi sürünərək axtarmağa gedər. Problemləri o olduğuna görə münafiqlər yalnız mənfəət əldə edə biləcəkləri yerləri axtararlar. Ona görə Allah: "qohumluq bağlarını güdməzlər" deyir. Qohumluğu kim zəngindirsə onunla edər, kim yemək verərsə qohum olar, kim onu ​​səy göstərməkdən, təbliğ etməkdən uzaqlaşdırarsa o olar, çünki səy göstərməyi və təbliği riskli, təhlükəli hesab edərlər. Bundan uzaqlaşdırmaq istəyən kim varsa onun yanına gedər. Ayədə: "mağara, boş bir yer tapsalar getmək istəyərlər və uzaqdan sizin xəbərlərinizi izləyərlər" deyilir. Münafiq əlaqəni də kəsməz. Onə görə ki, məsələn, hz. Mehdi (ə.s) camaatını da, münafiqlər çox diqqətlə izləyərlər, hər təfərrüatlarını güdərlər. Peyğəmbərimiz (s.ə.v)-in camaatını da çox diqqətlə izləyirdilər. Münafiq “mənə nə” deyib getməz. Ayədə də: "Uzaqdan xəbərlərinizi izləyir" deyir. Yəni münafiq ömrünün sonuna kimi təqib edər və ayədə: “sizə bir xeyir nəsib olduqda sevinməzlər" deyilir. Məsələn, möminlərin gənc olmaları, gümrahlığı, sağlamlığı, səhhəti, qüdrəti, malı, mülkü və s. onlara xoş gəlməz. Allah (bu nemətləri) onlara əzab vermək üçün yaratmışdır, inşaAllah. Möminlərə nemət verildikcə onlar əzab çəkər. Allah Allah "amma sizə bir hücum edildiyində onların xoşuna gələr" deyir. Halbuki, öz ağlı ilə başa düşmədiyinə görə axmaq olur. Halbuki, hücum ediləndə müsəlmanın mənəvi məqamı yüksəlir, dəyəri artar. Çünki müsəlman onsuz da axirəti üçün, Allah rizası üçün buradadır. Hücum edilmədikdə isə, müsəlmanın mənəvi məqamı yüksəlməz. Yəni az artar, müəyyən bir dərəcədə qalar. Hücumların artırmaq gücü çox böyükdür. Ona görə məsələn, hz. Mehdi (ə.s) camaatına da tez-tez hücumlar olur. Peyğəmbərimiz (s.ə.v) deyir: "Hz. Mehdi (ə.s) camaatına qarşı üç böyük münafiq hücumları olacaq, üç dəfə Mədinə sarsılacaq". Hədisdə verilən mənaya diqqət etsək, sarsıntılar baş verdiyi vaxtda münafiqlərin qaçdığını görərik. Məsələn, hücum, iqtisadi böhran, təzyiq, qorxu və yaxud zəlzələ  və ya hər hansı bir çətin vəziyyətdə qalacağı hadisə baş verəndə, acınacaqlı vəziyyətlərdə münafiqlər aradan çıxar, qaçar. Normal bir mühit olsa münafiq getməz, qalar. Ona görə "üç dəfə zəlzələ olar və Mədinə bütün münafiqlərdən azad olar. Dəmir pasından təmizləndiyi kimi Mədinə də münafiqlərdən təmizlənər və yalnız seçmə müsəlmanlar qalar. Mehdi (ə.s)-ın xas tələbələri qalar" hədisdə deyir. "Bütün münafiqlərdən Mədinə (İstanbul) azad olar" deyir. Axırzamanda hz. Mehdi (ə.s) camaatının münafiqləri çox əhəmiyyət kəsb edir, bunlar, sonra insanlar tərəfindən tanınacaqlar, təkbətək, adbaad üzə çıxacaqlar. Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqlərinin hamısı tanınır, adbaad, məsələn, filankəs, o, bu və s. hamısı tanınan, məşhur münafiqlərdir. Hz. Mehdi (ə.s) dövrünün də bütün məşhur münafiqləri bilinəcək, qiyamətə qədər də insanlar tərəfindən tanınacaqlar. İki münafiq qrupu xüsusi əhəmiyyət daşıyır. Biri, Rəsulullah (s.ə.v) dövrünün münafiqləri, biri də hz. Mehdi (ə.s) dövrünün münafiqləridir. Ona görə də  Peyğəmbərimiz (s.ə.v) bu iki dövrü müjdələmişdir. "İki dövr də qəribədir, qeyri-adi, heyrətamizdir. “Bir mənim dövrüm, bir də Mehdi (ə.s) dövrü―hər ikisi də bir-birinə bənzəyən, səhabə dövrü kimidir" deyir. Amma Axırzamanı Peyğəmbərimiz (s.ə.v) elə tərifləyir ki, hədisdə bununla əlaqədar belə buyurur: "Nə əvvəlkilər, nə axırdakılar onları keçə bilməyəcəklər". Çünki dəccaliyyətlə boğuşacaqlar, Peyğəmbərimiz (s.ə.v) "hz. Mehdi (ə.s) və tələbələri çox üstündür" deyir. Hətta: "Əbubəkr və Ömər ondan üstün ola bilməzlər. Yəni hz. Mehdi (ə.s)-dan üstün ola bilməz. Mövqe cəhətdən Əbubəkr və Ömərdən də üstündür" deyir. Məsələn, münafiqlər deyirlər ki,"...və dedilər ki: “Bu Quran iki şəhərdən birinin böyük bir adamına endirilməli deyildimi?'". "Əbu Qasımın yetiminə endirdi Allah? Bu səhvdir" deyirlər, haşa, Məkkənin, Mədinənin məşhur müşrikləri var idi, başçıları, professorları, o dövrün paşası, yaxud zəngininə endiriləydi. "Onlara enməsi lazım idi" deyir. "Necə olur, cahil insana Peyğəmbərlik verilir?" deyirdilər, haşa. Allah ayədə "ümmi" deyir. Məsələn, biri səkkiz dil bilir, amma Allah onu deyil ümmini seçir. "O varkən necə o elçi olur" deyir. Əslində oradakı savaşları Allaha qarşı aparılır. Amma münafiqin təbii axmaq üslubunda bunu büruzə verməmək üçün özünü sanki dini müdafiə edən biri kimi göstərmək siyasəti vardır.