9-cu söhbət

4 avqust 2010-cu il Samsun Aks tv və tv Kayseri

ADNAN OKTAR: Münafiqlərlə əlaqədar Quran ayələri var. Amma biz Quranı ​​düşünməli, analiz etməliyik. İndi mən şeytanın bu gizli, iblis tərzli sistemini açıqlayacağam və şeytan iflic olacaq. Münafiqlər təfərrütların açıqlanmadığına görə bu qədər rahatdırlar. İndi onların ciyərindən tutmuş, xromosomlarına qədər təsvir edəcəyəm. Ondan sonra bir sirləri qalmayacaq. Onsuz da vaxtı gələndə onlar elə ağ-qara şəkilləri ilə, xeyli məşhur olacaqlar, inşaAllah.

Allah münafiqlərə Öz dili ilə lənət edib bəla diləyir. Yəni Allah belə dua edin deyir. Allah münafiqləri məhv etsin. Münafiqlərin ölümü ilə insanlar xilas olacaq. Küfrə demirəm. Küfrə hidayət diləyirəm və düz yola gəlmələrinə görə səy göstərəcəm. Amma münafiq çox pozğundur. Onların çox xain bir sistemi var. Allah ayədə: "Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. (Tövbə surəsi, 80)" deyir. "Onların qurduğu bina (məscid) ürəkləri parça-parça olana (ölənə) qədər qəlblərində bir şübhə (fikirlərindən vaz keçməyəcəklər) olaraq qalacaqdır.  (Tövbə surəsi, 110)”.. Axirətdə də vaz keçməyəcəklər.