8-ci söhbət

4 avqust 2010-cu il www.harunyahya.tv

OKTAR BABUNA: Şeytandan Allaha sığınıram:

"Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər (şeytana uyanlardır). Bilin ki, şeytanın firqəsi–məhz onlar ziyana uğrayanlardır! (Mücadilə surəsi, 19)

ADNAN OKTAR: Allah, Sad surəsi, 75-ci ayədə belə buyurur: (Allah) dedi: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”. Təkəbbürlənmək, özünü yuxarı tutmaq şeytanın münafiqlərlə ortaq olan xəstəliyidir. Hansına baxsaq həddindən artıq lovğa, daim özünü haqlı sayan, özlərini və ağıllarını bəyənən və təkəbbürlü olduqlarını görərik. Əslində ciddi mənada ağılsızdırlar. Çünki bir insanın kafir olmağı üçün kafir, amma münafiq olmağı üçün manyak olması lazımdır. Münafiqlər manyakdırlar. Allah "Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun? deyir. O qədər təkəbbürlüdür ki, haşa Allahdan da böyük olmaq istəyir. Münafiqin də şeytanın da xüsusiyyəti belə olur. "Dedi: "Mən ondan daha xeyirliyəm". Münafiqlərin ortaq xüsusiyyəti həmişə "mən daha yaxşı bilirəm, mən daha gözəl danışaram, mən daha xeyirliyəm, Peyğəmbər (s.ə.v)-dən, hz. Mehdi (ə.s)–dan daha düzgün hərəkət edirəm, hamısından daha yaxşıyam" demələridir. "Mən ondan daha xeyirliyəm, sən məni oddan, onu isə palçıqdan yaratdın" deyir. Bu tamamilə münafiq axmaqlığıdır. Dəliliyi görürsünüzmü? Palçığı yaradan da Allahdır, odu yaradan da Allahdır. O, bunu düşünə bilməyəcək dərəcədə ağılsızdır.

"Onlar dedilər: "Məgər bu Quran iki şəhərdən birinin böyük bir adamına endirilməli deyildimi? " (Zuxruf surəsi, 31). Bu ayədə də yenə münafiqin ağılsızlığı ifadə edilir. Sanki, mütləq Quran böyük və əzəmətli birisinə endirilməlidir. Onlar etiketə də çox əhəmiyyət verirlər. Professor olmağı, zəngin, iş adamı olmağı münafiq üçün çox əhəmiyyət kəsb edir. Halbuki, bunlar dünya həyatında gəlib keçici məqamlardır. Məzara qoyulanda istər professor olsun, istər fəhlə, istərsə də sıravi işçi hamısı eyni olur.

Onlar dedilər: "Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır?" (Furqan surəsi, 7). İndi Peyğəmbərimiz (s.ə.v)-i, haşa, bəyənməmək üçün münafiq həddindən artıq ağılsız olmalıdır. Bu səfər də yemək yeməyini dəlil olaraq göstərirlər. Yəni: "yemək yeyir, bazarda gəzir" deyirlər. Münafiq elə bir məxluqdur ki, insan cavab verərkən belə bir insanla həmsöhbət olduğuna görə çaşıb qalar. Şeytan insanın yaxşılığını istəyirmiş kimi davranar. Münafiqlər də eyni ilə onun kimi möminin yaxşılığını istəyirmiş kimi hərəkət edər. Məsələn: "Səni qurtarmaq üçün edirəm, sənin yaxşılığına görə deyirəm filan" deyər.

"Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi (vəsvəsə verdi)". (Əraf surəsi, 20).

Münafiq də vəsvəsə verər. Zəif adamları seçər. Münafiqlər, necə bir vəhşi heyvan zəif heyvanları seçər və dərhal başının üstünü alar, münafiqlər də zəif olduğuna qane olan zəif insanları hədəfləyərlər və zərbə endirməyə çalışarlar. Ona görə münafiqlər bir insanı hədəflədikdə, zərər vermək istədikdə həmin insan Allaha sığınmalıdır və buna çox ciddi diqqət etməlidir.
"...dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya (Cənnətdə) əbədi qalanlardan olmayasınız." (Əraf surəsi, 20). Yəni “bu ağacdan uzaq dayanmağınızı istəməyinin səbəbi əbədi yaşamağınıza maneə törətmək üçündür." Sanki Allah bu ağacı qadağan etməyinin səbəbi onların əbədi cənnətdə qalmamaqları üçündür, yəni əgər Allahın bu qadağan etdiyi ağaca toxunsalar, onun meyvəsindən yesələr əbədi yaşayacaqlar. Ağacı yaradan da, əbədi həyatı da yardan Allahdır. Ağılsız şeytan və münafiqlər bunu dərk etmirlər. Allahın, haşa, Öz qanununa gücü çatmayacağını zənn edirlər. Yəni, ağılsızlar, Allahın Öz qanununa nəzarət edə bilməyəcəyini fikirləşirlər və "O ağacın meyvəsindən yesə, bir daha özünə də nəzarət edə bilməyəcəyini" deyir.

“Və onlara: "Həqiqətən, mən sizin xeyirxah məsləhətçilərinizdənəm"―deyə and içdi”. (Əraf surəsi, 21)

Münafiqlər dini ifadələr istifadə edir, öyüd-nəsihət verməyə də çox maraqlı, həvəsli olarlar. Ona buna öyüd verərlər, məsələn, belə deyərlər: "Həqiqətən mənim məqsədim səni qurtarmaqdır, yaxşılıq etməkdir”. Hələ yalandan “həqiqətən" də deyər, necə ki, ayədə də məhz belə bildirir: "həqiqətən mən sizin xeyirxah məsləhətçilərinizdənəm". Bu tamamilə münafiq üslubudur. Hələ üstəlik inandırmaq üçün Allahın adını istifadə edərək də and içir.
"Onlara: “Yer üzündə fəsad törətməyin!”–deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər" (Bəqərə surəsi, 11). Yəni: "İslah etmək üçün, yaxşılıq etmək istəyərəm, başqa bir məqsədim yoxdur" deyir. Çoxbilmiş kimi başda olarlar. Ayədə "Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər". (Bəqərə surəsi, 12)” deyilir. Yəni ağılsızdırlar, dərk etmirlər. Allah "əsl fitnə-fəsad törədən bunlardır" deyir. Münafiqin əsl məqsədi zərər vermək, küfrü gücləndirmək olar. Münafiq möminlərin imansız olmasını istəyər. Həm bir yerdə yaşamaqlarını istəyər, çünki fitnə çıxarmaq üçün onlara ehtiyacları var, həm də inkar etmələrini istəyərlər.
Allah "Möminlərin arasına təfriqə salmaq... (Tövbə surəsi, 107)” deyir. Münafiq axşama qədər bununla məşğul olar. Möminlərin arasını ayırmaq üçün çalışar. "əvvəllər Allaha və Onun elçisinə qarşı müharibə aparanı gözləmək". Yəni hər hansı saxta bildirişdə tapılar, müsəlmanlara hücum etmək üçün yalandan böhtan atmaq üçün gözləyər. Şahidlik edər, oyunlar oynayar, yalandan məlumatlar verər. Bunlar münafiqin xüsusiyyətidir. "...üçün məscid düzəldər", yəni bir qrup düzəldərlər və buna görə də bir məscid tuturlar, bununla da birlik yaradırlar. Münafiqlər bir-birindən ayrılmazlar. "...Biz yaxşılıq etməkdən başqa bir şey istəmədik deyə Allaha and içərlər". Soruşanda da belə yaxşılıqdan bəhs edərlər, guya həmişə yaxşılıq məqsədi ilə edərlər. Elə danışarlar ki, sanki ən ağıllı olanlar onlardır, ən yaxşı insanlar, ən düzgün onlardır, bununla sanki özünü müdafiə etməyə çalışır, lakin özü gic kimi görünür. Çünki bir lağımın üstünə neylon örtsən də bilinəcək. Yəni o bütün hallarda özünü büruzə verər.
"O zaman şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: ” yəni etdikləri işləri gözəl göstərib "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam! (Ənfal surəsi, 48)” demişdi. "Münafiqlər bir yerə yığılanda özlərini çox güclü hiss edərlər. Müsəlmanlardan uzaq olduqlarına görə özlərinin təhlükədən xilas olduqlarını fikirləşirdilər və artıq onlara hücum olmayacağına inanırdılar. Çünki onlar müsəlmanları təhlükənin mərkəzi hesab edərlər. Müsəlmanların açıq hədəf olmağına inanarlar. Müsəlmanlardan uzaq olduqda da artıq açıq hədəfdən xilas və artıq olacaqlarını, yəni cəmiyyətin təzyiq etməyəcəyini, küfrün onlara hücum etməyəcəyini, ailələrin, onun-bunun onlarla artıq maraqlanmayacağını fikirləşirlər. Buna görə münafiqlər bir olduqları zaman qorunan bir birlik olduqlarına inanarlar. "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur". Artıq küfrün və imansızların onları dəstəklədiyini bildiklərinə görə, yəni ateist masonların, kafir düşüncəni müdafiə edən bəzi mətbuat orqanlarının, bəzi saxtakarların yəni hər cür riyakar və ağılsız dostlarından dəstək aldıqlarını fikirləşdiklərinə görə özlərini güclü hiss edirlər. "Mən də sizin (pənahınız) dadınıza çatanam". Şeytan onları öyrədir. Həqiqətən münafiqlər özlərinə güvənən, özlərini əmin-amanlıqda, psixoloji cəhətdən rahat hiss edərlər.

"Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” – demişdi. (Ənfal surəsi, 48)

 "Birdən-birə şeytan onları tək qoyur. Bu səfər də yenə manyaklıq edir. "Çünki mən sizin görmədiklərinizi görürəm” deyir. "Mən Allahdan qorxuram" deyərək o da münafiqləri tənqid edir. Münafiqlərdən fərqli olduğunu deyir. Çünki "Allahın cəzası şiddətli olandır".

"(Şeytan) onlara vədlər verir..."(Nisa surəsi, 120). Yəni məsələn, yaxşı iş adamı olacağını, imkanlı olacağını, evlənəcəyini, əylənəcəyini, hər şey olacağını deyərək "onları xülyalara salır. "Münafiqlər qeyri-adi vəsvəsə verərlər. Heç ağla gəlməyən fikirləri vəsvəsə edərlər.  Hər şeydən şübhələnərlər. Ümumiyyətlə, münafiqlər tək yaşayarlar, təkliyi seçərlər. Yalnızlıq onların bir xüsusiyyətidir.  İzdihamlı olsalar da həmişə təklik arzulayarlar. Amma əsas xüsusiyyətləri, sürü halında yaşayarlar. "Halbuki, şeytan verdiyi vədlər onları aldatmaqdan başqa bir şey deyildir". Münafiqlər həmişə aldanarlar.

  OKTAR BABUNA: Münafiqlər Allahın hökmünə görə deyil şeytanın əxlaqsızlığına görə hərəkət edərlər. Şeytandan Allaha sığınıram, "Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki, onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir". (Nisa surəsi, 60).